Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə37/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   33   34   35   36   37   38   39   40   ...   213

 

95

 



 

istehsalın  ayrılmazlığı  –  istehsalın  masştabı  artdığı  hakda  istehsala  birbaşa  surətdə 



cəlb olunmayan yardımçı sahələrə çəkilən xərclər nisbi baxımdan azalır; 

 



texnoloji qənaət – yeni keyfiyyətli məhsulun yaradılmasına çəkilən xərclər. 

Masştab  iqtisadiyyatı  dedikdə  istehsalın  elə  bir  inkişafı  nəzərdə  tutulur  ki,  amil 

xərclərinin bir vahid artımı istehsalın bir vahiddən artıq artımına gətirib çıxarır. Bu artım isə 

aşağıdakı struktur dəyişiklikləri hesabına baş verir: 

 

masştabın  xarici  effekti  hesabına,  yəni  ümumilikdə  sahədə  istehsal  masştabının 



artımı nəticəsində müəssisə daxilində əmtəə vahidinə çəkilən xərclər azalır; 

 



masştabın  daxili  effekti  hesabına,  yəni  müəssisənin  özünün  istehsal  masştabının 

artımı nəticəsində müəssisə çərçivəsində əmtəə vahidinə çəkilən xərclər azalır. 

Masştabın xarici effekti bir əmtəənin istehsalı ilə məşğul olan müəssisələrinin sayının 

artımını nəzərdə tutur. Bu zaman həmin müəssisələrinin ölçüsü dəyişməz qalır. Adətən bu 

zaman bazarda rəqabət səviyyəsi məqbul həddə olur. Bu isə o deməkdir ki, ixracatçılar təsir 

edə  bilmədikləri  cari  qiymətlərlə  istədikləri  qədər  əmtəə  sata  bilərlər.  Buna  misal  kimi 

kompüter  sənayesini  göstərmək  olar.  Sənayenin  inkişaf  etməsi  ixtisaslaşmış  əməyin 

yetişməsinə səbəb olur ki, bu da həmin sənayenin müəssisəsinin xərclərinin aşağı düşməsinə 

səbəb olur. 

Masştabın daxili effekti əmtəə istehsalının əvvəlki səviyyədə qaldığını, lakin həmin 

əmtəənin istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin sayının azalmasını nəzərdə tutur. 

Əksər  hallarda  bu  qeyri-təkmil  rəqabətə  gətirib  çıxarır  ki,  bu  zaman  da  istehsalçılar  öz 

əmtəələrinin qiymətlərinə təsir göstərə bilirlər və qiyməti azaltmaq yolu ilə satış həcminin 

artımını təmin edirlər. Avtomobil sənayesi bunun tipik bir nümunəsidir. Tədqiqatlar göstərir 

ki, bir il ərzində az sayda avtomobil istehsal edən kiçik bir firmanın xərcləri iri avtomobil 

firmalarının xərclərindən çox yüksək olur.  

Masştab effekti istehsal amilləri ilə eyni səviyyədə  təmin  olunan ölkələr  arasındakı 

ticarəti, həmçinin texnologiya cəhətdən yaxın olan ölkələr arasındakı ticarəti izah edir. 

Masştab  iqtisadiyyatları  beynəlxalq  ticarət  baxımından  bir  sıra  nəticələrə  gətirib 

çıxarır. Ölkə daxili  bazarda istehlakçıların ala biləcəyi çox saylı əmtəələrdən az  miqdarda 

istehsal  etməkdənsə,  masştab  iqtisadiyyatına  malik  bir  nemə  sənaye  üzrə  ixitsaslaşır  və 

yerdə  qalan  əmtəələri  xaricdən  idxal  edir.  Beləcə,  masştab  iqtisadiyyatları  xərcləri  aşağı 

salaraq,  istehsal  və  zövqlər  baxımından  bir-birinə  bənzəyən  ölkəlrə  arasında  qarşılıqlı 

faydalı ticarəti təmin edir. 

Masştab  iqtisadiyyatları  beynəlxalq  ticarətdə  istehlakşıya  müəyyən  bir  əmtəənin 

müxtəlif  tiplərinin  təqdim  edilməsinə  şərait  yaradaraq  rıfahın  artırılmasına  öz  töhfəsini 

verir.  Məsələn,  avtomobili  nümunə  kimi  götürsək  kimsə  alman  avtomobilini,  kimsə  də 

yapon avtomobilini xoşlayır və masştab iqtisadiyyatı onlara bu seçimi etmək imkanı yaradır. 

Masştabın  daxili  effektinin  ekstremal  halı  kimi  tam  inhisarı,  yəni  müəssisənin 

bazarda  rəqibi  olmadığı  situasiyanı  göstərmək  olar.  Lakin,  bazarda  ancaq  bir  istehsalçının 

fəaliyyət  göstərdiyi  hala  çox  nadir  hallarda  rast  gəlmək  olur.  əksinə,  eyni  bir  əmtəənin 

istehsalı ilə mə.ğul olan az sayda firmaların mövcud olduğu bazara, yəni oliqopoliyaya daha 

tez-tez  rast  gəlinir.  Bu  cür  bazarda  oliqopoliya  şəraitində  inhisar  rəqabəti  inkişaf  edir.  Bu 

cür  rəqabət  hər  bir  müəssisənin  inhisar  vəziyyətində  olduğunu,  lakin  onun  məhsulunun 

qiymətinin digər firmaların qiymətlərindən asılı olduğunu nəzərdə tutur. 

Beynəlxalq ticarəti inhisar rəqabəti şəraitində izah edən nəzəriyyənin inkişafına yeni 

nəsil amerikan iqtisadçısı Pol Kruqman böyük töhfə vermişdir. 

Inhisar  rəqabətinin  beynəlxlaq  ticarətə  təsirini  müəyyən  etmək  üçün  ilk  növbədə 

firmaların  sayı    və  onların  əmtəələrinin  qiymətləri  arasındakı  əsas  qarşılıqlı  əlaqələri 

müəyyən etmək lazımdır: 




 

96

 



 

firmaların sayı ilə tipik firmanın orta xərcləri arasındakı qarşılıqlı əlaqə - müəssisələr 



nə  qədər  çox  olarsa  hər  bir  müəssisənin  istehsal  həcmi  bir  o  qədər  az  və  əmtəə 

vahidinə çəkilən orta xərclər bir o qədər çox olar

 

müəssisələri saytı ilə onların hər birinin satış qiymətləri arasındakı qarşılıqlı əlaqə  - 



müəssisələr çox olduqca rəqabət güclənir və qiymətlər aşağı düşür; 

 



firmaların satış qiymətləri ilə onların sayı arasında qarşılıqlı əlaqə - qiymət orta bazar 

səviyyəsini keçirsə bazarda əlavə sayda müəssisələr meydana gəlir və əksinə, qiymət 

orta səviyyədən aşağıdırsa təsərrüfat subyektlərinin sayı azalır. 

Inhisar  rəqabəti  modeli  üçün  birinci  iki  əlaqə  daha  vacibdir.  Inhisar  rəqabəti 

çərçivəsində  ticarət  modeli  ondan  çıxış  edir  ki,  beynəlxalq  ticarət  satış  bazarının  həcmini 

genişləndirir.  Iki  ölkə  bir-birləri  ilə  ticarət  etdikləri  halda  məcmu  bazar  iki  ölkənin 

bazarlarının  sadə  cəmindən  daha  geniş  olur  və  onların  istehsal  etdikləri  əmtəələrin  çeşidi 

genişlənir, əmtəə vahidinin qiyməti aşağı düşür. 

Beynəlxalq ticarəti  yeni mövqedən izah edən nəzəriyyələrdən biri də  texnoloji fərq 

teoremidir. Texnoloji fərq hipotezi  1961-ci  ildə M.Pozner tərəfindən irəli sürülmüşdür. Bu 

hipotezə görə, sənaye  ölkələri arasındakı ticarətin böyük bir hissəsi yeni əmtəə istehsalına 

əsaslanır. Bu cür əmtəələr isə müasir sənayeləşmiş ölkələrin yenilikçi (novator) müəssisələri 

tərəfindən hazırlanır və istehsal edilir. Yeniliklər isə patent və əqli mülkiyyət hüquqları ilə 

qorunur. Başqa bir sözlə, hər hansı bir yeniliyi ilk kəşf edən müəssisə onun inhisarçısı olur. 

Başqalarının isə bu yenilikdən icazəsiz istifadə etməsinə qanunla yol verilmir. 

Texnoloji  fərq  teoreminə  görə,  yeni  bir  əmtəə  kəşf  edən  sənayeləşmiş  ölkə  bu 

əmtəənin ilk ixracatçısı olur. Ancaq vaxt keçdikcə yeni əmtəə təqlid yolu ilə və ya sərbəst 

bir  əmtəə  əmtəə  vəziyyətinə  gələrək  digər  ölkələrin  ixtiyarına  keçir.  Bu  ölkələrdə  əməyin 

ucuzluğu və ya təbii resurs üstünlükləri səbəbi ilə haqqında söhbət gedən əmtəə ilk istehsal 

ölkəsindən  daha  ucuz  istehsal  edilməyə  başlanır.  Beləcə  də  əmtəə  daha  az  inkişaf  etmiş 

ölkələr  tərəfindən  ixrac  olunmağa  başlayır.  əmtəəni  ilk  icad  edən  ölkə  isə  bu  ölkələrlə 

rəqabəti uduzduğundan həmin əmtəəni idxal etməyə başlayır.  

Yuxarıda  deyilənlərin  ən  tipik  nümunəsi  toxuculuq  məhsullarıdır.  Bir  vaxtlar. 

İngiltərə  dünyanın  ən  böyük  mahud  ixracatçısı  idi.  Lakin  daha  az  inkişaf  etmiş  ölkələrin 

mahud istehsalına başlaması ilə İngiltərənin istehsalı azalmış və o, bu cür əmtəələri xaricdən 

idxal etməyə başlamışdır. 

Praktikada  istehsal  texnologiyalarının  əsas  hissəsi  inkişaf  etmiş  sənaye  ölkələrində 

hazırlanır və qısa bir zamandan sonra daha az inkişaf etmiş ölkələrdə onun kütləvi istehsalı 

təşkil  olunur.  Məsələn,  ABŞ  texnologiya  baxımından  dünyanın  ən  inkişaf  etmiş  ölkəsi 

olaraq bir çox yüksək texnologiya məhsulu ixrac edir. Lakin digər ölkələr bu texnologiyaları 

əldə  edərək  və  sahib  olduqları  ucuz  resurslardan,  xüsusilə  də  mək  resurslarından  istifadə 

edərək  dünya  bazarını,  hətta  ABŞ  bazarını  ələ  keçirirlər.  Bu  arada  isə  ABŞ  istehsalçıları 

yeni əmtəə kəşflərini davam etdirdiklərindən prosesin dövriliyi və sonsuzluğu təmin olunur. 

Texnoloji  fərq  teoreminin  inkişaf  etdirilmiş  variantı  isə  əmtəənin  həyat  dövrləri 

nəzəriyyəsidir.  Bu  nəzəriyyə  1966-cı  ildə  Raymond  Vernon  tərəfindən  irəli  sürülmüşdür. 

Nəzəriyyədə irəli sürülən  fikrə  görə,  ölkələrin bir qismi  mövcud əmtəələr,  digər  bir qismi 

isə yeni əmtəələr üzrə ixtisaslaşırlar. Əsas mahiyyət isə bundan ibarətdir ki, bir əmtəə yeni 

əmtəə  vəziyyətindən  köhnə  əmtəə  vəziyyətinə  keçdikcə,  yəni  öz  ―həyatı‖nın  müxtəlif 

dövrlərini yaşadıqca istehsalın coğrafi yeri də dəyişir. R.Vernona görə, texnoloji yeniliklər 

və yeni malların işlənməsi inkişaf etmiş sənaye ölkələrində, xüsusilə də ABŞ-da baş verir. 

Əmtəənin  həyat  dövrləri  nəzəriyyəsinə  görə,  yeni  mal  ilk  olaraq  kiçik  həcmdə 

istehsal edilir. Istehsal davam etdirildikcə istehsalla bağlı olan problemlər aradan qaldırılır 

və istehsal genişləndirilir. Ilk mərhələdəki kiçik istehsal ixraca deyil, daxili bazarın tələbini 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə