Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


 Xarici dövlətlərin turizm sahəsində innovativ xidmətlər üzrə təcrübəsinin



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix05.10.2023
ölçüsü0,97 Mb.
#125363
1   ...   7   8   9   10   11   12   13   14   ...   37
lənkəran diss

1.2. Xarici dövlətlərin turizm sahəsində innovativ xidmətlər üzrə təcrübəsinin 
tədqiqi 
Yeni texnologiyalar müştərilərin turizm sənayesində misilsiz təcrübələrdən 
faydalanmasını asanlaşdırır. Yeni turizm növləri ənənəvi turizm sahəələrində yaranır 
və istehlakçını maraqlandıran sahəyə yönəldir.
Ötən paraqrafda da qeyd etdiyimiz kimi hal-hazırda atraksiyonlu turizm 
xidmətlərinə maraq olduqca genişdir. Əslində bunun ilk təsirlərini və səmərəliliyini 
xarici dövlətlərin turizm sahəsində innovativ xidmətlər üzrə təcrübəsinin tədqiqinə 
nəzər salaraq görə bilərik. Məsələn, əvvəllər dağ turizmi təhlükəli hesab 
edildiyindən turistlərin cəlb edilməsinə dair müəyyən tərəddütlər var idi. Lakin daha 
sonra dünya təcürübəsi və statistika göstərdi ki, insanların bu sahəyə marağı daha 
çoxdur. Azərbaycan dağ və qış turizmi baxımından zəngin mənbələrə malikdir. Bu 
mənbələri daxili və xarici turizm üçün qiymətləndirmək üçün 2 əsas qış və dağ 
idman mərkəzi turizm mərkəzi elan edilmişdir (Şahdağ, Tufandağ, Kəlbəcər və Şuşa 
dağları və s.).
Turizm mərkəzi elan edilmiş qış və dağ idman mərkəzlərinin planlı inkişafı 
hədəflənir və planlarda qoruma-istifadə tarazlığı müşahidə olunur. Ümumi praktika 
mərkəzlərin ətraf mühit planlarının hazırlanması və həyata keçirilməsindən, sonra 
isə rayonlaşdırma planlarından ibarətdir.


23 
Qış turizmi, xizək sürməyə uyğun olan qarlı və maili bölgələrə səyahət və bu 
xidmətlərdən, xüsusən də qonaqlıq xidmətindən faydalanmaq üçün səyahətə daxil 
olan bütün fəaliyyətlər olaraq xarakterizə olunur. Bu sahədə əsas məqsəd 
təhlükəsizliyi təmin etməkdir. Buna isə yalnız düzgün strategiya, ötən paraqrafda 
qeyd etdiyimiz kimi sığorta xidmətiylə nail olmaq mümükündür.
Dünyada daha çox xizək sahəsi olmasına baxmayaraq, ən azı 5 mexaniki qurğu 
olan 2000 xizək sahəsi mövcuddur, xizək təxminən 80 ölkədə həyata keçirilir 
(
Hüseynov İ.M., Əfəndiyeva N.A. 2017: s.456)
.
Dağlıq ərazilərin milli iqtisadiyyata kiçik töhfəsindən fərqli olaraq, dağların 
turizm sektoruna verdiyi səmərəlilik olduqca yüksək səviyyədədir. Ümumiyyətlə, 
turizm sektoru çox geniş imkanlar təklif edir. Turist fəaliyyətlərinə xizək sürmə, 
snowboard (qartopu), quş seyrləmə, dalğıc, habelə alpinizm kimi çoxlu sayda 
ekstremal idman fəaliyyətləri daxildir. Bir çox fəaliyyətlər müxtəlif təbii, habelə 
mədəni şəraiti təmin edən dağ əraziləri üçün xarakterikdir.
İnkişaf etmiş bir sıra ölkələrdəki dağlar kütləvi turizmin əsas istiqamətləridir. 
Məsələn, turizmin ÜDM-in 6% -dən çoxunu təşkil etdiyi, turizmin adambaşına 
düşən illik gəliri 1748 EUR (2017) olan Avstriyada turizm sektorundakı ümumi satış 
göstəricisinin 77% -dən çoxu alp turizm sənayesi vasitəsilə əldə edilir. Bütün 
bunlardan fərqli olaraq, o (Mərkəzi və Şərqi Avropa ölkələri) Avropa regionları 
arasında ən aşağı göstərici səviyyəsinə sahibdir və belə ki, bütün Avropa beynəlxalq 
gəlişlərinin 23% -ini təşkil edir. Ümumiyyətlə, dünyanın bir çox bölgələrində dağ 
turizmi hələ də tənzimlənməmiş, nəzarətsiz olaraq hafazard inkişafıyla 
səciyyələnmişdir. 
Fransa, Avstriya və ABŞ ən çox mexaniki imkanlara sahib dövlətlərdir. Bu 
ölkələrdə innovativ texnoloji xidmətlər olduqca yaxşı inkişaf etmişdir. Bu da 
turizmin inkişafından xəbər verir. ABŞ orta hesabla 5 il müddətinə, əsasən, 57 
milyon 92 min xizəkçi ilə birinci, 56 milyon 226 min xizəkçi ilə Fransa ikinci, 53 
milyon 155 min xizəkçi ilə Avstriya üçüncü yerdədir 
(Hüseynov İ.M., Əfəndiyeva N.A. 
2017: s.456).


24 
Xizək turizminin innovativ xidmətlərinə onlayn bilet sifarişi aid ola bilər. Bu, 
təkcə tur paketin sifarişi deyil, digər xizək mərkəzi xidmətlərini də özündə 
birləşdirir. Bunlardan ən birincisi kanatdan istifadənin əvvəlcədən sifariş 
edilməsidir. Bunun üçün onlayn şəkildə tur paketi alınarkən müştərilərə menecerlərə 
kanat biletini də almaq üçün əlavə ödəniş edirlər. Bununla yanaşı tur menecerləri 
tərəfindən restoranda yeyiləcək yeməklər, habelə xizək sifarişi, fotoçəkiliş də 
əvvəlcədən sifariş edilə bilər. Bütün bu nəticələrin üstünlüyü birbaşa olaraq 
yeniliklər və bu sahədəki müasir informasiya texnologiyalarına əsaslanır.

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə