Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə76/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   72   73   74   75   76   77   78   79   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
227 
3.  Alimlər  özlərindən  bir  dua  və  ya  ziyarət  yazdıqda  bunu  qeyd 
edirlər:  
a)  Şeyx  Səduq  “Mən  la  yəhzuruhul-fəqih”  kitabında  həzrət 
Fatimə  (s) üçün ziyarət  nəql  edir və bu barədə  deyir: “Mən  bu duanı 
həcc səfərində Mədinədə həzrət Fatimənin (s) qəbri kənarında oxudum. 
Amma həmin duaya xəbərlərdə rast gəlmədim...” 
b)  Seyyid  ibn  Tavus  “Әl-İqbal”  kitabında  deyir:  “İnşa  etdiyimiz 
bu duanı süfrə başında oxuyuruq.” 
v)  Seyyid  ibn  Tavus  başqa  bir  məqamda  yazır:  “Şəvvalda  ayın 
görünməsi ilə bağlı deyilənləri “Әməluş-şer” kitabında inşa etdiyimiz 
duada bildirmişik...”  
4.    İbn-Məşədi  “Әl-Məzar”  kitabında  deyir:  “Mən  bu  kitabımda 
etibarlı rəvayətçilərin inşası olan ziyarətləri toplamışam.” 
5.  “Nüdbə”  duasının  Sahibəzzaman  tərəfindən  inşa  olunub  öz 
məktublarında Bəzufəriyə çatdırılması mümkündür.  
 
Sual:  384.  Sahibəzzamanla  Rəzva  və  Zil-tuva  dağları  arasında 
hansı əlaqə var? 
Cavab: Böyük qeyb dövründə həzrətin xüsusi bir məkanı yoxdur. 
Onun  bu  iki  dağda  və  ya  müqəddəs  sərdabədə  sakin  olması  düzgün 
deyil. Bəli, kisaniyyə kimi bəzi firqələr Məhəmməd ibn Hənəfiyyənin 
Rəzva  dağında  qeybə  çəkildiyinə  inanırdılar.  Bəs  Sahibəzzamanla  bu 
iki dağ arasında hansı əlaqə var? 
Sualı  cavablandırmazdan  öncə  bu  iki  dağ  haqqında  qısaca 
məlumat verək. Ziltuva  Məkkənin bir fərsəxliyində  yerləşən məkanın 
adıdır. Oradan Məkkə evləri görünür.
1
  
Rəzva  Mədinənin  dağlarındandır.  Bu  dağla  Mədinə  arasında  40 
mil  yol  var.  Bu  dağın  fəziləti  haqqında  rəvayətlər  nəql  olunmuşdur. 
Yuxarıdakı  sualla  bağlı  deyə  bilərik  ki,  qeyb  dövründə  həzrətin 
müəyyən  bir  məkanı  yoxdur.  Rəvayətdən  belə  bir  nəticə  çıxmır  ki, 
həzrət  Rəzva  və  ya  Tuva  dağında  gizlənmişdir.  Әslində  dağların 
adının çəkilməsi həzrətin müəyyən məkanda olmamasına bir işarədir.  
Məhz  bu  dağların  adının  çəkilməsində  məqsəd  həzrətin  həmin 
yerlərdə daha çox olmasıdır.  
Bu  məntəqələrin  adının  çəkilməsində  başqa  məqsədlər  də  ola 
bilər.  Məsələn,  Zil-Tuva  dedikdə  Məkkə,  Rəzva  dedikdə  Mədinə 
nəzərdə tutula bilər.  
                                                 
1
 Məcməul-Bəhreyn. 


 
228 
 
Sual: 385. Nə üçün bu duada bütün imamların adı çəkilməmişdir? 
Cavab: Bu duada 12 imamın hər birinin adının çəkilməməsi onu 
gücdən salmır. İmamların adı birbəbir çəkilməsə də, onların üzləşdiyi 
çətinliklərə işarə olunmuşdur. Әslində duada zikr olunmuş müsibətlər 
hər bir imamın xalqın hidayəti yolunda çəkdiyi əziyyəti göstərir.  
 
Sual: 386. Duada ruhların meracından danışılır. Bu xəbər cismani 
merac prinsipinə zidd deyilmi? 
Cavab: Bəzən bildirilir ki, bu duada merac ruha aid edildiyindən 
əslində onu mötəbər saymaq olmaz.  
Әslində  duada  ruhların  meracı  yox,  səmaya  doğru  meracdan 
danışılır. Bu müddəanın dəlilləri var: 
1.  Mühəddis  Nuri  “Təhiyyətul-Zair”  kitabında  deyir:  “Mənim 
“Məzar”  kitabından  əldə  etdiyim  nüsxədə  səmaya  yüksəlişdən 
danışılır.
1
 
2.  Şeyx  Abbas  Qummi  də  öz  kitabında  ustadı  Hacı  Nurinin 
sözlərini nəql edir.  
3.  Hazırda  da  duanın  nəql  olunduğu  “Məzar”  kitabında  səmaya 
yüksəlişdən danışılır. 
4.  Duadakı  digər  cümlələr  də  meracın  cismani  olduğunu 
təsdiqləyir.  
5.  Yüksəlişin  ruha  aid  edildiyi  nüsxələrdə  zahiri  mənanı  əsas 
götürmək düzgün deyil. Mərhum hacı Mirza Әbül-Fəzl Tehrani deyir: 
“Bəzən ruh sözü ruhla birlikdə cisim mənasında işlədilir...” 
 
Sual: 387. “Nüdbə” duası haqqında hansı əsərlər yazılıb? 
Cavab:  “Nüdbə”  duası  haqqında  yazılmış  əsərlərdən  bəzilərini 
yada  salaq:  Sədrəddin  Məhəmməd  Həsəni  Müdərris  Yəzdi,  “Şərhe-
duaye-Nudbə”; 
Mirza 
Әbdür-Rəhim  Təbrizi,  “Әqdul-Cəmani 
linudbətən  Sahibəzzaman”;  Şeyx  Әli  Xoyi,  “Vəsilətul-qurbə  fi  şərh 
duaun-nudbə”;  Molla  Həsən  Turbəti  Səbzvari,  “Şərhe-duaye-nudbə”, 
Seyyid  Məhmud  Mərəşi,  “Әl  Nuxbəti  fi  şərhi-duaun-nudbə”;  Sərdar 
Kabuli, “Şərhe duaye-nudbə” və s. 
 
Sual:  388.  Sahibəzzamanın  (ə)  qeybi  dövründə  həzrət  haqqında 
edilən hansı dualar qəbuldur? 
                                                 
1
 “Təhiyyətul-Zair”, s. 260 


 
229 
Cavab:  Sahibəzzaman haqqında dua çoxdur. Onlardan bəzilərini 
yada  salaq:  İmam  Sadiqdən  (ə)  dua;
1
 Ğəriq  duası;
2
 Ramazan  ayında 
hər  fərizədən  sonra  dua;  “Әhdi-səğir”  duası;
3
 “Әhd”  duası
4
 Zöhr 
namazından  sonra  dua;
5
 Әsr  namazından  sonra  dua;
6
 “Nimeye  Şəban 
gecəsi” duası.
7
  
 
Sual:  389.  Sahibəzzaman  üçün  haralarda  dua  oxumaq  tövsiyə 
olunur? 
Cavab:  Rəvayətlərə  əsasən,  bəzi  müqəddəs  məkanlarda  imam 
üçün dua oxumaq xüsusi tapşırılmışdır. O cümlədən: Məscidül-həram; 
Müqəddəs  sərdabə;  Kufə,  Səhlə,  Səə,  Cəmkəran  məscidləri  kimi 
həzrətə  aid  yerlər;  imam  Hüseynin  (ə)  hərəmi;  imam  Rizanın  (ə) 
hərəmi;  imam  Әsgərinin  (ə)  (və  imam  Hadinin  (ə))  hərəmi;  ümumi 
şəkildə imamlardan birinin hərəmi; Vüquf məhəllində (Әrəfatda)  
 
Sual: 390. Sahibəzzamana təvəssülün fəlsəfəsi nədir? 
Cavab:  Təvəssül  insanın  özü  ilə  məhbubu  arasında  vasitə  qərar 
verməsidir.  Vasitə  iki  növdür:  Bu  vasitə  bəzən  maddi  olur,  bəzən  isə 
mənəvi. Məsələn, su susuzluğu aradan qaldırmaq üçün maddi vasitədir. 
Bəzən isə peyğəmbər və məsumlar günahın bağışlanması üçün bəndə 
ilə Allah arasında vasitə olur.  
Dünya  səbəblərin,  nəticələrin,  vasitələrin  nəzmi  əsasında 
bəşəriyyətin təkamülü üçün yaradılmışdır. İnsanın təbii ehtiyacları adi 
vasitələrlə  ödənir.  Amma  hidayət,  bağışlanma  kimi  mənəvi  feyzlər 
yalnız xüsusi vasitələrlə insana çata bilər.  
Yer  üzünün  günəş  vasitəsi  ilə  işıqlanması  təəccüb  doğurmadığı 
kimi, günahların  ilahi  övliyalar vasitəsi  ilə  bağışlanması da  təəccüblə 
qarşılanmamalıdır.  
Şəhid  Mütəhhəri  buyurur:  “Allahın  feli,  gördüyü  işlər  nizam 
əsasındadır. Varlıq nizamını saya salmayan insan yolunu azmışdır. Bu 
                                                 
1
 “Kəmalud-din”, s.342. 
2
 “Bihar”, c. 52, s. 148. 
3
 Həmin mənbə. 
4
 “Әl-bələdul-əmin”. 
5
 Həmin mənbə. 
6
 “Bihar”, c. 53. 
7
 “Məfatehul-Cinan”, s. 166. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə