Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə70/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   66   67   68   69   70   71   72   73   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

224


Sənəd № 557

Dindirmə protokolu

1918-ci il, 9 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Qızılgül Zərbalı qızı, 35 yaşlı, Bakı şəhərinin sakini, Ramana kən-

dində, 13 №-il evdə yaşayıram.

Mart ayında, ermənilər bizim müsəlmanlara qarşı silahlı çıxış edən-

də mən də onların zorakılıqlarının qurbanı oldum. Mənim 10 yaşlı oğlum 

qorxudan öldü. Mən qaçdım, onlar isə məni 8635 rubl məbləğində qarət 

etdilər. Əmlakımın siyahısını təqdim edirəm.

İfadə oxundu. 

Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ələk. Xasməmmədov (imza).

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 92.

Sənəd № 559

Dindirmə protokolu

1918-ci il, 17 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Xanımana Hacı Əmrah qızı, 50 yaşlı, Ramana kəndinin sakini, elə 

orada yaşayıram.

Bu il sentyabr ayının ortalarında erməni əsgərləri Ramana kəndinə 

girdilər və mənim evimi 40.865 rubl məbləğində qarət etdilər. Oğurlanmış 

əmlakın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. 

Mən qaçmağa macal tapdım, amma mənim ərim Ramanada qaldı, və er-

mənilər ona nə etdilər, mən indiyədək bilmirəm. Çox güman ki, erməni 

əsgərləri onu öldürmüşlər.



225

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v.79.

Sənəd № 561

Dindirmə protokolu

1918-ci il, 18 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Durna Hacı Gülmirzə qızı, 28 yaşlı, Ramana kəndinin sakiniyəm

elə orada yaşayıram.

Erməni əsgərləri geri çəkilərkən Ramana kəndinə girdilər, mənim 

ərim Yəhya Bala Şahbaz oğlunu öldürdülər və mənim evimi və mənzilimi 

11.000 rubl məbləğində qarət etdilər. Oğurlanmış əmlakın siyahısını təq-

dim edirəm və işə əlavə olunmasını xahiş edirəm. 

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v.25.



Sənəd № 565

Dindirmə protokolu

1918-ci il, 23 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Sona Eyvaz Əli qızı, 32 yaşlı, Bakı qəzası, Ramana kəndində yaşayıram.

Sentyabr ayında ermənilər bizim evə soxuldular, mənim ərim Nağdəli 

İsgəndər oğlunu öldürdülər və mənim təqdim etdiyim ərizədə sadaladığım 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

226


əşyalarımızı apardılar. Bizə 15.933 rubl məbləğində zərər vurulmuşdur. 

Oxundu. Savadsızdır.

Komissiya üzvü: А.Kluge (imza). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 183.



Sənəd № 566

Dindirmə protokolu

1918-ci il, 26 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Şəpi Kərbəlayı Zərbəli qızı, 40 yaşlı, Ramana kəndində 343 №-il evdə 

yaşayıram.

Bu ilin sentyabrında Ramana kəndində ermənilər mənim ərimi, 60 yaş-

lı İmam Məmmədi öldürdülər və mən 11 yaşlı oğlum Əmir Hacı ilə qaldım. 

Ermənilər tərəfindən bizim əmlakımız qarət edilmişdir və onların siyahısını 

işə əlavə etməyi xahiş edirəm. Əmlakımızın 19.805 rubl dəyəri var idi. 

Oxundu. Şəpi Kərbəlayı Zərbəli qızı. Savadsızdır. 

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 77.



Sənəd № 567

Dindirmə protokolu

1919-cu il, 24 fevral. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Gövhər Nuru qızı, 30 yaşlı, Ağamalı Niftəli oğlunun dul arvadı, Sa-

bunçu-Balaxanı Polismeysterliyi, 2-ci polis sahəsi, Ramana kəndinin 

sakiniyəm, elə orada, 13 №-il evdə yaşayıram.

1918-ci ilin sentyabrında, erməni əsgərləri Ramana kəndinə hücum 



227

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

edəndə, mən rəhmətlik ərim Ağamalı və uşaqlarımla birlikdə Maştağa 

kəndinə qaçmaqla xilas olduq. Biz orada çox əziyyətlərə düçar olduq və 

mənim ərim xəstələnərək öldü. Mən əlimdə azyaşlı uşaqlarla binəsib 

dul qaldım: ermənilər bizim 10.650 rubl məbləğində (yeni qiymətlə) bü-

tün əmlakımızı qarət etmişlər. Oğurlanmış əmlakımızın siyahısını işə 

əlavə etməyinizi xahiş edirəm.

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: A.Hacı-İrzayev, А.Kluge, (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 86.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə