Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu


Beynəlxalq ticarət nəzəriyyələri və onların təkamülü



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə28/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   24   25   26   27   28   29   30   31   ...   213

 

76

 



4.2. Beynəlxalq ticarət nəzəriyyələri və onların təkamülü 

 

 



İqtisadiyyatın və ya hər hansı bir digər elm sahəsinin ―nəzəriyyə‖sinin əsas məqsədi 

bu elm sahəsinin predmetinə aid olan hadisələrin səbəblərini açıqlamaq, hadisələr arasındakı 

―səbəb-nəticə‖ əlaqələrini ortaya çıxarmaqdır. Beynəlxalq ticarət nəzəriyyələrinin də başlıca 

məqsədi  ölkələr  arasında  baş  verən  əmtəə  və  xidmət  alış-satışlarının  səbəblərini  izah 

etnəkdir.  Beynəlxalq  ticarət  nəzəriyyələrində  əsasən  aşağıdakı  üç  sual  cavablandırılmağa 

çalışılır: 



1.

 

Ölkələr  nə  üşün  xarici  ticarətə  cəlb  olunurlar,  yəni  qapalı  iqtisadiyyata  nisbətən 

xarici ticarət ölkəyə hansı mənfəətlər verir? 

2.

 

Ölkənin xarici ticarətinin mahiyyəti necə müəyyən edilə bilər; başqa bir sözlə ölkənin 

hansı malları ixrac, hansı malları isə idxal etməli olduğu nə ilə müəyyən edilməlidir? 

3.

 

Ölkənin ixrac qiymətləri ilə idxal qiymətləri nisbəti və ya xarici ticarət həddləri nə 

cür formalaşmışdır? 

XVIII  əsrin  ikinci  yarısına  qədər  xarici  ticarətin  əsaslı  elmi  araşdırılmasına  rast 

gəlinmir.  Həmin  müddətə  qədər  müxtəlif  nəzəriyyələrdə  xarici  ticarət  anlayışına  ötəri 

surətdə  toxunulurdu.  Iqtisadi  ədəbiyyatlarda  beynəlxalq  ticarətin  ilk  dəfə  elmi  cəhətdən 

sistematik  surətdə  araşdırıldığı  əsər  kimi  bir  qayda  olaraq  klassik  iqtisadi  nəzəriyyənin 

banisi Adam Smitin ―Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat‖ (1776) əsəri 

göstərilir.  Həmin  dövrdən  ötən  iki  əsr  yarımlıq  müddət  ərzində  beynəlxalq  ticarət 

nəzəriyyələri  ciddi  bir  təkamülə  məruz  qalmışlar.  Beynəlxalq  ticarət  nəzəriyyələrinin 

təkamülü Sxem 4.1-də verilmişdir. 

 

4.2.1. Klassik nəzəriyyələrə qədərki konsepsiyalar, onların tənqidi 



 

 

Xarici  ticarətin  müxtəlif  aspektlərini  izah  etməyə  çalışan  ilk  nəzəriyyə  kimi 



merkantilizmi  göstərmək  olar.  Bu  nəzəriyyənin  ortaya  çıxması  feodalizm  quruluşunun 

dağılması  və  milli  dövlətlərin  möhkəmlənməsi  dövrünə  təsadüf  edir.  Bu  cür  tarixi  fonda 

yeni şəraiti nəzəri cəhətdən əsaslandıracaq bir konsepsiyaya ehtiyac duyulurdu ki, belə bir 

konsepsiya da merkantilizm oldu. Məhz bu nəzəriyyə iqtisadi fikrin bir istiqaməti olmaqla, 

ilk  dəfə  olaraq  feodal  özünütəminetmə  nəzəriyyələri  çərçivsindən  kənara  çıxdı  və  yeni 

təsərrüfat sistemində əmtəənin rolunu əsaslandırdı. 

Merkantilizm  nəzəriyyələrinin  əsas  nümayəndələri  kimi,  Tomas  Meni,  Antuan 

Monkretyeni, Çarlz Davenantı, Vilyam Stafforu və digərlərini göstərmək olar. 

Merkantilistlərin  fikrincə,  iqtisadi  sistem  üç  sektordan  –  istehsal  sektorundan,  kənd 

təsərrüfatı  sektorundan  və  xarici  koloniyalardan  ibarət  idi.  Onlara  görə,  tacirlər  iqtisadi 

sistemin ən mühüm subyekti, əmək isə istehsalın əsas amili idi. 

 



 

77

 



Sxem 4.1 

Beynəlxalq ticarət nəzəriyyələrinin təkamülü

8

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Merkantilistlər  hesab  edirdilər  ki,  ölkənin  iqtisadi  gücü  onun  qızıl  və  qiymətli 

metallar ehtiyatları ilə ölçülməlidir. Qızıl ehtiyatlarının artımı dövlətin əsas vəzifəsi olmalı 

                                                 

8

 Hacıyev Ş.H. ―Beynəlxalq ticarət nəzəriyyələri: metodoloji təkamül‖. ―İqtisad elmləri: nəzəriyyə və praktika‖ jurnalı, 



1998, №1-2, səh. 55 

Klassik nəzəriyyələrə 

qədərki konsepsiyalar 

Merkantilizm 

Fiziokratizm 

 

Klassik nəzəriyyələr 



 

Mütləq üstünlüklər nəzəriyyəsi 

Müqayisəli üstünlüklər nəzəriyyəsi 

Beynəlxalq dəyər nəzəriyyəsi 

 

Neoklassik nəzəriyyələr 



 

İstehsal amilləri nəzəriyyəsi 

İstehsal amillərinin nisbəti nəzəriyyəsi 

İstehsal amillərinin qiymətlərinin 

bərabərləşdirilməsi teoremi 

Müqayisəli üstünlüklər nəzəriyyəsinin 

daha çox miqdarda ölkə və əmtəələrə 

intişar edilməsi 

 

Müasir nəzəriyyələr 



 

Müasir şəraitdə klassik nəzəriyyələrin 

prinsiplərinin zənginləşdirilməsi və 

təkmilləşdirilməsi 

Beynəlxalq ticarətin yeni problemlərinin 

klassik mövqedən tədqiq edilməsi 

Beynəlxalq ticarətin müasir alternativ 

(klassik nəzəriyyədən fərqli) 

nəzəriyyələri 



 

78

 



və xarici ticarət də ilk növbədə buna xidmət etməlidir. Buna görə də, dövlət öz mövqelərini 

gücləndirmək üçün aşağıdakılara əməl etməlidir: 

 

müsbət ticarət balansı dəstəklənməli, yəni daha çox əmtəə ixrac edilməlidir; bu, qızıl 



axınını təmin etməklə, daxili istehsalı və məşğulluğu artırmağa imkan verir; 

 



ticarət  siyasəti  alətlərinin  köməyi  ilə  ixrac  stimullaşdırılmalı  və  idxal 

məhdudlaşdırılmalıdır; son nəticədə yenə müsbət ticarət saldosu təmin edilir; 

 

xammal  ixracını  qadağan  etmək  və  ya  ciddi  şəkildə  məhdudlaşdırmaq  və  eyni 



zamanda,  ölkə  daxilində  hasil  edilməyən  xammalın  rüsumsuz  idxalına  şərait 

yaratmaq; bu, qızıl ehtiyatları toplamağa və hazır məhsulun aşağı ixrac qiymətlərini 

təmin etməyə şərait yaradardı; 

 



koloniyaların metropoliyalardan başqa digər ölkələrlə ticarət etməyi və hazır məhsul 

istehsalını qadağan etmək. 

Göründüyü  kimi,  merkantilistlər  qızıl  və  digər  qiymətli  metalları  ölkə  sərvətinin 

qaynağı  hesab  edir,  dövlət  xəzinəsinə  ölkənin  iqtisadi  və  siyasi  gücünün  təməli  kimi 

baxırdılar.  

Merkantilistlərin beynəlxalq ticarət nəzəriyyəsinə verdikləri töhfə danılmazdır, ən azı 

ona görə ki, onlar ilk dəfə xarici ticarətin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini qeyd etmiş və 

müasir  iqtisadiyyatda  tədiyə  balansı  adlanan  anlayışı  təsvir  etmişlər.  Onların  fikirləri 

həmçinin klassik məktəbin inkişafına təkan vermişdir. Onların baxışlarının məhdudluğu isə 

ondan ibarət idi ki, bu nəzəriyyənin nümayəndələri bir ölkənin varlanmasının ancaq hansısa 

digər bir ölkənin yoxsullaşması halında mümkün olduğunu düşünürdülər. 

Merkantilizm nəzəriyyəsini əsaslı surətdə tənqid edən ilk iqtisadçılardan biri ingilis 



Devid  Xyum  olub.  O,  ―qiymət-qızıl-axın‖qarşılıqlı  fəaliyyət  mexanizmini  işləməklə 

merkantilistlərin  ―ölkə  sonsuzluğa  qədər  qızıl  ehtiyatlarını  artıra  bilər  və  bu,  onun 

beynəlxalq  rəqabət  qabiliyyətliliyinə  təsir  etməyəcək‖  fikrini  şübhə  altına  qoydu.  Onun 

fikrincə,  ölkəyə  qızıl  axınını  təmin  etməklə  ticarət  balansının  müsbət  saldosunun 

dəstəklənməsi  ölkə  daxilində  pul  təklifini  artıracaq  və  əmək  haqqlarının  və  qiymətlərin 

artımına gətirib çıxaracaq. Qiymətlərin artımı nəticəsində isə ölkənin rəqabət qabiliyyətliliyi 

aşağı  düşəcək.  Ölkədən  qızıl  axını  isə  əksinə,  qiymətlərin  və  əmək  haqqlarının  aşağı 

düşməsinə  və  rəqabət  qabiliyyətinin  artmasına  səbəb  olacaq.  Deməli,  ölkə  daxili  iqtisadi 

faktorların  işə  düçməsi  səbəbindən  daim  ticarət  balansının  müsbət  saldosunu  saxlaya 

bilməz.  

Merkantilizm məktəbi  təxminən  150 il  müddətində hökmran  mövqedə olmuş və bu 

müddət  ərzində  beynəlxalq  ticarət  bütün  mümkün  məhdudiyyətlərlə  əhatə  olunmuşdu.  Bu 

cür  məhdudiyyətlər  beynəlxalq  ticarətin  inkişafını  xeyli  mürəkkəbləşdirirdi  ki,  bu  da 

kapitalizm münasibətlərinin inkişafı üçün ciddi maneə idi. Belə bir vəziyyətdə merkantilist 

yanaşma öz mövqelərini itirərək yerini azad ticarət tərəfdarlarına verməyə başladı. 

Merkantilizmdən az sonra yaranan fiziokratizm nəzəriyyəsi xarici ticarətə elə böyük 

əhəmiyyət  verməsə  də  iqtisadi  elmin  inkişafında  mühüm  rol  oynamışdır.  Bu  nəzəriyyənin 

nümayəndələri kimi Fransua Keneni, Jak Turqonu, Viktor Mirabonu göstərmək olar. Onlar 

merkantilistlərdən  fərqli  olaraq  ölkənin  sərvətinin  əsasını  ticarətdə  deyil,  istehsalda,  daha 

doğrusu  kənd  təsərrüfatı  istehsalında  görürdülər  və  belə  fikirləşirdilər  ki,  dövlət  iqtisadi 

həyatın  təbii  axarına  qarışmamalıdır.  Bu  təlimin  yaradıcılarından  olan  F.Kene  belə  hesab 

edirdi  ki,  dövlət  ictimai  həyatda  gedən  proseslərə  müvafiq  qanunlar  qəbul  etməklə  öz 

missiyasını  başa  çatdırmalıdır.  Bütün  bunlarda  azad  ticarət  siyasətinin  ilk  işartıları 

görünürdü. 

Bu nəzəriyyənin nümayəndələri tərəfindən irəli sürülən müddəaların qeyd etdiyimiz 

kimi,  xarici  ticarətlə  birbaşa  əlaqəsi  olmasa  da,  onların  fikirləri  ticarət  nəzəriyyələrinin 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə