Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə77/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   73   74   75   76   77   78   79   80   ...   93

 
230 
səbəbdən  də  Allah  günahkarlara  buyurur  ki,  peyğəmbərin  qapısına 
gedib bağışlanmaları üçün dua istəsinlər.
1
  
Quran  və  rəvayətlərdə  təvəssül  haqqında  çoxsaylı  buyruqlarla 
rastlaşırıq.  Allah-təala  buyurur:  “Ey  möminlər!  Təqva  yolunu  seçin, 
ona çatmaq üçün vasitə istəyin.”
2
 Təvəssülün digər faydalarından biri 
budur  ki,  insanlar  təvəssül  yolu  ilə  öz  problemlərini  həll  etdikdə 
peyğəmbər və imamların uca məqamına əmin olurlar.  
 
Sual:  391.  Zühurun  tezləşməsi  üçün  edilən  dua  ilə  zühura 
tələsməyin qadağası arasındakı ziddiyyət yoxdurmu? 
Cavab:  Bir  çox  rəvayətlərdə  zühurun  tezləşməsi  üçün  dua 
tövsiyə  olunmuşdur.  Bir qrup  başqa rəvayətlərdə  isə  zühura  tələsmək 
qadağan olunur.  
Әvvəla,  zühura  tələsmək  hazırlıqsız  olursa,  dua  müqədimə  və 
şərtlərlə müşayiət edilir.  
İkincisi, dua özü həzrətin zühuru üçün şərtlərdən ola bilər.  
 
Sual: 392. Әgər bir şəxs 40 gün əhd duası oxusa imam Mehdinin 
(ə) yardımçılarından olarmı? 
Cavab:    İmam  Sadiqdən  (ə)  nəql  olunmuş  bir  rəvayətə  əsasən, 
hər  kəs  40  sübh  “Әhd  duası”  oxusa  həzrət  Mehdinin  (ə) 
yardımçılarından  olar.  Әgər  bu  şəxs  həzrət  Mehdinin  (ə)  zühurundan 
öncə dünyasını dəyişsə, zühur vaxtı qəbirdən çıxarılar...”
3
 
Әvvəla,  belə  bir  təsir  əldə  etmək  üçün,  olsun  ki,  bu  şərtlər  də 
ödənməlidir.  Dua  edən  insan  Allahla  həqiqətən  əhd  bağlamaq  üçün 
gerçək ünsiyyət yaratmalıdır.  
İkincisi, Allah əhd duasına xatir hətta pis insanı islah edə bilər. 40 
gün  ardıcıl  oxunan  əhd  duası  insana  böyük  təsir  göstərib  onu  dəyişə 
bilər və həmin şəxs həzrətin səhabələrindən olar.  
Həzrəttn ömrünün uzunluğu 
Sual: 393.  Həzrət Mehdinin (ə)  ömrünün  uzunluğuna  sünnə  əhli 
etiraz edirmi? 
Cavab: İmamiyyə şiələri qəti dəlillər əsasında inanırlar ki, həzrət 
Mehdinin  (ə) imaməti 255-ci  ildən  hazıradək  davam  edir.  Bu  etiqada 
                                                 
1
 Bax: “Nisa”, 64. 
2
 Bax: “Maidə”, 35. 
3
 “Məfatihul-Cinan”. 


 
231 
əsasən  insan  1000  ildən  artıq  yaşaya  bilməlidir.  Sünnə  əhli  isə  buna 
şübhə ilə  yanaşır və etiraz edir ki, insan bir bu qədər  yaşaya bilməz. 
Onlar  əslində  şiələrin  imamət  və  Məhdəviyyət  etiqadını  qəbul 
etmədiklərindən  həzrət  Mehdinin  (ə)  ömrünün  uzunluğunu  bəhanə 
gətirirlər.  Onlar  bu  münasibətləri  ilə  əslində  şiələrin  Məhdəviyyət 
inancını sual altına alırlar. Saih Әli Hüseyn Məğribi deyir: “Sünnə əhli 
həzrət Mehdinin (ə) 1000 ildən çox yaşamasını tənqid edir və deyirlər: 
“Bəşəriyyətin bir bu qədər yaşaması görünməyib və buna heç bir dəlil 
yoxdur.”
1
 Bu  məsələni  doktor  Әhməd  Mahmud  Sülhi  də  etirazla 
qarşılamış  və  demişdir:  “Mehdinin  (ə)  1000  ildən  artıq  diri  qalması 
Məhdəviyyət (ə) inancını zəiflədən səbəblərdəndir.” 
 
Sual: 394. Allah insanın ömrünü bir bu qədər uzada bilərmi? 
Cavab:  Kəlam  elmində  sübuta  yetirilmişdir  ki,  Allah  hər  şeyə 
alim olduğu kimi, hər işə də qadirdir. Zatən mahal olmayan, baş verə 
biləsi  bütün  işlər  ümumi  qaydalara  zidd  olsa  da,  Allahın  qüdrəti  ilə 
gerçəkləşə  bilər.  Demək,  Allah  bir  şəxsin  ömrünü  istədiyi  qədər 
uzadıb,  onu  ölüm  bəlasından  qoruya  bilər.  Odun  xasiyyəti 
yandırmaqdır.  Amma  Allah  öz  qüdrəti  ilə  odu  İbrahimə  soyutdu. 
Әllamə Təbatəbai buyurur: “Həzrət Peyğəmbərdən (s) və imamlardan 
qeybdə  olan  imamla  bağlı  nəql  olunanları  mütaliə  edənlər  belə  bir 
nəticəyə  gəlir  ki,  həzrətin  həyatı  möcüzəli  və  qeyri-adi  bir  həyatdır. 
Qeyri-adi  işləri  isə  inkar  etmək  olmaz.  Hadisələrin  baş  verməsi 
amilləri  təkcə  bizim  hiss  etdiyimiz  amillərdən  ibarət  deyil.  Biz 
təbiətdən  kənardakı  amilləri  hansı  əsasla  inkar  etməliyik?!  Bəli, 
insanın  ömrünü  qeyri-adi  həddə  uzada  biləcək  amillər  var.  Bu  ömür 
1000  illərə  çata  bilər.  Elə  bu  səbəbdən  də,  tibb  elmi  hələ  ki  insan 
ömrünün sirrini tapa bilməmişdir.”
2
 
Şəhid Sədri deyir: “Tutaq ki, bu sayaq uzun ömür elmi baxımdan 
mümkünsüzdür.  Nəticə  nə  olur?  Bu  sözləri  deyərkən  insan  ömrünün 
qeyri-adi  həddə  uzunluğunun  təbiət  qanunlarına  zidd  olması  nəzərdə 
tutulur. Amma unutmaq olmaz ki, söhbət möcüzədən gedir... 
Bu  möcüzə  Quran  və  sünnədən  faydalanıb  istifadə  edənlər  üçün 
yeni  bir  şey  deyil. Təbiət  qanunlarına  əsasən istilik daha  çox hərarəti 
                                                 
1
 “Tərasəna və məvazinul-nəqd”, s. 203. 
2
 “Şiə dər İslam”, s. 198. 


 
232 
olan cisimdən hərarəti az olan cismə keçir. Hansı ki, bu qanun həzrət 
İbrahimə münasibətdə ödənmədi.
1
 
Allah-təala həzrət Yunis haqqında buyurur: “Әgər o təsbih (həmd) 
deyənlərdən  olmasaydı,  şübhəsiz,  qiyamətədək  balığın  qarnında 
qalardı.”
2
 
Demək,  bir  insanın  ömrü  möcüzə  yolu  ilə  qiyamətədək  uzana 
bilər.  
 
Sual: 395. Elmi baxımdan insan bir bu qədər yaşaya bilərmi? 
Cavab:  «Elmi  baxımdan  mümkünsüzdür»  deyərkən  nəzərdə 
tuturuq  ki,  bəzi  işlər  hətta  modern  vasitələrlə  həyata  keçə  bilməz. 
İnsan ömrünün uzunluğu da belədir.  
Bernard  Şou  deyir:  “Bioloqların  qəbul  etdiyi  elmi  prinsiplərdən 
biri  budur  ki,  insan  ömrü  üçün  sabit  hədd  yoxdur.  Ömrün  uzunluğu 
hədd qəbul etməyən bir məsələdir.”  
Tanınmış alman alimi Vayzmen deyir: “Ölüm ilə təbiət qanunları 
arasında heç bir asılılıq yoxdur...”  
Tanınmış  fizik  Floker  deyir:  “İnsanın  təbii  ömür  uzunluğu  600 
ildir.”  
İngilis alimi Rocer təbii insan ömrünün 1000 il olduğunu göstərir.  
Amerika  alimi  doktor  Kilverd  Hauz  deyir:  “Tibb  elmi  insan 
ömrünü  qısaldan  amilləri  qidalanma  rejimi  vasitəsi  ilə  aradan  qaldıra 
bilər.  Bu gün  ümidvarıq  ki, ata-babalarımızın  ömründən  fərqli  olaraq 
uzun  ömürlülüyə  yol  tapaq.”  Professor  Etinger  deyir:  “Yeni  nəsil 
səmavi  kitablara  iman  gətirdiyi  kimi  yaxın  gələcəkdə  inanacaq  ki, 
insan  üçün  əbədi  həyat  mümkünsüz  deyil.  Bugünkü  texnoloji  tərəqqi 
gələn əsrdə insan ömrünü 1000 ilə çatdıra bilər.”
3
  
Jons  Hopkins  universitetinin  professoru  Dimend  deyir:  “Sübuta 
yetirilib  ki,  insanın  bütün  əsas  orqanları  əbədi  yaşaya  bilər.  Әn  azı, 
onların uzun müddət yaşaması mümkündür...”  
 
Sual: 396. Real həyatda uzun ömürlülük müşahidə olunubmu? 
Cavab:    Filosoflar  və  mütəkəllimlər  bildirirlər  ki,  bir  şeyin 
mümkünlüyü  üçün  ən  güclü  dəlil  onun  baş  verməsidir.  Tarixdə  uzun 
                                                 
1
 Bax: “Әnbiya”, 69); (“Bəhsun həvləl-Məhdi”, s. 77-80. 
2
 “Saffat”, s. 143,144. 
3
 Məcəlleye-daneşmənd”, 6-cı il,  say 6. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə