Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə24/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   20   21   22   23   24   25   26   27   ...   213

 

65

 



Əlaqələrinin qurulması zamanı əsasən üç metoddan istifadə edilir: 

 



birgə proqramların həyata keçirilməsi

 



müqavilə əsasında ixtisaslaşma; 

 



birgə müəssisələrin yaradılması. 

Birgə proqramların həyata keçirilməsi iki əsas formada reallaşdırılır: istehsalın ardıcıl 

kooperativləşdirilməsi və birgə istehsal. 

İstehsalın  ardıcıl  kooperativləşdirilməsi  sifarışçinin istəyinə əsasən  icraçı tərəfindən 

müəyyən  işin  görülməsini  nəzərdə  tutur.  Bunun  üçün  tərəflər  arasında  xüsusi  müqavilə 

imzalanır.  Müqavilə  ixtisaslaşması  istehsal  kooperativləşdirilməsinin  iştirakçıları  arasında 

istehsal proqramlarının bölgüsünü nəzərdə tutr. Razılığa gələn tərəflər istehsalın bir-birlərini 

təkrarlayan  proseslərini  aradan  qaldırmağa,  həmçinin  öz  aralarında  birbaşa  rəqabətə  yol 

verməməyə səy göstərirlər. 

Birgə  müəssisələr  bütün  dünyada  genuş  yayılmış  inteqrasiya  olunmuş 

kooperasiyadır.  Bu  cür  təşkilati  forma  zamanı  müxtəlif,  qarşılıqlı  surətdə  razılaşdırılmış 

məqsədlərin reallaşdırılması üçün bir neçə iştirakçının resursları birləşdirilir. 

Beynəlxalq  istehsal  kooperativləşdirilməsi  növlərinin  təsnifi  Cədvəl  3.1.-də 

verilmişdir.                                    

 

 

 



 

 

      Cədvəl 3.1. 



Beynəlxalq istehsal kooperativləşdirilməsi növlərinin  

əsas əlamətlərinə görə təsnifi 

 

Təsnifat əlamətləri 

Növlər 

1. Subyektlərin sayına görə 

1.1.


 

İkitərəfli 

1.2.

 

Çoxtərəfli 



2. Obyektlərin sayına görə 

2.1. Birpredmetli 

2.2. Çoxpredmetli 

3. 

Əlaqələrin 

sahəvi 

strukturuna görə 

 

Sahədaxili 



 

Sahələrarası 

 

sənayedə 



 

kənd təsərrüfatında 

 

müxtəlif  obyektlərin  layihələşdirilməsi 



tikintisi sahəsində 

 

nəqliyyat və rabitə sahəsində 



 

ticarət sahəsində 



4. Fəaliyyət növünə görə 

 

Sənaye və kənd təsərrüfatı arasında 



 

Sənaye və tikinti arasında 



5. Ərazi əhatəiunə görə 

 

Regional 



 

Refionlararası 

 

Qitələrarası 




 

66

 



 

Kooperativləşdirməni onda iştirak edən subyektlərin sayına görə təsnifləşdirdikdə iki 

növ  –  ikitərəfli  (əlaqələrdə  iki  müəssisə  iştirak  edir)  və  çoxtərəfli  (kooperativləşdirmə  bir 

neçə müəssisə arasında baş verir) növlər ortaya çıxır. 

 

Beynəlxalq  ikitərəfli  və  ya  çoxtərəfli  kooperativləşdirmədə  iştirak  edən  təsərrüfat 



subyektləri  bir-birlərini  bir,  iki  və  ya  bir  neçə  növ  məhsul  və  ya  onun  komponentləri  ilə 

təchiz  edə  bilərlər  ki,  bu  da  onun  obyektlərin  sayına  görə  də  təsnifləşdirilməsinə  imkan 

verir.  Bir  aralıq  predmetinin  reallaşdırıldığı  təqdirdə  bu  növü  birpredmetli 

kooperativləşdirmə  adlandırmaq  olar.  Əlaqələr  bir  neçə  predmeti  əhatə  etdikdə  isə  söhbət 

çoxtərəfli kooperativləşdirmədən gedir. 

 

Beynəlxalq  istehsal  kooperativləşdirilməsində  iştirak  edən  müəssisələrin  hansı  sahə 



və  altsahələrə  aid  olmasından  asılı  olaraq  onun  sahədaxili  və  sahələrarası  növlərini  də 

fərqləndirmək olar. 

 

Kooperativləşdirmə istehsalın müxtəlif növlərinə aid olan sahələr arasında baş verirsə 



onu  sahələrarası  deyil,  növlərarası  adlandırmaq  olar.  Növlərarası  kooperativləşdirmə  isə 

özünü  sənaye  və  kənd  təsərrüfatı,  həmçinin  sənaye  və  tikinti  arasında  olan  əlaqələrdə 

göstərir. 

 

Kooperativləşdirmənin  növlərinə  ərazi  əhatəsi  prinsipindən  yanaşdıqda  onun 



regional, regionlararası və qitələrarası növlərini ayırmaq olar. 

 

Bu cür təsnifləşdirmə göstərir ki, beynəlxalq istehsal kooperativləşdirilməsini BƏB-



in  təkcə  sahədaxili  formasına  aid  etmək  olmaz.  Əlbəttə,  kooperativləşdirmədən  bir  sahə 

daxilində  geniş  surətdə  istifadə  edilir,  lakin  o  müxtəlif  sahələrə  və  istehsal  növlərinə  aid 

olan 

müəssisələr 



arasında 

da 


baş 

verir. 


Deməli, 

beynəlxalq 

istehsal 

kooperativləşdirilməsinin  xüsusiyyəti  ondan  ibarətdir  ki,  bu,  BƏB-in  sahədaxili, 

sahələrarası və növlərarası formaları əsasında reallaşdırılan orjinal bir formadır. 

 

3.5. Beynəlxalq əmək bölgüsünün inkişaf amilləri və göstəriciləri  



 

BƏB-in  inkişaf  amillərini  və  göstəricilərini  xarakterizə  etməmişdən  əvvəl  bir  daha 

xatırladaq ki, ölkələri BƏB-də iştiraka sövq edən əsas səbəb daim artan ictimai ehtiyaclar və 

bu  ehtiyacların  ödənməsi  üçün  lazım  olan  resursların  mövcud  səviyyəsi  arasında  olan 

ziddiyyətdir. Ölkənin BƏB-də iştirak etməsinə təkan verən səbəb bir olsa da, onun BƏB-də 



 

67

 



iştirakını  müəyyən  edən  amillər  çoxsaylıdır.  Bu  amillərin  təsnifi  qısaca  Cədvəl  3.2.-də 

göstərilmişdir. 

BƏB-in  inkişaf  prosesi  ortaya  həmçinin  onun  ölçülməsi  məsləsini  çıxarır.  BƏB-in 

inkişafını  xarakterizə  edən  göstəricilər  hansılardır?  Ölkənin  beynəlxalq  əmək  bölgüsündə 

(BƏB) iştirakını xarakterizə edən göstəricilərin təsnifatı Cədvəl 3.3.-də verilmişdir. 

Ölkənin BƏB-də iştirakı barədə məlumat verən əsas göstəricilər kimi ixrac və idxal 

kvotaları  göstərilir  ki,  onların  da  hesablanması  barədə  əvvəlki  mövzuda  məlumat 

verilmişdir. 

İxrac kvotası mühüm analitik əhəmiyyətə malikdir. Birincisi, o, milli istehsalın xarici 

bazarlarda əmtəə satışının həcmindən asılılığını göstərir. İkincisi, bu göstərici ölkənin dünya 

bazarında  satış  məqsədilə  müəyyən  həcmdə  əmtəə  istehsalı  üçün  malik  olduğu  imkanları 

əks etdirir. 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə