Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə81/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   77   78   79   80   81   82   83   84   ...   93

 
242 
dirildər; biri öldürüldükdə onu ayağa qaldırar; onda behişt və atəş var; 
bəyaz su və oddan çeşməsi var; istəkləri qəbul olar.
1
 
Dəccalda bəzi sifətlərin olduğu ehtimal edilir: 
a) Dəccal qeyri-adi işlər görən, sehr-caduya malik real şəxsdir. 
b) Dəccal dedikdə İblis nəzərdə tutulur; 
v)  Ehtimal  olunur  ki,  Dəccal  şiə  rəvayətlərində  adı  çəkilən 
Süfyanidir.  
q) Dəccal dedikdə İsrail nəzərdə tutulur.  
Öncə  belə  görünür  ki,  Dəccal  hadisələri  elə  İsraillə  bağlı 
hadisələrdir. Çünki: 
Әvvəla, Әhli-beyt (ə) rəvayətlərində bu hədislər yoxdur; 
İkincisi,  əksər  Dəccal  hədisləri  əslən  yəhudi  olan  Kəbul-Әhbar 
tərəfindən  nəql  olunmuşdur.  Bu  şəxsin  bütün  hərəkətləri  şübhə 
doğurmuşdur.  
Üçüncüsü,  məsihin  zühur  edib  Dəccalı  öldürməsi  yəhudilərə  aid 
əqidədir.  
Seyyid Məhəmməd Sədr deyir: “Dəccal İslam və onun əsasları ilə 
düşmənçilik  edən  qərbin  mədəni  tərəqqisinin  simvoludur.  Bu 
mədəniyyət hər bir insanı qul etmək məqsədindədir. Aşkar görürük ki, 
əsrimizdə bütün dünyanı, hətta müsəlmanları hökm altına almışdır...”
2
 
Quran və həzrət Mehdinin (ə) zühuru 
Sual:  416.  “Vəd”  ayəsi  həzrət  Mehdinin  (ə)  zühurunu  necə 
sübuta yetirir? 
Cavab:  Allah-təala buyurur: “Allah sizlərdən iman gətirib saleh 
işlər  görənlərə  vəd  edir  ki,  hökmən  onları  yer  üzünün  hökmranı 
edəcək.  Necə  ki,  onların  əvvəlkilərinə  yer  üzünün  xilafətini  bəxş 
etmişdi.  Onlar  üçün  bəyəndiyi  din  və  ayini  möhkəmlədəcək, 
qorxularını aramlığa  çevirəcək. Belə  ki,  yalnız  Mənə pərəstiş etsinlər 
və  bir  şeyi  Mənə  şərik  qoşmasınlar.  Bundan  sonra  kafir  olanlar 
azğınlardır.”
3
  
Yuxarıdakı  ayə  həzrət  Mehdinin  (ə)  zühur  dövrünə  və 
ümumdünya tövhid hökuməti əsrinə aiddir. Bu müddəanın dəlilləri var: 
1.  Bu  ayə  dünyanın  sonunda  İslamın  digər  dinlər  üzərində 
qələbəsini bildirən digər ayələrə münasibdir. 
                                                 
1
 “Səhihe-Muslim”, c. 8, s. 197. 
2
 “Tarixi ma bəd əz zühur”, s. 141, 142. 
3
 “Nur”, 55. 


 
243 
2. “Әl-ərz” sözü bütün yer üzünə işarədir.
1
 
3.  Bu  vaxtadək  qorxu  tam  şəkildə  aramlığa  çevrilməmişdir.  Bu 
hal yalnız möminlərin əhatəli hakimiyyəti zamanı yarana bilər.  
4. Ayə ilə bağlı nəql olunmuş rəvayətlər nəzərdə tutulmuş mənanı 
təsdiqləyir.  
Qurtubi  hazırkı  ayə  ilə  bağlı  həzrət  Peyğəmbərin  (s)  belə 
buyurduğunu  nəql  edir:  “Həmin  gün  yer  üzündə  Allah  tərəfindən 
İslam  kəlməsi  daxil  edilməmiş  ev  yoxdur.”
2
 Sudəyy  İbn-Abbasdan 
nəql  edir  ki,  ayə  Ali-Məhəmməd  haqqında  nazil  olmuşdur.
3
 İmam 
Səccad  (ə)  buyurmuşdur:  “Bu  ayə  həzrət  Qaimin  şəninə  nazil 
olmuşdur.”
4
 
İmam Sadiq (ə) buyurmuşdur: “Bu ayə Qaim və onun səhabələri 
haqqında nazil olmuşdur.”
5
  
5.  Dörd  xəlifənin  dövründə  də  yer  üzündə  kamil  əmin-amanlıq 
yaranmadı.  Xüsusi  ilə  İran  və  Rum  kimi  qüdrətli  düşmənlər  İslam 
üçün  təhlükə  mənbəyi  idi.  Bu  səbəbdən  də  30  il  ərzində  çoxsaylı 
savaşlar baş verdi.  
Fəzl  deyir:  “İmam  Sadiqə  (ə)  ərz  etdim  ki,  bəziləri  bu  ayənin 
Әbu-Bəkr,  Ömər,  Osman  və  Әli  haqqında  nazil  olduğunu  düşünür. 
Həzrət buyurdu: “Allah  onların (“nasibə”) qəlbini hidayət etməz. Axı 
nə  vaxt  Allah  və  onun  rəsulunun  dini  yetərincə  təsbit  olub?!  Axı  nə 
vaxt  həmin  xəlifələrin  dövründə  qəlblərdən  şəkk-şübhə  çıxıb?! 
Onların  dövründə  hansı  fitnələr  qopmadı,  hansı  savaşlar  baş 
vermədi?!”
6
  
 
Sual: 417. “Әrsələ rəsuləhu” ayəsi imam Mehdinin (ə) zühurunu 
necə sübuta yetirir? 
Cavab:  Allah-təala  buyurur:  “O,  müşriklər  ikrah  duysa  belə, 
bütün  ayinlərə  qalib  gəlmək  üçün  öz  peyğəmbərini  hidayət  və  haqq 
dinlə göndərən kəsdir.”
7
 Ayədə hidayət dedikdə  rəsulun göndərilməsi 
ilə  gerçəkləşən  ilahi  hidayət,  “haqq  din”  dedikdə  İslam  dini  nəzərdə 
tutulur.  
                                                 
1
 “Təfsire-ibn-Kəsir”, c. 2, s. 614; “Cameul-bəyan”. 
2
 “Təfsire-Qurtubi”, c. 7, s. 429. 
3
 Şəvahidut-tənzil”, c. 1, s. 413. 
4
 “Təfsire-Safi”, c. 3, s. 444. 
5
 “Nemani, “Әl-Ğeybət”, s. 126. 
6
 “Təfsire-Kənzul-dəqaiq”, c. 9, s. 335. 
7
 “Tövbə”, 33. 


 
244 
Fəxr-Razi  deyir:  “Bu,  gələcəkdə  gerçəkləşəsi  ilahi  bir  vəddir. 
Rəvayətlərə  əsasən,  bu  vəd  həzrət  İsanın  və  həzrət  Mehdinin  (ə) 
dövründə həyata keçər.”
1
 
Təbəri deyir: “Həzrət İsa nazil olan vaxt bütün dinlər batil olar və 
İslam dini bütün dinlərə qalib gələr.”
2
  
Səid  ibn  Cübeyrdən  rəvayət  olunur  ki,  bu  ayə  Fatimə  (s) 
övladlarından  olan  Mehdiyə (ə) aiddir. Allah  onu  bütün  dinlərə  qalib 
edəcək.”
3
  
Әbu-Bəsir nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “And olsun 
Allaha,  bu  ayə  hələ  ki  gerçəkləşməyib  və  Qaim  qiyam  edənədək 
gerçəkləşməz.  O,  zühur  etdiyi  vaxt  yer  üzündə  Allahı  inkar  edən  bir 
nəfər qalmaz.”
4
 
 
Sual:  418.  “Vərasət”  ayəsi  həzrət  Mehdinin  (ə)  zühurunu  necə 
sübut edir? 
Cavab:  Allah-təala  buyurur:  “Biz  zikrdən  sonra  Zəburda  yazdıq 
ki, mənim saleh bəndələrim yer üzündə varis olacaq.”
5
 
Ayədə  Zəbur  deyərkən  Davuda  nazil  olmuş  səmavi  kitab,  zikr 
deyərkən  Tövrat  nəzərdə  tutulur.  Zəburda  oxuyuruq:  “Şər  qüvvələrin 
kökü kəsilər, Allaha təvəkkül edənlər yer üzünə varis olar...”
6
 
Davudun  Məzmurun  29-cu  ayəsində  deyilir:  “Salehlər  yer  üzünə 
varis  olacaq  və  orada  əbədi  qalacaqlar.”  “Әl-ərz”  dedikdə  dünya  və 
behişt nəzərdə tutulur.
7
 
“İbadiyəs-Salehun” təbiri bütün dövrlərə, məkanlara və qövmlərə 
aiddir.  Məhz  həzrət  Mehdinin  (ə)  zühur  edəcəyi  dövrdə  bütün  yer 
kürəsi Allahın saleh bəndələrinin ixtiyarına keçəcək.  
İbn-Kəsir deyir: “Allah-təala şərif ayədə müjdə verir ki, öz saleh 
bəndələrini  dünya  və  axirətdə  səadət  çatdırıb  onları  yer  və  behiştdə 
varis edəcək.”
8
 
Alusu deyir: “Bu ayəni Mehdi (ə) əsrinə və həzrət İsanın (ə) nazil 
olduğu dövrə aid etsək, digər yanaşmalara ehtiyac qalmır.”
1
 
                                                 
1
 “Təfsire-Fəxr-Razi”, c.12, s. 104. 
2
 “Cameul-bəyan”, c. 13, s. 109. 
3
 “Әl-Füsulul-Mühimmə”, s. 300. 
4
 “Təfsire-Bürhan”, c.3, s. 407. 
5
 “Әnbiya”, 105. 
6
 “Məzmur”, 37:9-11. 
7
 “Әl-Mizan”, c. 14, s. 493. 
8
 “Təfsire-ibn-Kəsir”, c.2, s. 524. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə