Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə79/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   75   76   77   78   79   80   81   82   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
236 
Onlardan  bəziləri  qətidir  və  dəyişə  bilməz  (“bəda”),  bəziləri  isə 
şəraitdən asılı olaraq dəyişə bilər. Davud ibn Әbül-Qasim deyir: “Biz 
Әbu-Cəfər  Məhəmməd  ibn  Әli  Rizanın  (ə)  yanında  olduğumuz  vaxt 
söhbət  Süfyaninin  xürucundan  düşdü.  Rəvayətlərdə  bildirilir  ki,  bu 
hadisə  qətidir.  Әbu-Cəfərdən  bu  hadisənin  dəyişə  biləcəyi  haqqında 
(“bəda”) soruşdum. Həzrət buyurdu: “Bəli”. Әrz etdim ki, biz Qaimin 
zühurunda  da  dəyişiklik  (“bəda”)  olacağından  qorxuruq.  Həzrət 
buyurdu:  “Qaim  hadisəsi  Allahın  vədlərindəndir  və  Allah  öz  vədinə 
xilaf çıxmaz.”
1
 
Dəyişməz əlamətlərin bəzi nişanələri ilə tanış olaq: “Rəvayətlərdə 
bu əlamətlərin qəti bəyanı; andla təkid; “labüd” sözü ilə təkid; “Lam” 
hərfi ilə təkid; “innə” hissəsi ilə təkid; təkrarla təkid.  
 
Sual: 405. Zühur əlamətlərini araşdırmaq üçün düzgün yol varmı? 
Cavab:    Zühur  əlamətləri  ilə  bağlı  üç  əsas  problem  var.  Bu 
nöqtələrin  hər  biri  dəqiq  araşdırılmalıdır:  Mötəbər  dəlillə  əlamətin 
sübutu; 
Әlaməti 
anlaşılmaz 
haldan 
çıxarmaq; 
əlamətin 
gerçəkləşməsinin sübutu və ya inkarı üçün qaydalar.  
Zühurla  bağlı  mötəbər  rəvayətləri  uydurma  rəvayətlərdən 
fərqləndirmək üçün onların məsumlardan nəql olunması kifayətdir.  
Zühur əlamətini iki yolla aydınlaşdırmaq olar:  
a) Fiqhi rəvayətlərdə də istifadə olunan elmi üsul; 
b)  Elmi  müqəddimələr.  Məsələn,  tarix,  coğrafiya,  riyaziyyat, 
zühur əlamətlərinə aid terminlər.  
Bir  əlaməti  sübuta  yetirmək  və  ya  inkar  etmək  üçün  müəyyən 
qaydalardan istifadə etmək olar:  
1. Həmin əlaməti dəqiq şəkildə təsəvvürə gətirib onu xarici aləmə 
tətbiq etmək; 
2.  Dəlillərlə  sübuta  yetirilsin  ki,  həmin  əlamət  keçmiş  dövrdə 
olub, yoxsa yox.  
3.  Gələcək  zamanda  həmin  əlamətin  gerçəkləşməsi  ehtimalı 
olmasın.  
 
Sual: 406.  Zühur  əlamətlərini bəyan  edən  rəvayətlərin  sənədi və 
ya mətnində nöqsan varmı? 
                                                 
1
 Nemani, “Әl-Ğeybət”, s. 303; “Bihar”, c. 52, s. 250,251. 


 
237 
Cavab:    Bəziləri  iddia  edirlər  ki,  zühur  əlamətləri  ilə  bağlı 
rəvayətlərin  sənədi  zəifdir  və  bu  rəvayətlər  mətn  baxımından 
ağılabatan deyil.  
Uyğun irada cavab verək:  
1. Zühur əlamətləri ilə bağlı xəbərlərin əksərinin səhih sənədi var. 
Hətta  bəzi  rəvayətlər  mütəvatirdir.  Onların  əksərinin  məzmunu 
aydındır.  
2.  Bütün  dini  mövzularda  zəif  rəvayətlər  mövcuddur.  Bir  neçə 
zəif rəvayətə görə hansısa həqiqəti inkar etmək olmaz. Әksinə, düzgün 
yolla sənədi araşdırmaq lazımdır.  
3.  Zühur  əlamətlərinin  tətbiqində  yanlışlıq  baş  versə  də, 
araşdırmadan əl çəkmək olmaz. Elmi və mötəbər üsullarla araşdırmanı 
davam etdirmək lazımdır.  
 
Sual:  407.  Zühurdan  öncə  qətlə  yetiriləcək  “Nəfsi-zəkiyyə” 
kimdir? 
Cavab:  Şiə  rəvayətlərində  həzrət  Mehdinin  (ə)  “Nəfsi-
zəkiyyə”nin qətlindən sonra zühur edəcəyi bildirilir.  
İmam Sadiq (ə) buyurur:  “Qaimin qiyamı Nəfs-zəkiyyənin qətlə 
yetirilməsi arasında fasilə 15 gecədən çox deyil.”  
Şeyx  Müfid  deyir:  “Zühur  əlamətlərindən  biri  də  Nəfsi-
zəkiyyənin 
70 
salehlə 
birlikdə 
Kufə 
yaxınlığında 
qətlə 
yetirilməsidir.”
1
  
Bəzi  rəvayətlərdə  bildirilir  ki,  Nəfsi-zəkiyyə  imam  Mehdi  (ə) 
tərəfindən təbliğ əmri аlаn şəxsdir və bu şəxs rükn və məqam arasında 
şəhadətə çatacaq.”
2
 
Bəziləri  güman  edir  ki,  Nəfsi-zəkiyyə  Mənsur  Abbasinin 
dövründə  qiyam  qaldırmış  Məhəmməd  ibn  Abdullah  ibn  Həsən  ibn 
Әli ibn Әbi-Talibdir. Amma bu ehtimalın ziddinə bir sıra dəlillər var: 
1.  Rəvayətlərdə  Nəfsi-zəkiyyənin  rükn  və  məqam  arasında 
öldürüləcəyi bildirilir. Məhəmməd ibn Abdullah ibn Hüseyn isə başqa 
yerdə şəhadətə çatmışdır.  
2.  Bəzi  rəvayətlərə  əsasən,  həzrət  Mehdinin  (ə)  zühuru  ilə  Nəfs-
Zəkiyyənin qətlə yetirilməsi arasında 15 gecə fasilə var.  
3.  Məhəmməd  ibn  Abdullah  ibn  Həsən  həzrət  Mehdinin  (ə) 
mövludundan öncə qətlə yetirilmişdir.  
                                                 
1
 “İrşad”, c. 2, s. 368. 
2
 “Bihar”, c. 52, s. 307. 


 
238 
4. Məhəmməd ibn Abdullahın niyyəti xalis olmamış, “Məqatilut-
Talibin”  mənbəsində  bildirildiyinə  görə  bu  şəxs  Məhdəviyyət 
iddiasında  olmuşdur.  Atası  onu  Bəni  –Üməyyənin  süqutundan  və 
Bəni-Abbas dövləti təsis olunmamış Mehdi (ə) kimi tanıtdırırdı.
1
 
5.  İmam  Sadiq  (ə)  buyurur:  “Nəfsi-Zəkiyyə”  qətlə  yetirildikdən 
sonra həzrət Mehdi  zühur edəcək.”
2
 
 
Sual: 408. Məsih Dəccal kimdir? 
Cavab:    Həzrət  İsa  kimi  Dəccal  da  məsih  adlandırılmışdır. 
Amma  məsih  sözü  təklikdə  işlədildikdə  həzrət  İsa  nəzərdə  tutulur. 
Məsih  Dəccal  elə  tanınmış  Dəccalın  özüdür.  Onun  haqqında  bəzi 
ehtimallar var: 
Bu şəxs məsihiyyət bayrağı ilə zühur edəcək; оnun qiyamı bütün 
yer üzünü bürüyəcək; bu şəxs Məsihə qarşı çıxdığı üçün Məsih ləqəbi 
almışdır.  
 
Sual: 409. Süfyani kimdir? 
Cavab:    Әhli-beyt  rəvayətlərində  Süfyaninin  xürucu  qəti  zühur 
əlamətlərindən sayılmışdır: 
Şeyx Tusi imam Sadiqdən (ə) belə nəql edir: “Süfyaninin xürucu 
zühurun qəti əlamətlərindəndir.”
3
 
Bir  çox  şiə  və  sünni  rəvayətlərindən  belə  anlaşılır  ki,  Süfyani 
imam  Mehdiyə  (ə)  qarşı  çıxmaq  qəsdində  olan  inadkarlardandır.  O, 
Beyda adlanan məntəqədə öz qoşunu ilə birlikdə yerə batacaq.  
Müslim həzrət Peyğəmbərdən (s) belə nəql  edir:  “Bir şəxs  Allah 
evinə  pənah  gətirər.  Həmin  vaxt  ona  doğru  qoşun  göndərilər.  Bu 
qoşun Beydaya çatdığı vaxt yerə batar.”
4
 
Nemani  imam  Sadiqdən  (ə)  belə  nəql  edir:  “Qaimin  beş  əlaməti 
var...”  Həzrət  bu  beş  əlamət  arasında  düşmənin  Beydada  yerə 
batmasını da nəql edir.
5
 
Nemani  digər  bir  yerdə  zühur  əlamətləri  sırasında  Süfyaninin 
xürucunu və qoşunu ilə Beydada yerə batmasını qeyd edir.
6
 
 
                                                 
1
 “Məqatilut-Talibin”, s. 171. 
2
 “Kafi”, c. 8, s. 225. 
3
 “Әl-Ğeybət”, s. 435. 
4
 “Səhihe-Müslim”, c. 8, s. 167. 
5
 “Әl-Ğeybət”, s. 252. 
6
 Həmin mənbə, s. 264. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə