Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə82/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   78   79   80   81   82   83   84   85   ...   93

 
245 
Suban  həzrət  Peyğəmbərin  (s)  belə  buyurduğunu  nəql  edir: 
“Allah  mənim  üçün  yer  üzünü  cəm  etdi.  Mən  onun  şərq  və  qərbini 
müşahidə etdim. Tezliklə mənim ümmətim ona çatacaq.”
2
  
İmam  Baqir  (ə)  buyurur:  “İbadiyus-Salihun”  dedikdə  dünyanın 
son dövründə həzrət Mehdinin (ə) səhabələri nəzərdə tutulur.”
3
 
 
Sual:  419.  “İztizaf”  ayəsi  həzrət  Mehdinin  (ə)  zühurunu  necə 
sübuta yetirir?  
Cavab:  Allah-təala  buyurur:  “Biz  istədik  ki,  yer  üzünün 
müstəzəflərinə minnət qoyaq, onları öncül və varis edək.”
4
 
Sünni  və  şiə  təfsirçiləri  bu  ayənin  Bəni-İsrail  qövmü  haqqında 
olduğunu  bildirirlər.
5
 Yer  üzündə  əziyyətə  düçar  olmuş  və  Allah 
tərəfindən  fironçulara  qalib  edilmiş  qövm  onlar  idi.  Zahiri  baxımdan 
isə  ayə  Allahın  qiyamət  gününədək  müztəzəflərlə  bağlı  iradəsini 
açıqlayır.  Allah  istəmişdir  ki,  xüsusi  bir  şəraitdə  müztəzəfləri  yer 
üzünün  təkəbbürlü  hakimlərinə  qalib  etsin.  Bəni-İsrailin  fironçular 
üzərində  qələbəsi  buna  misal  ola  bilər.  Uyğun  qanunun  daha  kamil 
nümunəsi  İslamın  zühurundan  sonra  peyğəmbərin  hakimiyyətidir. 
İslami rəvayətlərə əsasən, daha kamil nümunə zühur dövründə həzrət 
Mehdinin  (ə)  hakimiyyətidir.  Bu  mənanı  bir  sıra  dəlillərlə  sübuta 
yetirmək olar:  
1.  Allahın  iradəsi  haqqında  danışılarkən  “müzare”  formadan 
(fеlin  indiki  və  yа  gələcək  zаmаn  fоrmаsı)  istifadə  edilməsi  davam 
göstəricisidir.  
2. Ayədə  ümumi  şəkildə  müztəzəflərdən  danışılır  və  təkcə Bəni-
İsrail nəzərdə tutulmur.  
3. Bu ilahi sünnənin xüsusi hal üçün nəzərdə tutulmaması şiə və 
sünni rəvayətlərindən aşkar görünür: 
İmam  Sadiq  (ə)  buyurur:  “Həqiqətən,  ayə  dünyanın  sonunda 
zühur  edib  zalımların  kökünü  kəsəcək,  şərq  və  qərbə  sahib  olacaq, 
bütün  yer  üzünü  zülm  bürüdükdən  sonra  ədaləti  bərpa  edəcək  əmr 
sahibinə aiddir.”
6
 
                                                                                                                   
1
 “Ruhul-Məani”, c. 17, s. 95. 
2
 Həmin mənbə. 
3
 “Məcməul-bəyan”, c. 7, s. 66. 
4
 “Qəsəs”, 5. 
5
 “Məcməul-bəyan”, c. 8, s. 375; “Dürrül-Mənsur”, c. 6, s. 392. 
6
 “Təfsire-Bürhan”, c.6, s. 58. 


 
246 
Həzrət  Әli (ə)  buyurmuşdur:  “Dünya  bizim  qarşımızda  tərs  dəvə 
kimi azğınlıq etdikdən  sonra bizə  üz  tutar və  ram olar.”  Sonra  həzrət 
həmin ayəni tilavət etmişdir.
1
 
 
Sual:  420.  “İrtidad”  ayəsi  imam  Mehdinin  (ə)  zühurunu  necə 
sübuta yetirir? 
Cavab:  Allah-təala  buyurur:  “Ey  iman  gətirənlər!  Sizlərdən  hər 
hansınız öz  ayinindən  dönsə, Allah  elə  bir  cəmiyyət  gətirər  ki, onları 
dost tutar və onlar da Onu sevər. Onlar möminlər qarşısında təvazökar, 
kafirlər  qarşısında  sərtdirlər.  Onlar  Allah  yolunda  cihad  edər  və  heç 
bir məzəmmətdən çəkinməz. Bu, Allahın istədiyi kəsə verdiyi fəzldir. 
Allahın fəzli genişdir və Allah biləndir.”
2
  
Ayədə  çevriliş  (“istibdal”)  qanununa  işarə  olunur.  Yəni  bir 
cəmiyyət  vəzifəsinə  əməl  etmədiyindən  başqa  bir  cəmiyyətlə  əvəz 
olunur.  Onlar  Allah  rəsulunun  xəlifəsini  rədd  edib,  cihaddan  boyun 
qaçırdılar. Eləcə də, Allahın dininin tətbiqində səhlənkarlıq göstərdilər.  
Rəvayətlərə müraciət etdikdə görürük ki, Әhli-beyt ayənin imam 
Mehdinin (ə) aid olduğunu düşünür. Süleyman ibn Harun Әcəli deyir: 
“İmam  Sadiq  (ə)  buyurdu:  “Həqiqətən,  əmr  sahibi  hifz  olunur.  Әgər 
bütün  bəşəriyyət  məhv  olsa,  Allah-təala  onun  səhabələrini  ətrafında 
toplayar. Allah onların haqqında “hər kəs öz ayinindən dönsə” ayəsini 
buyurmuşdur.”
3
 
 
Sual:  421.  “Qital”  ayəsi  həzrət  Mehdinin  (ə)  zühurunu  necə 
sübuta yetirir? 
Cavab:  Allah-təala  buyurur:  “Fitnəni  aradan  götürüb,  bütün  din 
Allaha məxsus olanadək onlarla vuruşun.”
4
 
Ayədə  bildirilir  ki,  şirk  və  küfrün  kökü  qazılmalıdır.  Din 
bütünlüklə  Allaha  məxsus  olmalı  və  yer  üzündə  bir  nəfərdə  olsun 
müşrik qalmamalıdır. Hələ ki, bu məqsəd gerçəkləşməmişdir. Hansı ki, 
nə vaxtsa yer üzündə fitnənin kökü kəsilməli və din yalnız Allah üçün 
olmalıdır.  
Rəvayətlərə  əsasən  bu  məqsəd  həzrət  Peyğəmbərin  (s)  zühuru 
dövründə  gerçəkləşəcək.  “Tövbə”  surəsinin  33-cü  ayəsində  də  bu 
məsələyə işarə olunur.  
                                                 
1
 “Şəvahidut-tənzil”, c. 1, s.438; “Yənabiul-Məvəddət”, s. 437. 
2
 “Maidə”, 54. 
3
 “Təfsire-Bürhan”, c.2, s. 473. 
4
 “Әnfal”, 39. 


 
247 
Alusi  yuxarıdakı  ayə  ilə  bağlı  deyir:  “Məqsəd  budur  ki,  bütün 
batil  dinlər  aradan  getməli,  ya  da  hər  hansı  səbəbdən  hamı  İslamı 
qəbul etməlidir.”
1
 Alim başqa bir məqamda belə deyir: “Qeyd olundu 
ki,  bu  ayə  hələ  ki  gerçəkləşməmişdir.  O,  həzrət  Mehdinin  (ə)  zühuru 
dövründə  həyata  keçəsidir.  Həmin  əsrdə  yer  üzündə  bir  nəfər  olsun 
müşrik qalmaz.”
2
  
İmam Sadiqdən (ə) yuxarıdakı ayə haqqında soruşulduqda həzrət 
buyurur:  “Hələ  ki  ayə  gerçəkləşməmişdir.  Әgər  bizim  Qaim  qiyam 
etsə,  həmin  dövrdə  olanlar  ayənin  gerçəkləşməsini  görər.  Әlbəttə  ki, 
Məhəmmədin  (s)  dini  gecənin  qaranlığı  ilə  örtülmüş  bütün  nöqtələrə 
çatar. Bütün yer üzündə şirk və bütpərəstliyin kökü kəsilər.”
3
 
Zühurun başlanğıcı 
Sual: 422. Haradan bilirik ki, Mehdi (ə) zühur edəcək? 
Cavab:  Әvvəlki  söhbətlərimizə  əsasən,  biz  xilaskarı  qeyri-
müəyyən  yox, kоnkret bir şəxs kimi tanıyırıq. Yəni inanırıq ki, imam 
Həsən  Әsgərinin  (ə)  Mehdi  (ə)  adlı  övladı  məlum  zahiri  və  batini 
xüsusiyyətlərlə  zühur  edəcək.  Bu  səbəbdən  də  onu  kimsə  ilə  səhv 
salmağımız  mümkünsüzdür.  Bundan  əlavə,  möcüzə  də  həzrətin 
vücudunu təsdiqləyir. Әhli-beytdən (ə) olan məsum imamların hər biri 
həzrət Mehdinin (ə) xüsusiyyətlərini zikr etmişdir.  
Әlbəttə  ki,  bu  inancdan  sui-istifadə  oluna  bilər.  Necə  ki, 
peyğəmbərlik  məqamından  sui-istifadə  olunmuşdur.  Әsrin  imamını 
peyğəmbər  və  imamlar  tərəfindən  qeyd  olunmuş  xüsusiyyətlərlə 
tanımaq  vəzifəmizdir. Yalnız  belə  bir  tanışlıq  sayəsində  fırıldaqçılara 
aldanmarıq.  
 
Sual: 423. Həzrət Mehdi (ə) münasib zühur vaxtından necə xəbər 
tutar? 
Cavab:  Sual  həm  şiələr,  həm  də  qeyri  şiələr  tərəfindən  verilə 
bilər. Әgər sualı verən şiə deyilsə, sualı iki cür cavablandırmaq olar: 
a)  Məhdəviyyət  məsələsi  digər  ictimai  mövzular  kimi 
araşdırılmalıdır.  Әgər  həzrətin  zühuru  ictimai  zərurətdirsə,  bu  hadisə 
hökmən baş verəcək.  
                                                 
1
 “Ruhul-Məani”, c. 9, s. 174. 
2
 Həmin mənbə. 
3
 “Təfsire-Safi”, c.2, s. 303. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə