Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə105/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   101   102   103   104   105   106   107   108   ...   137

339

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)

Əlavə edirəm ki, mən Həştərxandan Petrovsk şəhərinə türk qoşunlarından 

15 gün əvvəl gəlmişdim; Petrovsk şəhərinə mənimlə birlikdə 850 nəfər müsəl-

man gəlmişdi. Bizim hamımızı məsciddə yerləşdirdilər. Erməni əsgərləri öz 

rəisləri ilə birlikdə gün ərzində bir neçə dəfə oraya gəlir və 10-15 müsəlmanı öz-

ləri ilə götürüb gedirdilər. Mən onların arasında Stepan Lalayevi və sonradan 

Biçeraxovun dəstəsi ilə birlikdə Bakıya gəlmiş digərlərini görmüşdüm. Məlum 

oldu ki, onlar müsəlmanların bir hissəsini yolda güllələyir, o biriləri həbsxana-

ya aparır və orada ağır işgəncələr içində öldürürdülər. Mənim qardaşım Məm-

məd Əlini də həbsxanaya aparmışdılar, əvvəl dilini kəsmiş, sonra isə öldürmüş-

dülər. Həbsxanada xüsusi otaq var idi və Stepan Lalayev, Ruben Ağamalyans 

gecələr kiçik dəstələrlə buraya gətirdikləri müsəlmanları öldürürdülər. Onlar 10 

nəfərə yaxın müsəlmanı üst-üstə yığır, onları məftillə bağlayır, sonra isə mərc 

gəlirdilər ki, kimin tüfəngi daha çox adamı vurar. 

Sonra öldürülənləri kiçik anbar kimi istifadə olunan qonşu otağa atırdılar. 

Türklər Petrovsk şəhərinə gələndə ağzınadək eybəcər hala salınmış cəsədlərlə 

dolu olan bu kiçik anbarı aşkar etdilər. Bütün meyitlərin fotoşəkilləri çəkildi. 

Yuxarıda adları çəkilən ermənilər iki müsəlmanın əllərini bağlayır, sonra on-

lardan birini güllələyir, o birini isə bir qədər keçdikdən sonra xəncərlərlə də-

lik-deşik edirdilər. Bundan əvvəl onların pullarını alır və əvəzində sağ qoyacaq-

larını söz verirdilər. Həbsxananın anbarında tapılan meyitlərin hamısı eybəcər 

hala salınmışdı: bəzilərinin qolları, digərlərinin isə ayaqları kəsilmişdi; bir çox-

larının qarınları yarılmış, gözləri çıxarılmış, kəllə sümükləri qırılmış, dişləri 

vurulub sındırılmışdı. Əgər türklər Petrovsk şəhərini almasaydılar, ermənilər 

bizim hamımızı öldürməyə imkan tapacaqdılar. Mənə növbə çatmadı. Bununla 

belə ermənilər məni qarət etməyə macal tapdılar, onlar bonlarla 3000 rubl və 

Nikolay pulları ilə 1500 rubl pulumu, papağımı, çəkmələrimi, palto və pencə-

yimi götürdülər. Mərhum qardaşım Məmməd Əlinin cibində Kerenski pulları 

ilə 5000 rubla yaxın pul var idi. Onun meyitini aşkar edərkən bu pullar artıq 

onun üzərində yox idi. İndi belə xatırlayıram ki, biz Petrovsk şəhərində gə-

midən noyabrın 1-də enmişdik. Türklər Petrovsk şəhərinə gələndə bizə böyük 

qayğı göstərirdilər, 35 nəfərlik kiçik dəstələrlə Bakıya göndərirdilər. Əlavə olaraq 

bizə xüsusi buraxılış vərəqələri paylayırdılar. Mən öz adıma buraxılış vərəqəsi 

almışdım və onun əsasında özümlə Bakıya 5 qadın və 30 kişi apara bilərdim.

Oxundu. Öz buraxılış vərəqəmi təqdim edirəm. İmza.

Komissiya üzvləri: А.Kluge, Aleksandroviç, Məmməd Xan Təkinski (imzalar)

Arayış: İfadəyə xüsusi zərfdə saxlanılan sənəd əlavə edilmişdir. 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v.15-16.



FƏSİL VI

Məhkəmə-istintaq 

sənədləri 



341

FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ



Sənəd № 1012 

Fövqəladə Təhqiqat Komissiyasının Sədrinə

Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlar

haqqında həmin Komissiyanın üzvü A.E.Kluge tərəfindən

MƏRUZƏ

1918-ci ilin yanvarında, general Talışınski başda olmaqla, müsəlman 

korpusunun qərargahı Bakı şəhərinə gəlmişdi. Qərargahın rus zabitləri 

arasında guya əvvəllər jandarmeriyada xidmət etmiş şəxslərin olduğunu 

bəhanə edərək, müsəlman korpusunun bütün qərargahı, əksəriyyətini er-

mənilərin təşkil etdiyi bolşeviklər tərəfindən həbs edilmişdi. Ermənilərin 

“Daşnaksütun” partiyası, Sovet hakimiyyətini tanıyaraq, və sonrakı ha-

disələrdən də göründüyü kimi, müsəlmanlarla mübarizə aparmaq məqsə-

dilə bolşevik partiyası ilə birləşmişdi. Ermənilər müsəlman qərargahının 

həbsi ilə müsəlmanların bolşeviklərə və nəticə etibarilə, ermənilərə qarşı 

silahlı üsyana sövq etməyə çalışırdılar. Müsəlmanların çıxış etmədiyi-

ni görən ermənilər müsəlmanlara qarşı zorakılıqlar törətməyə, həm də 

köməksiz qoca, qadın və uşaqları qarət etməyə və qətlə yetirməyə başla-

dılar. Vəziyyət o yerə çatmışdı ki, müsəlmanlar hətta Bakı vağzalında belə 

görünə bilmirdilər; dəmir yolu ilə getmək arzusunda olanlar, Bakı vağza-

lında erməni əsgərləri tərəfindən öldürülmək və qarət olunmaq təhlükəsi 

qarşısında şəhərə yaxın dəmir yolu stansiyalarından birinə faytonla get-

məli olurdular. 

Müsəlmanlar çox gözəl başa düşürdülər ki, ermənilər onları silahlı çıxı-

şa təhrik edirlər, lakin, qardaş xalqların qırğınına səbəb olan müharibəni və 

onun nəticələrini arzu etməyərək, hər şeyə dözməyə çalışırdılar. Müsəlman-

ların mitinqlərində və məscidlərdə keçirdikləri yığıncaqlarında iştirak edən 

Bakının görkəmli xristian ictimai xadimlərinin sözlərinə görə, müsəlman 

natiqlərin hamısı müsəlman xalqını təmkinli olmağa, əziyyətlərə və zorakı-

lıqlara səbirlə dözməyə çağırırdı. Natiqlər xalqa izah edirdilər ki, ermənilər 

müsəlmanları açıq çıxışlara məcbur etməyə çalışırlar ki, sonra özləri onların 

üzərinə hücum etsinlər. Müsəlmanların davranışlarından görünürdü ki, on-

lar ermənilərlə baş verə biləcək böyük toqquşma haqqında dəhşətlə düşünür-

dülər və hər bir vəcdlə belə bir vəziyyətin qarşısını almağa çalışırdılar. Müsəl-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

342


manların nümayəndələri, bolşeviklərə qarşı birgə hərəkət etmək məqsədilə 

dəfələrlə ermənilərlə ittifaq bağlamağa çalışsalar da, ermənilər hər dəfə bun-

dan yayınırdılar. (cild I, v. 154). 

Eyni zamanda, demək olar ki, bütün ermənilərin şəhərin müsəlman 

hissəsindən erməni hissəsinə köçməsi nəzərə çarpırdı; şəhərin müsəl-

man hissəsində yalnız ruslar, gürcülər və digər xristianlar qalmışdı ki, 

ermənilər dəfələrlə onlara da buradan köçməyi məsləhət görürdülər. Belə 

hallar da olmuşdu ki, ermənilər Bakıda mart ayında qarışıqlıqların ola 

biləcəyi haqda müsəlmanları xəbərdar edərək, onlara ailələrini bağ evlə-

rinə aparmağı məsləhət görmüşlər (s. I, v.1; s. II, v. 3).

Silahla ehtiyatsız davranması nəticəsində həlak olmuş yoldaşları 

Məmməd Tağıyevin cənazəsini Bakıyadək müşayiət etmiş müsəlman di-

viziyasının kiçik dəstəsi 1918-ci ilin martın 17-də Lənkərana geriyə yola 

düşürdü. Gəminin getməsinə az qalmış silahlı bolşeviklər limana gəldilər, 

müsəlman diviziyasından tərksilah olunmalarını tələb etdilər və divizion 

silahları təhvil verməkdən imtina etdikdə, tüfənglərdən və pulemyotlar-

dan atəş açdılar. Ertəsi gün, bazar günü, mart ayının 18-də şəhərin aşağı, 

erməni hissəsində silahlı erməni əsgərləri görünməyə başladı; onlar bü-

tün küçələrdə səngərlər qazır, torpaq və daşlardan təpələr düzəldirdilər. 

Bunu görən müsəlmanlar da öz növbəsində bəzi küçələrdə səngər qazma-

ğa başladılar, lakin yenə də ümid edirdilər ki, toqquşma baş verməyəcək 

və hər şey danışıqlarla yoluna qoyulacaqdır. Elə həmin gün “İsmailiyyə” 

Müsəlman Xeyriyyə Cəmiyyətinin binasında müsəlmanların iclası keçiri-

lirdi və bu iclasa Bakının keçmiş şəhər rəisi Hayk Ter-Mikaelyans gələrək 

Erməni Milli Şurası və “Daşnaksütun” partiyasının adından bildirmişdir 

ki, müsəlmanların bolşeviklərə qarşı çıxış edəcəyi təqdirdə, ermənilər 

müsəlmanlara qoşular və bolşeviklərin Bakıdan qovulmasında onlara 

kömək edərlər (s.I v.44; s.II, v.3,49). 

Ertəsi gün, bazar ertəsi, martın 19-da, sübh tezdən şəhərin müsəlman his-

səsinə əsl hücum başlandı; bu vaxt ermənilərin onlara qarşı səmimi müna-

sibəti barəsində yalan vədlərinə arxayın olan müsəlmanlar hələ yatırdılar; bu 

hücumda yalnız erməni əsgərləri iştirak edirdilər. Eyni zamanda ermənilə-

rin təhriki sayəsində şəhərin müsəlman hissəsini hərbi gəmilər mərmilərlə 

atəşə tuturdu, çünki ermənilər rus matroslarını inandırmışdılar ki, müsəl-

manlar rus əhalisini qırırlar. Sonradan, müsəlmanların ruslara toxunmadığı-

na əmin olanda, matroslar toplardan atəş açmağı dayandırdılar. 




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə