57
Digər başqa bir innovativ xidmət də turistik məhsul yaratmaqdır. Bir ölkə və
ya bölgə tərəfindən turistlərə təklif olunan bütün xidmətlər turizm məhsulu adlanır:
İndi isə gəlin yeni turizm mənbə və xidmətləri kimi Xizək və dağ turizminin
perspektivlərini təhlil edək.
Lənkəran iqtisadi bölgəsində inkişaf potensialına sahib olan digər ekoturizm
növü dağ turizmidir. Lənkəran dağ yeri olduğu üçün bölgə dağ turizminin inkişafı
üçün əlverişlidir. Talış dağları bu turizm növü üçün çox uyğun bir təbiətə malikdir.
Bildiyimiz kimi, müasir dövrdə ən populyar turizm məkanı ekstremal turizmdir. Bu
baxımdan Lənkəranda dağ turizmini inkişaf etdirmək vacibdir.
Lakin bu növ
ekoturizm digərlərindən daha bahalıdır. Səbəb buradakı turistlərin təhlükə altında
olmasıdır. Bu bölgəyə turist cəlb etmək çətin deyil.
Mədəni Turizm
Turistlərin səyahət etməkdə əsas məqsədi möhtəşəm mədəni abidələrə baş
çəkmək və onları tədqiq etməkdir. Mədəni turizm sayəsində turistlər yerli əhali ilə
müəyyən tanışlıq əlaqələri qurur və milli adət və ənənlrlə tanış olurlar. Belə tanışlıq
qonaqlama adətlərinin təbliğatını aparır - Çay və yemək süfrəsi mədəniyyəti ilə
tanışlıq praktikada tətbiq olunur, qonaqlar yerli əhali ilə ünsiyyətə girir və bir-biri
ilə aktiv dostlaşırlar. Beləliklə, turistlər yerli xalqın adət-ənənələri, milli mətbəx və
musiqisi haqqında məlumatları əldə edirlər.
(Musayev V.A. 2017: s.44)
. Bununla yanaşı
turistlər
bölgədəki heykəllər, tanınmış şəxsiyyətlərin ev-muzeylərinə də xüsusi
maraq göstəririlər Lənkəran bölgəsi mədəni və tarixi əsərlərlə zəngindir. Burada bir
çox turistik mərkəzlər də var; Stalinin vaxtilə qaldığı zindan, Xan Lənkəran sarayı,
HəziAslanovun ev muzeyi və s. Bu kimi yerlərə maraq olduqca yüksəkdir. Çünki
həmin ərazilərə turistik səyahət zamanı turistlər ölkənin tarixi keçmişi barədə ətraflı
məlumat əldə edirlər.
Dini turizm
Turizmin ən qədim növlərindən biri olan dini turizm insanların dini inancları
ilə əlaqələndirilir və onları səyahətə ruhlandırır. Bu ərazi müxtəlif dinlərə mənsub
insanların dini ehtiyaclarını ödəmək və onları rahatlıqları üçün müqəddəs yerləri
ziyarət etmələrini təşviq etmək üçündür (Məsələn Lənkəranda dini ziyarətgah). Dini
58
turizm biznesi yeni iş yerlərinin yaranmasında mühüm rol oynayır.
Əlavə olaraq
qeyd etməliyik ki, Yardımlıda yerləşən Baba pir məzarının adı Kərbaladakı
müqəddəs imam Hüseyn məscidində qeyd olunmuşdur. Bu piri ziyarət etmək üçün
nəinki Azərbaycanın müxtəlif bölgələrindən, hətta İrandan da gələn turistlərin sayı
çoxdur. Deyilənə görə Əmir Teymur Lənkəranda olanda pir sahibi görüşüb ondan
xeyir-dua almşdır.
Ov turizmi
Ov qoruqları ilə zəngin bölgələrdə bu qoruqların istifadəsi turistləri cəlb edən
turizm növü olan ov turizminin inkişafına səbəb olmuşdur. Azərbaycanda 97 növ
məməli heyvan, 346 quş və 95 balıq növü mövcuddur. Digər turizm növlərindən
fərqli olaraq ov turizmi böyük bir gəlir mənbəyidir. Bunun əsas səbəbi ov turizmi ilə
maraqlanan turistlərin varlı insanlar olmasıdır.
Onlar həm yerli, həm də xarici
vətəndaş ola bilərlər.
Ov turizmində bəzi xoşagəlməz hallar mövcuddur. Bunlara Ərəblərin nəsli
kəsilməkdə olan nadir heyvanları ovlamasını misal göstərə bilərik. Bu məqamda biz,
fotoovçuluğu olduqca məqsədəuyğun heab edirik.
Muxtar respublikamızda da fotoovçuluğun həyata
keçirilməsi üçün geniş
imkanlar var. Beləliklə, misilsiz və bənzərsiz bir təbiətə sahib olan Naxçıvan Bölgəsi
təşəkkülü baxımından ən qədim bölgələrdən biri hesab olunur. Ərazinin geoloji
keçmişini araşdırdıqda, burada tropik problemlərin olduğu aydın olur, ancaq sonra
sərt iqlim dəyişikliyi, eləcə də kontinental balanssızlıq
və digər geoloji proseslər
meydana çıxır.
Naxçıvan Turizm İnformasiya Mərkəzi muxtar respublikada ekoturizmin
inkişafı üzərində də işləyir. Beləliklə, Naxçıvanın təbii bulaqları, gölləri,
problemləri, misilsiz mənzərələri və gözəl yerləri sosial
şəbəkələrdə daim reklam
olunur. Mərkəzə gələnlərin sayının artması muxtar respublikanın daha çox turist cəlb
etdiyini göstərir.
Səyahət agentlikləri
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına
görə, 2008-ci ildə bölgədə 187 turizm şirkəti və 276 turizm mərkəzi olmuşdur.
59
Onlardan 106-sı 2001-2005-ci illərdə yaradılmışdır.
(Musayev V.A. 2017: s.121)
. Yeni
iş prosesi üzrə yeniliklər - yeni idarəetmə üsulları və yeni xidmət realizasiya
metodları turizm agentliklərin fəaliyyəti ilə bağlıdır.
Dostları ilə paylaş: