Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə103/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   99   100   101   102   103   104   105   106   ...   137

333

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)



Sənəd № 863

Dindirmə protokolu

1918-ci il, 5 dekabr, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Şahrza Mehdi oğlu, 39 yaşım var, Ramana kəndinin sakiniyəm və 

orada yaşayıram.

Azərbaycan-türk qoşunları hücum edərkən erməni qoşunları geri çə-

kilməyə başladılar. Onlar geri çəkiləndə, biz, Ramana kəndinin sakinlə-

ri, Ramanadan digər kəndlərə qaçdıq, çünki bilirdik ki, ermənilər bizi 

də Zabrat kəndində olduğu kimi öldürəcəklər. Zabratda ermənilər kişi, 

qadın və uşaqları öldürmüşlər. Ramana kəndindən on iki nəfərə yaxın 

müsəlman qaçmağa macal tapmamışdı və onları Adıgözəlin həyətində 

süngü və qundaqlarla qətlə yetirmişdilər. Meyitlər tikə-tikə doğranmış 

və eybəcər hala salınmışdı. Biz cəsədləri basdırmazdan əvvəl yumadıq, 

yalnız cəsədlərin tikələrini topladıq, ağ parçaya bükdük və bu cür dəfn 

etdik. Ermənilər müsəlmanları imkan düşdüyü yerdə qətlə yetirirdilər. 

Mən Ramana kəndinə qayıdarkən, Buzovna kəndinə gedən yolda, Rama-

na və Maştağa torpaqlarının sərhədində olan bağın yaxınlığında bir-bi-

rinə bağlanmış 14 müsəlman meyitinə rast gəldim. Meyitlər eybəcər 

hala salınmışdı, qolları, ayaqları, başları kəsilmiş, başlarının dərisi so-

yulmuşdu. Müsəlmanların hamısını süngülərlə öldürmüşdülər. Meyit-

lərin arasında dörd qadın cəsədi də var idi. Kəndlilər su quyularında da 

xeyli meyit aşkar etmişdilər. Ramana kəndində mənim mənzilimi və 

evimi tamamilə qarət etmiş və 19.340 rubl dəyərində ziyan vurmuşlar. 

Bu əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş 

edirəm. Siyahıya əlavə etmədiyim qalan əşyalarımı isə ermənilər sındı-

rıblar. Ermənilər Ramana kəndində demək olar ki, heç nə saxlamayıblar 

və hətta samanın da hamısını aparıblar.

İmza. 


Komissiya üzvləri: Məmməd Xan Тəkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 21.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

334


Sənəd № 865

Dindirmə protokolu

1918-ci il, 20 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Mirpənc Mirdadaş oğlu, 20 yaşım var, Bakı qəzası, Ramana kəndi, 

217 №-li evdə yaşayıram.

Bu ilin sentyabrında ermənilər Ramana kəndində mənim 45 yaşlı qar-

daşım Mir Razini qətlə yetirmişlər, lakin mən onun meyitini tapa bilmə-

dim. Onun ölümündən sonra arvadı bu dərddən öldü və 1 yaşlı oğlu Seyid 

Qulu yetim qaldı. Ermənilər 24.335 rubl dəyərində mənim və 15.465 rubl 

dəyərində qardaşımın əmlakını qarət etmişlər. İki siyahı təqdim edirəm 

və işə əlavə olunmasını xahiş edirəm.

Oxundu. 


Əlavə edim ki, həmçinin ermənilər 80 yaşlı atam Mirdadaş Səidqulu 

oğlunun 4480 rubl dəyərində əmlakını qarət ediblər və atam yaşlı olduğu 

üçün onun əvəzinə siyahını mən təqdim edirəm.

Oxundu. İmza.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 43.



Sənəd № 866

Dindirmə protokolu

1919-cu il, 21 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Əlican Hacı Xəlil oğlu, 36 yaşım var, Bakı qəzasının Ramana kən-

dində yaşayıram.

Bu ilin sentyabrında erməni əsgərləri Ramana kəndini qarət etmiş-




335

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)

lər. Bu zaman mənim də evim zərər çəkmişdir. Ermənilər mənim təqdim 

etdiyim ərizədə adları sadalanan ev əşyalarımı və müxtəlif ərzaqlarımı 

oğurlamışdılar. Mənim ümumilikdə 37.245 rubl dəyərində əşyalarım oğur-

lanıb. Bu vaxt atam Hacı Xəlil Baba oğlu da öldürülmüşdür.

Oxundu. İmza (ərəb hərfləri ilə).

Komissiya üzvləri: А.Kluge, M. Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 37.

Sənəd № 867

Dindirmə protokolu

1918-ci il, 9 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Xeyri Atababa oğlu, 30 yaş, Ramana kəndinin sakini, savadsızam.

Türklər hücuma keçdikdən sonra ermənilər geri çəkilməyə başladılar. 

Ermənilərin Sabunçudan Ramanaya tərəf geri çəkildiyini gördükdə, biz 

tələsik Ramana kəndini tərk etdik və qaçdıq. Ermənilər kəndə girdilər və 

bütün kəndi talan etdilər. Ermənilər mənim evimi tamamilə qarət etmiş, 

qapı və pəncərələri isə sındırmışdılar. Ermənilər mənim evimdən 46980 

rubl dəyərində əmlakımı qarət etdilər. Əşyalarımın siyahısını təqdim 

edirəm və işə əlavə olunmasını xahiş edirəm. Kənddən qaçmağa macal 

tapmamış bütün qoca, qadın və uşaqları erməni əsgərləri öldürmüşlər. 

Oxundu. İmza. 

Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 110.



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə