Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə27/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   23   24   25   26   27   28   29   30   ...   213

 

74

 



görə dünya idxalı dünya ixracından çoxdur ki, bu da ixrac əməliyyatlarının FOB qiymətləri 

əsasında, idxal əməliyyatlarının isə CIF qiymətləri əsasında hesablanması ilə əlaqədardır. 



Beynəlxalq ticarətin subyektləri kimi aşağıdakılar çıxış edir: 

 



dünya ölkələri; 

 



regional inteqrasiya qrupları; 

 



transmilli və çoxmilli şirkətlər. 

Beynəlxalq ticarətin obyektləri kimi insan əməyinin məhsulları - əmtəə və xidmətlər 

fərqləndirilir. 



Geniş mənada əmtəə mübadilə üçün istehsal edilmiş və hər hansı bir ictimai ehtiyacı 

ödəmək  üçün  nəzərdə  tutulmuş  predmetdir.  Bu  anlayış  çərçivəsində  xidmətlər  də  əmtəə 

hesab edilə bilərlər. 

Dar mənada əmtəə ictimai ehtiyacı ödəyən, mübadilə üçün istehsal edilmiş, görünən 

və hiss edilən insan əməyi predmetidir. 



Xidmət isə ictimai ehtiyacı ödəməyə istiqamətlənmiş, mübadilə üçün istehsal edilmiş, 

lakin görünməz və hissedilməz insan əməyi predmetidir. 

Lakin heç də bütün əmtəələr və xidmətlər beynəlxalq mübadilənin obyekti kimi şıxış 

etmirlər. Buna görə də ticarət edilə bilən və bilinməyən əmtəələr anlayışları fərqləndirilir. 



Ticarət  edilə  bilən  əmtəələr  dedikdə  müxtəlif  ölkələr  arasında  hərəkət  edə  bilən 

əmtəələr nəzərdə tutulur. Onların qiymətləri həm daxili, həm də dünya bazrlarında tələb və 

təklifin qarşılıqlı təsiri ilə müəyyən edilir. 

Ticarət  edilə  bilinməyən  əmtəələr  isə  istehsal  olunduğu  ölkədə  istehlak  edilən  və 

ölkələr  arasında  hərəkət  etməyən  əmtəələr  başa  düşülür.  Onların  qiyməti  milli  çərçivədə 

mövcud olan tələb və təklif nisbəti ilə müəyyən edilir. 

Ticarət edilə bilən və bilinməyən əmtəələr qrupları Cədvəl 4.2-də fərqləndirilmişdir. 

 

Cədvəl 4.2 

Ticarət edilə bilən və bilinməyən əmtəələr 

 

Əmtəə qrupları 



Əmtəə tipləri 

1.

 



Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 

2.

 



Hasilat sənayesi 

3.

 



Emaledici sənaye 

 

Ticarət edilə bilən 

4.

 



Kommunal xidmətlər və tikinti 

5.

 



Topdan  və  pərakəndə  satış,  restoranlar  və 

mehmanxanalar 

6.

 

Nəqliyyat, rabitə və maliyyə vasitəçiliyi 



7.

 

Müdafiə və məcburi sosial xidmətlər 



8.

 

Təhsil, səhiyyə və ictimai işlər 



9.

 

Digər kommunal, sosial və şəxsi xidmətlər 



 

 

Ticarət edilə bilinməyən 

 

 



Beynəlxalq  ticarətin  obyekti  kimi  əmtəə  və  xidmətlərin  çıxış  etdiyini  nəzərə  alsaq 

onun  iki  formasını  -  əmtəələrlə  beynəlxalq  ticarəti  və  xidmətlərlə  beynəlxalq  ticarəti 

fərqləndirmək olar. 

 

Əmtəələrlə  beynəlxalq  ticarət  müxtəlif  ölkələrin  əmtəə  istehsalçıları  arasında 

beynəlxalq əmək bölgüsü əsasında meydana gələn əlaqələr formasıdır. 

 

Xidmətlərlə  beynəlxalq  ticarət  müxtəlif  ölkələrin  satıcıları  və  alıcıları  arasında 

xidmətlərlə mübadiləni əks etdirən dünya təsərrüfat əlaqələrinin xüsusi bir formasıdır. 




 

75

 



 

Ən  ümumi  hesablamalara  görə  dünya  təsərrüfat  əlaqələrinin  məcmu  həcminin 

təxminən 80%-i beynəlxalq ticarətin payına düşür. Bu ilk növbədə onun milli iqtisadiyyatın 

inkişafı  üçün  müstəsna  əhəmiyyət  daşıması  ilə,  digər  tərəfdən  isə  onun  BİM  sistemində 

tutduğu yerlə bağlıdır. 

 

Xarici  ticarət  ölkələrin  iqtisadi  artımına  əsasən  müsbət  təsir  etdiyi  şübhəsizdir.  Bir 



çox  ölkələr  üçün  məhz  xarici  ticarət  iqtisadi  artımın  ―motoru‖  rolunu  oynamışdır.  Xarici 

ticarətin  milli  iqtisadiyyata  müsbət  təsirləri  isə  onun  dinamik  mənfəətləri  adlanır.  Xarici 



ticarətin milli iqtisadiyyat üçün əhəmiyyətini ümumi şəkildə aşağıdakı kimi qruplaşdırmaq 

olar: 


1.

 

İstehsal və resurs çatışmazlığının aradan qaldırılması. İnkişaf etməkdə olan ölkələr 

inkişafları  üçün  zəruri  olan,  lakin  özləri  istehsal  edə  bilmədikləri  əmtəə,  xidmət  və 

resursları xaricdən idxal edir, bununla da öz ehtiyaclarını ödəyirlər.  

2.

 

Daxili  tələbdən  daha  artıq  istehsala  nail  olunması.  Xarici  ticarətin  olmadığı  bir 



iqtisadiyyatda  daxili  tələbin  az  olması  səbəbindən  ölkə  resurslarından  tam  istifadə 

edilməyə bilər. Xarici ticarət isə bu resurslardan daha səmərəli istifadə etməyə imkan 

verir.  Eyni  zamanda,  bu  zaman  iri  bazar  həcminə  çıxış  kütləvi  istehsalın  təşkilinə, 

yeni texnologiyalardan istifadəyə şərait yaradır. Digər tərəfdən daxili bazarın həcmi 

genişlənir və daxili bazarın dünya bazrı ilə əlaqələri formalaşır. 

3.

 



Rəqabət. Xarici ticarət yerli istehsalçıları xarici istehsalçılarla üz-üzə qoyur və onlar 

arasında rəqabətə yol açır. Bu da daxili istehsalın səmərəliliyini artırır, texnologiyanı 

inkişaf etdirir və daha bacarıqlı sahibkarların ortaya çıxmasına şərait yaradır. Rəqabət 

olmayan halda məhsuldarlıq azalır və artıq resurs xərclərinə yol verilir.  

4.

 

Daxili bazar tələbinin inkişafı.  Idxal  edilən əmtəələr  getdikcə  ölkə  daxilində həmin 



əmtəə  üzrə  bazarı  genişləndirir  və  bununla  da,  əmtəənin  ölkə  daxilində  istehsalının 

təşkili üçün müsbət zəmin yaranır, yeni iş yerləri yaranır. 

5.

 

Gəlir  əldə  edilməsi.  Beynəlxalq  ticarətdə  iştirak  istehsal  xərclərinin  milli  və 



beynəlxalq səviyyələrində olan fərq hesabına əlavə gəlir əldə etməyə imkan verir. 

6.

 



İqtisadi  dinamizm.  Xarici  ticarət  nəticəsində  ölkələr  bir-birləri  ilə  əlaqədə  olur, 

müxtəlif  ölkələrdəki  istehlakçılar  digərlərinin  davranışları,  ehtiyacları,  yaşayışları 

haqqında  xəbərdar  olur,  beləliklə  də,  yeni  ehtiyaclar  meydana  gəlir,  daha  yaxşı 

keyfiyyətli əmtəə və xidmətlər tələb edilir və iqtisadi strukturlarda dəyişikliklər baş 

verir.  Bütün  bunlar  ölkə  iqtisadiyyatına  müsbət  dinamizm  verir,  resursların  daha 

yaxşı istifadə edilməsinə və istehlakçı rifahının artmasına gətirib çıxarır. 



Beynəlxalq ticarətin BİM sistemində yeri aşağıdakılarıla müəyyən edilir: 

1)

 



dünya  təsərrüfat  əlaqələrinin  bütün  formalarının  (kapital  ixracı,  istehsal 

kooperasiyası,  elmi-texniki  əməkdaşlıq  və  s.)  nəticələri  məhz  onun  vasitəsilə 

reallaşdırılır; 

2)

 



əmtəələrlə  beynəlxalq  ticarətin  inkişafı  son  nəticədə  xidmətlərlə  beynəlxalq 

mübadilənin dinamikasını müəyyən edir; 

3)

 

beynəlxalq  ticarətin  inkişafı  regional  iqtisadi  inteqrasiyanın  mühüm  şərtidir  və 



beynəlxalq əmək bölgüsünün daha da dərinləşməsinə şərait yaradır; 

4)

 



beynəlxalq  ticarət  xarici  investisiya  və  beynəlxlaq  hesablaşmalar  prosesini 

stimullaşdırır. 

Beləliklə,  beynəlxalq  əmək  bölgüsünə  əsaslanan  əmtəə-pul  münasibətlərinin  sabit 

sferasını əks etdirən beynəlxalq ticarət BİM-in əsas formalarından biri olmaqla onun digər 

formalarının inkişafı üçün münbit şərait yaradır. 

 

 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə