Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə39/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   35   36   37   38   39   40   41   42   ...   213

 

99

 



Bu  sistemə  həmçinin  təsadüfi  hadisələr  və  hökumətin  siyasəti  də  əlavə  edilir.  Bu 

parametrlər ölkənin rəqabət üstünlüklərini həm gücləndirə, həm də zəiflədə bilər. 

M.Porterə  görə,  daxili  bazarda  rəqabətin  mövcudluğu  mühümdür.  O,  dövlət 

tərəfindən  müdafiə  edilərək  istehsalın  bir  milli  firmada  cəmləşdirilməsinin  potensial 

səmərəliliyini  qəti  surtədə  rədd  edir.  Bu  cür  dövlət  firmalarının  əksəriyyəti  aşağı 

səmərəliliyi,  təbii  ehtiyatlarda  qeyri-səmərəli  sitifadəsi  və  aşağı  əmək  məhsuldarlığı  ilə 

fərqlənir. 

Daxili bazarda sərt rəqabət firmaları xarici bazara çıxmağa stimullaşdırır, xarici bazar 

axtarmağa sövq edir. Bununla yanaşı, daxili bazarda rəqabət qabiliyyətli əmtəələrin kifayət 

qədər olduğu şəraitdə xarici satış bazarının tapılması məsələsi nisbətən asanlıqla həll edilir. 

Bu  baxımdan,  M.Porterin  nəzəriyyəsinə  görə,  xarici  ticarətdən  daha  çox  uduş  qazanmaq 

üçün milli əmtəələrin rəqabət qabiliyyətliliyini yüksəltməyə ehtiyac vardır. 



1.3. Beynəlxalq ticarətin klassik nəzəriyyələrinin inkişafı 

 

Yuxarıda  göstərilən  nəzəriyyələr  beynəlxalq  ticarətin  klassik  və  neoklassik 



nəzəriyyələridir. Bu nəzəriyyələrin hamısının ümumi zəif tərəfi  ondan ibarətdir ki, onların 

praktikada təsdiq olunması üçün çoxsaylı məhdudiyyətlərə və ilkin ehtimallara əməl etmək 

lazımdır. Buna görə XX əsrin ikinci  yarısında da iqtisadçılar beynəlxalq ticarətin  müxtəlif 

aspektlərini  izah  edən  yeni  nəzəriyyələr  axtarışında  olmuşlar.  Klassik  nəzəriyyələrdən 

kənara çıxmağa çalışan bu konsepsiyalar aşağıdakı inkişaf istiqamətlərindən biri ilə getməyə 

çalışırlar: 

 

klassik  nəzəriyyələrin  prinsiplərini  inkişaf  etdirirlər,  onları  daha  çox  sayda  əmtəə, 



ölkə  və  istehsal  amillərinə  şamil  edirlər  və  göstərirlər  ki,  dəyişənlərin  kəmiyyət 

artımına  baxmayaraq,  bu  nəzəriyyələrin  əsas  müddəaları  dəyişməzdir  (spesifik 

istehsal amilləri nəzəriyyəsi); 

 



klassik  nəzəriyyələrin  düzgünlüyünü  ümumilikdə  şübhə  altına  almadan  beynəlxalq 

ticarətin  yeni  problemlərini  klassik  mövqedən  tədqiq  edirlər;  müasir  iqtisadçılar 

klassiklər  tərəfindən  toxunulmayan  bir  çox  məsələləri  izah  edən  yeni  modelləri 

işləmiş  və  teoremləri  sübut  etmişlər  (beynəlxalq  ticarətdən  əldə  edilən  gəlirlərin 

bölgüsü nəzəriyyəsi, kəsişən tələb nəzəriyyəsi); 

 



nəhayət,  bəzi  ən  yeni  nəzəriyyələr  sübut  etməyə  çalışırlar  ki,  klassik  nəzəriyyələr 

müasir  beynəlxalq  ticarəti  izah  etmək  iqtidarında  deyillər  və  buna  görə  də  yeni 

nəzəriyyələrlə əvəz edilməlidirlər (masştab effekti nəzəriyyəsi, sahədaxili beynəlxalq 

ticarət modeli, beynəlxalq ticarətin dinamik modelləri). 

Klassik  nəzəriyyələrin  müasir  iqtisadçılar  tərəfindən  inkişaf  etdirilməsi  sxemini 

aşağıdakı  cədvəldən  görmək  olar.  Cədvəldə  mütləq  üstünlüklər  nəzəriyyəsi  MÜ  kimi, 

müqayisəli  üstünlüklər  nəzəriyyəsi  MqÜ,  istehsal  amillərinin  nisbəti  nəzəriyyəsi  isə  İAN 

kimi işarə edilir. 



Cədvəl 1.1 

Klassik nəzəriyyələrin müasir iqtisadçılar tərəfindən inkişaf etdirilməsi sxemi

9

 

 

Klassik nəzəriyyələrin 

ehtimalları 

Əgər ... isə 

Hansı nəzəriyyə 

ilə  

izah edilir 

Müəlliflər 

1. Yalnız bir 

istehsal amili - 

MÜ, 


MqÜ 

İstehsal amilləri 

çoxdur 

İstehsal 



amillərinin nisbəti 

Hekşer – Olin  

                                                 

9

 А.Киреев. Международная экономика. Москва, «Международные отношения», I cild, səh. 157 




 

100


 

əmək mövcuddur 

nəzəriyyəsi 

2. Yalnız iki ölkə, 

iki əmtəə və iki 

istehsal amili 

mövcuddur 

MÜ, 


MqÜ 

Ölkə və əmtəələr 

ikidən çoxdur 

Daha çox ölkə və 

əmtəəyə aid edilən 

müqayisəli 

üstünlüklər 

nəzəriyyəsi 

Rikardo – 

Samuelson  

İAN 

İstehsal amilləri 



ikidən çoxdur 

Daha çox istehsal 

amillərinə şamil 

edilən istehsal 

amillərinin nisbəti 

nəzəriyyəsi 

Hekşer – Olin  

3. Ölkələrin 

istehsal amilləri 

ilə təmin 

edilməsində fərq 

mövcud deyildir 

MÜ, 

MqÜ 


Ölkələr istehsal 

amilləri ilə eyni 

səviyyədə təmin 

edilməyiblər 

Daha çox istehsal 

amillərinə şamil 

edilən istehsal 

amillərinin nisbəti 

nəzəriyyəsi 

Hekşer – Olin  

4. Müxtəlif 

ölkələrdə-ki 

texnologiya 

eynidir 


İAN 

Ölkələr müxtəlif 

texnologiyalardan 

istifadə edirlər 

Texnologiyaya 

istehsal amili kimi 

baxıldığı təqdirdə, 

istehsal amillərinin 

nisbəti nəzəriyyəsi 

Hekşer – Olin  

Texnologiya vaxt 

keçdikcə dəyişir 

Texnoloji fərq 

nəzəriyyəsi 

Pozner (1961) 

Əmtəənin həyat 

dövrü nəzəriyyəsi 

Vernon (1966) 

5. Hər iki ölkədə 

əmtəə 1 


əməktutumlu, 

əmtəə 2 isə 

kapital-tutumludur 

İAN 


Eyni əmtəə 

əməkdən bol ölkədə 

əməktutumlu, 

kapitaldan bol 

ölkədə isə 

kapitaltutumludur 

İstehsal 

amillərinin re-

versi nəzəriyyəsi 

Minhas (1962) 

Boll (1966) 

6. Masşat effekti 

möv-cud deyildir 

– hər iki ölkədə 

istehsal amilləri 

sərfiyyatının 

müəyyən qədər 

artması əmtəə 

istehsalının da elə 

bu qədər 

artmasına gətirib 

çıxarır 


MÜ, 

MqÜ, 


İAN 

Masştab effekti 

mövcuddur, yəni 

istehsal amillərinin 

sərfiyyatının 

müəyyən qədər 

artması istehsalın 

daha çox artmasına 

gətirib çıxarır 

Masştab effekti 

mode-linin 

beynəlxalq ticarətə 

tətbiq edilməsi 

Kemp (1964) 

Kruqman (1979) 

7. Ölkələrin heç 

biri müəyyən 

əmtəənin is-

tehsalında tam 

şəkildə 


ixtisaslaşmamışdır 

İAN 


Hər bir ölkə 

müqayisəli 

üstünlüyə malik 

olduğu əmtəə 

istehsalında ixti-

saslaşır 

Müqayisəli 

üstünlüklər 

nəzəriyyəsi 

Smit, Rikardo 

İstehsal 

amillərinin 

qiymətlərinin 

Ecuort 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə