BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə26/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

67

Hökumət qurumları aşağıdakıları edə bilər:

•  İnformasiya paylaşmaq: qərar qəbulu prosesində cari siyasətə dair məlumat vermək.  

•  İnklüziv prosedurlar: uyğun olan yerdə birgə qərar mexanizmləri üçün təklif və izləmə 

prosedurları tətbiq etmək.

•  Resurs təminatı: məsələn, büdcə təminatı, maddi dəstək və ya inzibati xidmətlər vasitəsilə  

həyata keçirmə mərhələsində vətəndaş cəmiyyətinin aktiv iştirakına imkan yaratmaq. 

•  Məsuliyyətli olmaq: dinləmək, nəzərdən keçirmək və cavab vermək.



Faydalı alət və mexanizmlər:

Məlumat

•  Qərar qəbul edənlərə təsir göstərmək üçün kampaniyalaşma və lobbiləşmə (məsələn, 

vərəqələr, vebsaytlar, press-relizlər və ictimai nümayişlərdən istifadə etməklə). 

Məsləhətləşmə və dialoq

•  Qərar qəbulu prosesində müzakirələrə əıçatımlılıqı təmin etmək üçün açıq plenar və ya 

komitə iclasları.

Tərəfdaşlıq

•  Forumlar, həmrəylik konfransları və digər birgə iclaslar vasitəsilə birgə qərar qəbulu.

•  Məsələn, barəsində iştirakçılıqla qərar verilmiş büdcə kimi birgə qərar qəbulu.

4. Siyasəti həyata keçirmək

Bu, bir çox vətəndaş cəmiyyəti təşkilatlarının ən fəal olduğu mərhələdir (məsələn, xidmət 

göstərilməsi). Əvvəlki mərhələlərdə vətəndaş cəmiyyəti tərəfindən görülən işlərin çoxu 

siyasətin həyata keçirilməsinə təsir göstərmə cəhdlərindən ibarətdir. Bu mərhələ gözlənən 

nəticənin əldə edilməsi üçün mühümdür. Gözlənənlər və imkanlarla bağlı aydın və şəffaf 

məlumata əlçatımlılıq fəal tərəfdaşlıq qədər vacibdir.   



Vətəndaş cəmiyyəti təşkilatları aşağıdakıları edə bilər:

•  Diqqəti əsasən ictimai maarifləndirmə, siyasətin təsiri, müsbət və mənfi cəhətlərin izahı 

üzərində cəmləməklə məlumat vermək və maarifləndirmə aparmaq.

•  Xidmətlərlə təmin etmək: yeniliklə əlaqəli olaraq vətəndaş cəmiyyəti təşkilatları 

siyasətin formalaşdırılmasında, ayrıca istifadəçi qruplar üçün alternativ və ya yeni 

xidmətlərin yaradılmasında aparıcı iştirakçı ola bilər.  



 

•  Nəzarət funksiyasını yerinə yetirmək: siyasətin nəzərdə tutulmuş şəkildə, heç bir əks-

təsir olmadan yerinə yetirilməsini qiymətləndirmək və təmin etmək.

 

Hökumət qurumları aşağıdakıları edə bilər:

•  Məlumat paylaşmaq: həyata keçirmə strategiyası, açıq tender prosedurları və layihə 

direktivləri haqqında məlumat vermək.

•  İnklüziv prosedurlar: siyasətin həyata keçirilməsi üçün qoyulmuş qaydalara əməl edin.

•  Resurs təminatı: həyata keçirmə mərhələsində vətəndaş cəmiyyətinin fəal iştirakını 

təmin etmək (məsələn, büdcə təminatı, maddi dəstək və inzibati xidmətlər yolu ilə). 

•  Məsuliyyətli olun: həyata keçirmənin doğurduğu ayrıca ehtiyaclara reaksiya verin və 

əlçatımlı olun.



İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

68

Faydalı vasitə və mexanizmlər:



Məlumat

•  Layihələr və həyata keçirilmə qərarları ilə əlaqəli dövlət sektoru sənədlərinə açıq və 

sərbəst əıçatımlılıq.

•  Əsas sənədlərə tam əlçatımlılıq və ictimai tədbirlərə dair elanları olan vebsayt.

•  Layihə və maliyyələşdirmə imkanlarını bildirən elektron məktublar.

•  Ən çox verilən suallara cavablardan ibarət məlumatı sual-cavab formasında internet və 

başqa kanallarla təklif etmək, praktik kömək və direktivlərlə təmin etmək.   

•  Xidmət təchizatının şəffaflığını təmin etmək üçün açıq şəkildə elan olunmuş tender 

proseduru. 

Məsləhətləşmə

•  Siyasətin həyata keçirildiyini bildirmək və müzakirə etmək üçün QHT-lər və ictimaiyyətlə   

tədbirlər, konfranslar, forumlar və seminarlar.

Dialoq

•  Həyata keçirmə ilə bağlı bilgi və bacarığı artırmaq üçün potensialı gücləndirmə 

seminarları.  

•  Təchizat, layihə və maliyyələşdirmə kimi həyata keçirilmə ilə əlaqəli xüsusi mövzularda 

vətəndaş cəmiyyəti təşkilatları və hökumət qurumları üçün təlim seminarları. 

Tərəfdaşlıq

•  Vətəndaş cəmiyyəti təşkilatlarının və hökumət qurumlarının siyasəti həyata keçirmək 

məqsədilə formalaşdırdığı strateji tərəfdaşlıq (kiçik pilot layihədən tam həyata keçirmə 

məsuliyyətinə qədər).



5. Monitorinq və  nəzərdən keçirmə

Dövriyyənin bu mərhələsində vətəndaş cəmiyyəti təşkilatlarının rolu həyata keçirilmiş 

siyasətin nəticələrini monitorinq edib qiymətləndirməkdir. Siyasət/proqramın nəzərdə 

tutulan məqsədə çatdığının təminat altına alındığı yerdə effektiv və şəffaf monitorinq 

sisteminə sahib olmaq mühümdür.  

Vətəndaş cəmiyyəti təşkilatları aşağıdakıları edə bilər:

•  Təşviq etmək: siyasi təşəbbüsün nəzərdə tutulan benefisiarlara çatıb-çatmadığını və 

cəmiyyət üçün nəzərdə tutulan nəticələrə nail olub-olmadığını yoxlamaq və bildirmək.  

•  Ekspertiza və məsləhətlə təmin etmək: imkan daxilində tədqiqat mərkəzlərini, araşdırma 

institutlarını cəlb etməklə siyasətin təsiri barədə dəlil toplamaq və ya təhlil aparmaq. 

•  Xidmət təminatı: keyfiyyət, davamlılıq, effektivlik və real örnəklər baxımından proqramın 

təsirini yoxlamaq.

•  Nəzarət funksiyasını yerinə yetirmək: nəzərdə tutulan məqsədlərə nail olunduğuna 

əminlik üçün siyasətin təsirinin monitorinqində prioritet rol almaq. 

Hökumət qurumları aşağıdakıları edə bilər:

•  Məlumat paylaşmaq: mövcud siyasi vəziyyət barədə məlumatla təmin etmək.

•  Cavab reaksiyası verin: dinləyin, nəzərə alın və cavab verin.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə