Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə35/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   31   32   33   34   35   36   37   38   ...   213

 

91

 



Beynəlxalq ticarətin bütün nəzəriyyələri üçün (mütləq və müqayisəli üstünlüklərdən 

başqa)  ticarət  nəticəsində  ələd  olunan  gəlirlərin  bölgüsü  və  yenidən  bölgüsü  məsələsinin 

tədqiqi  mühüm  əhəmiyyət  kəsb  edir.  Istehsal  amillərinin  nisbəti  nəzəriyyəsi  göstərirdi  ki, 

nisbətən  daha  artıq  istehsal  amillərinə  sahib  olanlar  ticarətdən  udur,  daha  az  istehsal 

amillərinə  sahib  olanlar  isə  ticarətdən  uduzurlar.  Buradan  belə  bir  praktiki  nəticə  çıxır  ki, 

birincilər azad ticarətin tərəfdarı, ikincilər isə onun əleyhdarı olacaqlar. 

İstehsal  amillərinin  qiymətlərinin  bərabərləşdirilməsi  teoreminə  görə  isə,  ticarət 

nəticəsində  əmtəələrin  nisbi  qiymətlərinin  istehsal  amillərinin  nisbi  qiymətlərinin 

bərabərləşməsinə gətirib çıxarması son nəticədə  istehsal amillərinin  sahiblərinin gəlirlərini 

bərabərləşdirir.  

Lakin  bu  nəzəriyyələr,  həmçinin  spesifik  istehsal  amilləri  nəzəriyyəsi  aşağıdakı  iki 

suala cavab vermirdi: 

1.

 

Əgər əmtəələrin qiymətləri dəyişərsə, onda bu əmtəələrin istehsalında nisbətən daha 



intensiv  istifadə  olunan  amillərin  qiymətləri  özlərini  necə  aparacaq  və  nəticədə 

onların sahiblərinin gəlirləri necə dəyişəcək? 

2.

 

Amillərdən  birinin  təklifinin  artması  istehsalın  həcminə  və  gəlirlərə  necə  təsir 



göstərəcək? 

Bu  suallara  beynəlxalq  ticarətin  ən  yeni  nəzəriyyələrinə  aid  edilən  Stolper-

Samuelsonun  əmtəələrin  qiymətinin  dəyişməsinin  istehsal  amillərinin  qiymətinə  təsiri 

nəzəriyyəsi və Rıbçinskinin amillərin artımının istehsalın artımına təsiri nəzəriyyəsi cavab 

vermişdir.  

Klassiklərə görə, azad ticarət ölkə əhalisinin rifahını yüksəldir. Onlara görə, sərbəst 

ticarət ölkəyə bütünlüklə xeyir, müdafiə (proteksionizm) siyasəti isə bütünlüklə ziyandır. 

Lakin  Pol  Samuelson  digər  amerikan  iqtisadçısı  Volfqanq  F.Stolperlə  1941-ci  ildə 

işlədiyi  nəzəriyyə  ilə  buna  qarşı  çıxdılar.  Çox  zaman  Stolper-Samuelson  teoremi 

adlandırılan  bu  nəzəriyyəyə  görə,  beynəlxalq  ticarət  nəticəsində  qiyməti  artan  əmtəənin 

istehsalında nisbətən adah intensiv istifadə olunan amillərin qiyməti artır və əksinə, qiyməti 

azalan əmtənin istehsalında nisbətən daha intensiv istifadə olunan amillərin qiyməti azalır. 

Başqa  sözlə,  müdafisə  siyasətindən  ölkə  iqtisadiyyatı  bir  vahid  olaraq  ziyan  çəksə  də,  o, 

idxaləvəzedici sektor üçün bu siyasət mənfəətlidir. 

Yuxarıda  deyilənlərin  açıqlanmasına  keçməzdən  əvvəl  qeyd  edilməlidir  ki,  bu 

modelin  qurulması  zamanı  müəlliflər  bir  sıra  ilkin  ehtimallara  əsaslanmışlar:  ölkə  iki 

istehsal  amilinin  köməyi  ilə  iki  əmtəə  istehsal  edir;  hər  iki  əmtəə  və  istehsal  amilləri 

bazarında  azad  rəqabət  mövcuddur;  istehsal  amilləri  təklifi  daimidir;  əmtəələrin  biri 

əməktutumludur,  digərinin  istehsalında  isə  daha  çox  torpaqdan  istifadə  olunur;  istehsal 

amilləri  mütləq  daxili  mobilliyə  malik  olsalar  da,  xaricvi  mobillik  yoxdur;  əmtəələrin 

qiyməti onların istehsal qiymətlərinə bərabərdir; ticarətin inkişafı əmtəələrdən birinin nisbi 

qiymətinin artımına gətirib çıxarır. 

Ölkənin  proteksionizm  siyasəti  yeritməsi  onun  idxaləvəzedici  sektorunun  rela 

gəlirlərinin artımına səbəb olur. Bunu açıqlamaq üçün, kapital amilindən zəngin olan, yəni 

kapitaltutumlu mallar ixrac edən və əməktutumlu mallar idxal edən bir ölkəni nümunə kimi 

götürək.  Bu  ölkə  əməktutumlu  idxal  mallarına  tarif  tətbiq  etsə  həm  daxili  istehlakçıların, 

həm  də  daxili  istehsalçıların  nöqteyi-nəzərindən  əməktutumlu  əmtəələrin  daxili  qiymətləri 

kapitaltutumlu  əmtəələrin  daxili  qiymətlərinə  nisbətən  yüksələcək.  Dolayı  olaraq  isə  real 

əmək haqqı gəlirləri artacaq. 

Bu,  tamamilə  təbii  bir  nəticədir.  Çünki,  əməktutumlu  idxal  əmtəələrinə  tarif  tətbiq 

edildikdə  bu  əmtəələrin  daxili  əvəzedicilərinin  istehsalı  genişlənir,  kapitaltutumlu  ixrac 

əmtəələrinin daxili istehsalı isə azalır. Bu isə əməyin dəyəri olan əmək haqlarının kapitalın 



 

92

 



dəyəri  olan  faizlərə  nisbətən  daha  sürətlə  artmasına  gətirib  çıxarır.  Beləliklə  də,  hər  iki 

sektorda  ucuzlaşan  kapital  bahalaşan  əməyin  yerinə  istifadə  edilir.  Hər  əmək  vahidi  daha 

artıq  kapital  ilə  birləşdirildiyi  üçün  son  nəticədə  əməyin  məhsuldarlığı  yüksəlir  və  dolayı 

olaraq real əmək haqlarında artım təmin edilir. 

Hər iki mal istehsalında əməkdən istifadə artdığından tarif tətbiq edən ölkədə əmək 

haqları  yüksəlir.  Ölkədə  iş  qüvvəsindən  tam  istifadə  edildiyi  bir  vəziyyətdə  həm  məcmu 

əmək gəlirləri, həm də ölkənin gəlir strukturunda əməyin payı artır. 

Beləliklə, modelə görə, gömrük tarifləri beynəlxalq inkişafdan əldə edilən səmərəni 

azaldır  və  ölkənin  məcmu  gəlirini  aşağı  salır.  Məcmu  gəlirin  strukturunda  əmək  haqqının 

payı artdığı halda, kapitalın payı azalır. Yəni, ölkə bir vahid olaraq tariflərdən zərər çəksə 

də, qıt faktor bol faktor əleyhinə bundan mənfəət əldə edir. 

Polyak mənşəli ingilis iqtisadçısı T.M.Rıbçinski hələ 1955-ci ildə, tələbə olarkən belə 

bir  fakta  diqqət  yetirmişdi  ki,  sənayenin  hər  hansı  sahələrinin  sürətli  inkişafı  çox  zaman 

digərlərinə  mənfi  təsir  göstərir.  O  özünün  teoremində  göstərirdi  ki,  istehsal  amillərinin 

birinin  artan  təklifi  bu  amilin  nisbətən  daha  intensiv  istifadə  edildiyi  sahədə  istehsalın  və 

gəlirlərin artımına və bu amilin nisbətən az intensiv istifadə edildiyi sahədə isə istehsalın və 

gəlirlərin  azalmasına  gətirib  çıxarır.  Alim  özünün  nəzəriyyəsi  ilə  sübut  etmişdir  ki, 

sahələrinin  birində  istehsalın  artımı  ilə  digərlərində  depressiya  və  hətta  tənəzzül  arasında 

birbaşa əlaqə var. 

T.M.Rıbçinski  də  öz  nəzəriyyəsini  sübut  edəkən  bir  sıra  ilkin  ehtimallara  əsaslanıb 

ki,  onlar  da  Stolper-Samuelson  teoreminin  ilkin  şərtləri  ilə  demək  olar  ki  eynidir 

(qiymətlərin dəyişməsi ehtimalından başqa, hansını ki, T.M.Rıbçınski daimi sayırdı). 

T.M.Rıbçınskinin  teoreminin  beynəlxalq  ticarət  üçün  nəticələrini  aşağıdakı  kimi 

formalaşdırmaq  olar.  Hekşer-Olinin  istehsal  amillərinin  nisbəti  nəzəriyyəsinə  görə,  ölkə 

daha  yaxşı təmin olunduğu amillərin istifadə edilməsi ilə istehsal olunmuş əmtəələri ixrac 

edir.  Rıbçinski  teoremi  isə  göstərir  ki,  nisbətən  daha  bol  olan  amilin  köməyi  ilə  ixrac 

istehsalının genişlənməsi digər sahələrdə istehsalın düşməsinə səbəb olacaq və bu sahələrdə 

idxal  əmtəələrinə  ehtiyac  artacaq.  Əksinə,  nisbətən  daha  qıt  olan  amildən  istifadənin 

genişləndirilməsi idxaləvəzedici sahələrdə istehsalın artımına və idxala ehtiyacın azalmasına 

gətirib çıxaracaq. 

Bu  teoremi  əyani  surətdə  aşağıdakı  kimi  açıqlamaq  olar.  Məsələn,  Azərbaycan 

əməkdən bol olan ölkə, parça əməktutumlu, mühərrik də kapitaltutumlu əmtəə olsun. Həm 

əmək,  həm  də  kapitaldan  tam  istifadə  edildiyini  şərt  kimi  qəbul  edək.  Bu  şərtlər  nəzərə 

alınmaqla, kapital tələbi sabit qalarkən əmək axını artsın. Təbii ki, artan əmək əməktutumlu 

parça sənayesində istifadə olunmağa başlanacaq və bu sektorda sitehsal artacaq. 

Amma  parça  istehsalı  üçün  az  da  olsa  kapitala  ehtiyac  var.  Bu  amil  üzrə  artım 

olmadığından zəruri olan kapitala ehtiyacın təmin olunması məsələsi ortaya çıxır. Bu məsələ 

isə  təbii  ki,  kapitaltutumlu  mühərrik  sənayesinin  hesabına  həll  ediləcək.  Beləcə,  parça 

istehsalı genişlənərkən mühərrik istehsalı azalacaq. Kapitalın mühərrik sənayesindən parça 

sənayesinə  axını  bazar  mexanizminin  işə  düşməsi  nəticəsində  öz-özünə  baş  verəcək.  Yəni 

ki, parça sənayesində tələb artdıqca bu sənayedə kapital mənfəəti yüksələcək, bu da həmin 

faktoru bir sektordan digər sektora yönəldəcəkdir. 

1960-cı  illərin  əvvəllərində  inkişaf  etmiş  ölkələrin  bir-biri  ilə  hər  hansı  bir  sahənin 

differensiallaşmış  əmtəələrlə  ticarət  etdikləri  daha  aydın  görünməyə  başladı.  Bu  cür 

ticarətin izahı heç bir nəzəriyyədə özünü tapmırdı. Ilk olaraq bu halı macar mənşəli iqitsadçı 



Bella Balassa izah etmişdir. 

Əmtəə çeşidinin differensiasiyası nöqteyi-nəzərindən beynəlxalq ticarət iki axından – 

sahədaxili ticarət və sahələrarası ticarətdən ibarətdir. Sahədaxili ticarət ölkələr arasında bir 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə