Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə18/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   14   15   16   17   18   19   20   21   ...   67

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
55 
DOLUN  –  tam,  bütün.  Qədim  oğuz  dillərinə  aiddir.  Əski 
Yakutiya türklərində bərəkəti simvolizə edən müqəddəs ruhdur.  
DRAMATĠZM  [yun.  Drama]  –  estetik  kateqoriya;  Yunan 
dilində drama – hərəkət deməkdir. İnsan həyatının ziddiyyətlərini 
və münaqişələrini, insanın onu əhatə edən ictimai və təbii mühitlə 
qarşılıqlı münasibətini əks etdirir və ümumiləşdirir. 
DUYĞU [alm. Gefühl; fr. Sentiment; ing. Feeling, sentiment; 
osm. tr. his; ər.   ظح]. Ani və istəklə bərabər duyğu hissi, həzz və 
ağrını  hiss  edə  bilmə  kimi  ortaya  çıxaran  üçüncü  əsas  orqana 
verilən  addır.  Digər  bir  deyimlə  duyğular  maddi  və  mənəvi  ola 
bilir.  Misal  üçün  vəziyyətə  görə  ortaya  çıxan  duyğular,  xoşbəxt-
lik, yaxud bədbəxtlik və s. kimi; Nəyəsə istiqamətlənmiş, xüsusi-
lədə  estetik,  ruhi  –  fikri  [çaşma,  heyranlıq]  və  əxlaqi  –  ictimai 
duyğular [tapşırıq duyğusu, hörmət və s.].  
DUHA  –  yaradıcılıq  istedadının  ən  yüksək  dərəcəsi;  bu  cür 
istedad yalnız insana xasdır. 
DÜġÜNCƏ  [ru.  Рассудок;  alm.  Gedanke;  fr.  pensȇe;  ing. 
Thought;  osm.  tr.  fikir;  ər.  شكف]  –  Düşünmə  qabiliyətinin  özü, 
yaxud düşünmənin məhsulu, düşünülən şey. Bəzən ideya və prin-
siplərə  də  deyilir.  Əski  türkcədir.  Dilimizdə  ərəbcədən  qarşılığı 
olan fikir, yaxud təfəkkür kəlmələri də işlənir. DüĢünmə forması 
[alm.  Denkform;  fr.  Libertè  dè  pensèe;  osm.  tr.  tefekkür 
hürriyyeti; ər. شُّىفرآ خٌشد] – Düşünmənin xarici təzyiq və hər hansı 
bir qayda ilə məhdudlaşdırılmaması və bunların təzyiqindən müs-
təqil  və  sadəcə  özündən  məsul  olması.  DüĢünürəm  demək  ki, 
varam  [Lat.  Cogito  ergo  sum]  –  Maddənin  özünüdərkində  öz 
şüuruna  varıb  öz  varlığını  vasitəsiz  formada  qavramasını  dilə 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
56 
gətirən  əsas  prinsip.  Əslində  bu  prinsip  varlığın  deyil,  ―mən‖in 
təkan verdiyi yeni bir düşüncə formasının ortaya çıxmasına səbəb 
olmuşdur. 
DÜNYA [alm. Welt;  fr. Monde; ing. World;  lat. Mundus;  ər. 
اَُذنأ].  1.  Bir-biri  ilə  qanuni  əlaqəsi  olan,  bir  sistemlə 
müəyyənləşmiş tək-tək şeylərin və hadisələrin hamısı. Yaxud eyni 
qaydalara və qanunlara bağlı olan şeylərin, varlıqların təşkil etdiyi 
bütün.  Üzərində  yaşadığımız  Yer  üzü  planeti.  Şüurun  xaricində 
qalan  hər  şeydən  ibarət  olan  obyekt  dünyası.  Dünyagörüşü 
[alm.Weltahschaung;  ing.  outlook]  –  Kainatın  mənasını,  prinsi-
pini,  dəyərini,  insan  varlığını  və  davranışlarını  tamamilə  qavra-
mağa çalışan ümumi düşüncə, dünyaya ümumi bir baxış.  


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
57 
 

 
EFORAT -  Qədim  Spartada  ildə  bir  dəfə  seçilən  5  nəfər  ali 
vəzifəli şəxsdən ibarət kollegiya, ali nəzarət orqanı. Tam hüquqlu 
vətandaşların  məclisində  seçilirdi.  Təqribən  e.ə  VIII  əsrin 
ortalarında təsis edilmiş, e.ə III əsrsə öz əhəmiyyətini itirmişdir. 
EVDEMONĠZM  [yun.  Eudaimonia  –  həzz,  səadət,  xoşbəxt-
lik]  –  etikanın  gedonizmə  yaxın  olan  metodoloji  prinsipi.  Xoş-
bəxtliyi, səadəti təmsil edər.  
EVRĠSTĠKA  [yun.  Heurisko  –  axtarıram,  kəşf  edirəm  ]  – 
yaradıcılıq fəaliyyətini, yeninin kəşfinə və təlimdə istifadə olunan 
metodları öyrənən elm. 
EQO  [Alm.  Ich;  ing. Myself,  I;  lat.  Ego;  osm.  tr.  ene;  ər.  ؤَأ]. 
bir kimsənin şəxsiyyətini meydana gətirən təməl element, mən. 
fərdi  o  biri  varlıqlardan  ayıran  şüur.  Freydə  görə  əsas  və  ən 
primitiv mənlikdir. Ana qaynağı cinsəllik, aclıq kimi ehtiyacların 
ən eqoistcəsinə doyurulmasıdır 
EKKLESĠYA - Qədim  Yunanıstanda xalq  yığıncağınım  ən 
çox  yayılmış  adı.Bütün  növ  məsələlər  Ekklesiyada  müzakirə 
edilirdi. 
EKZOQAMĠYA (yunanca  ―ekzo‖-xarici,  ―qamos‖-nigah)  – 
hərfi  mənada  kənardan  nikah  olmaqla  nəslin  mühüm  əlaməti 
sayılır.  Ekzoqamiya  prinsipinə  əməl  edilməsi  nəslin  üzvlərinin 
təsərrüfat və ailə-nikah münasibətlərində böyük rol oynayırdı. 
ELĠTA fransızca  seçilmiş  deməkdir.  Hakimiyyətin  daşıyıcısı 
anlamına gəlir. 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
58 
EMFĠTEVZĠS -  Roma  hüququnda  başqasının  torpağından 
istifadəyə olan irsi hüquq. Yüz il və daha uzun müddətə bağlanan 
icarə  müqaviləsi  ilə  müəyyən  olunurdu  və  icarəyə  götürən, 
torpaqdan  istifadəyə  və  sərancam  verməyə  münasibətdə  bütün 
hüquqlara malik idi. 
ENDOQAMĠYA (yunanca  ―endoi‖-daxili,  ―qamos‖-nikah)  –
hərfi mənada daxili nikah deməkdir. Endoqamiya, bir etnik birlik 
kimi qəbilənin çox mühüm əlaməti olmuşdur. 
EQOĠZM [Alm. Egoismus; fr. Ègoisme; ing. Egoism; osm. tr. 
hadkamlik; lat. ego – mən] – 1. Ümumi mənada: mən düşkünlüyü
özünə  düşkünlük,  başqalarını  hesaba  qatmadan  ancaq  özünü 
düşünmək,  öz  mənfəətini  düşünmək.  İnsanı  cəmiyyətə  və  digər 
adamlara  münasibəti  baxımından  səciyyələndirən  həyat  prinsipi 
və əxlaqi keyfiyyət. 
EQOSENTRĠZM  [alm.  Egozentrismus;  fr.  Egocentrisme; 
osm. tr. li-l eneiyye; ər. حُﺋأَْ] – sözün kökü latın dilindəki ―ego 
–  mən‖  kəlməsindən  törəyib.  –  sentrizm  əlavəsi  isə  ideya  və 
konsepsiyalarda  artırılan  şəkilçi  mahiyyətini  daşıyır.  Centr  – 
mərkəz, ism – isə ideologiya mənasını ifadə edir. Ərəbcə variantı 
isə  mən  -  ؤٔأ  sözünə  ي  –  üçün  şəkilçisi  artırılmaqla  düzəlmişdir. 
―Mən‖i  qərar  və  hadisələrin  mərkəzinə  yerləşdirmə,  yaxud 
insanın öz aləmini yüksəklərə qaldıraraq bütün dünya hesab edən 
özünün maddi və mənəvi dəyərlərini bütün dünyaya müncər edən 
dünyagörüşü forması.  
EQZOTERĠK  [alm.  Exoterich;  fr.  Exoterique;  ing.  Exoteric; 
yun. Ekso = xaricdə, çöldə; osm. tr. harici] – xaricdə olan, çöldə 
olan, daxildə olmayan. Eqzoterik, etimoloji olaraq ―xaricə doğru‖, 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə