Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə46/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   42   43   44   45   46   47   48   49   ...   213

 

113


 

olacaqdır  və  bu,  ikinci  ölkə  yalnız  əmtəə  2-ni  istehsal  etməyə  başlayana  qədər  davam 

edəcəkdir. 

Ticarətin başlaması ilə birinci ölkə yalnız əmtəə 1 üzrə ixtisaslşamağa başlayacaqdır 

və  bu,  yavaş-yavaş  istehsal  nöqtəsini  A  nöqtəsindən  ox  işarəsi  istiqamətinə  doğru  hərəkət 

etdirəcəkdir və bu, birinci ölkənin əmtəə 1 üzrə tam ixtisaslaşmasını göstərən B nöqtəsinə 

qədər  davam edəcəkdir.ikinci ölkə əmtəə  2 üzrə  ixtisaslaşmağa  başlayacaqdır  və  bu, onun 

istehsal  nöqrtəsini  A  nöqtəsindən  ox  işarəsi  istiqamətinə  doğru  hərəkət  etdirəcəkdir  və  bu 

hərəkət  B

  nöqtəsindəki  tam  ixtisaslaşmaya  qədər  davam  edəcəkdir.  Tam  ixtisaslaşma 



zamanı hər bir ölkə digərinə 60 vahidə qədər əmtəə 1 və əmtəə 2 sata bilər və E nöqtəsində 

hər  iki  əmtəənin  istehlakını  20  vahid  artıra  bilər.  Yeni  laqeydlik  əyrisi  II  yuxarıda 

yerləşəcəkdir və hər iki ölkədə ticarət nəticəsində artan istehlak səviyyəsində göstərəcəkdir. 

İstehlakın artımı masştab effekti nəticəsində baş verdi, belə ki, ölkələr müəyyən əmtəə üzrə 

ixtisaslaşmağa başlayaraq məcmu olaraq hər iki əmtəədən ticarətə qədər olandan daha çox 

istehsal etməyə başladılar. 

Masştab  iqtisadiyyatını  müəyyən  edərkən  bir  vahidə  çəkilən  amil  xərclərinin 

artımının  istehsalın  bir  vahiddən  artıq  artımına  səbəb  olduğunu  söyləyən  zaman  istehsalın 

artımın hansı struktur dəyişiklikləri hesabına baş verdiyini də müəyyən etmək lazımdır. Bu 

cür hərəkətlər ayrıca firma-istehsalçıya münasibətdə xarici və ya daxili ola bilər. 

Beləliklə, istehsal artımı aşağıdakı struktur dəyişiklikləri hesabına baş verir: 

 



masştabın  xarici  effekti  hesabına,  yəni  ümumilikdə  sahədə  istehsal  masştabının 

artımı nəticəsində müəssisə daxilində əmtəə vahidinə çəkilən xərclər azalır; 

 

masştabın  daxili  effekti  hesabına,  yəni  müəssisənin  özünün  istehsal  masştabının 



artımı nəticəsində müəssisə çərçivəsində əmtəə vahidinə çəkilən xərclər azalır. 

Masştabın xarici effekti bir əmtəənin istehsalı ilə məşğul olan müəssisələrinin sayının 

artımını nəzərdə tutur. Bu zaman həmin müəssisələrinin ölçüsü dəyişməz qalır. Adətən bu 

zaman bazarda rəqabət səviyyəsi məqbul həddə olur. Bu isə o deməkdir ki, ixracatçılar təsir 

edə  bilmədikləri  cari  qiymətlərlə  istədikləri  qədər  əmtəə  sata  bilərlər.  Buna  misal  kimi 

kompüter  sənayesini  göstərmək  olar.  Sənayenin  inkişaf  etməsi  ixtisaslaşmış  əməyin 

yetişməsinə səbəb olur ki, bu da həmin sənayenin müəssisəsinin xərclərinin aşağı düşməsinə 

səbəb olur. 

Masştabın daxili effekti əmtəə istehsalının əvvəlki səviyyədə qaldığını, lakin həmin 

əmtəənin istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin sayının azalmasını nəzərdə tutur. 

Əksər  hallarda  bu  qeyri-təkmil  rəqabətə  gətirib  çıxarır  ki,  bu  zaman  da  istehsalçılar  öz 

əmtəələrinin qiymətlərinə təsir göstərə bilirlər və qiyməti azaltmaq yolu ilə satış həcminin 

artımını təmin edirlər. Avtomobil sənayesi bunun tipik bir nümunəsidir. Tədqiqatlar göstərir 

ki, bir il ərzində az sayda avtomobil istehsal edən kiçik bir firmanın xərcləri iri avtomobil 

firmalarının xərclərindən çox yüksək olur.  

Masştab effekti istehsal amilləri ilə eyni səviyyədə  təmin  olunan ölkələr  arasındakı 

ticarəti, həmçinin texnologiya cəhətdən yaxın olan ölkələr arasındakı ticarəti izah edir. 

Masştab iqtisadiyyatı beynəlxalq ticarət baxımından bir sıra nəticələrə gətirib çıxarır. 

Ölkə daxili bazarda istehlakçıların ala biləcəyi çox saylı əmtəələrdən az  miqdarda istehsal 

etməkdənsə, masştab iqtisadiyyatına malik bir neçə sənaye üzrə ixitsaslaşır və yerdə qalan 

əmtəələri xaricdən idxal edir. Beləcə, masştab iqtisadiyyatı xərcləri aşağı salaraq, istehsal və 

zövqlər baxımından bir-birinə bənzəyən ölkəlrə arasında qarşılıqlı faydalı ticarəti təmin edir. 

Masştab  iqtisadiyyatı  beynəlxalq  ticarətdə  istehlakşıya  müəyyən  bir  əmtəənin 

müxtəlif  tiplərinin  təqdim  edilməsinə  şərait  yaradaraq  rıfahın  artırılmasına  öz  töhfəsini 

verir.  Məsələn,  avtomobili  nümunə  kimi  götürsək  kimsə  alman  avtomobilini,  kimsə  də 

yapon avtomobilini xoşlayır və masştab iqtisadiyyatı onlara bu seçimi etmək imkanı yaradır. 




 

114


 

Masştabın  daxili  effektinin  ekstremal  halı  kimi  tam  inhisarı,  yəni  müəssisənin 

bazarda  rəqibi  olmadığı  situasiyanı  göstərmək  olar.  Lakin,  bazarda  ancaq  bir  istehsalçının 

fəaliyyət  göstərdiyi  hala  çox  nadir  hallarda  rast  gəlmək  olur.  əksinə,  eyni  bir  əmtəənin 

istehsalı ilə məşğul olan az sayda firmaların mövcud olduğu bazara, yəni oliqopoliyaya daha 

tez-tez rast gəlinir. Bu cür bazarda oliqopoliya  şəraitində inhisarçı  rəqabət inkişaf edir.  Bu 

cür  rəqabət  hər  bir  müəssisənin  inhisar  vəziyyətində  olduğunu,  lakin  onun  məhsulunun 

qiymətinin digər firmaların qiymətlərindən asılı olduğunu nəzərdə tutur. 

Beynəlxalq  ticarəti  inhisarçı  rəqabət  şəraitində  izah  edən  nəzəriyyənin  inkişafına 

yeni nəsil amerikan iqtisadçısı Pol Kruqman böyük töhfə vermişdir. 

Əgər, 

X – konkret firmanın satışları; 



S – sahənin ümumilikdə satışları; 

n – sahədə firmaların sayı; 

b – firmanın bazar payının onun əmtəəsinə olan qiymətdən asılılığını göstərən tələb 

dəyişənidirsə; 

P – konkret firmanın əmtəəsinin qiymətidirsə, 

P

 – rəqabətdə olan analoji əmtəələrin orta qiymətidirsə, onda 















P

P

b

n

S

X

1

  (2.9) 



Əgər  firma  öz  əmtəələrini  orta  bazar  qiymətindən  yüksək  qiymətə  (P>

P

)  satırsa, 

onda, onun bazarda payı (S/n) kiçik olacaqdır (X

qiymətindən  kiçik  qiymətə  (P<



P

)  satırsa,  onda,  onun  bazarda  payı  (S/n)  böyük  olmalıdır 

(X>S/n). 

İnhisarçı  rəqabətin  beynəlxlaq  ticarətə  təsirini  müəyyən  etmək  üçün  ilk  növbədə 

firmaların  sayı    və  onların  əmtəələrinin  qiymətləri  arasındakı  əsas  qarşılıqlı  əlaqələri 

müəyyən etmək lazımdır: 

 

firmaların sayı ilə tipik firmanın orta xərcləri arasındakı qarşılıqlı əlaqə - müəssisələr 



nə  qədər  çox  olarsa  hər  bir  müəssisənin  istehsal  həcmi  bir  o  qədər  az  və  əmtəə 

vahidinə çəkilən orta xərclər bir o qədər çox olar

 

müəssisələri saytı ilə onların hər birinin satış qiymətləri arasındakı qarşılıqlı əlaqə - 



müəssisələr çox olduqca rəqabət güclənir və qiymətlər aşağı düşür; 

 



firmaların satış qiymətləri ilə onların sayı arasında qarşılıqlı əlaqə - qiymət orta bazar 

səviyyəsini keçirsə bazarda əlavə sayda müəssisələr meydana gəlir və əksinə, qiymət 

orta səviyyədən aşağıdırsa təsərrüfat subyektlərinin sayı azalır. 

İnhisarçı rəqabət modeli üçün birinci iki əlaqə daha vacibdir. Beynəlxalq ticarət satış 

bazarının həcmini artırır. Bazarda firmaların sayı ilə bir firmaya düşən orta istehsal xərcləri 

arasındakı qarşılıqlı əlaqə aşağıdakı xətti bərabərliklə ifadə edilir: 



c

S

F

n

c

X

F

C



  (2.10) 



Burada, 

C

– orta xərclərdir; 

F – firmanın istehsal həcmindən asılı olmayan daimi xərclərdir

c – firmanın son hədd xərcləridir. 

Bu bir növ oliqopolik bazarda təklifin tənliyidir. O göstərir ki, firmanın istehsalının 

X  həcmi  artdıqca  onun  orta  xərcləri  azalır,  çünki,  fiksə  edilmiş  xərclər  daha  çox  istehsal 

edilmiş  əmtəə  kəmiyyətinə  bölünür.  Bazar  tarazlığı  şəraitində  bütün  firmalar  öz 

məhsullarına  görə  bərabər  qiymət  almalıdırlar,  yəni  P  = 



P

.  Lakin  bu  halda,  2.9  bazar 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə