Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə84/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   80   81   82   83   84   85   86   87   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
251 
Sual:  430.  Həzrət  Mehdinin  (ə)  zühuru  üçün  “ümumi  tutum” 
nədir? 
Cavab:  Şübhəsiz  ki,  hər  bir  ictimai  hadisə  münasib  tutuma 
ehtiyaclıdır.  Zühur  böyük  ictimai  hadisə  olduğundan  bir  sıra  şərtlər 
ödənməlidir: 
1. İslam ümmətinin dini baxımdan tərəqqisi; 
2. Xalq arasında ümumi azğınlığın artması; 
3.  Zülm-sitəmin  genişlənməsi  və  nəticədə  xalqın  dindən 
uzaqlaşması; 
4. Elmi-texniki tərəqqi
5. Həzrətə yardım üçün həqiqi tərəfdarların hazırlanması.  
 
Sual: 431. Həzrət Mehdi (ə) zahirən hansı yaşda zühur edər? 
Cavab:  Şiə və  sünni  rəvayətlərinə  əsasən  imam  gənc  görkəmdə, 
40 yaşında zühur edəcək. 
İbn  Səbbağ  Maliki  nəql  edir  ki,  həzrət  Peyğəmbər  (s) 
buyurmuşdur: “Mənim övladlarımdan olan Mehdi (ə) 40 yaşındadır.”
1
  
Şeyx Səduq nəql edir ki, imam Riza (ə) buyurmuşdur: “O zahirən 
gənc  görünsə  də,  pir  yaşındadır.  Ona  baxan  elə  güman  edər  ki,  onun 
30  və  ya  daha  az  yaşı  var.  Həzrətin  başqa  bir  əlaməti  vaxt  ötdükcə 
qocalmamasıdır.”
2
 
Nemani nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Qaim qiyam 
edən  vaxt  xalq  onu  inkar  edəcək.  Çünki  həzrət  bir  gənc  görkəmində 
geri dönəcək...”
3
 
Həzrətin  40  yaşda  olduğunu  bildirən  rəvayətlərdə  onun  fiziki 
baxımdan  kamal  həddində  olduğu  nəzərdə  tutula  bilər.  Bəzi 
rəvayətlərdə həzrətin 18, bəzi rəvayətlərdə 51 yaşında olduğu bildirilir.  
 
Sual:  432.  Zühur  vaxtı  həzrət  Mehdinin  (ə)  hansı  fiziki 
xüsusiyyətləri olacaq? 
Cavab: Sünni və şiə rəvayətlərinə əsasən zühur vaxtı həzrətin bir 
sıra  xüsusiyyətləri  olacaq:  Geniş  alın,  uca  donqar  və  dəlikləri  dar 
burun,  ulduz  tək  parlaq  çöhrə,  buğdayı  bəniz,  dişlərinin  arası  açıq, 
dartılmış  və  nazik  qaşlar.  Orta  boy,  güclü  bədən,  sağ  yanağında  qara 
xal.  
                                                 
1
 “Әl-Füsulul-Muhimmə”, s. 217. 
2
 “Kəmalud-din”, s.652. 
3
 “Әl-Ğeybət”, s. 188. 


 
252 
 
Sual:  433.  Әgər  zühur  qəfil  olacaqsa,  zühurun  yaxınlaşmasını 
göstərən əlamətlərin nə mənası var? 
Cavab:  Rəvayətlərə  əsasən,  həzrət  Mehdi  (ə)  qəfil  zühur 
edəcəkdir. Səmadan nida, Beyda məntəqəsinin öz əhli ilə yerə batması 
kimi  əlamətlər  həqiqi  möminləri  xəbərdar  etmək  üçündür.  Demək, 
zühur  möminlər  üçün  yox,  həzrətin  düşmənləri  üçün  qəfildir.  Həzrət 
Mehdi (ə) bu qəflətdən istifadə edərək zülmün kökünü kəsəsidir.  
 
Sual:  434.  Həzrət  Mehdinin  (ə)  qələbəsi  üçün  Allah-təala  hansı 
yardımlar göstərəcək? 
Cavab: 1. Zühurun qəfil baş verməsi və düşmənlərin qəfləti; 
2. Düşmənlərin qəlbində qorxu yaranması; 
3. Bütün müsəlmanların həzrətin ətrafında toplanması; 
4. Mələklərin yardımı; 
 
Sual: 435. Həzrət ilk dəfə harad zühur edəcək? 
Cavab:    Şiə  və  sünni  rəvayətlərinə  əsasən,  həzrətin  ilk  zühur 
məkanı  rükn  və  məqam  arasındadır.  Süyuti  nəql  edir  ki,  həzrət 
Peyğəmbər  (s)  buyurmuşdur:  “Mehdi  (ə)  Mədinədən  Məkkəyə  doğru 
xüruc edər. Xalq ondan  öz aralarından xüruc etməsini istəyər.  Həmin 
vaxt rükn və məqam arasında ona beyət edərlər...”  
Şeyx  Tusi  nəql  edir  ki,  imam  Baqir  (ə)  buyurmuşdur:  “Qaimi 
sanki  aşura,  şənbə  günü,  rükn  və  məqam  arasında  dayanmış 
görürəm...”
1
 
 
Sual: 436. Həzrət Mehdi (ə) zühurdan sonra nə edər? 
Cavab:  Rəvayətlərə  əsasən,  həzrət  Mehdi  (ə)  zühurdan  sonra 
rükn  və  məqam  arasında  xütbə  oxuyar  və  xalqı  beyətə  dəvət  edər. 
Nemani nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: “Qaim həmin gün 
Məkkədədir,  Beytül-hərama  sığınmışdır  və  oradan  nida  edər:  “Еy 
insаnlаr!...”
2
 
Məclisi nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: “Həqiqətən, o 
Məscidül-hərama  doğru  hərəkət  edər,  orada  Məqame-İbrahimin 
yanında dörd rəkət namaz qılar, həcərül-əsvədə təkyə ilə Allaha həmd-
                                                 
1
 “Nemani, “Әl-Ğeybət”, s. 150. 
2
 “Nemani, “Әl-Ğeybət”, s. 150. 


 
253 
səna  deyər,  peyğəmbəri  yada  salıb,  ona  salam  göndərər.  Həmin  vaxt 
kimsədən eşidilməmiş sözlər buyurar...”
1
 
 
Sual: 437. Həzrətə kim birinci beyət edər? 
Cavab: Rəvayətlərə əsasən həzrətə ilkin beyət edən Cəbraildir.  
İmam  Sadiq  (ə)  buyurmuşdur:  “Həqiqətən,  həzrətə  ilkin  beyət 
edən Cəbraildir.” 
Təbərsi nəql edir ki, Әbi-Әbdillah (ə) buyurmuşdur: “Allah-təala 
Cəbraili  göndərər  ki,  ondan  soruşsun:  “Nəyə  dəvət  edirsən?”  Qaim 
ona öz dəvətinin mahiyyətini bildirər. Cəbrail deyər: “Mən sənə beyət 
edən ilk kəsəm.” Sonra onun əlini əlinə alıb beyət edər...”
2
 
Cəbrailin beyəti ilə bağlı iki ehtimal var:  
1.  Rəmzi  məna:  Cəbrailin  beyəti  Allahın  təsdiqi  mənasındadır. 
Çünki o Allahın ən böyük nümayəndəsidir.  
2.  Geniş  yayılmış  məna:  Cəbrailin  beyəti  insanların  xəlifəyə 
beyəti  kimidir.  Bunun  iki  faydası  var:  Xalqın  diqqətini  beyətin 
zəruriliyinə cəlb etmək; imamın hərəkət və qiyamının təsdiqi.  
 
Sual: 438. Həzrət Peyğəmbərin (s) vəfatından sonra Cəbrail yerə 
enməmək barədə əhd etmişdimi? 
Cavab:  Әrbili  “Kəşful-Ğəmmə”,  kitabında  nəql  edir  ki,  imam 
Sadiq  (ə)  buyurmuşdur:  “Cəbrail  həzrət  peyğəmbəri  yoxlamağa  gəldi 
və  ərz  etdi:  “Salam  olsun  sənə,  ey  Məhəmməd!  Bu  yerə  endiyim 
axırıncı gündür.”
3
 
İmam  Baqir  (ə)  buyurur:  “Həzrət  Peyğəmbərin  (s)  vəfatı 
yaxınlaşanda  Cəbrail  dedi:  “Ey  Məhəmməd!  Bu  mənim  dünyaya 
axırıncı enişimdir...”
4
  
Әvvəla,  bu  rəvayətlər  şərtidir.  Yəni  arada  xilaskar  olana  qədər 
enməmək nəzərdə tutulur.  
İkincisi, Cəbrail bir daha vəhy olmayacağını nəzərdə tuturdu.  
Üçüncüsü,  həzrət  Cəbrailin  nazil  olub  imam  Mehdiyə  (ə)  beyət 
etməsi səhih sənədə əsaslanır.  
 
Sual:  439.  Həzrət  Mehdinin  (ə)  zühurunun  bir  gecədə 
gerçəkləşməsi nə deməkdir? 
                                                 
1
 “Bihar”, c. 13, s. 180. 
2
 “Ehticac”, s. 431. 
3
 “Kəşful-Ğəmmə”, c. 1, s. 18,19. 
4
 Həmin mənbə. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə