Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə20/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   16   17   18   19   20   21   22   23   ...   213

 

53

 



3.1. Beynəlxalq əmək bölgüsünün mahiyyəti və əsas formaları 

3.2. Beynəlxalq əmək bölgüsünün əsas konsepsiyaları 

3.3. İstehsalın beynəlxalq ixtisaslaşması: mahiyyəti və formaları 

3.4. Beynəlxalq istehsal kooperativləşdirilməsi: xüsusiyyətləri və növləri 

3.5. Beynəlxalq əmək bölgüsünün inkişaf amilləri və göstəriciləri 

 

 

MÖVZU 3 



Beynəlxalq əmək bölgüsü  

beynəlxalq iqtisadi münasibətlərin  

obyektiv əsasıdır 

 

3.1. Beynəlxalq əmək bölgüsünün mahiyyəti və əsas formaları 

 

Beynəlxalq  əmək  bölgüsü  (BƏB)  BİM-in  mahiyyətini  açan  əsas  kateqoriyadır.    Bu 

özünü  onda  göstərir  ki,  dünyanın  istənilən  ölkəsi  bu  və  ya  digər  formada  BƏB-ə  cəlb 

olunub. Müasir dünyada BƏB-də iştirak ölkənin qarşısında duran daxili və xarici vəzifələrin 

yerinə  yetirilməsinin,  ölkələr  arasında  qarşılıqlı  faydalılığa  əsaslanan  münasibətlərin 

qurulmasının  vacib  vasitəsidir.  BƏB-də  iştirak  ölkələrə  daha  az  xərclə  öz  ehtiyaclarını 

ödəməyə və beləliklə də, əlavə iqtisadi səmərə əldə etməyə imkan verir. 

 

BƏB-in  mahiyyətini  açmağa  keçməmişdən  əvvəl  ilk  olaraq  ölkə  daxilində  əmək 



bölgüsünün necə baş verdiyini qısaca olaraq nəzərdən keçirək. Ümumiyyətlə, əmək bölgüsü 

tarixən müəyyən olunmuş ictimai əmək sistemidir. O, cəmiyyətin inkişaf prosesində istehsal 

fəaliyyətinin differensiallaşması nəticəsində bərqərar olur. 

Dünyanın  istənilən  ölkəsində  ayrıca  götürülmüş  heç  bir  müəssisə  həmin  ölkənin 

cəmiyyətinə  lazım  olan  bütün  məhsulları  istehsal  etmək  iqtidarında  deyildir.  Hər  bir 

müəssisə  müəyyən  növ  məhsulların  hazırlanması  üzrə  ixtisaslaşır,  yəni  müəssisələrin 



ixtisaslaşması  baş  verir.  O  özünü  bir  neçə  formada  –  predmet,  peşəkar  və  ərazi 

ixtisaslaşmaları  formasında  göstərir.  Predmet  ixtisaslaşması  müəssisənin  müəyyən  növ 

məhsulların  istehsalı  ilə  məşğul  olması  deməkdir;  peşəkar  ixtisaslaşma  isə  müəssisədə 

əsasən  müəyyən  peşə  mənsubiyyəti  olanların  (neftçilər,  iqtisadçılar,  hüquqşünaslar  və  s.) 

çalışdığını  göstərir;  ərazi  ixtisaslaşması  müəssisənin  konkret  ərazidə  yerləşdiyini 

xarakterizə edir. 



 

54

 



Təsərrüfat  subyektlərinin  ixtisaslaşması  zəruri  və  mütləq  şəkildə  istehsal  olunan 

məhsulların  mübadiləsi  ilə  müşaiyət  olunur.  Bu  cür  qarşılıqlı  təsir  nəticəsində 



müəssisələrarası əmək bölgüsü meydana gəlir. Bu, əmək bölgüsünün universal formasıdır.  

Əgər  ixtisaslaşmış  məhsul  və  ya  xidmətlə  mübadilə  bir  sahəyə  aid  olan  istehsal 

subyektləri  arasında  baş  verirsə,  onda  müəssisələrarası  əmək  bölgüsü  sahədaxili  əmək 

bölgüsünə (məsələn, maşınqayırma müəssisələri arasında məhsul mübadiləsi) çevrilir. Əgər 

mübadilə  müxtəlif  sahələrə  aid  olan  müəssisələr  arasında  baş  verirsə,  onda  əmək 

bölgüsünün sahələrarası forması (məsələn, sənayenin kömür və energetika sahələri arasında 

əlaqə)  meydana  gəlir.  Əgər  mübadilə  müxtəlif istehsal növlərinə  aid olan sahələr  arasında 

həyata  keçirilirsə,  onda  əmək  bölgüsünün  növlərarası  forması  (məsələn,  maşınqayırma  və 

kənd  təsərrüfatı  arasında  olan  iqtisadi  əlaqələr)  peyda  olur.  Nəhayət,  müəyyən  regionun 

müəssisələrinin  istehsal  etdikləri  məhsulların  digər  regionda  istehsal  olunan  məhsullarla 

mübadiləsi  zamanı  əmək  bölgüsünün  regionlararası  forması  (məsələn,  Gəncə  iqtisadi 

rayonu ilə Xaçmaz iqtisadi rayonu arasında əmtəə mübadiləsi) əmələ gəlir. 

Yuxarıda  deyilənlərdən  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  əmək  bölgüsü  məsələsini 

öyrənərkən  müəssisələrin  ixtisaslaşması  formasını  və  müəssisələr  arasında  əmək 

bölgüsünün  formalarını  dəqiq  surətdə  fərqləndirmək  lazımdır.  Istehsal  subyektlərinin 

ixtisaslaşamsı  yuxarıda qeyd edildiyi kimi, özünü üç formada  – predmet, peşəkar və ərazi 

əmək  bölgüsü  formasında  göstərir.  Əmək  bölgüsü  isə  aşağıdakı  formaların  biri  üzrə 

meydana gəlir – sahədaxili, sahələrarası, növlərarası və regionlararası. Bu formalardan hər 

biri  özündə  əmək  bölgüsünün  hər  iki  xarakterik  cəhətlərini  –  mübadilə  və  ixtisaslaşmanı 

(hər üç formada) əks etdirir. 

Beləliklə,  ölkə  daxilində  əmək  bölgüsü  ayrı-ayrı  təsərrüfat  subyektlərinin  müxtəlif 

əmtəə  və  xidmətlər  istehsalında  ixtisaslaşmaları  və  sonradan  bu  əmtəə  və  xidmətlərlə 

mübadilənin baş verdiyi əməyin təşkili sistemi və ya üsuludur. Yəni, əmək bölgüsü iki əsas 

cəhətlə - ixtisaslaşma və mübadilə ilə xarakterizə olunur. 

Əmək  bölgüsünün  formaları  ilə  yanaşı  onun  növləri  də  fərqləndirilir.  Adətən  əmək 

bölgüsünün  üç  növü  –  müəssisədaxili,  ölkədaxili  və  ölkələrarası  və  ya  beynəlxalq  əmək 

bölgüsü fərqləndirilir. Əmək bölgüsünün hansı sferada baş verdiyindən asılı olaraq o, ayrı-

ayrı növlər üzrə differensiallaşır. 

BƏB  –  ictimai  əmək  bölgüsünün  xüsusi  növüdür.  O,  ölkədaxili  əmək  bölgüsünün 

inkişafı əsasında yaranır. Qeyd edək ki, öz strukturlarına görə ölkədaxili əmək bölgüsünün 




 

55

 



və  BƏB-in  bir  sıra  ümumi  cəhətləri  vardır.  Birincisi,  onların  hər  ikisi  ictimai  əmək 

bölgüsünə aiddir. Çünki, onların hər ikisi cəmiyyət üzvləri arasında baş verir. İkincisi, həm 

ölkədaxili  əmək  bölgüsündə,  həm  də  BƏB-də  müəssisələrin  ixtisaslaşması  müəyyən  növ 

məhsulların istehsalı və bu məhsullarla mübadilə əsasında baş verir. Üçüncüsü, qeyd olunan 

hər  iki  əmək  bölgüsü  forması  özlüyündə  müxtəlif  müəssisələrin  istehsal  kollektivlərinin 

eyni zamanda mövcud olan əməyini əks etdirir. Bu müəssisələr istehsal etdikləri məhsulları 

mübadilə  etməklə  öz  aralarında  iqtisadi  əlaqələr  qururlar.  Beləliklə,  həm  ölkə  daxilində, 

həm də dövlətlər arasında əmək bölgüsü xüsusi üsullarla həyata keçirilən birgə əməkdir. 

BƏB-i ölkədaxili əmək bölgüsündən fərqləndirən əhəmiyyətli cəhətlər  mövcuddur. 

Bu fərqli cəhətlər özünü aşağıdakılarda göstərir: 

1.

 

BƏB  və  ölkədaxili  əmək  bölgüsü  arasında  daha  çox  nəzərə  çarpan  fərq  onların 



fəalyyət  sferalarının  özünəməxsusluğundadır.  Əgər  ölkədaxili  əmək  bölgüsü  hər 

hansı bir milli iqtisadiyyatın strukturunu əks etdirirsə, BƏB iki və ya daha artıq milli 

iqtisadiyyatlar arasında münasibətlərin qurulması deməkdir. 

2.

 



Digər  fərq  BƏB-in  və  ölkədaxili  əmək  bölgüsünün  ölkələrin  milli  məcmu  ictimai 

əməyinin  strukturuna  təsir  istiqamətlərinin  spesifikliyindədir.  Ölkədaxili  əmək 

bölgüsünün inkişafı zamanı milli iqtisadiyyatın strukturunun birbaşa dəyişilməsi baş 

verir.  BƏB  zamanı  isə  dəyişmə  birbaşa  yox,  dolayı  yolla,  yəni  milli  iqtisadiyyatın 

digər ölkələrin ehtiyaclarına uyğunlaşdırılması yolu ilə baş verir. BƏB-in funksional 

təyinatı  ondan  ibarətdir  ki,  o,  müxtəlif  ölkələr  arasında  möhkəm  iqtisadi  əlaqələrin 

yaranmasına kömək etməklə onların milli məcmu ictimai əməyinin strukturuna daha 

faydalı iqtisadi təsir göstərir. Bu təsir BƏB-də iştirakın, ölkəyə öz səylərini istehsalı 

üzrə  daha  yaxşı  şərtlərə  malik  olduğu  məhsul  buraxılışında  cəmləşdirməyə  imkan 

verməsi ilə müəyyən olunur.  

3.

 

Ölkədaxili  əmək  bölgüsü  və  BƏB  arasında  fərqlilik  özünü  həmçinin  bu  iqtisadi 



proseslərdə iştirak edən subyektlərin səlahiyyətlərinin həcmində göstərir. Məlumdur 

ki,  ölkədaxili  əmək  bölgüsünün  subyektləri  kimi,  ayrı-ayrı  müəssisələr,  firmalar, 

şirkətlər çıxış edirlər. Onlar həmçinin BƏB-in də subyektləridir. Lakin BƏB zamanı 

dövlətin  rolu  əhəmiyyətli  dərəcədə  artır  ki,  bu  da  özünü  milli  müəssisələrin  xarici 

iqtisadi fəaliyyətlərinin dəstəklənməsində, bəzən isə məhdudlaşdırılmasında göstərir. 

4.

 



BƏB  ölkədaxili  əmək  bölgüsündən  bu  proseslərdə  fəaliyyət  göstərən  obyektlərin 

əhatə  dairəsinin  irihəcmliliyi  ilə  də  fərqlənir.  Məlumdur  ki,  ölkədaxili  əmək 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə