Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə72/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   68   69   70   71   72   73   74   75   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

232


qılınc və odlu silah üçün sursat olmasın. Heç bir qiymət qarşısında dayan-

mırdılar, silahı Qafqaz cəbhəsini tərk edən rus əsgərlərdən alırdılar, digər 

yerlərdən gətizdirirdilər və ümumiyyətlə, mümkün olan hər yerdən əldə 

edirdilər. Bu sətirləri yazan bir neçə il ərzində erməni evlərinə gedib-gə-

lirdi və bütün bu tüfəng və revolverlərin və onlarla meydan oxumaqların 

qarşısında – yalnız heyrətini bildirirdi. Lakin cavab bir idi: “Tezliklə, çox 

tezliklə tatarlar gələcəklər və Sizi doğrayacaqlar və Siz bizim silah ehti-

yatı görməyimizin səbəbini onda anlayacaqsınız, lakin artıq gec olacaq”. 

– İzn verin, söyləyim ki, artıq mən uzun illərdir bu adamların arasında 

yaşayıram. Onlar yəhudilərlə mehriban dolanırlar, bizim aramızda heç bir 

anlaşılmazlıq yoxdur, onlar birdən-birə məni necə öldürə bilər. – “Bəli, biz 

deyəndir, görəcəksiniz. Onlar qalan əhalidən yaxa qurtarmaq və burada öz 

padşahlıqlarını yaratmaq istəyirlər”. Bax, ermənilər, onların dediklərinə 

görə, qarşıdakı müsəlman çıxışlarını və ermənilərin niyə silah ehtiyatı 

gördüklərini bununla əsaslandırırdılar.

Bakı mətbuatı qəfildən əhalini gözləyən təhlükə haqqında danışmağa 

başladı. Mətbuat bu həyəcanlı əlamətlərə reaksiya verir və “bunun bizdən 

yan keçməsi üçün” uğurlu çıxış yolu axtarırdı. Artıq real forma daşıyan bu 

həyəcanlı şayiələri – milli zəmində qanlı çıxışlar haqqında şübhələri da-

ğıtmaq üçün ümumxalq ibadət – mitinqləri təşkil etmək qərarına gəldilər 

ki, hər bir millət xalq kollektivi qarşısında dini-təntənəli şəraitdə öz dəru-

ni düşüncələrini büruzə verə bilsin. İlk ibadət mərasimi Aleksandr Nevski 

kilsəsində

97

 keçirildi. Mərasimin keçirildiyi kilsənin həyəti sonsuz sayda 



adamlarla dolu idi, çünki dua edənlərin hamısının məbədin içinə sığışma-

sı mümkün deyildi. Müsəlmanlar xristianlarla birlikdə dua edirdilər. İn-

cilin yanında Quran qoyulmuşdu. Müsəlmanlar “Allah” deyərək, haray və 

fəryadla üzü üstə düşür, sülhün göndərilməsi və Bakı şəhərində qan tökül-

məməsi üçün səylə dua edirdilər. Onlar açıq ürəklə və səmimi münasibətlə 

isti göz yaşları axıdır və hər hansı bir millətə qarşı heç bir kinli məqsəd 

və niyyətlərinin olmadığına and içirdilər. Məşhur Topçubaşovun

98

 dili ilə 



“Yaşa və başqalarına yaşamağa imkan ver” şüarı elan edildi. 

Sülhün faydası və qan tökülməsinin və düşmənçiliyin məhvedici ol-

ması mövzusunda bir çox çıxışlardan sonra, camaat evlərinə dağılışdı və 

sanki ürəklərdə bir yüngüllük yarandı. İkinci ibadət mərasimi “Təzəpir” 

məscidində keçirildi və daha təntənəli və səmimi olmaqla, heç bir məkrli 

niyyətlər güdməyərək yaxın gələcəyə müəyyən inamsızlıqla sirayətlən-




233

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ

miş insanlara böyük yüngüllük gətirdi. Üçüncü ibadət mərasimi Parapet-

dəki erməni kilsəsində keçirilirdi. Erməni keşişlər yan qapıların ağzında 

duraraq, “imtiyazlı əhalini” içəri buraxır və müsəlmanlar qarşısında tə-

zim edirdi, camaat isə kilsəyə giriş qapılarından daxil olurdu. Təntənə 

çox, lakin səmimiyyət az idi, ürəkaçıqlığı ondan da az idi. Xorun oxuması 

çox vaxt apardı. Müsəlmanların sayı çox idi, onlara iltifat edir, səcdəgaha 

yaxın və qabaq sıralarda yer göstərirdilər. Lakin ermənilərin gözlərində 

müsəlmanlara qarşı acı kinayə və istehza qarışıq nə isə sezilirdi. Uzun-u-

zadı oxuma bitdi. Nitqlər başlandı. Müsəlman mollalar hər çıxışdan qabaq 

dua edir, sonra isə öz nitqlərində, iki xalqın sülh içində yaşadığı, dövlətin 

eyni hüquqlu üzvləri kimi ümumdövlət işlərində dostcasına iştirak etdik-

ləri uzaq işıqlı vaxtları xatırlayırdılar. Bu çıxışlardan çox fərəhləndirici 

təəssüratlar yaranırdı. Hər cür şübhələr itib gedirdi. Ermənilərin çıxışla-

rından və zəhərli baxışlarından isə belə alınmırdı. 

Xarakteristika üçün Bakı şəhərinin köhnə sakini və ictimai xadimi olan 

hörmətli doktor Q.-nin mənə danışdığı sözləri misal gətirəcəyəm. Doktor 

Q., ictimai xadimlərin yığıncağında iştirak edirmiş və bu xadimlər arasın-

da erməni X. da varmış. Saatını çıxararaq X. deyir: “Artıq saat 12-dir, mən 

gərək erməni kilsəsində barışıq haqqında ibadətə tələsim”. Doktor Q: “Niyə 

tələsirsiniz?” – “Lazımdır. Əvvəlcədən bilirəm ki, bu komediyadan heç nə 

çıxmayacaq, amma hər halda fason üçün iştirak etmək lazımdır. Bundan 

heç nə alınmayacaqdır. Tam əminliklə söyləyirəm”. Ermənilərin əsl astarı 

və qan tökülməsindən qurtulmağa qarşı münasibəti bax belə idi.

Əlamətdar hadisələr ərəfəsində ermənilərin ayrı-ayrı evlərdə, elə bil ki, 

mənzillər üzrə yığıncaqları keçirilirdi. Bu yığıncaqların təfərrüatını bil-

mirəm, amma mövzu eyni idi: hazırlaşmaq lazımdır, çünki çıxış etmək 

günü yaxınlaşır və indi bütün yığıncaq üzvləri fəal əməliyyatlar üçün bu 

barədə məlumatlandırılacaqdır. Mən özüm şəxsən 2 belə yığıncağın şa-

hidi olmuşam. Yığıncaqların keçirildiyi bu evlərə mən artıq neçə illərdir 

ki, hər gün gedib-gəlirəm. Orada heç vaxt ictimai xarakterli yığıncaqlar 

olmurdu. Mən heyrətlə onlara baxaraq hansı məqsədlə toplaşdıqları-

nı soruşurdum, lakin onlar mənə cavab vermirdilər. Mən bütün bunlara 

şübhə ilə yanaşırdım, lakin anlaya bilmirdim. Sonralar, yalnız ev yiyələ-

rindən biri ilə söhbətlərdən hər şey aydın oldu. Orada müzakirə edirdilər, 

və ya bəlkə də heç müzakirə etmirdilər, yekdilliklə qərara gəlmişdilər ki, 

müsəlmanların bolşeviklərə olan mənfi münasibətlərinə görə bolşeviklər 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə