Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə42/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   38   39   40   41   42   43   44   45   ...   213

 

105


 

 

Şəkil 2.1. Spesifik istehsal amilləri nəzəriyyəsində beynəlxalq ticarət. 

 

Birinci  və  ikinci  ölkələrdə  tələb  dəyişməz  və  daimi,  mobil  amil  (işçi  qüvvəsi)  isə 



həcminə görə, eyni səviyyədə qalır. Üfüqi xətdə əmtəə 1-in nisbi kəmiyyəti, şaquli xətdə isə 

onun nisbi qiyməti göstərilmişdir. Həm kəmiyyət, həm də qiymət müvafiq olaraq, əmtəə 2-

nin kəmiyyət və qiyməti vasitəsilə ifadə edilmişdir. 

Birinci  ölkədə  əmtəə  1-i  istehsal  edən  sahədə  daha  çox  işçi  olacaq  və  onların 

ixtiyarında  daha  çox  kapital  olacaq.  Əmtəə  1-in  istehsalı  artacaqdır  və  onun  təklifi  dünya 

bazarında artacaqdır, çünki nisbi qiymət (P

1

/P

2



)

I

 aşağı səviyyədə olacaqdır. Bu zaman nisbi 



təklif  əyrisi  sağa  sürüşəcəkdir  (RS

I

).  Eyni  zamanda,  ikinci  ölkədə  əmtəə  1-i  istehsal  edən 



sahədə  məşğulluğun  azalması  baş  verəcəkdir,  çünki  işçi  qüvvəsi  əmtəə  2-nin  istehsalına 

keçəcəkdir. Nəticədə əmtəə 1-in istehsalı aşağı düşəcəkdir və onun dünya bazarında təklifi 

azalacaqdır. Buna görə də əmtəə 1-in ikinci ölkə üzrə nisbi təklif əyrisi (RS

II

) birinci ölkənin 



əyrisinə nisbətən solda yerləşəcəkdir və nisbi qiymət yüksək olacaqdır (P

1

/P



2

)

II



Ölkələr daxilində nisbi qiymətlər fərqli olduğundan birinci ölkə əmtəə 1-i satmağa, 

ikinci ölkə isə onu almağa çalışacaqdır. Ticarətin həyata keçiriləcəyi nisbi qiymət (P

1

/P



2

)

w



 

ticarətin reallaşdırılmasına başlanana qədər hər iki ölkənin daxilində bu əmtəəyə olan nisbi 

iqymətlərin  hardasa  ortasında  olacaqdır  və  bu  qiymətdə  birinci  və  ikinci  ölkə  tərəfindən 

əmtəə  1-in  təklifi  cəmisi  RS

w

  təşkil  edəcəkdir.  Bu  zaman  birinci  ölkədə  əmtəə  1-in  nisbi 



qiyməti  artacaqdır,  ikinci  ölkədə  isə  aşağı  düşəcəkdir.  Birinci  ölkədə  spesifik  amilin 

(kapital)  mülkiyyətçiləri  öz  mövqelərini  gücləndirəcəklər,  əmək  resurslarının  bir  hissəsi 

əmtəə 1-in istehsalına keçəcəkdir, lakin torpaq amilinin (birinci ölkə üçün spesifik olmayan 

amil)  sahiblərinin  vəziyyəti  pisləşəcəkdir.  İkinci  ölkədə  spesifik  amilin  (torpaq)  sahibləri 

mövqelərini  gücləndirəcəklər,  əmək  resurslarının  bir  hissəsi  əmtəə  2-nin  istehsalına 

keçəcəkdir,  amma  kapital  amilinin  (birinci  ölkə  üçün  spesifik  olmayan  amil) 

mülkiyyətçilərinin vəziyyəti pisləşəcəkdir. 

2

1



Q

Q

 

2



1

P

P

 

II



Q

Q









2

1



 

W

Q

Q









2

1



 

W

P

P









2

1



 

II

P

P









2

1



 

RD

W

 

RS

W

 

RS

II

 

I

P

P









2

1



 

I

Q

Q









2

1



 

RS

I

 


 

106


 

Spesifik amillər modelində ixrac və idxal arasında nisbət istehsal və istehlak arasında 

nisbətdən çıxış edilərək müəyyən edilir. Əgər, 

D

1



 – əmtəə 1-ə olan tələb;   

D

2



 – əmtəə 2-yə olan tələb; 

Q

1



 – əmtəə 1-in istehsalı; 

Q

2



 – əmtəə 2-nin istehsalı 

P

1



 – əmtəə 1-in qiyməti; 

P

2



 – əmtəə 2-nin qiymətidirsə, onda 

P

1



 × D

1

 + P



2

 × D


2

 = P


1

 × Q


1

 + P


2

 × Q


2

  (2.4) 


 

Bu bərabərlikdən alırıq ki, 

D

2

 – Q



2

 = 


2

1

P



P

 × (Q


– D


1

)  (2.5) 

 

Lakin, məlumdur ki, tələb və istehsal arasındakı fərq (D



2

 – Q


2

) ölkə tərəfindən əmtəə 

2-nin  idxalı  formulunu,  istehsal  və  tələbin  fərqi  isə  (Q

–  D



1

)  ölkə  tərəfindən  əmtəə  1-in 

ixracının  formulunu  əks  etdirir.  P

1

/P



nisbəti  –  əmtəə  1-in  əmtəə  2-nin  qiyməti  vasitəsilə 

ifadə olunmuş nisbi qiymətidir. Beləliklə, ölkə tərəfindən əmtəə 2-nin idxalı, ölkə tərəfindən 

əmtəə 1-in ixracının nisbi qiymətlər əmsalı ilə funksiyasını əks etdirir. Digər sözlə, əmtəə 2-

nin  idxalının  dəyəri,  əmtəə  1-in  ixracının  dəyərinin  onun  nisbi  qiymətinə  hasilinə 

bərabərdir. Yəni, ölkənin idxalının həcmi onun ixracının həcmi ilə məhdudlaşır. 

Beləliklə, spesifik istehsal amilləri modelinə görə, ölkələrin istehsal amilləri ilə fərqli 

təmini əmtəələrin nisbi təklifində və onların qiymətlərində fərqlərə gətirib çıxarır ki, bu da 

ölkələri  bir-biri ilə ticarət  etməyə sövq edir.  Beynəlxalq ticarət nəticəsində,   ixrac sektoru 

üçün  spesifik  olan  amillər  inkişaf  edir,  idxalla  rəqabətdə  olan  sahələr  üçün  spesifik  olan 

amillər  isə  azalır.  İxrac  sahələri  üçün  spesifik  olan    amillərin  sahiblərinin  gəlirləri  artır, 

idxalla  rəqabətdə  olan  sahələr  üçün  spesifik  olan  amillərin  sahiblərinin  gəlirləri  isə  azalır. 

Bu sahələr arasında sərbəst hərəkət edən mobil amillər ya inkişaf edirlər, ya da azalırlar.  

Beynəlxalq ticarətin praktiki olaraq bütün nəzəriyyələri əsas diqqətlərini dünya tələb 

və  təklifinin  balansı  əsasında  tarazlıq  qiymətinin  formalaşması  qanunauyğunluqlarına 

ayırırlar.  Bu  qiymət  əksər  hallarda  bir-birləri  ticarət  edən  ölkələrin  daxilində  formalaşan 

qiymətlərdən fərqli olduğundan, beynəlxalq ticarət nəticəsində əldə edilən gəlirlərin bölgüsü 

(həm ölkələr arasında, həm də onların daxilində) problemi meydana gəlir. 

Mütləq və müqayisəli üstünlüklər klassik nəzəriyyələri hesab edirdilər ki, beynəlxalq 

ticarət  ölkə  daxilində  gəlirlərin  bölgüsünə  təsir  etmir.  Bütün  sonrakı  beynəlxalq  ticarətin 

nəzəriyyələri  üçün  ticarət  nəticəsində  əldə  olunan  gəlirlərin  bölgüsü  və  yenidən  bölgüsü 

məsələsinin tədqiqi mühüm əhəmiyyət kəsb edir. Hekşer-Olinin istehsal amillərinin nisbəti 

nəzəriyyəsi göstərdi ki, nisbətən daha bol istehsal amillərinə sahib olanlar ticarətdən udur, 

daha qıt istehsal amillərinə sahib olanlar isə ticarətdən uduzurlar. Buradan belə bir praktiki 

nəticə çıxır ki, birincilər azad ticarətin tərəfdarı, ikincilər isə onun əleyhdarı olacaqlar. 

Lakin, 


Hekşer-Olin-Samuelsonun 

istehsal 

amillərinin 

qiymətlərinin 

bərabərləşdirilməsi  teoremi  göstərdi  ki,  ticarət  nəticəsində  əmtəələrin  nisbi  qiymətlərinin 

istehsal  amillərinin  nisbi  qiymətlərinin  bərabərləşməsinə  gətirib  çıxarması  son  nəticədə 

istehsal amillərinin sahiblərinin gəlirlərini bərabərləşdirir.  

Lakin  bu  nəzəriyyələr,  həmçinin  spesifik  istehsal  amilləri  nəzəriyyəsi  aşağıdakı  iki 

suala cavab vermirdi: 

3.

 



Əgər əmtəələrin qiymətləri dəyişərsə, onda bu əmtəələrin istehsalında nisbətən daha 

intensiv  istifadə  olunan  amillərin  qiymətləri  özlərini  necə  aparacaq  və  nəticədə 

onların sahiblərinin gəlirləri necə dəyişəcək? 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə