68
Cədvəl 3.2.
Ölkənin BƏB-də iştirakını müəyyən edən amillər
1. BƏB-in milli amilləri
1) Ölkələrin təbii-coğrafi fərqləri
təbii-iqlim şəraiti;
təbii resurslar;
ərazinin həcmi;
əhalinin sayı;
ölkənin iqtisadi-coğrafi mövqeyi və s.
2)
Ölkələrin
sosial-iqtisadi
xüsusiyyətləri
ölkənin dünya iqtisadiyatında yeri;
tarixi inkişafın, istehsal ənənələrinin və xaici
iqtisadi əlaqə ənənələrinin xüsusiyyətləri;
iqtisadiyatın və elmi-texniki inkişafın mövcud
səviyyəsi;
təsərrüfat tipi (bazar və ya planlı);
xarici əlaqələrin qanunvericilik bazası və s.
2. BƏB-in beynəlxalq amilləri
1)
Elmi-texniki tərəqqinin dünya üzrə səviyyəsi: bu səviyyə nə qədər yüksəkdirsə ölkələrin
ixtisaslaşdıqları sahə bir o qədər elmtutumlu olur
2)
Dünya bazarında tələb
3)
Beynəlxalq hesablaşmalar sistemi
4)
Ekoloji problemlər: bu problemlər təbii resursların bir əmtəə kimi dəyəri məsələsinə yeni
keyfiyyətdən baxmağa məcbur edir
Cədvəl 3.3.
Ölkənin BƏB-də iştirakını xarakterizə edən göstəricilərin təsnifi
7
№
Göstəricilərin adı
A qrupu. İxrac-idxal əməliyyatları nümunəsində BƏB-in inkişaf səviyyəsi
1 Ölkənin ixrac kvotası
2 İxracın artım tempinin ÜDM-nin artım tempini üstələməsi əmsalı
3 İdxal kvotası
4 İdxalın artım tempinin ÜDM-nin artım tempini üstələməsi əmsalı
5 Xarici ticarət kvotası
7
Семенов К.А. Международные экономические отношения: Курс лекций. – М.: Гардарика, 1998, с. 177
69
B qrupu. Beynəlxalq regionun (inteqrasiya birlikləri) ölkənin xarici iqtisadi
əlaqələr sistemində yeri (ixrac əməliyyatları nümunəsində)
6 Beynəlxalq regiona ixracın ölkənin ümumi ixracında payı
7 Beynəlxalq regiona ixracın artım tempinin ümumi ixracın artım tempini üstələməsi
əmsalı
8 Ölkənin beynəlxalq regiona ixracının həcminin həmin regionun ölkələrinin
qarşılıqlı ixracında payı
9 Ölkənin beynəlxalq regiona ixracının artım tempinin həmin regionun ölkələrinin
qarşılıqlı ixracının artım tempini üstələməsi əmsalı
Ölkənin BƏB-ə cəlbini xarakterizə edən əsas göstəricilərdən biri də ixracın artım
tempinin ÜDM-nin artım tempini üstələməsi əmsalıdır. İxracın artım tempi ilə ÜDM-nin
artım tempini müqayisə etməklə ölkənin resurslarının BƏB-ə cəlb olunması dərəcəsinin
dəyişmə perspektivləri barədə mühakimələr irəli sürmək olar. Əgər ixracın tempi ÜDM-nin
tempini daim üstələyirsə, onda bu, ölkənin resurslarının BƏB-ə tam surətdə cəlb
olunduğunu göstərir. Əgər üstələmə kifayət qədər ardıcıl surətdə baş vermirsə, onda bu,
resursların BƏB-ə cəlb olunmasında istifadə edilməmiş imkanların mövcudluğunu əks
etdirir. Əksinə, ÜDM-nin artım tempi ixracın artım tempindən yüksəkdirsə, bu, resursların
BƏB sisteminə cəlb olunmasının zəifləməsindən xəbər verir.
Digər mühüm bir göstərici isə idxal kvotasıdır. Onu ixrac kvotası ilə müqayisə
etmək, ixrac və idxal arasında nisbəti müəyyən etmək olar.
Ölkənin BƏB-ə cəlb olunmasını ölçmək üçün həmçinin idxalın artım tempinin
ÜDM-nin artım tempini üstələməsi əmsalından da istifadə edilir. Idxal kvotasından fərqli
olaraq, bu göstərici idxalın inkişaf tendensiyaları, həmçinin, milli iqtisadiyyatın xaricdən
əmtəə alışından asılılığı barədə təsəvvür yaradır.
Qeyd olunan göstəricilərdən başqa, ölkənin BƏB sisteminə cəlbini müşahidə
etməyə imkan verən digər qrup göstəricilər də vardır. Beynəlxalq regionun (inteqrasiya
birlikləri) ölkənin xarici iqtisadi əlaqələr sistemində yerini xarakterizə edən bu
göstəricilər prosesin ayrı-ayrı aspektlərini öyrənməyə imkan verir.
Beynəlxalq regionun ölkənin xarici iqtisadi əlaqələr sistemində yerini xarakterizə
edən göstəricilərdən biri kimi, beynəlxalq regiona ixracın ölkənin ümumi ixracında payını
göstərmək olar. Bu göstəricinin əhəmiyyəti ondan ibarətdir ki, o, beynəlxalq regionun
ölkənin xarici iqtisadi əlaqələr sistemində yerini müəyyən etməyə imkan verir.
70
Digər bir mühüm göstərici isə beynəlxalq regiona ixracın artım tempinin ümumi
ixracın artım tempini üstələməsi əmsalıdır. Bu əmsalı bəzən üstələmə əmsalı da
adlandırırlar. Bu göstəricinin ölkənin bir qrup xarici ölkə ilə qarşılıqlı iqtisadi
əməkdaşlığının inkişaf sürəti haqqında təsəvvür yaratmağa imkan verir. Bu göstəricidən
çıxış edərək həmin regionun ölkənin xarici iqtisadi əlaqələr sistemində yerinin necə
dəyişməsi barədə fikir irəli sürmək olar.
Başqa bir mühüm göstərici kimi isə ölkənin beynəlxalq regiona ixracının həmin
regionun ölkələrinin qarşılıqlı ixracında malik olduğu payı göstərmək olar. Qarşlılıqlı
ixrac dedikdə partnyor ölkələrin regional bazara məcmu ixracı nəzərdə tutulur. Qarşlılqlı
ixracın tempinin istehsalın ümumi həcminin artımını üstələdiyi halda ölkənin BƏB
prosesinə dərin surətdə cəlb olunduğunu söyləmək olar.
Qeyd olunan göstəricilərdən başqa, bəzən sahənin beynəlxalq ixtisaslaşmasını
xarakterizə edən göstərici kimi nisbi ixrac ixtisaslaşması əmsalından (Ə
nii
) istifadə edirlər. O
aşağıdakı formul üzrə müəyyən edilir:
Ə
nii
= İ
ö
/İ
d
Burada İ
ö
əmtəənin ölkə ixracında payı, İ
d
isə əmtəənin dünya ixracında payıdır.
Bu əmsalın köməyi ilə konkret ölkə üçün beynəlxalq münasibətdə ixtisaslaşmış
sayılan əmtəə siyahısı və sahələri müəyyən edilir. Bu göstəricinin müəyyən çatışmazlıqları
olmasına baxmayaraq, o, milli iqtisadiyyatın sahələr baxımından ixrac istiqamətlənməsinin
ümumi parametrlərini və tendensiyalarını müəyyən etməyə imkan verir. Bu əmsalın köməyi
ilə həmçinin beynəlxalq ticarətin obyekti oan daha perspektivli əmtəələr müəyyən edilir.
BƏB dünya təsərrüfatında istehsalın genişləndirilməsi prosesinin reallaşdırılmasında
getdikcə artan rol oynamaqdadır. O, bu proseslərin qarşılıqlı əlaqəsini təmin edir və uyğun
beynəlxalq sahəvi və regional-sahəvi proporsiyalar formalaşdırır. Kapitalizm inkişaf etdikcə
və bir dünya sisteminə çevrildikcə BƏB də formalaşmışdır. Bu formalaşmaya bir çox
amillər, o cümlədən tarixi və coğrafi faktorlar, məhsuldar qüvvələrin vəziyyəti, təbii
resursların mövcudluğu və s. təsir etmişdir.
BƏB-in inkişafına bir sıra amillər təsir edir. Bu zaman ilk növbədə əmək
məhsuldarlığının yüksəldilməsi, istehsalın effektivliyinin yüksək həddinin əldə edilməsi,
istehsal xərclərinin aşağı salınmasına yönəlmiş səylər qeyd edilməlidir. BƏB-in inkişafına