Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə43/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   39   40   41   42   43   44   45   46   ...   213

 

107


 

4.

 



Amillərdən  birinin  təklifinin  artması  istehsalın  həcminə  və  gəlirlərə  necə  təsir 

göstərəcək? 

Bu  suallara  beynəlxalq  ticarətin  ən  yeni  nəzəriyyələrinə  aid  edilən  Stolper-

Samuelsonun  əmtəələrin  qiymətinin  dəyişməsinin  istehsal  amillərinin  qiymətinə  təsiri 

nəzəriyyəsi və  Rıbçinskinin amillərin artımının istehsalın artımına təsiri nəzəriyyəsi cavab 

vermişdir. Nəzəriyyələrin məntiqi izahı cədvəl 2.2-də verilmişdir. 

 

Cədvəl 2.2. 

Ticarət nəticəsində əldə edilən gəlirlərin bölgüsünü izah edən nəzəriyyələr

10

 

 

Beynəlxalq ticarətin 

izahı 

Gəlirlərin bölgüsünün izahı 

Mütləq  və  müqayisəli 

üs-tünlüklər 

nəzəriyyələri 

Gəlirlərin bölgüsü məsələsinə baxılmır 

İstehsal 

amillərinin 

nisbəti nəzəriyyəsi 



Hekşer-Olin:  nisbətən  daha  bol  istehsal  amillərinə  sahib  olanlar 

udur, daha qıt istehsal amillərinə sahib olanlar isə uduzurlar 



Hekşer-Olin-Samuelson:  ticarət  nəticəsində  əmtəələrin  nisbi 

qiymətlərinin 

istehsal 

amillərinin 

nisbi 

qiymətlərinin 



bərabərləşməsinə  gətirib  çıxarması  son  nəticədə  istehsal 

amillərinin sahiblərinin gəlirlərini bərabərləşdirir 

Spesifik 

istehsal 

amilləri nəzəriyyəsi 

Samuelson-Cons:  ixrac  sahələri  üçün  spesifik  olan  istehsal  amili 

sahiblərinin  gəlirləri  artır,  idxalla  rəqabətdə  olan  sahələr  üçün 

spesifik olan istehsal amilləri sahiblərinin gəlirləri isə azalır 

Stolper-Samuelson:  beynəlxalq  ticarət  qiyməti  artan  əmtəənin 

istehsalında  intensiv  şəkildə  istifadə  edilən  istehsal  amilinin 

sahibinin  gəlirlərinin  artmasına  və  qiyməti  azalan  əmtəənin 

istehsalında  intensiv  şəkildə  istifadə  edilən  istehsal  amilinin 

sahibinin gəlirlərinin azalmasına gətirib çıxarır 

Rıbçinski:  istehsal  amillərindən  birinin  təklifinin  artması  həmin 

amilin  daha  intensiv  şəkildə  istifadə  edildiyi  sahələrdə  istehsalın 

çoxalmasına  və  gəlirlərin  artmasına  və  digər  sahələrdə  istehsalın 

və gəlirlərin azalmasına gətirib çıxarır 

 

Nisbətən bol amillər əmtəələrin istehsalında  nisbətən daha  çox intensiv və  nisbətən 



daha  az  intensiv  şəkildə  istifadə  edilə  bilərlər.  Müvafiq  olaraq,  nisbətən  qıt  amillər  də 

əmtəələrin  istehsalında  nisbətən  daha  çox  intensiv  və  nisbətən  daha  az  intensiv  şəkildə 

istifadə  edilə  bilərlər.  Əgər,  məsələn,  kapital  ölkədə  nisbətən  bol  amildirsə  və  o, 

kapitaltutumlu  əmtəəyə  sərf  edilirsə,  onda  onun  nisbətən  daha  çox  intensiv  edildiyini 

söyləmək  olar.  Lakin,  o  hardasa  müəyyən  qədər  əməktutumlu  əmtəəyə  sərf  edilirsə,  bu 

haldan ondan daha az intensiv şəkildə istifadə edilir. 

İstehsal amillərinin nisbəti nəzəriyyəsini inkişaf etdirən Samuelson-Consun spesifik 

istehsal  amilləri  nəzəriyyəsi  göstərdi  ki,  ticarət  nəticəsində  bol  istehsal  amillərinin  bütün 

sahiblərinin  gəlirləri  deyil,  ölkənin  ixrac  sahələri  üçün  spesifik  olan  amillərin  sahiblərinin 

gəlirləri artır. Əksinə, qıt amillərin bütün sahiblərinin gəlirləri deyil, idxalla rəqabətdə olan 

sahələr  üçün  spesifik  olan  amillərin  sahiblərinin  gəlirləri  azalır.  Praktiki  nəticə  aydındır: 

                                                 

10

 А.Киреев. Международная экономика. Москва, «Международные отношения», I cild, səh. 170 




 

108


 

nisbətən bol istehsal amillərinin heç də bütün sahibləri azad ticarətin tərəfdarı olmayacaqlar, 

onlardan  yalnız  ixrac  üçün  spesifik  olan  amillərə  sahib  olanlar  azad  ticarət  ideyasını 

dəstəkləyəcəklər.  Analoji  olaraq,  heç  də  bütün  nisbətən  qıt  amil  sahibləri  azad  ticarət 

fikrinin  əleyhinə  çıxmayacaqlar,  onlardan  bu  ideyanın  əleyhinə  çıxanlar  idxalla  rəqabətdə 

olan sahələr üçün spesifik olan amiləərin sahibləri olacaqlar. Bu zaman, beynəlxalq ticarət 

mobil amillərin sahiblərinin gəlirlərinə birmənalı təsir göstərmir: onların gəlirləri ya arta, ya 

da azala bilər. 

Beləliklə,  Samuelson-Consun  teoremi  göstərir  ki,  ticarət  nəticəsində  ixrac  sahələri 

üçün  spesifik  olan  istehsal  amili  sahiblərinin  gəlirləri  artır,  idxalla  rəqabətdə  olan  sahələr 

üçün spesifik olan istehsal amilləri sahiblərinin gəlirləri isə azalır. 

Əmtəələrin  qiymətlərinin  artması  və  ya  azalmasının  bu  əmtəələrin  istehsalı  zamanı 

istifadə  edilən  istehsal  amillərinin  qiymətinə  necə  təsir  edəcəyi  sualının  cavabını  Pol 

Samuelson özü ABŞ iqtisadçısı Volfqanq F. Stolperlə bir yerdə 1941-ci ildə vermişdir. 

Burada qeyd edək ki, klassiklərə görə, azad ticarət ölkə əhalisinin rifahını yüksəldir. 

Onlara  görə,  sərbəst  ticarət  ölkəyə  bütünlüklə  xeyir,  müdafiə  (proteksionizm)  siyasəti  isə 

bütünlüklə ziyandır. Lakin Pol Samuelson və Volfqanq F.Stolper buna qarşı çıxdılar.  

Müəlliflər  öz  modellərini  aşağıdakı  ilkin  ehtimallardan  (bu  ehtimallardan  bəziləri 

istehsal amillərinin nisbətinin baza modelindən götürülüb, bəziləri isə yenidir) çıxış edərək 

qurdular: ölkə iki istehsal amilindən istifadə edərək iki əmtəə istehsal edir; hər iki əmtəə və 

istehsal  amilləri  bazarında  azad  rəqabət  mövcuddur;  istehsal  amillərinin  təklifi  daimidir; 

əmtəə 1 nisbətən əməktutumludur, əmtəə 2-nin istehsalında isə nisbətən daha çox torpaqdan 

istifadə  edilir;  istehsal  amilləri  mütləq  daxili  mobilliyə  malikdirlər,  lakin  xarici  mobilliyə 

malik  deyillər;  əmtəələrin  qiyməti  onların  istehsal  qiymətinə  bərabərdir;  ticarətin  inkişafı 

əmtəə 1-in nisbi qiymətinin artmasına gətirib çıxarır. 

Stolper-Samuelson  teoreminə  görə,  beynəlxalq  ticarət  nəticəsində  qiyməti  artan 

əmtəənin  istehsalında  nisbətən  daha  intensiv  istifadə  olunan  amillərin  qiyməti  artır  və 

əksinə, qiyməti azalan əmtənin istehsalında nisbətən daha intensiv istifadə olunan amillərin 

qiyməti azalır.  Başqa  sözlə,  müdafiə  siyasətindən  ölkə iqtisadiyyatı bir vahid olaraq  ziyan 

çəksə də, o, idxaləvəzedici sektor üçün bu siyasət mənfəətlidir. 

Bu zaman, amillərin qiymətlərinin artması və ya azalması həmin amillərin köməyi ilə 

istehsal  edilən  əmtəələrin  qiymətlərinin  artması  və  ya  azalmasına  nisbətən  daha  böyük 

ölçüdə baş verir. Qəbul edək ki, ölkə əmək (l) və torpağın (t) köməyi ilə əmtəə 1 və əmtəə 

2-ni istehsal edir və 

P

1



 – əmtəə 1-in qiymətidir; 

P

2



 – əmtəə 2-nin qiymətidir; 

w – əmək vahidinə görə əmək haqqı dərəcəsidir (əməyin qiymətidir); 

r – torpaq vahidinədn istifadəyə görə renta dərəcəsidir (torpağın qiymətidir); 

AT

1



 – əmtəə 1-in istehsalı üçün lazım olan torpağın kəmiyyətidir; 

AL

1



 – əmtəə 1-in istehsalı üçün lazım olan əməyin kəmiyyətidir

AT

2



 – əmtəə 2-nin istehsalı üçün lazım olan torpağın kəmiyyətidir; 

AL

2



 – əmtəə 2-nin istehsalı üçün lazım olan əməyin kəmiyyətidir. 

Bu halda hər bir əmtəənin qiymətinin formulası onların istehsalı üçün istifadə edilən 

əmək və torpağın qiymətlərinin cəminə bərabərdir, yəni 

P

1



 = AL

1

×w + AT



1

×r  (2.6) 

P

2

 = AL



2

×w + AT


2

×r  (2.7) 

 

Əmtəə 1-in nistehsalının əmtəə 2-nin istehsalına nisbətən daha çox əmək xərci tələb 



etməsi o deməkdir ki, 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə