Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə111/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   107   108   109   110   111   112   113   114   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

358


Stepan Lalayev, Ruben Ağamalıyans və şahidlərin adlarını bilmədiyi, 

lakin müttəfiq dövlətlərin qoşunları Bakıya girdikdən sonra dəfələrlə Er-

mansın Olqinskaya küçəsindəki aptekinin yanında və Şamaxinkada gör-

dükləri digər şəxslərin başçılığı altında erməni əsgərləri gün ərzində bir 

neçə dəfə həmin müsəlmanların yanına gəlmişlər. Bu dəstələr hər dəfə 

10-15 nəfər müsəlmanı özləri ilə götürür, onları gah həbsxanaya, gah da 

şəhər kənarına, yaxınlıqda yerləşən bağlara aparmışlar. 

Onlar orada müsəlmanları dözülməz işgəncələrə məruz qoyur və qətlə ye-

tirirdilər. 8-10 nəfəri bir-birinə bağlayır və kimin tüfənginin gülləsi daha çox 

insanı deşib keçəcəyindən mərc gəlirdilər. Bundan əlavə, onlar müsəlmanla-

rı zəncir kimi (əl-ələ) bağlayır və sonra qıraqdakından başlayaraq, xəncərlə 

baş, qarın və sinəsinə zərbələr endirərək, insanları bir-birinin ardınca öldü-

rürdülər. Bəzilərini üz-üzə bağlayır və hər ikisinin başını bir qılınc zərbəsi ilə 

üzməyə cəhd edirdilər. Sonuncu üsulla 50 nəfərə yaxın adam öldürülmüşdür 

və türk qoşunları Petrovk şəhərinə gəldikdən sonra onların cəsədləri bir-bi-

rinə bağlı şəkildə aşkar edilmişdir. Lalayevin dəstəsi tərəfindən qətlə yeti-

rilmiş müsəlmanların cəsədləri, kəllə sümükləri parçalanmış, əlsiz, ayaqsız 

şəkildə olmaqla, dəhşətli dərəcədə eybəcər hala salınmışdı. Sağ qalmış bəzi 

müsəlman şahidlərin ifadələrinə görə, onlara yalnız türk qoşunları artıq Pet-

rovsk şəhərinə daxil olduğu üçün növbə çatmamışdır və Lalayev yoldaşları ilə 

birlikdə şəhəri tərk etməli olmuşlar. Türk qoşunları işgəncə verilmiş və qətlə 

yetirilmiş müsəlmanların sayının dəqiqləşdirilməsi, habelə onların fotoşə-

killərinin çəkilməsi ilə məşğul olmuşlar. Həmin şahidlərin ifadələrinə görə 

eybəcər hala salınmış xeyli cəsəd həbsxananın xüsusi otağında aşkar edil-

mişdir, Lalayev yoldaşları ilə birlikdə müsəlmanlara qarşı bağlarda və həbsxa-

nanın arxasında törətdiklərini eyni ilə burada da törətmişdir.

Stepan Lalayev başçılıq etdiyi böyük erməni əsgərlərinin dəstəsi, Samson 

Əmirov və Saatsazbəyov ilə Şamaxıya gəlmiş, adları çəkilən şəxslərlə və yerli 

sakinlərdən Arzumanov, Gülbəndov və başqaları ilə birlikdə şəhərdəki bütün 

məscidlərin istisnasız olaraq hamısının mühasirəyə alınmasını əmr etmiş-

dir; Müsəlmanların adətlərinə görə qadınların, qoca və uşaqların gizləndiyi 

bu məscidlərə od vurmaq, bayıra qaçmağa cəhd edənləri öldürmək əmri ve-

rilmişdir; Beləliklə məscidlərdə gizlənənlərin hamısı diri-diri alov içində ya-

naraq dəhşətli ölümlə həlak olmuşlar. Şamaxı şəhərinin müsəlmanlar yaşa-

yan hissəsi də demək olar ki, eyni üsulla tamamilə məhv edilmişdir. 

Lalayevin əmri ilə onun əsgərləri gənc müsəlman qızlarını Lalayevin 




359

FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ

Şamaxıdakı xüsusi evinə aparır, onları soyundurur, zorla içirdərək sərxoş 

edir, zurnanın sədaları altında rəqs etməyə məcbur edirdilər; sonra isə 

qızları zorlayaraq, bəzilərini yerindəcə qətlə yetirir, o birilərini isə hündür 

balkondan aşağı atır və bu yolla öldürürdülər. Lalayevin bu üsulla namusu 

ləkələnmiş qurbanlarından yalnız 7 nəfər qız türk qoşunlarının Şamaxıya 

gəlməsi nəticəsində xilas ola bilmişdir.

Sizin arzu etdiyiniz təqdirdə şahid ifadələrinin əslindən çıxarışlar təq-

dim oluna bilər.

Komissiyanın sədri: Ə.Xasməmmədov (imza).

Komissiya üzvü: Aleksandroviç (imza). 

Komissiya üzvü: А.Kluge (imza)

AR Pİİ SSA, f. 1061, s. 1, iş 99, v. 6-8.



Sənəd № 1101

Müttəfiq Dövlətlər Polisinin Komissarı

125


4 fevral 1919-cu il. Bakı şəhəri

Ədliyyə Naziri Cənablarına

(surəti Dairə Məhkəməsinin Sədri Cənablarına)

İttifaq Hərbi Məhkəməsi tərəfindən Stepan Lalayevin işinin araşdırıl-

ması ilə bağlı yaranmış texniki çətinliklər, yəni yerli hakimiyyət orqanları 

vasitəsilə şahidlərin dəvət edilməsi, onların hakimlərin tanış olmadığı dil-

lərdə dindirilməsi, şahid ifadələrinin bu şəkildə təkrar edilməsi səbəbindən 

məhkəmə prosesinin uzanması və s. nəticəsində Müttəfiq Qoşunların Bakı 

şəhərindəki Ali Baş Komandanı adı çəkilən zabiti yerli hakimiyyətin məh-

kəmə orqanlarına vermək qərarına gəlmişdir.

Adı çəkilən müttəhimin məndən alınmasının Sizin üçün nə zaman əl-

verişli olacağı barədə məni vaxtında xəbərdar etmənizi, eləcə də mənim 

həmin bu məktubun surətini göndərdiyim Dairə Məhkəməsinin cənab 

Prokurorunu xəbərdar etmənizi lütfən xahiş edirəm.

Bununla, məndə olan və bu işə aid bütün sənədləri də əlavə edirəm.

Polkovnik (imza)

Komissarın adyutantı: Kapitan (imza)

AR Pİİ SSA, f. 1061, s. 1, i. 99, v. 9.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

360


Sənəd № 1136

QƏRAR

1919-cu il, 20 noyabr. 

Mən – Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Aleksandroviç, Bakı 

şəhərinin və onun ətrafının talan edilməsinə dair işə baxaraq, və iş üzrə 

müttəhim qismində Stepan Lalayevin, Georgi Melikovun, Astvasatur Vaç-

yansın, Yequş Quliyansın, Levon Varşamyansın və digərlərinin cinayət 

məsuliyyətinə cəlb edildiyini, və Stepan Lalayevə, Georgi Melikova, Ast-

vatsatur Vaçiansa, Yequş Quliyansa, Levon Varşamyansa qarşı ittiham irə-

li sürüldüyünü, və işdən göründüyü kimi, digər müttəhimlərin: Artyom 

Nikolayeviç Ter Akopovun, Fridun Antonovun, İşxan Qarabəyovun, İşxan 

Qarabəyovun qaynı Nikolayın, Tatevos Əmirovun, Hayk Yeramış oğlunun 

(dərzi), İsaak Baqdasarovun (çəkməçi), Aleksandr Ter-Qazarovun, Levon 

Ter-Qazarovun, Arşak Avetisovun (bərbər), Levon Arutyunov Qaraxanyan-

sın, Sergey Melikovun, Ambarsum Melikovun, Xristofor Dildarovun, Xaça-

tur Martirosovun, Yeqiş Paxlavuninin və Levon Saatsazbəyovun axtarılıb 

tapılmadığını və onların yaşayış yerinin məlum olmadığını, iş üzrə cəlb 

edilənlər müttəhimlər barəsində Cinayət Prosessual Məcəlləsinin 448-ci 

maddəsinin tələbinin hər bir müttəhimə ayrı-ayrılıqda ona aid olan istin-

taq materiallarının açıqlanması mənasında yerinə yetirildiyini, Cinayət 

Prosessual Məcəlləsinin 386-cı maddəsinə uyğun olaraq iş üzrə ittiham 

olunanların axtarılması üçün təcili tədbirlərin görüldüyünü, dindirilən 

müttəhimlərin istinad etdiyi şahidlərin çağırıldığını və onların arasında 

tapılanların dindirildiyini, müttəhimlər dindirmə zamanı iştirak etməsə 

də, onların CPM-nin 476-cı maddəsinə uyğun olaraq öz şahidlərini məh-

kəmə istintaqına çağırmaq imkanından məhrum edilmədiyini, müttə-

him E.S.Quliyansın istinadın etdiyi şahid Aleksandr İqnatyeviç Lıkovın 

nə Bakı şəhərində, nə də Tiflisdə tapılmadığını və bu səbəbdən dindiril-

mədiyini, nəzərə alaraq, 

Qərara alıram: hazırkı iş üzrə istintaq başa çatdırılsın və icraatı Fövqə-

ladə Təhqiqat Komissiyasının Sədrinə təqdim edilsin.

Fövqəladə Təhqiqat Komissiyasının üzvü: 

А.Аleksandroviç (imza)

AR Pİİ SSA, f. 277, s. 2, i. 27, v. 334-335.



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə