Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Lənkəran zonasında innovativ turizm xidmətlərinin istifadəyə verilmə



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix05.10.2023
ölçüsü0,97 Mb.
#125363
1   ...   16   17   18   19   20   21   22   23   ...   37
lənkəran diss

 
2.2. Lənkəran zonasında innovativ turizm xidmətlərinin istifadəyə verilmə 
səmərəliliyinin hesablanması 
Bu günə qədər aparılan araşdırmalar, Strateji Yol Xəritəsi və Dövlət Statistika 
Komitəsi məlumatları Lənkəranın müxtəlif turizm növlərinin inkişaf etdirilməsi 
üçün münasib bir bölgə olmasını təsdiqləyir.
Burada ekoturizm, mədəni turizm, sağlamlıq turizmi, habelə sair turizm növləri 
üçün geniş potensial mövcuddur. Lənkəran rayonu zəngin rekreasiya-kurort 
ehtiyatlarına sahib zonadır. Bunların da əsasını soyuq, habelə isti mineral bulaqlar 
təşkil edir.
Cənub bölgələri arasında təkcə Lənkəran rayonu ərazisində 20-yə kimi mineral 
bulaq var. Lənkəran rayonunda mineral sularla yanaşı, həmçinin dəniz müalicəsi 
(talasoterapiya), günəş (helioterapiya), qum vannalarının müalicəvi imkanlarından 
da istifadə edilə bilər. Müalicəvi suların bazasında Lənkəranda “İbadi-istisu”, 
Masallıda “İstisu”, “Yanardağ”, “Qamo” sanatoriyası, Lənkəranda “Palıdlı sahil”, 
Lerikdə “Meşəbəyi”, “Relax” istirahət kompleksləri fəaliyyət göstərir” 


44 
(https://www.stat.gov.az/search/?q - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 
Lənkəran rayonu 2020-ci il)

Ötən paraqraflarda da qeyd etdiyimiz kimi, bölgə respublikamızın daha sıx 
meşə örtüyünə sahib rayonlarından biridir. Bir sıra müxtəlif quşların qışladığı 
Qızılağac qoruğu, relikt bitkilərin mövcud olduğu Hirkan qoruğu və Zuvand 
yasaqlığı burada yerləşir.
Bütün bunlarla yanaşı cənub bölgəsi tarixi-mədəni abidələrlə də zəngin 
olmaqla yanaşı, həmçinin özünəməxsus etnik, sənətkarlıq, folklor xüsusiyyətləri ilə 
də tanınır.
Bölgə üzrə “Cənubun dadı” (kulinariya) və “Cənub mirvarisi” adlı mədəni və 
ekoloji turizm marşrutları yaradılıb. Ümumiyyətlə, kənd turizminin potensialı çox 
böyükdür. Mövcud potensialdan maksimum yararlanmaq üçün kompleks tədbirlərin 
görülməsinə ehtiyac var. 
Lənkəran Xəzər dənizi sahilində yerləşdiyinə görə çimərlik və dəniz turizmi 
zonalaşmasının 
aparılması 
üçün 
münasib 
təbii 
şəraitə 
sahibdir 
(
https://www.stat.gov.az/search/?q - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 
Lənkəran rayonu 2020-ci il)
.
Burada orta illik küləyin sürəti Abşeron yarımadasıyla müqayisədə üç dəfə 
azdır ki, bu da dənizin daha az dalğalı olmasına şərait yaradır. Bütün bunlarla yanaşı 
Abşeron yarımadasıyla müqayisədə dənizin Lənkəran şəhəri sahili daha az 
çirkləndiyindən, suyun təmizlik səviyyəsi olduqca yüksəkdir. 
Hazırda dünyada və Azərbaycanda korona virus xəstəliyinin törətdiyi fəsadlar 
və problemlər hələ də davam etməkdədir. Bu hal, birbaşa olaraq turizm sektoruna da 
mənfi təsirlərini göstərir. Elə bu baxımdan da turistlərə innovativ xidmətlərin 
göstərilməsi 
olduqca 
vacibdir 
(
https://www.stat.gov.az/search/?q 

Azərbaycan 
Respublikasının Dövlət Statistika Komitəsi: Lənkəran rayonu 2020-ci il)
.
Buna görə, COVID-19 və gigiyena qaydalarını / tətbiqlərini əhatə edən bir 
protokol hazırlayan müəssisələr, işçilərinin xəstəlik əlamətləri ilə müştəriyə 
yanaşmasını və tətbiq olunacaq prosedurları müəyyənləşdirərək ümumi istifadə 
sahələri üçün sosial məsafə planı hazırlayıblar. 


45 
Yerləşdirmə müəssisələri, sosial məsafə qaydalarını qoruyaraq müəyyən 
səviyyədə qonaqları qəbul edirlər. Qonaqlar təsisin girişində termal kameralar və ya 
təmassız temperatur ölçmə tətbiqetmələri, dezinfeksiya xalıları və əl dezinfeksiyası 
ilə qarşılanırlar. Maska və əlcək kimi fərdi qoruyucu vasitələr istəyə əsasən 
qonaqlara verilir.

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə