Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Şəkil 11: Vətəndaşlığı olmayan şəxslərə satılmış turizm yollayışları



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix05.10.2023
ölçüsü0,97 Mb.
#125363
1   ...   19   20   21   22   23   24   25   26   ...   37
lənkəran diss

Şəkil 11: Vətəndaşlığı olmayan şəxslərə satılmış turizm yollayışları 
Mənbə:
https://www.stat.gov.az/menu/7/ - Lənkəran passportu 2020. 
Lənkəranda innovativ xidmətlərdən biri də aqoturizmdir. Effektiv marketinq 
aqriturizmin uğurunu müəyyənləşdirir. Marketinq, turistlərin istədiklərini başa 
düşməyi (tələb), bu ehtiyacları ödəmək üçün məhsullar (və ya xidmətlər) inkişaf 
etdirməyi və nəhayət məhsul və xidmətləri insanlara çatdırmaqdan ibarətdir. Düzgün 
marketinq olmadan, ən yaxşı idarə olunan aqrar turizm müəssisələri belə heç vaxt 
istənilən uğura nail ola bilməzlər. Marketinqə fərqli yanaşmalar olmasına 
baxmayaraq, argoturizmdə marketinqə ən təsirli yanaşma sözdə 3P metodudur 
(https://tourism.gov.az/uploads/documents/agritourism_handbook2020.pdf - İnnovativ aqoturizm 
2020)


Məhsul; 

Təqdimat; 

Yer. 
Qiymət məhsulu
- gələn müştərilərə / turistlərə təqdim olunan xidmət, məhsul 
və ya kənd təsərrüfatı təcrübəsidir. Burada məhsullarla bağlı iki vacib məqam var. 
1) Əvvəlcə məhsulun unikal olmasından əmin olmaq. 
2) Bazardakı digər xidmət təminatçılarından əsas fərqləri və təklif edilən 
məhsul və xidmətlərin rəqabət qabiliyyətini müəyyənləşdirmək. 
0%
10%
20%
30%
40%
50%
60%
70%
80%
90%
100%
Ölkə üzrə - c ə m i
Lənkəran iqtisadi rayonu 
Müəssisələrin ümumi xərcləri 2018 Müəssisələrin ümumi xərcləri 2019
Müəssisələrin ümumi xərcləri 2019


49 
Təşviq
- Burada əsas məqsəd təsərrüfata turistlərin\müştərilərin cəlb edilməsi 
üçün yaradıcı ideyaların tapılması və turistlərin təhlükəsiz dönüşünün təmin 
edilməsidir. Bu zaman əsas çətinlik ən effektiv və ucuz qiymətə reklam strategiyası 
tapmaqdadır. Tanıtım vasitələrinin turistlərin diqqətini çəkməsinə, maraq 
yaratmasına və xidmətlərə tələb yaratmasına kömək edəcəyindən mütləq şəkildə 
əmin olmaq lazımdır. 
Yer 
- məhsulun və göstərilən xidmətin müştəriyə çatdırıldığı məkan nəzərdə 
tutulur. Turistlərə turizm mərkəzində maraqlı təəssürat yaratmaq istədikdə, məkanda 
təmiz, təhlükəsiz və qonaqpərvərliklə əhatə olunan mühit yaratmaq lazımdır.
Bu hal aqoturizm üçün mütləq təməldir.Bu halda məkanı qonaqlar üçün 
cəlbedici etmək istədikdə aşağıda göstərilən tövsiyələri nəzərə almaq lazımdır 
(https://tourism.gov.az/uploads/documents/agritourism_handbook2020.pdf - İnnovativ aqoturizm 
2020).
Bölgənin yeri, iş saatları, göstərilən xidmətlər, təqdim edilən məhsullar 
haqqında məlumatlar aydın və mütəmadi olaraq yenilənməlidir;
Turistik bölgələrdə yerləşdirilən istiqamətverici nişanlar turisti lazımı 
istiqamətlərə yönləndirməlidir;
Turistik məkanların unikallığı, maraqlı cəhədləri, yaranma tarixi, inkişafı və 
gələcək məqsədləri haqqında məqalələr paylaşmaqla turistlərdə həmin məkana səfər 
etmək hissləri yaratmaq; 
Qiymət - aqroturizm istiqamətində təqdim edilən məhsullara və xidmətlərə 
qiymət qoymaq asan məsələ deyil. Burada əmin olmaq lazımdır ki, təqdim edilən 
məhsul və göstərilən xidmətlərin qarşılığında qoyulan qiymət çəkilən xərcləri ödəyir 
və nəticə etibarı ilə şirkət gəlir götürür.
Xidmətlərə qoyulan qiymət aqroturizm biznesiylə bağlı əməliyyat xərclərini 
ödəmək üçün kifayət etməli və eyni zamanda turist üçün bu xidmətlərin və məhsulun 
istifadəsi qiymət nöqteyi-nəzərindən əlçatan olmalıdır . Yadda saxlamaq lazımdır ki, 
qoyulan qiymətlər rəqabətqabiliyyətli olmalıdır ki, oxşar xidmət göstərənlər və 
yaxud rəqiblər bölgəni üstələyə bilməsinlər. Qiymətlərin müəyyənləşdirilməsi 3 
əsas məqamdan ibarətdir: 


50 
Məhsulunuzun və yaxud xidmətin müştərilər üçün dəyəri və əhəmiyyəti nədir?
Bu məhsul və xidmətlərin müştərilərə təqdim edilməsi Lənkəran oteli üçün 
neçəyə başa gəlir?
Rəqiblərin oxşar məhsul və xidmətlərə qoyduğu qiymət nə qədərdir?
Qiymət və dəyər arasındakı fərqi başa düşmək gəliri artırmaq üçün vacib 
məsələdir. Dəyər məhsulun və yaxud xidmətin hazırlanması üçün çəkilən xərcdir. 
Qiymət isə təqdim etdiyiniz məhsul və xidmətin qarşılığında əldə etmək istənilən 
qazanca görə müəyyən edilir. 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə