Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə36/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   32   33   34   35   36   37   38   39   ...   213

 

93

 



sahənin  differensiallaşmış  məhsulları  ilə  mübadiləni  nəzərdə  tutur.  Sahələrarası  ticarət  isə 

ölkələr arasında müxtəlif sahələrin homogen məhsulları ilə mübadilə deməkdir. 

B.Balassaya  görə,  differensiallaşmış  əmtəələrlə  sahədaxili  ticarət  aşağıdakı 

səbəblərlə izah olunur: 

 

istehlakçı  zövqlərindəki  fərqlər  –  istehlakçılar  eyni  bir  əmtəə  qrupu  çərçivəsində 



geniş seçim imkanına malik olmaq istəyirlər

 



kəsişən  tələb  –  bu  anlayışa  görə,  ölkələr  daxili  bazarda  artıq  yerini  tutmuş  sənaye 

əmtəələrini ixrac edirlər. Belə ki, müxtəlif ölkələrin eyni gəlir səviyyəsinə malik olan 

istehlakçıları  təxminən  eyni  zövqə  malik  olduqlarından  hər  bir  ölkə  üçün  daxili 

bazarda  istehsalında  və  ticarətində  böyük  təcrübə  toplanmış  əmtəəni  ixrac  etmək 

daha asandır (bu fenomen haqqında aşağıda daha geniş danışılacaqdır); 

 



masştab  effekti  –  sahədaxili  ticarət  ölkələrə  eyni  bir  əmtəə  qrupuna  daxil  olan 

müxtəlif əmtəələr üzrə ixtisaslaşmağa imkan verir. Həmin əmtəələrin hər birinə tələb 

mövcud olduğundan hər bir ölkə ixtisaslaşdığı əmtəə tipini daha çox istehsal edə və 

bir-birinə sata bilərlər. 

Sahədaxili  ticarətlə  sahələrarası  ticarət  arasında  əhəmiyyətli  fərqlər  mövcuddur. 

Sahədaxili ticarət sosial nöqteyi-nəzərdən daha məqbuldur. O, ixracı aşağı düşən sektorlarda 

məşğul olan işçilərin ixracı inkişaf edən sektorlara axınına səbəb olmur.  ən pis halda işçilər 

həmin  sahəyə  aid  olan  digər  bir  əmtəənin  istehsalı  ilə  məşğul  olmağa  başlayırlar.  Bundan 

əlavə,  qarşısında  digər  ölkələrin  iri  bazarları  açılan  kiçik  ölkələr  üçün  bir  məhsul  vahidi 

üçün çəkilən xərcləri aşağı salmaq və hətta müəyyən məhsul üzrə daha iri ölkələrlə aparılan 

rəqabəti  udmaq  imkanı  yaranır.  Sahədaxili  ticarət  bütün  istehsal  amillərinin  (onların 

nisbətən  daha  bol  və  ya  qıt  olmasından  asılı  olmayaraq)  sahiblərinin  gəlirlərinin  masştab 

effekti hesabına artımına gətirib çıxarır. 

Digər  tərəfdən,  sahələrarası  ticarət  daha  ucuz  xarici  əmtəələrlə  rəqabətə  dözməyən 

bütöv  istehsal  sahələrinin  dağılmasına  və  müflis  olmasına  gətirib  çıxara  bilər.  əgər  işçi 

qüvvəsi dar ixtisaslıdırsa və eyni bir sahəyə aid olmayan əmtəələr istehsalına tez uyğunlaşa 

bilmirsə və ya coğrafi baxımdan qeyri-mobildirsə və işləmək üçün ölkənin ixrac sektirunda 

iş  olan  digər  regionlarına  tez  köçə  bilmirsə,  onda  bu,  ciddi  sosial  problemlərlə  nəticələnə 

bilər. 

Beləliklə,  sahədaxili  ticarət  analoji  əmtəələrin  differensiasiyasını  əks  etdirir  və 



təxminən  eyni  dərəcədə  inkişaf  etmiş  ölkələr  arasında  və  bir-birinə  yaxın  sahələr 

çərçivəsində inkişaf edir. Sahədaxili ticarət modeli çərçivəsində ölkə bir əmtəə və ya onun 

dar  çeşidini  istehsal  edir  və  masştab  effektinin  üstünlüklərindən  istifadə  edir.  Sahədaxili 

ticarət  eynitipli  əmtəələrlə  beynəlxalq  ticarəti  izah  edir  və  müqayisəli  üstünlüklər 

nəzəriyyəsini inkar etməyərək onu daha da zənginləşdirir. 

Bu nəzəriyyələr beynəlxalq ticarətə istehsal və təklif baxımından yanaşırdılar. Əsası 

isveş  iqtisadçısı  Staffan  Linder  tərəfindən  qoyulan  kəsişən  tələb  nəzəriyyəsi  beynəlxalq 

ticarəti  tələb  tərəfindən  izah  edən  azsaylı  nəzəriyyələrdən  biridir.  Bu  nəzəriyyəyə  görə, 

ölkənin  ixracının  strukturu  müəyyən  dərəcədə  idxalatçı  ölkədə  mövcud  olan  tələbdən 

asılıdır.  əmtəələrin  çox  az  bir  hissəsi  ixrac  üçün  istehsal  edilir  və  onların  əksəriyyəti  ölkə 

daxilində  satılır.  Əmtəənin  ixrac  edilməsi  üçün  ölkə  ilk  növbədə  yerli  istehlakçıların 

tələbinə  istiqamətlənərək  daxili  bazarı  təmin  etməlidir.  Yalnız  əmtəə  ölkə  daxilində 

istehlakçıların  ehtiyaclarının  tam  ödədiyi  halda  onun  dünya  bazarında  müvəffəqiyyət 

qazanacağını  güman  etmək  olar.  Bununla  yanaşı,  xaricdə  əmtəə  o  ölkəlrdə  daha  yaxşı 

satılcaq  ki,  həmin  ölkədə  tələbin  strukturu  ixracatşı  ölkənin  daxili  tələbinin  strukturu  ilə 

eyni və ya heç olmasa müvafiq olsun.  




 

94

 



S.Linderə görə, tələb yalnız o zaman real olur ki, o, gəlirin nisbətən yüksək səviyyəsi 

ilə  dəstəklənir.  Gəlirin  səviyyəsi  nə  qədər  yüksəkdirsə  istehlakçı  daha  keyfiyyətli  əmtəə 

tələb  edir.  Buna  görə  də  ixracatçı  və  idxalatçı  ölkələrin  yüksək  gəlir  səviyyəsi  ilə 

dəstəklənən tələblərinin strukturu nə qədər çox kəsişirsə onlar arasında ticarətin səviyyəsi də 

bir  o  qədər  yüksək  olur  beləliklə,  ölkələr  arasında  fərqlərlə  yanaşı,  oxşarlıqlar  da  onları 

ticarətə sövq edə bilər. 

Yuxarıda  deyilənlərdən  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  müxtəlif  ölkələrdə  eyni 

səviyyəli gəlirlərə malik istehlakçılar eyni zövqə malikdirlər və deməli, hər bir ölkə üçün o 

əmtəələri ixrac etmək asan olar ki, onun istehsalı və ticarətində daxili bazarda böyük təcrübə 

əldə edilmişdir. 

Kəsişən  tələb  nəzəriyyəsinin  empirik  sübutu  hər  bir  ölkə  daxilində  gəlirin 

bölgüsündən əhəmiyyətli dərəcədə asılıdır. Gəlirlər nə qədər bərabər bölünərsə nəzəriyyə bir 

o qədər yaxşı işləyər. Lakin əksər dünya ölkələrində gəlirlərin bölgüsü həddən artıq qeyri-

bərabərdir  və  beynəlxalq  ticarətin  təhlili  üçün  bu  nəzəriyyənin  tətbiqini  xeyli 

məhdudlaşdırır. 

―Leontyev  paradoksu‖  göstərdi  ki,  Hekşer-Olinin  istehsal  amillərinin  nisbəti 

nəzəriyyəsi  bir  çox  hallarda  praktikada  təsdiq  olunmur:  əməkdən  bol  olan  ölkələr  kapital 

tutumlu məhsul ixrac etdiyi halda, kapitaldan bol olan ölkələr əməktutumlu əmtəələr ixrac 

edirlər.  Bu  ziddiyyətin  mümkün  izahlarından  biri  istehsal  amillərinin  reversi  ilə 

əlaqədardır.  

İstehsal amillərinin reversi anlayışının izahını ilk dəfə amerikan iqtisadçısı B.Minxas 

1960-cı illərin əvvəllərində vermişdir. Ona görə, eyni bir əmtəə əməkdən bol olan ölkələrdə 

əməktutumlu,  kapitaldan  bol  olan  ölkələrdə  isə  kapitaltutumlu  ola  bilər.  Bu,  istehsal 

amillərinin  qarşılıqlı  əvəzedilməsinin  elastikliyi  şəraitində  baş  verir.  Məsələn, 

kapitaltutumlu  ölkə  olan  Yaponiyada  istehsal  edilən  düyü  kapitaltutumlu  əmtəə  olacaq, 

çünki  o,  qabaqcıl  texnologiyanın  köməyi  ilə  istehsal  olunacaq.  Əməkdən  bol  olan  Laosda 

istehsal  olunan  düyü  isə  əməktutumlu  olacaq,  çünki  bu  ölkədə  düyü  əsasən  əl  əməyinin 

köməyi ilə istehsal olunur. 

Beləliklə, istehsal amillərinin reversi elə bir vəziyyətdir ki, bu zaman eyni bir əmtəə 

kapitaldan bol olan ölkədə kapital tutumlu, əməkdən bol olan ölkədə isə əməktutumlu olur. 

Istehsal amilləri ilə müxtəlif dərəcədə təmin olunmuş ölkələrin eyni bir əmtəə ilə ticarətini 

də məhz bununla izah etmək olar. Məsələn, həm əməkdən bol Hindistan, həm də kapitaldan 

bol ABŞ polad ixrac edirlər və Hindistanda polad əməktutumlu əmtəə olduğu halda, ABŞ-

da kapitaltutumludur. 

Son  zamanlar  daha  çox  sayda  iqtisadçılar  belə  bir  qənaətə  gəlirlər  ki,  klassik 

nəzəriyyələr  daha  beynəlxalq  ticarəti  izah  etmək  iqtidarında  deyillər.  Çünki,  əsas  ticarət 

ölkələri  istehsal  amilləri  ilə  demək  olar  ki,  eyni  nisbətlərdə  təmin  olunublar,  ya  da  ticarət 

eyni  bir  sahə  çərçivəsində  baş  verir.  Buna  görə  də,  müqayisəli  üstünlüklər  nəzəriyyəsi  və 

istehsal  amilləri  nisbəti  nəzəriyyəsi  ilə  əlaqədar  olmayan  beynəlxalq  ticarətin  alternativ 

nəzəriyyələri,  yeni  modelləri  meydana  gəlmişdir  ki,  onlar  da  bazarın  inhisarlaşmasının 

müxtəlif səviyyələrini və istehsal amillərindən qeyri-optimal istifadə kimi faktorları nəzərə 

alırlar. 

Bu  nəzəriyyələrdən  biri  ticarəti  masştab  effekti  əsasında  izah  edir.  Ümumi  iqtisadi 

nəzəriyyədən  məlumdur  ki,  istehsalın  masştabının  artması  nəticəsində  əmtəə  vahidinin 

istehsal dəyəri azalır. Bu bir neçə səbəbdən baş verir: 

 



ixtisaslaşma  artımı  –  hər  bir  işçi  bir  istehsal  funksiyasını  yerinə  yetirməklə  onun 

təkmil surətdə həyata keçirilməsinə nail ola bilər




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə