Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə117/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   113   114   115   116   117   118   119   120   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

374


Bakı) təşkilində və işində fəal iştirak etmişdir. 1917-ci ilin oktyabrında Bakı 

şəhər Dumasının sədri seçilmişdir. 1918-ci ilin fevralında Zaqafqaziya sey-

minin deputatı olmuş, 22 aprel 1918-ci ildə Zaqafqaziya Federativ respubli-

kası hökumətində xalq təhsili naziri vəzifəsini tutmuşdur. 27 may 1918-ci 

ildə Azərbaycanın müstəqilliyi haqqında Akt qəbul etmiş Azərbaycan Mil-

li Şurasının üzvü olmuş, Azərbaycanın ilk hökumətinin sədri seçilmişdir. 

Hökumətin ilk kabinetində baş nazir və daxili işlər naziri, ikinci kabinet-

də Baş nazir və Ədliyyə naziri vəzifələrini tutmuşdur. 7 dekabr 1918-ci ildə 

açılmış AXC parlamentinin tapşırığı ilə üçüncü hökuməti formalaşdırmış, 

bu hökumətdə iki – Baş nazir və Xarici işlər naziri vəzifələrini tutmuşdur. 

Hökumət 25 fevral 1919-cu ildə istefaya getdikdən sonra, N.b.Usubbəylinin 

başçılıq etdiyi dördüncü hökumət 14 aprel 1919-cu ildə formalaşdırılana-

dək öz vəzifələrini icra etmişdir, müxtəlif siyasi və maliyyə-iqtisadi prob-

lemlərin həllində deputat kimi iştirak etmiş, region dövlətləri arasında 

sərhəd mübahisələrinin tənzimlənməsinə həsr edilmiş Qafqaz konfran-

sının hazırlanmasında və keçirilməsində fəal iştirak etmişdir. 22 dekabr 

1919-cu ildən 28 aprel 1920-ci ilədək N.B.Usubbəyli tərəfindən yaradılmış 

beşinci hökumət kabinetində Xarici işlət naziri vəzifəsini tutmuşdur. Azər-

baycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra gizli olaraq Tiflisə getmiş, 

19 iyun 1920-ci il tarixində orada muzdlu erməni terrorçusu tərəfindən öl-

dürülmüşdür.

10

Mart hadisələrinin xronologiyası Rusiya İmperiasında işlənən və 



Avropa Qriqorian təqvimindən 13 gün geri qalan köhnə təqvim ilə verilir. 

Sovet Rusiyası 1918-ci il 14 fevral tarixindən Qriqorian təqviminə keçmiş-

dir. AXC dövründə də ölkə ərazisində Qriqorian təqvimi tətbiq edilmişdir. 

Bu təqvimə əsasən Bakıda mart hadisələri 1918-ci il 30 mart-2 aprel ta-

rixinə düşür.

11

Nağıyev Musa Hacı Əli oğlu (1842-1919) — tanınmış Azərbaycan sa-



hibkarı, milyonçu, xeyriyyəçi. Sahibkarlıq fəaliyyətinə XIX əsrin sonların-

da manufaktura ticarətindən başlamışdır. Balaxanı, Sabunçu, Əmircan və 

Ramanada neft yataqları ilə zəngin torpaq sahələrini icarəyə götürmüşdür. 

1887-ci ildə yaratdığı “M.Nağıyev” neftçıxarma firması 1913-cü ildə Bakı-

nın ən gəlirli firmalarından biri sayılırdı. Neftayırma zavodlarının, mexa-

niki emalatxananın, buxar qazanları istehsal edən zavodun, neft daşıyan 

gəmilərin, Sabunçu, Suraxanı və Ramanada neft mədənlərinin, iri mülklə-

rin sahibi idi. 1914-cü ildə H.Z.Taqıyevlə birlikdə Bakı Ticarət Bankını təsis 

etmişdir. Bakı şəhərində 70-dən çox bina, o cümlədən “İsmailiyyə”, şəhər 



375

QEYDLƏR


təcili yardım xəstəxanası, lüteran kilsəsi və s. monumental binalar onun 

vəsaiti hesabına inşa edilmişdir.

12

Qış İctimai Cəmiyyətinin binası nəzərdə tutulur. Krasnovodskaya 



(Səməd Vurğun) və Birjevaya ( Üzeyir Hacıbəyov) küçələrinin kəsiyində 

yerləşırdı. Bina 1890-cı ildə mühəndis A.S.Kandinov tərəfindən tikilmiş, 

Musa Nağıyevə məxsus olmuşdur. Sovet dövründə - Zabitlər evi, hazırda bi-

nada müxtəlif ofislər, ticarət obyektləri yerləşir.

13

Sosialist - inqilabçılar (eserlər) – Rusiyada ən iri burjua partiyaların-



dan biri, 1901-1902-ci ilin əvvəlində yaranmışdır. 1906-cı ildə partiyadaxili 

parçalanma nəticəsində iki hissəyə bölünmüşdür: sağ cinah xalq sosialist-

ləri partiyasını yaratmış, radikal sol cinah isə maksimalist sosial - inqilab-

çılar ittifaqında birləşmişdir. 1917-ci il Oktyabr çevrilişindən sonra sağ eser-

lər “Vətənin və inqilabın xilası komitəsi”nə daxil olmuş, 1918-1920-ci illər 

vətəndaş müharibəsi dövründə Sovet hakimiyyətinə qarşı silahlı mübarizə 

aparmışlar. Zakaspi Müvəqqəti Hökumətinin (Kaspi-Qafqaz hökuməti) 

yaradılmasında iştirak etmişlər. Hökumətin sədri eser F.Funtikov idi. Ba-

kıda eser təşkilatları 1903-cü ilin yayında yaradılmış,  daha sonra Gəncə, 

Şuşa və d. şəhərlərdə təşkilatları meydana gəlmişdir. 1910-cu ilin əvvəlində 

Şura və İcraiyyə komitəsi tərəfindən idarə edilən Bakı eser təşkilatı əsasən 

sənətkarlar, Xəzər ticarət gəmiçiliyinin dənizçiləri və qismən neft sənayesi 

fəhlələri (ruslar) arasında nüfuza malik idi. Bakıda həmçinin müsəlman 

eser təşkilatı – “İttifaq” və 1907-ci ilin yayında “Daşnaksütun” partiyasın-

dan ayrılaraq eserlərin sırasına daxil olmuş gənc daşnaklar qrupunun ya-

ratdığı “Sosialist-inqilabçılar partiyasının erməni təşkilatı” mövcud idi. 

1918-1920-ci illərdə eserlər özlərini beynəlmiləlçi partiya elan edərək heç 

bir Milli komitəyə (şuraya) daxil olmamış, Azərbaycan parlamentində yer 

almaq və müstəqil fraksiya yaratmaq iddiası ilə çıxış etmişlər. Mart ha-

disələri ərəfəsində bolşeviklərin Azərbaycan milli qüvvələrinə qarşı müba-

rizəsini dəstəkləmişlər. Mart hadisələrindən sonra şəhərdə bolşevik haki-

miyyətinə qarşı açıq çıxış etmiş, “Sentrokaspi Diktaturası” hökumətinin 

tərkibinə daxil olmuşlar.

14

Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti – Bakıda fəaliyyət 



göstərmiş hakimiyyət orqanı (1917-ci il, mart –1918-ci il, iyul). 6 mart 1917-

ci il tarixində ilkin olaraq Bakı rayonu fəhlə və əsgər deputatları kimi təşkil 

edilmişdir. 53 min fəhlə və qulluqçu tərəfindən seçilmiş, tərkibi 52 deputat-

dan ibarət olmuşdur. Onlardan 9-u bolşevik, qalanları menşevik və eserlər 

idi. Rəyasət heyətinin sədri qiyabi olaraq S.G.Şaumyan (sürgündən martın 



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə