Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə118/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   114   115   116   117   118   119   120   121   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

376


8-də qayıtmışdır) seçilmişdir. Elə həmin gün Bakı qarnizonu hərbi his-

sələrindən seçilmiş Əsgər Deputatlar Soveti və Zabit deputatlar Soveti də 

formalaşmış, martın sonlarında hər iki sovet Hərbi Deputatlar Sovetində 

birləşmişlər. Bolşeviklər Bakı Sovetində rəhbərlik uğrunda qızğın mübarizə 

aparırdılar. Rusiyada Oktyabr inqilabı haqqında alınmış xəbərdən sonra 

1917-ci il oktyabrın 27-də Bakı Fəhlə və Hərbi Deputatları Sovetinin geniş 

fövqəladə yığıncağı keçirilmiş və bolşeviklərin kəskin etirazına baxmaya-

raq, ali hakimiyyət orqanı kimi İctimai Təhlükəsizlik Komitəsinin yaradıl-

ması haqqında qərar qəbul edilmişdir. Oktyabrın 31-də mədən-zavod, polk 

və donanma komitələri üzvlərinin dəstəyinə arxalanaraq, bolşeviklər ye-

nidən Sovetin geniş yığıncağını çağırmışlar və yığıncaq Bakıda Sovet hö-

kumətinin qurulması haqqında qətnamə qəbul etmişdir. Noyabrın 2-də 

geniş tərkibli Bakı Soveti menşeviklərin və eserlərin müqavimətinə bax-

mayaraq, hakimiyyəti faktiki olaraq öz əllərinə keçirmək proqramını qəbul 

etmişdir. Yaranmış şəraitdə bolşeviklər müsavatçılar, Xəzər ticarət gəmiçi-

liyi, həmkarlar ittifaqları və şəhər qarnizonunun nümayəndələri tərəfin-

dən dəstəklənmişlər. Sovetin İcraiyyə Komitəsi ali hakimiyyət orqanı elan 

olunmuş, Fəhlə və Əsgər Deputatları Sovetinin adı dəyişdirilərək Fəhlə, əs-

gər və matros deputatları Soveti olmuşdur. İcraiyyə Komitəsinin sədri S.

Şaumyan idi. Digər hakimiyyət orqanları - İctimai Təhlükəsizlik Komitəsi 

və İctimai Təşkilatların İcraiyyə Komitəsi ləğv edilmişdir. Yalnız Fətəli xan 

Xoyskinin rəhbərlik etdiyi Şəhər Duması qalırdı. 1917-ci il dekabrın 12-13-də 

dəyişdirilmiş seçki qaydaları əsasında Bakı Sovetinə yeni seçkilər keçirildi. 

1917-ci il oktyabr seçkilərindən fərqli olaraq bu seçkilərdə bolşeviklər səs 

çoxluğu qazandılar (Oktyabr seçkilərində bolşeviklər müsavatçılar, eserlər 

və daşnaklardan sonra yalnız 4-cü yerə çıxmışdılar). Yeni İcraiyyə komitə-

sinə 6 bolşevik, 5 daşnak, 4 sol eser, 3 sağ eser, 2 müsavatçı daxil oldu. 1917-ci 

ilin dekabrında S.Şaumyanın V.İ.Lenin tərəfindən Qafqaz işləri üzrə fövqə-

ladə komissar təyin edilməsi ilə əlaqədar olaraq Bakı Sovetinin sədri vəzifə-

sini P.A.Caparidze tutdu. 1918-ci ildən başlayaraq Sovet orqanları Bakının 

idarə olunmasında həlledici vəzifələri ermənilərə verməklə Azərbaycan 

milli qüvvələrinə qarşı açıq qarşıdurmaya keçdilər, bu da 1918-ci il faciəli 

mart hadisələri ilə nəticələndi. Erməni təşkilatları və silahlı birləşmələri 

ilə ittifaqa girmiş Bakı Soveti, başda S. Şaumyan olmaqla, 1918-ci ilin mart 

ayında Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinin kütləvi surət-

də fiziki cəhətdən məhv edilməsi üçün birbaşa məsuliyyət daşıyır. Bu ha-

disələr Bakı Sovetinin proletar diktaturası orqanı kimi fəaliyyətini şübhə 



377

QEYDLƏR


altına qoyur. Belə ki, S.Şaumyanın başçılığı altında Sovet sinfi deyil, milli 

mənsubiyyətə görə mübarizə aparmış və əsas zərbəni proletariatın sinfi 

düşmənlərinə qarşı deyil, bütövlükdə Azərbaycan xalqına qarşı yönəltmiş-

dir. Mart hadisələrindən sonra Bakı şəhərində və onun neft-mədən rayon-

larında hakimiyyətini möhkəmlətmiş Bakı Sovetinin qarşısında İcraiyyə 

Komitəsinin əvvəlki tərkibinin dəyişdirilməsi məsələsi qalxmışdır. 1918-ci 

il aprelin 25-də Bakı fəhlə, əsgər və matros deputatları Sovetinin iclasında 

Bakı Xalq Komissarları Soveti təşkil olunmuşdur. 

15

“Astoriya” – mehmanxana, Krasnovodskaya (S.Vurğun) və Bolşaya 



Morskaya (Bülbül) küçələrinin arasında, Molokanskaya (Xaqani) küçəsinin 

tinindəki binada, Qış İctimai Cəmiyyəti binasının yanında yerləşirdi. M.

Nağıyevə məxsus idi. Şəhərin ən dəbdəbəli mehmanxanası sayılırdı, 1917-ci 

ildə bu binada müxtəlif siyasi təşkilatlar, Sovet dövründə - Dənizçilər klu-

bu, hazırda ofis və mənzillər yerləşir.

16

Hərbi İnqilab Komitəsi (HİK) – Bakı şəhəri Müvəqqəti Hərbi İnqi-



lab Komitəsi – Bakı fəhlə və hərbi deputatlar Sovetinin 1917-ci il 12 dekabr 

fövqəladə yığıncağında yaradılmış və şəhərdə inqilabi qayda-qanunun 

bərpa olunması üçün ən geniş səlahiyyətlər verilmiş hakimiyyət orqanı. 

HİK hakimiyyəti Bakı qarnizonuna və bütün şəhərə şamil olunurdu, onun 

əmrləri mütləq xarakter daşıyırdı. HİK öz tərkibindən hərbi-inqilabi məh-

kəmə yaratmışdı. Mart hadisələri ərəfəsində - 1918-ci il martın 30-dan 31-

keçən gecə, “Bakı şəhəri və onun rayonlarında ali hərbi-siyasi orqan” 

elan edilmiş İnqilabi Müdafiə Komitəsi yaradılmışdır. Komitəyə S.G.Şaum-

yan, Q.Korqanov, P.Caparidze və İ.Suxartsev daxil olmuşlar. Onun tərkibinə 

həmçinin sağ eserlərin lideri S.Saakyan, “Daşnaksütun” partiyası Bakı təş-

kilatının rəhbəri S.Melik-Yeolçyan da dəvət olunmuşdular. Bu komitədə 

azərbaycanlıların yeganə nümayəndəsi N.Nərimanov idi. Bakı şəhərinin 

Müvəqqəti Hərbi-İnqilab Komitəsi öz fəaliyyətini 1918-ci il mart günlərin-

də Bakı şəhərinin müsəlman əhalisinin kütləvi qırğın siyasətini həyata ke-

çirən İnqilabi Müdafiə Komitəsinin tərkibində davam etdirmişdir.

17

Avakyan Baqdasar Ayrapetoviç – (1883-1918), Bakının bolşevik xa-



dimlərindən biri, Hərbi deputatlar Sovetinin üzvü, Bakı fəhlə və hərbi de-

putatlar Soveti İcraiyyə Komitəsinin katibi. Mart hadisələri zamanı Qırmızı 

Ordu və erməni dəstələrinin fəaliyyətini nizamlayırdı. Bakı qarnizonunun 

rəisi, daha sonra Bakı şəhərinin komendantı təyin edilmişdir. 20 sentyabr 

1918-ci ildə Zakaspi eser hökuməti tərəfindən 26 Bakı Komissarları sırasın-

da güllələnmişdir.




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə