Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə114/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   110   111   112   113   114   115   116   117   ...   137

367

FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ

tinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də Azər-

baycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun 

nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatı-

nı boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv 

və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu. 1992-ci ilin 

fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan 

tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlər-

lə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edil-

məsi ilə qurtardı. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladı-

ğı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq 

soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından di-

dərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 

faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətən-

daşımız şəhid olmuş, xəsarət almışdır. Azərbaycanın XIX-XX əsrlərdə baş 

verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilə-

rin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi 

soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələ-

rin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi 

göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan 

Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların 

məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcu-

nu tarixin hökmü kimi qəbul edir. Azərbaycan xalqına qarşı törədilmiş bü-

tün soyqırımı faciələrini qeyd etmək məqsədilə qərara alıram: 

 

1.  31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin. 



2.  Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, 

Azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş 

xüsusi sessiyanın keçirilməsi məsələsinə baxsın.

 

Heydər Əliyev



Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 mart 1998-ci il




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

368


1

Fövqəladə Təhqiqat Komissiyası (FTK) – I dünya müharibəsi baş-

lanandan Cənubi Qafqazın müsəlman əhalisinə və onun əmlakına qarşı 

törədilmiş zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün 

1918-ci il 15 iyul tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfin-

dən yaradılmışdır. Əvvəl Xarici İşlər, sonra Ədliyyə Nazirliyi yanında fəaliy-

yət göstərmişdir.  FTK-nın sədri Ələkbər bəy Xasməmmədov idi. 7 nəfərlik 

tərkibdə təsis edilmiş FTK-nın işinə tədricən Bakı və Gəncə şəhərlərinin 

istintaq-prokurorluq və məhkəmə orqanlarının digər nümayəndələri cəlb 

edilmişlər. FTK-nın tərkibi çoxmillətli olmaqla, əsasən polyak, rus, alman, 

litva tatarı və Rusiya universitetlərinin məzunları olan azərbaycanlılardan 

– peşəkar hüquqşünaslardan ibarət idi. Fəaliyyət göstərdiyi dövr ərzində – 

15 iyul 1918-ci il noyabr 1919-cu il – FTK tərəfindən 36 cilddən (3500 vərəq) 

ibarət istintaq materialı toplanmışdır. Onun 6 cildi ermənilər tərəfindən 

Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş zora-

kılıq hallarını əks etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı, 

Quba, Göyçay, Cavad, Nuxa qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda er-

mənilər tərəfindən törədilmiş amansız cinayətlər təhqiq edilirdi. Azərbay-

can Hökumətinin 21 mart 1919-cu il Qərarına görə FTK-nın səlahiyyətləri 

genişləndirilmiş və ona məhkəmə-istintaq hakimiyyətinin bütün hüquq-

ları verilmişdir. FTK-nın fəaliyyətinin yekunu olaraq 128 məruzə və qərar 

layihəsi hazırlanmış, onların əsasında müxtəlif cinayətlərdə müqəssir bi-

linən 194 şəxsə qarşı cinayət işi qaldırılmışdır. Komissiyanın işi azaldıqca 

onun üzvləri öz əvvəlki vəzifələrinin icrasına qayıtmışlar. FTK Azərbaycan 

Hökuməti tərəfindən onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirərək 1 

noyabr 1919-cu il tarixdə rəsmi surətdə ləğv edilmişdir. Bununla bərabər 

Ə.b.Xasməmmədov və FTK üzvü Ç.B.Klossovski 1920-ci il yanvarın sonuna 

qədər FTK-nın istintaq işlərini respublikanın prokuror və məhkəmə orqan-

larına verilməsi ilə məşğul olmuşlar. FTK materialları üzrə 1918-ci il Bakıda 

mart hadisələrinə görə 24, Şamaxı hadisələrinə görə isə 100-ə yaxın şəxs 

haqqında cinayət işi qaldırılmışdır. Müttəhimlərin bir hissəsi respublika-

nın hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş, qalanları axtarış-

da elan edilmişlər. Lakin, Müttəfiq Dövlətlərin Ali Şurası tərəfindən Azər-

baycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınması ilə bağlı 



QEYDLƏR


369

QEYDLƏR


olaraq Azərbaycan Parlamenti tərəfindən 9 fevral 1920-ci il tarixdə qəbul 

edilmiş Amnistiya haqqında qanuna əsasən milli düşmənçilik zəminində 

baş vermiş və “Fövqəladə Təhqiqat Komissiyasının icraatında yaranmış” 

bütün cinayət işlərinə xitam verilmişdir. FTK tərəfindən qaldırılmış bir 

sıra cinayət işləri 1920-ci il 9 fevral qanununa əsasən artıq Azərbaycan SSR 

məhkəmə orqanları tərəfindən xətm olunmuşdur. 

2

Hacınski Məmməd Həsən Cəfərqulu oğlu – (1875 - 1931), Azərbaycan 



Xalq Cümhuriyyəti dövründə görkəmli siyasi və dövlət xadimi. Bakı real-

nı məktəbini, Peterburq Texnologiya İnstitutunu bitirmişdir. Moskvada 

Şəmsi Əsədullayevin neftayırma zavodunda mühəndis işləmişdir. 1908-ci 

ildə Bakı şəhər idarəsinin tikinti şöbəsinə, 1913-cü ildə Bakı şəhər idarəsinə 

(qısa müddətdə) başçılıq etmişdir. 1902 – 1917-ci illərdə Bakı şəhər duma-

sının üzvü olmuşdur. 1904-cü ildə “Hümmət” sosial-demokrat müsəlman 

təşkilatının, 1906-cı ildə “Nəşri-maarif” müsəlman maarif cəmiyyətinin 

təşkilatçılarından biri. “Nicat” müsəlman maarif cəmiyyəti idarə heyəti-

nin və Müsəlman xeyriyyə cəmiyyəti mərkəzi komitəsinin üzvü. “Müsa-

vat “ partiyasının üzvü. 5 mart 1917-ci ildə yaradılmış İctimai Təşkilatların 

Bakı Şurasının İcraiyyə Komitəsinin heyətinə daxil idi, Müsəlman ictimai 

təşkilatlarının Bakı Şurasının Müvəqqəti Komitəsinin sədri seçilmişdir. 

Qafqaz müsəlmanları qurultayının (1917-ci il, aprel, Bakı) və Rusiya müsəl-

manları qurultayının (1917-ci il, may, Moskva) işində iştirak etmişdir. “Mü-

savat” partiyasının birinci qurultayında (1917-ci il, oktyabr, Bakı) Mərkəzi 

Komitənin üzvü seçilmişdir. 15 noyabr 1917-ci ildə yaradılmış Zaqafqaziya 

Komissarlığında ticarət və sənaye komissarının müavini olmuş, Rusiya Tə-

sisedici yığıncağın üzvü seçilmişdir. “Müsavat” partiyasından Zaqafqaziya 

Seyminin üzvü. Zaqafqaziya Demokratik Federativ Respublikasının hö-

kumətində Ticarət və sənaye naziri. 1918-ci ilin may ayının 27-də Azərbay-

canın müstəqillik Aktını qəbul etmiş Azərbaycan Milli Şurasının üzvü. AXC 

I və II hökumət kabinetlərinin tərkibində Xarici işlər naziri, eyni zamanda 

6 oktyabr 1918-ci ilədək nəzarət nazirliyinə, 6 oktyabrdan maliyyə nazirli-

yinə rəhbərlik etmişdir. AXC Parlamentinin üzvü olmuş, “Müsavat” frak-

siyasına daxil idi. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyə-

tinin tərkibinə daxil idi. 24 dekabr 1919-cu il tarixdən Xarici işlər naziri, 

18 fevral 1920-ci il tarixdən Sənaye, ticarət və ərzaq naziri vəzifələrini icra 

etmişdir. 30 mart 1920-ci il tarixdə Parlament M.H. Hacınskiyə yeni kabine-

tin yaradılmasını tapşırmışdır. 22 aprel 1920-ci il tarixdə Parlamentə yeni 

kabinetin yaradılmasının mümkünsüzlüyünü, özünün “Müsavat” parti-




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə