Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə126/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   122   123   124   125   126   127   128   129   ...   137

393

QEYDLƏR


1922-ci ilin dekabr ayından SSRİ MİK-nin 4 sədrindən biri - ZSFSR-dən sədr 

– seçilmişdir. 1925-ci il martın 19-da Moskvada vəfat etmiş, orada, Kreml 

divarının önündə dəfn edilmişdir.     

57

Mantaşev A.İ. və K˚ – neft sənayesi və ticarət cəmiyyəti. 1899-cu ildə 



təsis olunmuşdur. İdarə heyəti Tiflisdə idi, istehsalat fəaliyyətinin mərkəzi 

Bakı şöbəsi idi. Balaxanı, Sabunçu, Ramana və Bibiheybətdə mədənləri var 

idi. Keşlə kəndində neftayırma zavoduna, Ağ şəhərdə kerosin-yağ zavoduna 

və s. malik idi. Xaricə neft və neft məhsulları ixrac edirdi. Azərbaycan İnqi-

lab Komitəsinin 27 may 1920-ci il tarixli dekreti ilə milliləşdirilmişdir. 

58

1905-ci il – 1905-ci ilin fevral ayında Bakıda erməni və müsəlman 



(azərbaycanlı) əhalisi arasında başlanan, sonradan bütün Cənubi Qafqaz 

ərazisini əhatə edərək erməni-müsəlman qırğınlarına çevrilən silahlı 

toqquşmalar nəzərdə tutulur. 1905-1907-ci illərdə Bakı, Yelizavetpol və İrə-

van quberniyalarında 158 azərbaycanlı və 128 erməni kəndi dağıdılmış, 

müxtəlif hesablamalara görə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordu-

bad, Eçmiədzin, Cavanşir, Qazax qəzalarında 3 mindən 10 minədək insan, o 

cümlədən qadın, uşaq və qoca, qətlə yetirilmişdir.

59

Pitoyev və K˚ – neft sənayesi və ticarət cəmiyyəti. 1907-ci ildə təsis 



olunmuşdur. Sabunçu, Ramana və Bibiheybətdə mədənləri var idi. 1920-ci 

ilin may ayında Sovet hökuməti tərəfindən milliləşdirilmişdir.

60

“Müsavat” - (ərəbcə bərabərlik), Azərbaycan milli-demokratik par-



tiyası, 1911-ci ildə Bakıda yaradılmışdır. İlk özəyini keçmiş hümmətçilər 

Abbasqulu Kazımzadə, Tağı Nağıoğlu və Məmmədəli Rəsulzadə (Rəsuloğlu) 

təsis etmişlər. Partiyanın ilk proqramı və nizamnaməsi qeyri-leqal kitab-

ça şəklində 1912-ci ildə nəşr olunmuşdur. 1913-cü ildən partiyanın dəyiş-

məz lideri Məhəmməd Əmin Rəsulzadə - Azərbaycanın görkəmli siyasi 

və dövlət xadimi, AXC-nin yaradıcılarından biri, Azərbaycan Milli Şurası-

nın sədri, Azərbaycan Parlamentində “Müsavat” və bitərəflər fraksiyasının 

sədri, jurnalist, siyasi publisist – olmuşdur. Məhəmməd Əmin Hacı Mol-

la Ələkbər oğlu Rəsulzadə (1884-1955), rus-tatar məktəbini və Bakı texniki 

məktəbini bitirmişdir. 1902-ci ildə “Müsəlman gənclik təşkilatı” adlı gənc 

azərbaycanlı gənclər dərnəyini yaratmış, 1904-cü ildə RSDFP nəzdində 

“Müsəlman sosial-demokrat “Hümmət” qrupunun yaradılmasında iştirak 

etmişdir, bu dövrün mətbuatında (“Hümmət”, “Təkamül”, “Yoldaş”, “İrşad”, 

“Tərəqqi” qəzetləri) fəal nəşr olunmuşdur. 1908-1911-ci illər İran inqilabın-

da iştirak etmiş, İran Demokrat Partiyasının yaradıcılarından biri, bu par-

tiyanın MK-nin üzvü, ilk Avropa tipli İran qəzetinin – “İrane-nou” – redak-




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

394


toru olmuşdur. 1911-ci ildə Türkiyəyə mühacirət etmiş, burada “Türk ocağı” 

təşkilatına daxil olmuş, “Türk yurdu” jurnalında nəşr olunmuşdur. 1913-cü 

ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə verilmiş əfv-ümumi-

dən sonra Bakıya qayıtmış, “Müsavat” partiyasının rəhbərliyinə keçmiş-

dir. 1915-1918-ci illərdə “Açıq söz” qəzetini - “Müsavat” partiyasının faktiki 

orqanını buraxmışdır. Rusiyada Fevral inqilabından (1917) sonra Qafqaz 

müsəlmanlarının Bakı (1917, aprel) və Rusiya müsəlmanlarının Moskva 

(1917, may) qurultaylarında iştirak etmiş, onun məruzələri əsasında Ru-

siyanın federativ dövlət quruluşunun zəruriliyi haqqında qurultay qət-

namələri qəbul edilmişdir. 1917-ci ilin iyun ayında “Müsavat” “Türk Ədə-

mi-Mərkəziyyət” partiyası (1917-ci ilin aprel ayında Gəncədə yaradılmışdır) 

ilə birləşdikdən sonra, “Türk-Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat”ın I qu-

rultayında (1917, 26-31 oktyabr, Bakı) Mərkəzi Komitənin sədri seçilmiş-

dir. Zaqafqaziya Seyminin işində iştirak etmiş, AXC-nin yaradıldığını elan 

edən Azərbaycan Milli Şurasının sədri seçilmişdir. Osmanlı dövləti ilə Ba-

tum danışıqlarında və müqaviləsinin bağlanmasında   (1918, 4 iyun) iştirak 

etmiş, bu müqaviləyə əsasən Türkiyə tərəfi Bakı Sovetinin bolşevik-daşnak 

hökuməti tərəfindən kütləvi qırğınlara məruz qalmış Azərbaycan xalqına 

hərbi yardım göstərmişdir. Beynəlxalq İstanbul konfransında (1918, iyun) 

Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş, Azərbaycan Parlamenti-

nin yaradılmasında fəal iştirak etmiş, onun açılışında (1918, 7 dekabr) par-

laq nitq söyləmişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 

həbs edilmiş, Stalin tərəfindən azad edilərək Moskvaya göndərilmiş, orada 

Milli İşlər Xalq Komissarlığında işləmişdir. 1922-ci ildə gizli yolla Finlandi-

yaya keçərək oradan da Türkiyəyə mühacirət etmişdir. Mühacirət illərində 

(1922-1955) “Azərbaycan Milli Mərkəzini” (İstanbulda), “Müsavat” Partiya-

sının Xarici Bürosunu yaratmış, partiyanın Azərbaycandakı gizli təşkilat-

larının işini istiqamətləndirmiş, Parisdə “Prometey” təşkilatının yaradıl-

masında (1926) fəal iştirak etmiş, İkinci Dünya müharibəsinin ərəfəsində 

və illərində Azərbaycan mühacirətinin Polşada, Fransada, İsveçrədə, Alma-

niyada, Rumıniyada fəaliyyətinə rəhbərlik etmişdir. 1947-ci ildə Türkiyəyə 

qayıdaraq Azərbaycan Milli Mərkəzini (Ankara, 1949) yaratmış, Ümumi 

Qafqaz Konfransının (Münhen, 1952) işində fəal iştirak etmiş, 1953-cü ildə 

ABŞ-a səfər edərək “Amerikanın səsi” radiosu ilə AXC yaradılmasının 35 il-

liyi münasibətilə Azərbaycan xalqına müraciət etmişdir. Azərbaycan siyasi 

publisistikasının parlaq nümayəndəsidir. 1903-1920-ci illərdə yalnız Azər-

baycan mətbuatında 1200-dən artıq məqalə nəşr etdirmişdir. Mühacirətdə 



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə