Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə120/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   116   117   118   119   120   121   122   123   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

380


rülmüş tanınmış azərbaycanlılar oraya gətirilirdilər. EMŞ həmçinin mart 

hadisələri zamanı azərbaycanlıların qarət olunmuş əmlakının yerləşdiril-

məsinə nəzarət etmiş, bu məqsədlə qabaqcadan ermənilərə məxsus anbar-

lar və binalar hazırlanmışdır. Mart hadisələrindən sonra Bakının yüksək 

erməni cəmiyyəti hər vəchlə azərbaycanlılara qarşı törədilən vəhşiliklərdə 

ermənilərin iştirakını inkar etməyə çalışmışdır. Lakin Fövqəladə Təhqiqat 

Komissiyası tərəfindən Bakı, Şamaxı şəhəri və Şamaxı qəzasının kəndlə-

rinin dinc müsəlman əhalisinə qarşı cinayətlər törətdiklərinə görə həbs 

edilmiş və axtarışa verilmiş şəxslər arasında EMŞ-nın bir çox rəhbərləri və 

tanınmış xadimləri var idi. 

24

Daşnaksütun (İttifaq) – Erməni milli-burjua partiyası, 1890-cı ildə 



Tiflisdə yaradılmışdır. Sosial bazası – erməni burjuaziyasının müxtəlif 

təbəqələri, liderləri – S.Zavaryan, S.Zoryan (Rostom), Mikaelyan və d. ya-

radılarkən partiyanın əsas məqsədi Türkiyə ermənilərinin azad edilməsi 

və Türkiyə ərazisində müstəqil erməni dövlətinin yaradılması ideyasında 

ifadə olunmuş, bu ideyanın həyata keçirilməsi uğrunda bütün mübarizə 

üsulları, silahlı mübarizə və terror da daxil olmaqla, məqbul sayılmışdır. 

Birinci dünya müharibəsi dövründə çar hökumətinin militarist-hərbçi si-

yasətini dəstəkləmiş, könüllü dəstələr yaratmış və onları Qafqaz cəbhəsi 

rus komandanlığının sərəncamına vermişdir. 1914-1918-ci illərdə daşnak-

lar Osmanlı imperiyasında rus çarizminin nüfuzunun agentləri rolunu 

oynamışlar. Türkiyə ermənilərinin azad edilməsi, Rusiya və Türkiyə ermə-

nilərinin “vahid, ümumi vətəninin” yaradılması ideyasını irəli sürməklə, 

silahlı çıxışlar və terror aktları yolu ilə, həmçinin Qərb dövlətlərinin kömə-

yi ilə, qonşu ölkələrin – Azərbaycan, Gürcüstan, Türkiyənin – əraziləri hesa-

bına “Böyük Ermənistan” – Xəzər dənizindən Aralıq dənizinədək ––dövləti 

yaratmağa ümid edirdilər. 1917-ci il Oktyabr inqilabından sonra Zaqafqazi-

ya Komissarlığının və Seyminin yaradılmasında iştirak etmişlər. Partiya-

nın Bakı təşkilatının öz Mərkəzi Komitəsi və rus dilində “Vperyod” adlı çap 

orqanı var idi. 1917-ci ilin mart ayında Bakıda yaradılmış Erməni Milli Şu-

rasının 50 üzvündən 17 nəfəri “Daşnaksütun” partiyasının nümayəndələri 

olmuşdur. Bakı Kommunasının hakimiyyəti qurulan dövr S.Şaumyan baş-

da olmaqla Bakı Soveti ilə ittifaqa girmiş, 1918-ci ilin mart hadisələrində 

birləşdirilmiş qüvvələrlə Bakı və Şamaxıda, daha sonra Azərbaycanın digər 

qəzalarında müsəlman əhalisinin qırğınlarını törətmişlər. 1918-ci ilin may 

ayında Zaqafqaziya dövləti süqut etdikdən sonra Ermənistan hökuməti-

ni təşkil və ona başçılıq etmişlər. AXC dövründə Bakıda öz mövqeyini və 




381

QEYDLƏR


təsirini itirməsinə baxmayaraq, partiya Azərbaycan Parlamentində ayrı-

ca fraksiya ilə təmsil olunmuşdur. May 1918 - noyabr 1920-ci il tarixində 

Ermənistan Respublikasında hakim partiya olmuşdur. Ermənistan sovet-

ləşdirildikdən sonra qeyri-leqal vəziyyətə keçmiş, üzvlərinin əsas hissəsi 

mühacirət etmişdir.

25

Parapet – Bakı şəhərinin mərkəzində meydan (Kolyubakinskaya m., 



Karl Marks m., Fəvvarələr m.), şəhərin işgüzar və ictimai mərkəzini təş-

kil edən element kimi şəhər esplanadasında 1860-cı illərin əvvəllərində 

yaranmışdır. Parapetdə – o zaman artıq Kolyubakinskaya meydanında 

(1863-1872-ci illər Bakı qubernatoru M.P.Kolyubakinin şərəfində)  bağça ya-

radılmasına 1891-ci ilin sonlarından başlansa da uzun illər burada demək 

olar ki, yaşıllıq salmaq mümkün olmamışdır. Yalnız XX əsrin əvvəllərində 

nazik yaşıl zolaq meydana gəlmişdir. Bakılılar kinayə ilə onu “Quru bağ” 

adlandırırdılar. Parapetin tikililəri əsasən arxitektor Qasım bəy Hacıbaba-

bəyovun yaradıcılığı ilə təmsil olunur, onun layihələri əsasında meydanda 

bir neçə ikimərtəbəli binalar – karvansara (“Araz” kinoteatrı), “Metropol” və 

Qrand-otel” mehmanxanaları (Nizami muzeyi, yaşayış və ticarət obyekt-

lərinin binası), yaşayış evləri inşa edilmişdir. 1905-1907-ci illərdə burada 

tez-tez fəhlə mitinqləri və yığıncaqları keçirilmişdir. 1920-ci ildə meydana 

K.Marksın adı verilmişdir. Meydanın və bağın yenidən qurulmasına 1950-

ci illərdə başlanmış, nəticədə o, geniş və müxtəlif ağaclardan ibarət yaşıllıq 

olan meydan-bağa çevrilmişdir. 1984-cü və 2000-ci illərdə bağ-meydanda 

bir daha yenidən qurulma işləri aparılmış, yaşıllıqların tərkibi yeniləşdiril-

mişdir. Meydan-bağın ayrılmaz hissəsini fəvvarələr təşkil edir, onun yeni 

adı da bununla bağlıdır. 

26

Erməni kilsəsi – Kolyubyakinskaya (N.Rəfibəyli) küçəsində, Parapet 



(Fəvvarələr meydanı) meydanının yaxınlığında yerləşirdi. Bakıda 1860-

cı illərdə memar Gippiusun layihəsi əsasında tikilmişdi. Mart hadisələri 

ərəfəsində kilsənin zirzəmiləri erməni hərbi birləşmələrinin silah anbar-

larına çevrilmişdi. 

27

Bolşeviklərin ultimatumu – 1918-ci il mart hadisələri günlərində bol-



şevik liderləri tərəfindən “Müsavat” partiyasına və digər Azərbaycan təşki-

latlarına təqdim edilmiş ultimatum nəzərdə tutulur. Ultimatumda Bakı So-

vetinin hakimiyyətinin açıq və qeyd-şərtsiz tanınması, Azərbaycan hərbi 

hissələrinin, ilk növbədə “Dikaya diviziya”nın Bakı və onun rayonlarından 

çıxarılması, həmçinin Bakıdan Tiflisə və Bakıdan Petrovskadək dəmir yo-

lunun açılması üçün təcili tədbirlərin görülməsi tələb olunurdu.




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə