Beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix05.10.2023
ölçüsü0,97 Mb.
#125363
1   ...   15   16   17   18   19   20   21   22   ...   37
lənkəran diss

GZİT analizi


41 
Lənkəranda müxtəlif etnik qrupların olması turistlərin xüsusi marağına səbbə 
olur. Bütün bunlarla yanaşı fərqli mədəniyyətlər, dini inanclar və adət - ənənələrin 
olmasıda turistik gəzintiyə xüsusi çalar qatır. 
Zəif tərəflər: 
Lənkəran zonasında turistik baxımdan zəif tərəflərə su təchizatı və kanalizasiya 
strukturunda olan mövcud çatışmazlıqlar, nəqliyyat və yol sistemində problemlərin 
olması, Haftoni qəsəbəsindəki “Lənkəran” istirahət zonasının köhnəlməsini nümunə 
göstərmək olar. Bu zəifliklərin nəzər alınmasıyla problemlərin aradan qaldırılması 
mütləqdir. 
İmkanlar 
Lənkəran zonasında turistik potensialın gücləndiirlməsi üçün Qəriblər 
rayonunda 100 nəfərlik “Qaplica” istirahət mərkəzinin yenidən qurulması strateji 
planda öz əksini tapmışdır. Buranın təmiri turistik potensialı artırmaqla, turistlərin 
bölgəyə cəlb edilməsinə şərait yaradacaqdır. 
 
Əlavə olaraq yerli əhalinin su ehtiyacını ödəmək üçün Yardımlının su 
təchizatının müasir tələblərə görə inkişaf etdirilməsi, Lənkəranda gəmilərin sahilə 
yaxınlaşması üçün Lənkəran limanının və körpünün inşasına dəstək göstərilməsi də 
bölgədə turizmin inkişafına təkan verəcəkdir.
 
Təhlükələr: 
Lənkəran turistik bölgəsində turizmin inkişaf dinamikasında qarşıya çıxan 
problemlər arasında rəqib bölgələrdə turizm prespektivlərinin daha güclü olması 
(Quba, Qəbələ) başlıca təhlükələrdəndir. Bunlara Qəbələdə, Qusarda olan turizm 
komplekslərinə çoxlu turist axını olmasını misal göstərə bilərik. Bundan əlavə 
Lənkəran passportunda qeyd olunur ki, yerli əhalinin su ehtiyacını ödəmək üçün 
Yardımlının su təchizatının yetərsizliyi müasir dövrdə əhəmiyyətli problemlərdən 
biridir.
Müəllifin fikrincə, Lənkəran rayonunda problemli sahələrə investisiya qoyaraq 
müəyyən problemlərin aradan qaldırılması mütləqdir: 
1.
İlk olaraq elektrik, qaz və istilik terminallarını təkmilləşdirmək üçün enerji, 
qaz və istilik sistemlərini yaxşılaşdırmaq; 


42 
2.
Sosial xidmətləri artırmaq üçün yaşayış məntəqələrində su təchizatı və 
kanalizasiya strukturunun təkmilləşdirilməsi; 
3.
Bölgənin hazırki potensialından istifadə edərək məşğulluğun artırılması 
üçün turizmin inkişaf etdirmək üçün spesifik tədbirlər həyata keçirmək və 
reallaşdırmaq; 
4.
Nəqliyyat və yol sisteminin yaxşılaşdırılması üçün Lənkəran yük 
terminalının tikintisinə dəstək vermək; 
5.
Sərnişin və yük xidmətlərini yaxşılaşdırmaq üçün maşın və dəmir yolu 
reyslərinin kəsişməsində Astara çayı üzərində körpünün tikintisini aparmaq; 
6.
Lənkəran əhalisini şirin su ilə təmin etmək məqsədi ilə su təchizatı və 
kanalizasiya borularını yenidən qoşmaq; 
7.
Lənkəranın hazırki potensialından istifadə edərək məşğulluğu təmin etmək 
və dağ turizminin formalaşdırılması üçün yeni layihələrin planaşdırılması və 
reallaşdıırlması; 
8.
Köhnə xalq sənətini qorumaq, xalq sənətkarlığını yaxşılaşdırmaq və 
məşğulluq səviyyəsini yaxşılaşdırmaq və xalçaçılığın inkişafı üçün yeni layihə 
planları hazırlanmalıdır; 
9.
Lerikdə turizmin inkişaf prespektivini artırmaq üçün 50 nəfərlik turistik zona 
və istirahət mərkəzi hesab edilən “Uzunömürlülük diyarı” nın tikintisinə dəstək 
vermək; 
10.
Turizmi inkişaf etdirmək məqsədi ilə Lənkəran-Lerik yolunun 27-ci km-də 
50 yerlik “Təbəssüm” turistik mərkəzinin inşasına dəstək göstərmək; 
11.
Şəhərdə əhalinin şirin su ehtiyacını ödəmək və kanalizasiya strukturunu 
yaxşılaşdırmaq üçün Lənkəranda qaz, su və kanalizasiya sistemlərinin yenidən 
layihələndirilməsi; 
12.
Lənkəranda gəmilərin sahilə yaxınlaşması üçün Lənkəran limanının və 
körpünün inşasına dəstək; 
13.
Lənkəranda turizmi yaxşılaşdırmaq məqsədi ilə dəniz kənarında 60 yerlik 
keçmiş “Sovtransavtonun” yenidən qurulması; 


43 
14.
Lənkəranda turizmi inkişaf etdirmək üçün “Dairəvi Qala” binasının 
yenidən qurulması. 
15.
Lənkəranda turizm xidmətlərinin inkişaf etməsi üçün Haftoni 
qəsəbəsindəki yüz əlli “Lənkəran” istirahət zonasının yenidən qurulması; 
16.
Elektrik təchizatının yaxşılaşdırılması məqsədilə Masallıda 220 kV-luq 
Şirvan SES-Masallı və 220 kV-luq Masallı-Astara elektrik ötürücü xətlərinin 
tikintisi; 
17.
Turizmin inkişaf etməsi üçün Qəriblər rayonunda 100 nəfərlik “Qaplica” 
istirahət mərkəzinin yenidən qurulması; 
18.
Yardımlı rayonunda qədim xalq sənətlərinin qorunmasının inkişaf etməsi 
üçün xalq sənətinin və xalça toxuculuğunun təbliği proqramının həyata keçirilməsi; 
19.
Yerli əhalinin su ehtiyacını ödəmək üçün Yardımlının su təchizatının 
müasir tələblərə görə inkişaf etdirilməsi. 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə