Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə53/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   49   50   51   52   53   54   55   56   ...   213

 

127


 

Beynəlxalq  ticarət  nəzəriyyələrinin  inkişafında  XX  əsrin  80-ci  illərində  amerikan 

iqtisadçısı  Maykl  Porterin  işlədiyi  ölkələrin  rəqabət  üstünlükləri  nəzəriyyəsi  mühüm 

əhəmiyyət  kəsb  etmişdir.  O  özünün  bu  nəzəriyyəsində  klassik  və  neoklassik  iqtisadçıların 

baxışları  ilə  neotexnoloji  məktəbin  təmsilşilərinin  baxışlarını  bir  araya  gətirə  bilmişdir. 

Alim dünya  ticarətinin ikidə bir hissəsini özündə  cəmləşdirən 10 ən iri sənaye  ölkələrinin 

şirkətlərinin praktiki fəaliyyəti üzrə tədqiqat apararaq belə bir nəticəyə gəlmişdir ki, dünya 

bazarında  ölkənin  rəqabət  qabiliyyətinin  bir-biri  ilə  qarşılıqlı  fəaliyyətdə  və  əlaqədə  olan 

dörd başlıca parametri mövcuddur:  

5.

 



Amillərin şəraiti. Bu zaman müəyyən sahədə müvəffəqiyyətlə rəqabət aparmaq üçün 

lazım  olan  konkret  istehsal  faktorları  nəzərdə  tutulur.  M.Porter  klassik  amillər 

nəzəriyyəsini də qəbul etməklə onların sırasına yenilərini də əlavə edir. 

6.

 



Əmtəə  və  xidmətlərə  tələb  şəraiti.  Bu,  sahə  tərəfindən  təklif  edilən  məhsul  və 

xidmətlərə  daxili  bazarda  olan  tələbi  nəzərdə  tutur.  Tələb  müəssisənin  inkişafını 

müəyyən  edən  əsas  parametrdir.  Bu  zaman  daxili  tələbin  vəziyyəti  xarici  bazarın 

potensial  imkanları  ilə  birlikdə  situasiyaya  əhəmiyyətli  dərəcədə  təsir  edir.  Burada 

müəssisənin xarici bazarlara çıxışına təsir edən milli xüsusiyyətləri (iqtisadi, mədəni, 

təhsil, etnik, adət və ənənələr) də nəzərə almaq lazımdır. M.Porterin yanaşması ayrı-

ayrı şirkətlərin fəaliyyəti üçün daxili bazarın əsas əhəmiyyət kəsb etdiyini qəbul edir. 

7.

 



Ölkələrin  firmalarının  strategiyası,  onların  strukturu  və  rəqabəti.  Bu,  ölkədə 

firmaların  yaradılması  və  idarəedilməsini  müəyyən  edən  şəraiti  və  daxili  baxarda 

rəqabətin  xarakterini  nəzərdə  tutur.  Firma  tərəfindən  seçilən  bazar  strategiyası  və 

lazımi  çevikliyi  təmin  edən  təşkilati  struktur  beynəlxalq  ticarətə  müvəffəqiyyətlə 

qoşulmanın əsas şərtlərindən biridir.  

8.

 



Ölkədə  mövcud  olan  qohum  və  yaxın  sahələrin  xarakteri.  Bu  zaman  ölkədə  dünya 

bazarında rəqabət qabiliyyətli olan qohum və ya  yaxın sahələrin mövcudluğu və  ya 

qeyri-mövcudluğu  nəzərdə  tutulur.  Müvafiq  avadanlıqla  təminat,  nəqliyyat, 

komersiya  və  maliyyə  strukturları  ilə  sıx  əlaqələr  rəqabət  baxımından  mühüm 

əhəmiyyət kəsb edir. 

Sayılan  parametrlər  özlüyündə  milli  ―romb‖  əmələ  gətirirlər  ki,  onun  da 

komponentləri bir-birlərini qarşılıqlı surətdə gücləndirir (sxem 2.1). 

Sxem 2.1 

M.Porterin “rəqabət rombu”nun sxemi 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Firmaların strategiyası, 

onların strukturu və rəqabəti 

 

Qohum və yaxın sahələr 



 

 

Amillər şəraiti 



 

 

Tələb şəraiti 



 

 

Təsadüf 



 

 

 



Hökumət 

 

 




 

128


 

Bu  sistemə  həmçinin  təsadüfi  hadisələr  və  hökumətin  siyasəti  də  əlavə  edilir.  Bu 

parametrlər ölkənin rəqabət üstünlüklərini həm gücləndirə, həm də zəiflədə bilər. 

M.Porterə  görə,  daxili  bazarda  rəqabətin  mövcudluğu  mühümdür.  O,  dövlət 

tərəfindən  müdafiə  edilərək  istehsalın  bir  milli  firmada  cəmləşdirilməsinin  potensial 

səmərəliliyini  qəti  surtədə  rədd  edir.  Bu  cür  dövlət  firmalarının  əksəriyyəti  aşağı 

səmərəliliyi,  təbii  ehtiyatlarda  qeyri-səmərəli  sitifadəsi  və  aşağı  əmək  məhsuldarlığı  ilə 

fərqlənir. 

Daxili bazarda sərt rəqabət firmaları xarici bazara çıxmağa stimullaşdırır, xarici bazar 

axtarmağa sövq edir. Bununla yanaşı, daxili bazarda rəqabət qabiliyyətli əmtəələrin kifayət 

qədər olduğu şəraitdə xarici satış bazarının tapılması məsələsi nisbətən asanlıqla həll edilir. 

Bu  baxımdan,  M.Porterin  nəzəriyyəsinə  görə,  xarici  ticarətdən  daha  çox  uduş  qazanmaq 

üçün milli əmtəələrin rəqabət qabiliyyətliliyini yüksəltməyə ehtiyac vardır. 

 

NƏTİCƏ 

 

1.



 

Beynəlxalq  ticarətin  ən  yeni  nəzəriyyələri  ya  klassik  nəzəriyyələrin  prinsiplərini 

inkişaf etdirərək onları daha çox əmtəə, ölkə və istehsal amilinə aid edir, ya da beynəlxalq 

ticarətin  hnasısa  səbəblərdən  klassik  nəzəriyyələr  tərəfindən  izah  edilməmiş  ayrı-ayrı 

tərəflərini  öyrənir.  Bu  iki  qrup  ən  yeni  nəzəriyyələr  beynəlxalq  ticarəti  əsasən  təklif 

baxımından öyrənirlər. Üçüncü qrup nəzəriyyələr klassik nəzəriyyələri tam olaraq inkar edir 

və onları köhnəlmiş elan edir və beynəlxalq ticarətin özünəməxsus izahını təklif edirlər. Bu 

qrup nəzəriyyələr beynəlxalq ticarətdə əmtəəyə olan tələb və təklifin öyrənilməsinə adətən 

bərabər dərəcədə diqqət ayırır. 

2.

 



Spesifik  istehsal  amilləri  modeli  bütün  amilləri  mobil  (sahələr  arasında  sərbəst 

hərəkət edə bilən) və spesifik (yalnız müəyyən sahələr üçün xarakterik olan) amillərə bölür. 

Ölkələrin  istehsal  amilləri  ilə  fərqli  təmini  əmtəələrin  nisbi  təklifində  və  onların 

qiymətlərində fərqlərə gətirib çıxarır ki, bu da ölkələri bir-biri ilə ticarət etməyə sövq edir. 

Beynəlxalq ticarət nəticəsində,  ixrac sektoru üçün spesifik olan amillər inkişaf edir, idxalla 

rəqabətdə  olan  sahələr  üçün  spesifik  olan  amillər  isə  azalır.  Bu  sahələr  arasında  sərbəst 

hərəkət  edən  mobil  amillər  ya  arta,  ya  da  azala  bilərlər.  İxrac  sahələri  üçün  spesifik  olan  

amillərin  sahiblərinin  gəlirləri  artır,  idxalla  rəqabətdə  olan  sahələr  üçün  spesifik  olan 

amillərin sahiblərinin gəlirləri isə azalır. 

3.

 



Mütləq və müqayisəli üstünlüklər nəzəriyyələri istisna olmaqla, beynəlxalq ticarətin 

bütün  nəzəriyyələri  üçün  ticarət  nəticəsində  əldə  edilən  gəlirlərin  bölgüsü  və  yenidən 

bölgüsü  məsələsinin  öyrənilməsi  əsas  problemlərdən  biridir.  Hekşer-Olinin  istehsal 

amillərinin nisbəti nəzəriyyəsi göstərdi ki, nisbətən daha bol istehsal amillərinə sahib olanlar 

ticarətdən udur, daha  qıt istehsal amillərinə  sahib olanlar isə ticarətdən uduzurlar. Hekşer-

Olin-Samuelsonun istehsal amillərinin qiymətlərinin bərabərləşdirilməsi teoremi isə belə bir 

nəticəyə gəldi ki, ticarət nəticəsində əmtəələrin nisbi qiymətlərinin istehsal amillərinin nisbi 

qiymətlərinin  bərabərləşməsinə  gətirib  çıxarması  son  nəticədə  istehsal  amillərinin 

sahiblərinin gəlirlərini bərabərləşdirir. Əgər ticarət istehsalın spesifik amillərinə əsaslanırsa, 

onda  Samuelson-Cons  teoreminə  uyğun  olaraq,  ixrac  sahələri  üçün  spesifik  olan  istehsal 

amili  sahiblərinin  gəlirləri  artır,  idxalla  rəqabətdə  olan  sahələr  üçün  spesifik  olan  istehsal 

amilləri  sahiblərinin  gəlirləri  isə  azalır.  Stolper-Samuelson  teoreminə  görə,  beynəlxalq 

ticarət qiyməti artan əmtəənin istehsalında intensiv şəkildə istifadə edilən istehsal amilinin 

sahibinin  gəlirlərinin  artmasına  və  qiyməti  azalan  əmtəənin  istehsalında  intensiv  şəkildə 

istifadə  edilən  istehsal  amilinin  sahibinin  gəlirlərinin  azalmasına  gətirib  çıxarır.  Rıbçinski 

teoreminə  görə  isə  istehsal  amillərindən  birinin  təklifinin  artması  həmin  amilin  daha 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə