Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə45/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   41   42   43   44   45   46   47   48   ...   213

 

111


 

Şəkil 2.3. İstehsal amilinin artımının istehsaldan əldə edilən gəlirə təsiri. 

 

Ehtimal edək ki, kapitalın həcmi GG



 qədər artdı və bu zaman digər istehsal amilinin 

(əməyin)  həcmi  və  əmtəə  1  və  2-nin  qiymətləri  dəyişməz  qaldı.  Əgər  G

  nöqtəsindən 



kapitalla  təmin  olunma  dərəcəsinin  dəyişmiş  səviyyəsini  əks  etdirən  yeni  paraleloqram 

çəksək aydın olar ki, kapitalla təmin olunma dərəcəsi artdıqdan sonra əməktutumlu əmtəə 1-

in  istehsalı  F

  nöqtəsinə,  kapitaltutumlu  əmtəə  2-nin  istehsalı  isə  E



  nöqtəsinə  keçəcəkdir. 

Kapitalın  həcminin  artması  nəticəsində  kapitaltutumlu  əmtəə  2-nin  istehsalı  EE

  qədər 



artmış, əməktutumlu əmtəə 1-in istehsalı isə FF

  qədər  azalmışdır.  Bununla  da,  amillərdən 



biri ilə təmin olunhma dərəcəsi yüksəldikdə, istehsalında həmin amildən daha çox intensiv 

şəkildə istifadə edilən əmtəənin istehsalı artır və əksinə, istehsalında həmin amildən daha az 

intensiv şəkildə istifadə edilən əmtəənin istehsalı azalır. EE

/OE > GG



/JG görmək də çətin 

deyil. Bu o  deməkdir  ki, kapitalın həcminin  artımı kapitaltutmlu əmtəə  istehsalının həmin 

artıma müvafiq çoxalmasına gətirib çıxarmışdır. 

T.M.Rıbçınskinin  teoreminin  beynəlxalq  ticarət  üçün  nəticələrini  aşağıdakı  kimi 

formalaşdırmaq  olar.  Hekşer-Olinin  istehsal  amillərinin  nisbəti  nəzəriyyəsinə  görə,  ölkə 

daha  yaxşı təmin olunduğu amillərin istifadə edilməsi ilə istehsal olunmuş əmtəələri ixrac 

edir.  Rıbşinski  teoremi  isə  göstərir  ki,  nisbətən  daha  bol  olan  amilin  köməyi  ilə  ixrac 

istehsalının genişlənməsi digər sahələrdə istehsalın düşməsinə səbəb olacaq və bu sahələrdə 

idxal  əmtəələrinə  ehtiyac  artacaq.  Əksinə,  nisbətən  daha  qıt  olan  amildən  istifadənin 

genişləndirilməsi idxaləvəzedici sahələrdə istehsalın artımına və idxala ehtiyacın azalmasına 

gətirib çıxaracaq. 

Rıbçinski teoremi ―holland sindromu‖nun daha ümumiləşdirilmiş halıdır və göstərir 

ki,  bir  sahədə  və  ya  sahələrdə  istehsalın  və  ixracın  aktiv  şəkildə  genişlənməsi,  digər 

sahələrdə  istehsalın  dayanmasına  və  hətta  tənəzzülünə,  onun  idxal  ilə  əvəz  edilməsinə 

gətirib çıxarır. Ayrı-ayrı hallarda bu cür azalma böhran vəziyyətinə gətirib çıxara bilər, yəni 

istehsalın genişlənməsindən və ixracın artmasından əldə edilən mənfəət mənfi halları ərtmək 

üşün kifayət etməz və bu hətta, desənayeləşmə ilə nəticələnə bilər. 



 

2.2. Beynəlxalq ticarəti masştab effekti və  

qeyri-təkmil rəqabət baxımından izah edən nəzəriyyələr 

 

Son  zamanlar  daha  çox  sayda  iqtisadçılar  belə  bir  qənaətə  gəlirlər  ki,  klassik 



nəzəriyyələr  daha  beynəlxalq  ticarəti  izah  etmək  iqtidarında  deyillər.  Çünki,  əsas  ticarət 

ölkələri  istehsal  amilləri  ilə  demək  olar  ki,  eyni  nisbətlərdə  təmin  olunublar,  ya  da  ticarət 

eyni  bir  sahə  çərçivəsində  baş  verir.  Buna  görə  də,  müqayisəli  üstünlüklər  nəzəriyyəsi  və 

istehsal  amilləri  nisbəti  nəzəriyyəsi  ilə  əlaqədar  olmayan  beynəlxalq  ticarətin  alternativ 

nəzəriyyələri,  yeni  modelləri  meydana  gəlmişdir  ki,  onlar  da  bazarın  inhisarlaşmasının 

müxtəlif səviyyələrini və istehsal amillərindən qeyri-optimal istifadə kimi faktorları nəzərə 

alırlar. 

Bu  nəzəriyyələrdən  biri  ticarəti  masştab  effekti  əsasında  izah  edir.  Ümumi  iqtisadi 

nəzəriyyədən  məlumdur  ki,  istehsalın  masştabının  artması  nəticəsində  əmtəə  vahidinin 

istehsal dəyəri azalır. Bu bir neçə səbəbdən baş verir: 

 

ixtisaslaşma  artımı  –  hər  bir  işçi  bir  istehsal  funksiyasını  yerinə  yetirməklə  onun 



təkmil surətdə həyata keçirilməsinə nail ola bilər

 



istehsalın  ayrılmazlığı  –  istehsalın  masştabı  artdığı  hakda  istehsala  birbaşa  surətdə 

cəlb olunmayan yardımçı sahələrə çəkilən xərclər nisbi baxımdan azalır; 

 

texnoloji qənaət – yeni keyfiyyətli məhsulun yaradılmasına çəkilən xərclər. 




 

112


 

Masştab  iqtisadiyyatı  dedikdə  istehsalın  elə  bir  inkişafı  nəzərdə  tutulur  ki,  amil 

xərclərinin bir vahid artımı istehsalın bir vahiddən artıq artımına gətirib çıxarır.  

İstehsal amilləri ilə eyni dərəcədə təmin edilmiş (və ya elə bir dərəcədə təmin edilmiş 

ki,  arada  olan  fərq  qarşlıqlı  ticarətin  izahı  kimi  çıxış  edə  bilməz)  ölkələr  arasında  ticarət 

masştab iqtisadiyyatı ilə izah edilir. Masştab iqtisadiyyatı modeli həmçinin ölkələr arasında 

texnoloji yaxın və ya eynicins məhsullarla ticarəti də izah edir. 

Ehtimal  edək  ki,  iki  ölkə  identikdir  və  buna  görə  də,  onların  əmtəə  1  və  2  üzrə 

təklifləri qovuşan istehsal imkanları yərisi ilə, bu əmtəələrə olan tələb isə qovuşan laqeydlik 

əyriləri ilə xarakterizə olunur (şəkil 2.4). 

 

Şəkil 2.4. Masştab effekti modelində beynəlxalq ticarət. 

 

İqtisadiyyat  masştab  effekti  ilə  xarakterizə  olunduğundan,  istehsal  imkanları  əyrisi 



hesablama  nöqtəsi  istiqamətində  əyilmişdir.  Ticarətə  qədər  hər  iki  ölkə  40  vahidə  qədər 

əmtəə 1 və 2 istehsal edir və istehlak edirlər (nöqtə A). Nisbi qiymət – P

1

/P

2



=P

A

  və  tələbi 



müəyyən  edən  laqeydlik  əyrisi  –  I-dir.  Qeyd  edək  ki,  A  nöqtəsindəki  balans  həddən  artıq 

qeyri-dayanıqlıdır.  İstehsal  imkanları  əyrisinin  əyriliyinin  spesifikliyi  səbəbindən  və 

masştab effekti nəticəsində,  nisbi qiymətdə  A nöqtəsindən sağa  isətnilən  minimal hərəkət, 

əmtəə 1-in qiymətinin aşağı düşməsinə səbəb olacaqdır və bu, birinci ölkə yalnız əmtəə 1-i 

istehsal  etməyə  başlayana  qədər  davam  edəcəkdir.  Analoji  olaraq,  nisbi  qiymətdə  A 

nöqtəsindən sola isətnilən minimal hərəkət, əmtəə 2-nin qiymətinin aşağı düşməsinə səbəb 

2



4



6



8

100 



2

4



6



8

100 



120 







Ə

m

təə 1

 

Əmtəə 2 

A

 

II 



120 

'

 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə