Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   13   14   15   16   17   18   19   20   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
36 
Hədis 204: Həzrət Əli (ə) buyurur: “Gözün kor 
olması bəsirətin kor olmasından daha yüngüldür.” 
* * * 
Hədis 205: Həzrət Əli (ə) buyurur: “Bircə saatlıq 
qısa düşünmək uzun-uzadı ibadətdən üstündür.” 
* * * 
Hədis 206: Həzrət Əli (ə) buyurur: “O şəxs nicat 
tapar ki, faydasız həvəslərinə qalib gəlmiş, nəfsinin 
istəklərinə hakim olmuşdur.” 
* * * 
Hədis 207: Həzrət Əli (ə) buyurur: “Büdrəməmək 
üçün əvvəlcə düşün, sonra danış.” 
* * * 
Hədis 208: Həzrət Əli (ə) buyurur: “Az tapılır ki, 
insan qarınqulu olduğu halda, xəstələnməsin.” 
* * * 
Hədis 209: Həzrət Əli (ə) buyurur: “Hər kəsin 
dəyəri onun biliyi qədərindədir.” 
* * * 
Hədis 210: Həzrət Əli (ə) buyurur: “Az yemək 
bədəni bir çox xəstəliklərdən qoruyur.” 
* * * 
Hədis 211: Həzrət Əli (ə) buyurur: “Əməl edilən 
az elm, əməl edilməyən çox elmdən üstündür.” 
* * * 
Hədis 212: Həzrət Əli (ə) buyurur: “Axmağın 
qəlbi dilinin, aqilin dili isə qəlbinin arxasındadır 
(yə`ni, aqil əvvəlcə düşünər sonra danışar).” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
37 
Hədis 
213: 
İmam 
Sadiq 
(ə) 
buyurur: 
“Böyüklərimizə ehtiram göstərməyən, kiçiklərimizə 
isə rəhm etməyən kəs bizdən deyildir.” 
* * * 
Hədis 214: İmam Sadiq (ə) buyurur: “Bizim 
vilayətimiz 
(hakimiyyətimiz) 
Allahın 
hakimiyyətidir. Heç bir peyğəmbər bu vilayətsiz 
məb’us edilməmişdir.” 
* * * 
Hədis 215: İmam Sadiq (ə) buyurur: “Başqasının 
sirri üzərindən pərdəni götürənin öz evinin sirləri 
aşkar olar.” 
* * * 
Hədis 216: İmam Sadiq (ə) buyurur: “Qardaşına 
quyu qazan özü düşər.” 
* * * 
Hədis 
217: 
İmam 
Sadiq 
(ə) 
buyurur: 
“Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın 
namusundan çəkin.” 
* * * 
Hədis 218: İmam Sadiq (ə) buyurur: “Mö`min 
başqaları ilə keçinir və əsla kimsə ilə didişmir.” 
* * * 
Hədis 219: İmam Sadiq (ə) buyurur: “Dolanışıqda 
orta həddi gözləyən şəxs heç vaxt fəqir olmaz.” 
* * * 
Hədis 220: Həzrət Əli (ə) buyurur: “Çox vaxt bir 
saatlıq şəhvət ləzzətindən uzun qəm-qüssə yaranır.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə