Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə80/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   76   77   78   79   80   81   82   83   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
239 
Sual: 410. Hərmucəddun mərəkəsi nədir? 
Cavab:  Bəzi  alimlər  Hərmucəddun  məntəqəsində  baş  verəcək 
mərəkəni imam Mehdinin (ə) zühuru üçün əlamət sayırlar. Bu əhvalat 
hətta digər səmavi kitablarda da nəql olunmuşdur.
1
 
Yəhudilər  və məsihilər  bu mərəkəni  tarixin sonunda baş  verəcək 
çox böyük müharibə hesab edirlər.  
“Hərmucəddun” sözü dağ mənasını bildirən “hər” və vadi və  ya 
kiçik  dağ  adı  olan  “mucəddu”  sözündən  düzəldilmişdir.  Bu  vadi 
Fələstinin  şimalında  yerləşir.  Onların  nəzərincə,  bu  savaşda  400 
milyon  nəfər  iştirak  edəcək.  Bu  qoşun  İraqdan,  İrandan,  Livanda, 
Sudandan, cənubi Qafqaz və Rusiyadan toplanasıdır.  
Doktor Әbdül-Kərim Zübeydi deyir: “Bu hadisə imam Mehdinin 
(ə)  zühurundan  öncə  baş  verəcək  həmin  hadisədir.  Rəvayətlərdə  bu 
mərəkə  “Tərqisya”  adlandırılmışdır.  Bu  qoşun  Аmerikadan, 
Аvropadan,  Rusiyadan,  Türkiyədən,  Misirdən,  Qərbi  ərəb 
dövlətlərindən,  Suriyadan,  İordaniyadan,  Livandan,  Fələstindən  və 
İsraildən olan çoxsaylı qüvvələrdən təşkil olunacaq. Şam sərhəddində 
bu qoşunlar rastlaşdığı vaxt Süfyani xüruc edəcək...”  
Kuleyni nəql edir ki, imam Sadiq (ə) Muyəssərə buyurdu: “Agah 
ol ki, orada (Qərqisyada) göylər və yer yaranandan bu günədək oxşarı 
olmayan bir hadisə baş verəcək.”
2
 
Bu  mövzuda  nəql  olunmuş  rəvayətlərdən  məlum  olur  ki,  bu 
müharibədə düşmən tərəfindən komandan Süfyani adlı bir şəxsdir. Bu 
şəxs  İsrail  və  Amerika  casusluq  mərkəzlərinin  köməyi  ilə  xalq 
arasında  təfriqə  salar  və  insanları  insanlara  qarşı  təhrik  edər.  Həzrət 
Mehdi (ə) öz tərəfdarlarından bir hissəsi ilə Kəbəyə sığındığı vaxt bu 
qoşun Beyda məntəqəsində yerə batar.  
Buxari  həzrət  Peyğəmbərdən  (s)  belə  nəql  edir:  “Siz  yəhudilərlə 
savaşanadək qiyamət qopmaz. Həmin vaxt o qədər yəhudi öldürülər ki, 
hətta  yəhudinin  pənah  apardığı  daş  deyər:  “Ey  müsəlman!  Mənə 
sığınan şəxs yəhudidir, onu qətlə yetir.”
3
 
 
Sual: 411. “Sionist məsihiyyət” dedikdə nəzərdə nə tutulur? 
                                                 
1
 “Röyaye-Yuhanna”, 16:13-16; Sefri-Zəkəriyya, 14:1-5; Ketabe-müqəddəs, s. 843. 
2
 “Kafi”, c. 8, s. 245. 
3
 “Səhihe-Buxari”, c. 3, s. 232. 


 
240 
Cavab:  “Sionist  məsihiyyət”  dedikdə  dünyanın  sonu  ilə  bağlı 
öncəgörmələrə  əsaslanan  siyasi,  iqtisadi,  mədəni,  hərbi  bir  cərəyan 
nəzərdə tutulur. Bu cərəyan yalnız gücə istinad edir.  
Bu  güruh  kin-küdurət  dolu  ədəbiyyat  və  şiəliklə  aşkar 
düşmənçilik əsasında Yerusəlimdə bütün qüvvələrini İslam ölkələrinə 
qarşı  səfərbər  etməyə  səy  göstərir.  Onlar  nəzərdə  tutduqları  zühur 
üçün  zəmin  hazırlamağa  və  bütün  maneələri  aradan  götürməyə 
çalışırlar.  
Bu  cərəyanın  aparıcıları  Tövrata  müraciət  və  yəhudi  kitablarına 
etiqadla  həzrət  İsanın  zühuru  üçün  bütün  dünyanı  əhatə  edəcək 
müharibəni  şərt  sayırlar.  Bu  savaş  üçün  mərkəz  kimi  işğal  olunmuş 
Fələstində 
yerləşən 
Аrmagedon  məntəqəsini  göstərirlər.  Bu 
ideologiyanın  arxasında  yəhudilərin  bütün  Fələstin  üzərində  (hətta 
Suriya və İraqda) hakimiyyətə çatıb böyük İsrail təşkil etmək planları 
dayanır.  
 
Sual: 412. Günəş və ay tutulmaları zühur əlamətidirmi? 
Cavab:  Zühur əlamətlərini bəyan edən rəvayətlərdə bildirilir ki, 
ayın  ortasında ay  tutulması  və ayın  əvvəlində  günəş  tutulması   zühur 
nişanələrindəndir. 
İmam  Baqir  (ə)  buyurmuşdur:  “Həqiqətən,  Bizim  Mehdinin  (ə) 
iki  nişanəsi  var.  Göylər  və  yer  yarandığı  gündən  belə  bir  hal 
olmamışdır.  Әvvəla,  ramazanın  ilk  gecəsində  ay  tutular,  ikincisi, 
ramazanın  ortasında  günəş  tutular.”
1
 Bu  qeyri-adi  hadisə  ilə  bağlı  iki 
ehtimal var: 
1. Bu hadisələri yaradan səbəb kimi fəzada qəfil peyda olan kütlə 
göstərilir.  Bu  kütlə  bəzən  günəş  və  ay  qarşısından  keçib  “xüsuf”  və 
“küsuf” hadisələri yaradır.  
2.  Bu  kütlənin  yerdən  qopduğu  ehtimal  olunur.  Mümkündür  ki, 
gələcəkdə elmi-texniki tərəqqi nəticəsində yerdən bir parça qoparılsın 
və bu parça günəşlə ayın qarşısını kəssin.  
3. Bu iki hadisə təbiət qanunlarına uyğun deyil.  
 
Sual: 413. Zühur əlaməti olan səma səsi nədir? 
Cavab: İmam Baqir (ə) buyurur: “Həqiqətən, Mehdinin (ə) xüruc 
əlamətlərindən  biri  ramazan  ayında  səmadan  səs  gəlməsidir.”
2
 İmam 
                                                 
1
 “Sünəne-darqutni”, c. 2, s. 51. 
2
 “Kəmalud-din”, s.328. 


 
241 
Sadiq  (ə)  buyurur:  “Səma  səsi  ramazan  ayında  baş  verəcək,  gənc 
qadınlar pərdə arxasından baş götürüb qaçacaq, yuxudakılar oyanacaq 
və oyaqlar səsdə qərq olacaq.”
1
 Bu rəvayətdə iki ehtimal var:  
1.  Səma  səsi  dedikdə  Cəbraildən  eşidilən  və hamını  bürüyən  səs 
nəzərdə tutula bilər. 
2. Səma səsi dedikdə məqsəd dünyəvi əzab, dünya müharibəsi ola 
bilər. Eyni vaxtda  yer kürəsinin müxtəlif nöqtələrində partlayan atom 
bombaları  dəhşətli  səs  yarada  bilər.  Bu  sayaq  partlayışların  Avropa, 
Amerika,  Rusiya  və  Çində  baş  verəcəyi  gözlənilir.  Amma 
müsəlmanlar  amandadırlar  və  yalnız  həmin  partlayışların  səsini 
eşidərlər.  
 
Sual: 414. Zühur əlamətlərindən olan səma nidası nədir? 
Cavab: Bu mövzu ilə bağlı üç qrup rəvayət var: 
1. Nida haqqında ümumi məlumat verən rəvayətlər; 
2. Haqq və batilin nidalarından ibarət iki nida; 
3. Qaimin adı ilə nida. 
Səma  səsi  və  səma  nidası  haqqında  danışan  hədislər 
məcmusundan  anlaşılır  ki,  bütün  bunlar  müştərək  mənaya  malikdir. 
Bu müddəanı sübuta da yetirmək olar:  
a) Həm səs, həm də nida Cəbrailə aid edilmişdir; 
b)  Hər  iki  hadisənin  eyni  bir  vaxtda,  yəni  ramazan  ayının  23-ü, 
cümə gecəsi baş verəcəyi bildirilir.  
v) Hər iki hadisənin təsirləri eyni şəkildə bəyan olunur. 
 
Sual: 415. Dəccalın zühuru dedikdə nəzərdə nə tutulur? 
Cavab:    Bir  çox  rəvayətlərdə,  xüsusi  ilə  sünnə  əhli  hədislərində 
Dəccalın  zühuru  haqqında  danışılır.  Bu  hadisə  imam  Mehdinin  (ə) 
hakimiyyətindən öncə baş verəsidir.  
Buxari nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Dəccal 
Mədinə  ətrafında  görünüb  üç  dəfə  savaş  hazırlığını  bildirəcək  və 
ətrafına  kafirlər,  münafiqlər  toplanacaq.”
2
 Sünnə  əhli  mənbələrində 
Dəccalın  bəzi  sifətləri  zikr  olunmuşdur:  Rəblik  iddiası  edər;  ömrü 
uzundur; yanında su və od var; kora və dəri xəstəsinə şəfa verər; ölünü 
                                                 
1
 “Әl-Ğeybət”, s. 252. 
2
 “Səhihe-Buxari”, c. 8, s.102. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə