Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə24/61
tarix18.06.2018
ölçüsü3,41 Mb.
#49706
1   ...   20   21   22   23   24   25   26   27   ...   61

VƏHHABİLİK (7)

ƏQİDƏLƏR(6)




1. İlahi övliyaların qəbirləri üzərində məscid tikmək tövhidlə uyğundurmu?

2. Qəbirlərin kənarında dua və ibadət etməyin hökmü nədir?

3. Qəbirlərin üzərində çıraq yandırmaq və onlardan təbərrük etməyin hökmü nədir?

4. Vəhhabilərin yuxarıdakı hallarda nəzəri necədir?


v) CALEH BƏNDƏLƏRİN QƏBİRLƏRİ ÜZƏRİNDƏ MƏSCİD TİKMƏK


Vəhhabilər Peyğəmbəri-Əkrəmdən nəql olunan bir hədisə istinad edərək saleh bəndələrin qəbirləri üzərində, yaxud onun qonşuluğunda məscid tikməyi caiz bilmir və bu işi bir növ qəbrə sitayiş etmək adlandıraraq, onu şirk hesab edirlər.

Vəhhabilərin istinad etdikləri hədislər aşağıdakılardır:

Nəsai öz «Sünən» kitabında İbni Abbasdan belə rəvayət edir: «Peyğəmbəri-Əkrəm qəbirlərin ziyarətinə gedən qadınları, eləcə də qəbirləri məscid qərar verənləri və onun üzərində çıraq yandıranları lə᾿nətləmişdir».

Buxari «Səhih» kitabında Aiyşədən nəql edir ki, Peyğəmbər (s) buyurdu: «Allah məsihilərə və yəhudilərə lə᾽nət eləsin, çünki onlar peyğəmbərlərinin qəbrini məscid qərar verirdilər». Ayişə sonra dedi: Əgər belə olmasaydı, Peyğəmbərin qəbrini aşkar edərdilər (və onun qarşısından pərdə asmazdılar), amma mən bundan qorxuram ki, onu məscid qərar versinlər (buna görə də o pərdəni qaldırmıram)».

Müslüm də öz «Səhih» kitabında rəvayət edir: «Allah yəhud qövmünü məhv etsin, çünki onlar peyğəmbərlərinin qəbrini məscid qərar vermişdilər».

Vəhhabilər bu kimi rəvayətlərdən nəticə almışlar ki, qəbirlərin üzərində məscid tikmək caiz deyildir. İbni Teymiyyə «Ziyarətul-qubur» risaləsində yazır: Bizim alimlərimiz demişlər ki, qəbirlərin üzərində məscid tikmək caiz deyildir».


TƏNQİD VƏ ARAŞDIRMALAR


Bu rəvayətlərin düzgünlüyündə edilən münaqişəni nəzərə almasaq belə, onun dəlalət baxımından vəhhabilərin nəzərini təsdiq etməsi nəzərə çarpmır. Çünki bu hədislərin hamısında qəbirlərin məscid edilməsi ilə əlaqədar xəbərdarlıq edilir. Həqiqətdə belə bir nigarançılıq var idi ki, müsəlmanlar da yəhudi və məsihilər kimi peyğəmbərlərin və saleh bəndələrin qəbirlərini mə᾽bəd qərar verərək onlara pərəstş etsinlər. Belə olan surətdə şəriət baxımından onların qarşısı alınmalıdır, çünki bu əməlin şirk olmasında heç bir şəkk-şübhə yoxdur. Müddəamızın şahidi Peyğəmbəri-Əkrəmin (s) Allaha xitabən ərz etdiyi duadır: «Pərvərdigara, mənim qəbrimi ibadət olunan büt qərar vermə».1

Əgər peyğəmbərlərin qəbirləri məscid və qibləgah formasına düşərsə, qəbir və onun sahibi pərəstiş edilərsə, əlbəttə şirk və haramdır. Amma sualımız budur ki, müsəlmanların hansı biri ilahi övliyaların qəbrinin yanında məscid tikməklə öz qibləsini dəyişdirərək Allah dərgahında ibadət və səcdə etmək əvəzinə, o qəbir və onun sahibinə səcdə və pərəstiş edir?

Şərif məzarlarda məscid tikilməsini səbəbi ilk növbədə bu işlə həmin məkanlara daha artıq müqəddəslik və hörmət gətirmək və onun savabını həmin yerdə dəfn olunanın sahibinə hədiyyə etmək, eləcə də ibadət və dua mərasimlərini yerinə yetirilməsi şəraitini ziyarətçilər üçün tə᾽min etməkdir.

Amma bu işlərin hamısında yeganə niyyət Allah dərgahına yaxınlaşmaqdır, qiblə də məhz Beytullahul-həramdır.



q) Qəbirlərin üzərində çıraq yandırmaq;

Yuxarıda, Peyğəmbərin qəbirləri ziyarət edən qadınları, eləcə də qəbirlərin üzərində çıraq yandıranları nifrin etməsi barədə İbni Abbasdan nəql olunan hədis vəhhabilər tərəfindən qəbirlərin üzərində çıraq yandırmağın haram olmasını isbat etməyə bir əsas verir.



Bu əqidəni araşdırarkən demək lazımdır ki:

1. Bu hədis sənəd baxımından zəifdir, çünki hədisin sənədində «Bazan» künyəsi ilə tanınan Əbu Saleh vardır və bu şəxs mühəddislərin nəzərində mö᾽təbər sayılmır. Nəsai onun barəsində deyir: «Siqə (e᾽timad olunası adam) deyildir.» İbni Ədi demişdir: «Bir kəsi görmədim ki, ondan razı olsun.» Əbu Hatəm deyir: «Onun hədisini dəlil gətirmək olmaz».

2. Mətninin dəlaləti baxımından demək lazımdır ki, çırağın yandırılması o yerdə qadağan olunur ki, onun heç bir faydası olmasın və nəticəsi yalnız malın tələf edilməsi olsun. Əks halda, əgər fəzanın işıqlandırılması, namaz, dua, Qur᾽an oxumaq üçün münasaib şərait yaradılması üçün olsa, buna hansı əsasla irad tutmaq olar? Bundan əlavə, Termezi İbni Abbasdan nəql edir ki: «Bir gecə Peyğəmbəri-Əkrəm bir qəbirə daxil oldu və onun üçün çıraq yandırdı».

Alimlər də məhz bu mə᾽na əsasında fətva vermişlər. O cümlədən Əzizi «Şərhi camius-səğir» kitabında yazır: «Qəbir üzərində çıraq yandırılması o zaman qadağan olunur ki, onun heç bir şəkildə faydası olmasın, əks halda bu işin heç bir iradı yoxdur». Həmin nəzərin oxşarını Sindi Nəsainin «Sünən» kitabının haşiyəsində və Muğni «Camius-səğir»in haşiyəsində bəyan etmişdir.



d) Qəbrin kənarında dua oxumaq və namaz qılmaq;

İbni Teymiyyə «Ziyarətil-qubur» adlı risaləsində yazır: «Səhabələr Peyğəmbərin (s) rövzəsinə və onun qəbrinin kənarına gələndə salam verirdilər. Dua etmək istəyəndə qəbirdən üz döndərib qibləyə tərəf dururdular.» O, daha sonra deyir: «Keçmiş alimlərdən heç biri qəbirlərin kənarında namaz qılmağı müstəhəbb hesab etməmiş, orada yerinə yetirilən dua və namazı başqa yerlərdəkindən əfzəl hesab etməmişlər, əksinə onların hamısı fikir birliyindədirlər ki, məscidlərdə və evlərdə qılınan namaz saleh bəndələrin və peyğəmbərlərin qəbirləri kənarında qılınan namazdan yaxşıdır».

Bu nəzəri araşdırarkən deməliyik ki:

Əvvəla: «Peyğəmbəri-Əkrəmin, yaxud sair peyğəmbər və salehlərin qəbrinin kənarında dua və namazın caiz olmasını hər bir məkanda namaz qılıb dua oxumağın caiz olmasının ümumiyyəti ilə isbat etmək olar.

İkincisi: Şərif məkanlar, o cümlədən peyğəməbərlərin və ilahi övliyaların qəbirləri ibadət üçün daha münasibdir. Çünki, onların orada dəfn olunması onlara şərafət gətirir. Əgər belə olmasaydı, Allah-taala mö᾿minlərin İbrahim (ə) məqamında namaz qılmalarını tə᾽kid etməzdi.

«(Ya Məhəmməd!) Yadına sal ki, biz Kə`bəni insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik. (Ey mö`minlər!) Sizə də: “İbrahimin durduğu yeri özünüzə namazgah edin!” – dedik...»1

Üçüncüsü: Rəvayət olunmuşdur ki: Fatimeyi Zəhra hər cümə axşamları əmisi Həmzənin qəbrinin ziyarətinə gedir, orada namaz qılır və ağlayırdı.2 Halbuki həzrət Həmzə hicrətin 3-cü ilində şəhid olmuşdu, Peyğəmbər (s) isə hicrətin 10-cu ilində vəfat etmişdir.

Deməli, Fatimeyi-Zəhra yeddi il əmisi Həmzənin qəbrinin ziyarətinə getmiş və orada namaz qılmışdır. Əgər bu iş caiz olmasaydı nə üçün Peyğəmbər (s) onu bu işdən çəkindirməmişdir?

e) Qəbrə təbərrük etmək;

Vəhhabilər saleh bəndələrin qəbrini öpüb təbərrük etməyi və onların üzərlərinə toxunmağı caiz bilmir, həmçinin bunu bütpərəstlərin və müşriklərin əməllərinə oxşadırlar.

Amma, diqqət yetirmək lazımdır ki:

1. Qəbrə təbərrük etmək qəbir sahibinin hörmətinə e᾽tiqad bəsləmək və eləcə də ona məhəbbət və ehtiram göstərmək üçün edilir. Buna görə də əgər qəbirlərə ehtiram və tə᾽zimi ibadət sayıb, onun haram və şirk olduğunu desək, onda Kə᾽bəyə ehtiram, tə᾽zim, təvaf etmək və Həcərül-əsvədə əl sürtüb tə᾽zim etmək, İbrahim məqamına və Hicrə tə᾽zim etmək də şirk sayılacaqdır. Eləcə də ata-anaya ehtiram göstərmək, onların qarşısında tə᾽zim etmək, mələklərin Adəmə səcdə etməsi, həzrət Yusifin ata-anası və qardaşlarının onun qarşısında səcdə etməsi və bu kimi işlərin hamısı onlara ibadət sayılaraq, haram və şirk olardı. Halbuki heç kəs bu fikirdə deyildir.

2. Peyğəmbərin (s) şərif qəbri üzərində təbərrük etmək və ona toxunmaq böyük şəxsiyyətlərin və səhabələrin adətləri idi. Rəvayət olunub ki, Peyğəmbər (s) dəfn olunandan sonra Fatimeyi-Zəhra qəbrin torpağından götürüb gözünə sürtdü və ağladı.3 Həmçinin rəvayət olunmuşdur ki, bir gecə Bilal Peyğəmbəri (s) yuxuda gördü. Peyğəmbər ona xitabən buyurdu: «Bilal! Bu nə cəfadır ki, mənim haqqımda rəva görüb ziyarətimə gəlmirsən?» Bilal ağlar halda yuxudan durdu və Peyğəmbərin (s) qəbrini ziyarət etmək məqsədi ilə Mədinəyə yola düşdü. Peyğəmbərin (s) qəbrini qucaqladı və ağladı.1 Həmçinin İbni Münkədərdən rəvayət olunmuşdur ki, o, dili tutularkən özünü üzü üstə Peyğəmbərin (s) qəbrinin üstünə saldı. Bunun səbəbini soruşduqda, dedi: «Narahatlığım (və xəstəliyim) var idi, Peyğəmbərin (s) qəbri ilə şəfa aldım».2

Z. Bayram keçirmək;

Vəhhabilər Peyğəmbərin (s) milad günündə şadlıq və bayram mərasimlərinin keçirilməsini bid᾽ət hesab edirlər. İbni Teymiyyə deyir: «Bu günün bayram hesab edilməsi yeni bir işdir və İslamda onun əsası yoxdur. Nə əvvəlkilərin, nə Peyğəmbər (s) Əhli-beytinin və nə də başqa şəxslərin arasında bu günün bayram kimi qeyd edilməsi görünməmişdir. Bu əməl məsihilərin həzrət İsa (ə)-la bağlı əlamətdar günlərini qeyd edilməsi kimidir. Əgər Peyğəmbərə (s) tə᾽zim və məhəbbət göstərmək xeyirli və üstün bir əməl olsaydı, bizdən əvvəl yaşayanlar bu işi görməyə daha layiqli olardı.»3

Vəhhabilər bu barədə Peyğəmbərdən (s) nəql olunan bir hədisə istinad edib deyirlər ki, o həzrət (s) buyurmuşdur: «Öz evlərinizi qəbirə oxşatmayın və mənim qəbrimi bayram etməyin, əksinə mənə salavat göndərin ki, sizin salamınız harda olsam, mənə çatacaq.»4

TƏNQİD VƏ ARAŞDIRMALAR


1. Yuxarıda qeyd olunan hədis sənəd baxımından münaqişəli olmaqdan əlavə, mətn baxımından da naqisdir. Çünki, «eyd» mövsüm mə᾽nasınadır və bu cümlədə qəbir sözü xəbər ola bilməz. Çünki «qəbrin bayram edilməsinin» heç bir mə᾽nası yoxdur. «Eyd» zamanla əlaqədardır və demək olar ki, filan zaman, filan gün bayram olaraq nəzərdə tutulur. Bundan əlavə, əgər hədisin zahiri mə᾽nasını nəzərə alsaq belə, onun ilk hissəsi müsəlmanlar tərəfindən diqqət mərkəzinə alınmamışdır. Çünki, Peyğəmbəri-Əkrəmin mübarək cənazəsi məhz öz evində dəfn edilmişdir.

2. Ehtiram və tə᾽zimin ibadətlə əsaslı fərqi vardır. Çünki ibadət o yerdə olar ki, mə᾽budun «ilah» və «rəbb» olması nəzərdə tutulsun. Bu da Peyğəmbərin (s) (yaxud sair ilahi övliyaların və böyük şəxsiyyətlərin) əzizlənib ehtiramla yad edilməsi, onların təvəllüdünün bayram tutulmasına aid edilə bilməz.

3. İslam şəriətində hər hansı işlə əlaqədar aşkar şəkildə qadağan gəlməyibsə, ilk qayda o işin caiz və mübah olmasını tələb edir. Bundan əlavə, Peyğəmbərə (s) və onun Əhli-beytinə qarşı məhəbbət bəsləməklə əlaqədar aşkar Qur᾽an ayəsi möcuddur.

«(Ya Peyğəmbər!) De ki: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlarıma məhəbbətdən başqa bir şey istəmirəm”...»5

Buna əsasən Peyğəmbərin (s) yaxud Əhli-beytinin təvəllüd günləri münasibəti ilə bayram, şənlik keçirmək bu pak və şərafətli ailəyə məhəbbət göstərməyin ən bariz nümunələrindən biridir.


SUALLAR VƏ TAPŞIRIQLAR


1. Vəhhabilər ilahi övliyaların qəbirləri üzərində məscid tikməyin haram olmasına nə kimi dəlil gətirirlər? Onun cavabı nədir?

2. Nə üçün vəhhabilər qəbirlərin üzərində çıraq yandırmağın əleyhinədirlər? Onların dəlilləri düzgündürmü?

3. Hansı hallarda qəbirlərin kənarında dua və ibadət etmək caiz olmaz?

4. Vəhhabilərin qəbirlərə təbərrük etmək barəsində nəzərləri nədir?

5. Qəbirlərə təbərrük etməyin caiz olmasını necə isbat etmək olar?

6. Vəhhabilərin ilahi övliyaların miladları münasibəti ilə bayram keçirməyin caiz olmamasına dəlilləri nədir?

7. Bu bayramların keçirilməsinin caiz olmasını necə isbat etmək olar?

İYİRMİ ALTINCI DƏRS




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə