Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə78/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   74   75   76   77   78   79   80   81   ...   93

 
233 
ömürlülər  çox  olmuşdur  və  onlardan  biri  də  bu  günədək  ömür  sürən 
həzrət Mehdidir (ə).  
Allah-təala  həzrət  Nuh  haqqında  buyurur:  “Biz  Nuhu  qövmünə 
doğru göndərdik. Nuh onların arasında 1000 ildən 50 il əskik yaşadı.”
1
  
Müsəlmanların  və  Məsihilərin  əqidəsinə  görə,  həzrət  Məsih 
hazırda  sağdır.  O,  dünyanın  sonunda  gəlib  həzrət  Mehdinin  (ə) 
arxasında namaza dayanacaq.  
 
Sual:  397.  Sünnə  əhli  rəvayətlərində  uzun  ömürlülüyə  işarə 
olunmuşdurmu? 
Cavab:    Maraqlıdır  ki,  sünnə  əhli  həzrət  Mehdinin  (ə) 
mövludunu və varlığını məhz uzun ömürlülük baxımından qəbul etmir. 
Hansı  ki,  onların  səhih  rəvayətlərində  uzun  ömürlük  haqqında  ətraflı 
məlumat  var.  “Səhihe-Muslim”də  nəql  olunmuş  “Cəssasə  hədisi” 
nümunə göstərilə bilər. Bu hədisdə Dəccal adlı bir şəxsin varlığından 
danışılır.  Rəvayətdə  bildirildiyinə  görə  bu  şəxs  insanların  nəzərindən 
uzaq bir adada tənha yaşayır və vaxtında batil inqilaba əl atasıdır.
2
  
 
Sual: 
398.Keçmiş 
ümmətlər 
arasında 
uzun 
ömürlülük 
olmuşdurmu? 
Cavab:    Tarixi  mənbələrə  müraciət  etdikdə  bir  çox  insanların 
uzun ömür yaşadığına şahid oluruq. Məsələn, 1000 il yaşayıb, hələ də 
sağ  olan  Xızır  (ə);  3500  il  yaşamış  Loğman  ibn  Ad;  4000  il  (bəzi 
mənbələrdə  1000)  həkim  Loğman;  2500  il  yaşamış  Nuh  peyğəmbər; 
912  il  yaşamış  Şeys  ibn  Adəm;  930  il  yaşamış  həzrət  Adəm;  462  il 
yaşamış İdris peyğəmbər; 712 il yaşamış Süleyman peyğəmbər; 600 il 
yaşamış Sam ibn Nuh və başqaları. 
 
Sual:  399.  Uzun  ömürlülük  fəlsəfi  və  məntiqi  baxımdan 
mümkündürmü? 
Cavab:  Fəlsəfi və əqli baxımdan uzun ömürlülüyə qarşı heç bir 
dəlil yoxdur.  
Fəxr  Razi  Nuhun  950  il  yaşadığını  bildirən  ayə  ilə  bağlı  deyir: 
“Bəzi  alimlər  insanın  120  ildən  çox  yaşamasını  mümkünsüz  sayır. 
                                                 
1
 “Әnkəbut”, 14. 
2
 “Səhihe-Müslim”, c. 8, s. 203-205. 


 
234 
Amma ayə başqa söz deyir və ağıl da bunu təsdiq edir. Çünki insanın 
tərkibində zati baxımdan əbədilik mümkündür...”
1
 
Şeyx  Müctəba  Qəzvini  Xorasani  insanın  uzun  ömürlülüyünü 
təsdiqləyən  əqli  və  fəlsəfi  dəlillər  göstərir:  “Fəlsəfə  və  hikmət 
qaydalarına  əsasən,  hər  bir  nöqsanlı  təbiət  üçün  kamal  yolu  var. 
Bəşəriyyət arasında peyğəmbər kimi kamil fərdin olması da bu qayda 
əsasında  sübuta  yetirilir.  Eyni  qanun  insanın  uzun  ömürlülüyünü 
təsdiqləyir. 1000 və ya 2000 ili insan üçün son ömür müddəti saymaq 
olmaz. İnsan bundan da çox yaşaya bilər...”
2
 
Zühur əlamətləri 
Sual: 400. Zühurun hansı əlamətləri nəql olunur? 
Cavab:    Rəvayətlərdə  zühur  mövzusunu  araşdırdıqda  onun  bəzi 
əlamətləri ilə rastlaşırıq. Bəzi zühur əlamətlərini nəzərdən keçirək: 
1. Ümmətin azğın bayraq və şüarlardan xəbərdarlığı; 
2. Xalqın haqqa dəvət olunacağı qiyamlar barədə müjdə; 
3.  Bu  mövzuda  qeybi  xəbərlər  və  onların  həyata  keçməsi  ilə 
insanlarda əminlik yaranması; 
4. Kafirlər İslamı qəbul etməzdən öncə dəlil və möcüzə istəyirlər. 
Zühurla bağlı xəbərlər isə gerçəkləşdikdə onlar üçün qəti dəlil olur;  
5.  Zühur  əlamətlərinin  hər  biri  gerçəkləşdikdən  sonra  xalqın  bu 
əqidəyə bağlılığı güclənir; 
6.  Zühur  əlamətləri  birbəbir  gerçəkləşdikcə  Allah-təalanın 
kafirlərə qarşı ciddi əzmi də üzə çıxır; 
7.  Müsəlmanların  zühura  hazırlığı  və  bu  qiyama  zəmin 
yaratmaları  üçün  əlamətlərin  müstəsna  əhəmiyyəti  var.  Әlamətlər 
gerçəkləşdikcə müsəlmanların ruhi, siyasi və iqtisadi hazırlığı artır.  
8.  İnsanda  qeybi  xəbərlərə  meyl  olduğundan  zühurla  bağlı 
xəbərlər kahinlik kimi xurafatın qarşısını alır.  
9.  Zühur  əlamətlərinin  mühüm  bir  hissəsi  İslamın  siyasi 
gerçəkliklərindən 
sayılır. 
Məsullar 
öz 
strateji 
məsələlərinin 
araşdırılmasında  bu  əlamətlərə  ciddi  yanaşmış,  proqramlarının 
tərtibində uyğun xəbərləri nəzərə almışlar.  
10.  Zühur  əlamətləri  mövzusu  təkcə  şiələrə  və  ya  müsəlmanlara 
aid  olan  bir  mövzu  deyil.  Bütün  dinlərdə  az  və  ya  çox  bu  həqiqətə 
inam mövcuddur.  
                                                 
1
 “Təfsire-Fəxr-Razi”, c.25, s. 42. 
2
 “Bəyanul-Quran”, c. 5, s. 11,12. 


 
235 
Alman  yazıçısı  Helsil  “Xəbər  və  siyasət”  kitabında  yazır:  “Biz 
məsihilər  inanırıq  ki,  bəşər  tarixi  bir  o  qədər  də  uzaq  olmayan 
gələcəkdə bir mərəkə ilə başa çatacaq. Həmin vaxt Məsih geri qayıdıb 
bütün diri və ölülərə hakim olacaq.”  
 
Sual:  401.  Zühur  əlamətləri  ilə  zühur  şərtləri  arasında  hansı 
fərqlər var? 
Cavab:    Zühur  əlamətləri  ilə  zühur  şərtləri  arasındakı  bəzi 
fərqləri nəzərdən keçirək:  
1.  Zühurun  şərtlərdən  asılılığı  gerçəkdir.  Yəni  əgər  şərtlər 
ödənməsə,  zühur  baş  verməz.  Amma  zühurun  əlamətlərdən  asılılığı 
gerçək deyil. Әlamətlər zühur üçün bir növ kəşf yönümünə malikdir.  
2.  Әlamətlər  bütün  qeyb  dövrü  boyu  gerçəkləşən  pərakəndə 
hadisələrdir. Şəraitlər isə zühur vaxtınadək əlaqəli və davamlı qalacaq.  
3. İnsan zühur şərtlərinə münasibətdə vəzifəlidir.  
 
Sual:  402.  Zühur  əlamətlərinin  bəyanı  onun  vaxtının 
bildirilməsinə qoyulan qadağa ilə zidd deyilmi? 
Cavab:    Zühur  vaxtının  müəyyənləşdirilməsi  onun  əlamət  və 
şərtlərindən  fərqli  bir  mövzudur.  Rəvayətlərdə  zühur  üçün  kоnkret, 
dəqiq vaxt bildirmək qadağan olunmuşdur.  
Qadağanın səbəbləri var:  
1. Bu iddia üçün heç bir dəlil yoxdur; 
2.  Әgər  zühur  vaxtı  məlum  olsa,  düşmənlər  müqavimət 
göstərmək  üçün  hazırlaşar.  Bu  səbəbdən  də  rəvayətlərdə  bildirilir  ki, 
həzrətin zühuru qəfildən baş verəsidir.  
3.  Vaxt  müəyyənləşdikdə  cəmiyyətin  ümid  ruhiyyəsi  güclənir. 
Onlar hər an zühurun baş verə biləcəyinə inanırlar.  
 
Sual:  403.  Məgər  zühur  əlamətlərinin  bildirilməsi  siyasi  sirlərin 
düşmənlərə açılması deyilmi? 
Cavab:    Peyğəmbərlər  və  məsum  imamlar  heç  vaxt  səhvə  yol 
vermədiyindən  onların  bildirdiyi  qeybi  xəbərlər  düşmən  üçün  kömək 
ola  bilməz.  Allahın  qəti  iradəsi  ilə  gerçəkləşən  əlamətlərin  qarşısını 
almaq mümkünsüzdür.  
 
Sual: 404. Zühur əlamətləri dəyişə bilərmi? 
Cavab:  Bəzi  rəvayətlərdə  bildirilir  ki,  zühur  əlamətləri  iki 
qisimdir:  


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə