BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə28/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

71

“bağışlayın,  biz  həmin  qərarı  vermədik,  ancaq  biz  hələ  də  məlumat  gözləyirik.”  Geniş 



məlumatların əldə edilməsinin nəticəni ləngitməməsi üçün kifayət qədər tez qərar verilməsi 

lazımdır.  Buna  nail  olmaq  demək  olar  ki,  həmişə  mümkündür.  İnklüziv  qərar  qəbulu  ləng 

qərar verilməsi üçün bəhanə olmamalıdır. 

Effektivliyin müqayisəsi (bençmarkinq)

Effektivliyin müqayisəsi həm siyasət və xidmətləri əhatə edən məhsullarla, həm də həmin 

məhsulların yaradılması və çatdırılması prosesləri ilə əlaqəli ən yaxşı təcrübənin müəyyən 

olunma prosesidir. “Ən yaxşı təcrübə” axtarışı həm müəyyən sektor daxilində, həm də digər 

sektorlarda baş verə bilər (məsələn, inklüziv qərarla bağlı digər sektorlardan alınmalı dərslər 

varmı?).


Effektivliyin  müqayisəsinin  məqsədi  təşkilatın  ən  yaxşı  təcrübə  ilə  müqayisədə  hazırkı 

vəziyyətini  başa  düşmək,  qiymətləndirmək  və  performansın  təkmilləşdirmə  sahələrini, 

vasitələrini müəyyənləşdirməkdir.   

Effektivliyin  müqayisəsinə  başqalarının  öz  performans  səviyyələrinə  necə  nail  olduqlarını 

yoxlamaq və apardıqları prosesləri başa düşmək üçün xarici aləmə (müəyyən təşkilat, sektor, 

region və ya ölkədən kənara) nəzər yetirmək aiddir. 

Effektivliyin  müqayisəsi  tapşırıqlarından  öyrənilən  dərslər  uyğun  şəkildə  tətbiq  olunsa, 

təşkilat daxilində həlledici funksiyalarda təkmilləşdirilmiş performansa kömək etmiş olar.   

Effektivliyin müqayisəsinin tətbiqi dörd həlledici mərhələdən ibarətdir:

1. 


Mövcud prosesləri təfsilatı ilə başa düşmək.

2. 


Başqalarının keçdiyi prosesi analiz etmək.

3. 


Öz performansını başqalarının təhlil olunmuş performansları ilə müqayisə etmək.

4. 


Performansdakı boşluqları doldurmaq üçün lazımi mərhələləri həyata keçirmək.

Prosesi 


müayən 

etmək


Başlanğıc

Məlumatın toplanması

Məlumatın müqayisəsi

Fəaliyyət

Təkrar etmək

Bençmarkinq

Təhlil



İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

72

Effektivliyin  müqayisəsi  birdəfəlik  tapşırıq  kimi  nəzərdən  keçirilməməlidir.  Effektiv  olması 



üçün  bu  proses  ardıcıl  aparılmalı,  ən  yaxşı  təcrübədən  xəbər  tutmaq  məqsədilə  davamlı 

təkmilləşmə prosesinin ayrılmaz hissəsi olmalıdır. 



Razılaşma

Bəziləri  hesab  edirlər  ki,  inklüziv  qərar  qəbulu  prosesləri  təcrübə  (“təhlil  durğunluğu”) 

baxımından  həddən  artıq  yararsızdır.  Amma  bunun  əksini  göstərən  kifayət  qədər  dəlil 

var. Əgər siz prosesi doğru şəkildə idarə edirsinizsə, onda qərar verərkən razılaşma əldə 

olunmasa,  yaxud  insanlar  ən  azından  onunla  tam  razılaşmasalar  belə,  qərarın  arxasında 

duran  səbəbləri  həmişə  başa  düşəcəklər.  Razılıqla  gəlinmiş  qərar  razılaşmasız  qərardan 

daha dəyərlidir: onun doğru olma ehtimalı daha çox, effektiv həyata keçirilmə imkanı daha 

artıqdır, çünki hər kəs ona inanır. 

Razılaşma imkanını artırmaq məqsədilə müzakirələr diqqətlə idarə oluna bilər:

 



Seçimləri qiymətləndirmə kriteriyaları ilə yanaşı problemi aydın şəkildə qoyun. Əgər 

insanlar problemin qoyuluşu və ya məqsədlə razılaşmırlarsa, çətin ki, onun həlli yolu ilə 

də razılaşsınlar.  

Hər bir seçimin lehinə və əleyhinə olan arqumentləri hər kəsin başa düşə biləcəyi 



şəkildə  göstərin.

İnklüziv və hörmətcil olun. Əsas qaydaları müəyyənləşdirin və müzakirəni elə aparın 



ki, insanların məsələləri şəxsiləşdirmədən bir-birinə əks-arqument gətirməklə 

razılaşmamaq imkanı olsun.



İnklüziv qərar qəbulu nə zaman işləyir, nə zaman işləmir

İnklüziv qərar qəbulu aşağıdakı mühitlərdə daha yaxşı işləyir: 

Səmərəli razılaşmamanı cəsarətləndirən mədəni mühitdə; belə ki, insanlar fikirlərini 



rahat söyləyirlər, liderlər isə onları dinləməyə dəyər verirlər.

Ümumi məqsədlərə dair ümumi razılaşma mühitində; belə ki, insanlar bir neçə alternativ 



arasından birini seçmək üzrə razılaşa bilsinlər.

 

Kiçik təşkilatların bu keyfiyyətlərə malik olma ehtimalı böyüklərdən daha çoxdur. Ancaq yerli 



və  milli  hökumətlər,  media  təşkilatları  və  vətəndaş  cəmiyyəti  təşkilatları  yəqin  ki,  inklüziv 

qərar qəbulundan daha çox faydalanır.

İnklüziv qərarverməyə kömək üçün aşağıdakılar lazımdır:

•  qərar vermək üçün insanları dəstəkləmək və səlahiyyət vermək 

•  aydın məqsədlər, kontekst, limitlər və mövzular 

•  hətta birbaşa və ya dərhal dəyişiklik olmasa belə fikir söyləmək, reaksiya vermək - 

insanların iştirakın dəyərini hiss etmələri üçün

•  insanların bilgilərinə, təcrübəsinə və fikirlərinə hörmət 




© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

73

İnklüziv qərar qəbulu üçün model 

Əlilliyi  olan  şəxsləri  inklüziv  qərar  qəbuluna  qabil  etmək  üçün  model  iştirak  strategiyası 

aşağıdakılar ola bilər:

•  məsələlərin müəyyən olunması və təhlili (məsələn, tədqiqat dəlillərini nəzərdən 

keçirmək, dəyirmi masa müzakirələri, ictimai və ya özəl dəlil dinləmələri, işçi qrupların 

idarə edilməsi)

•  strategiya və fəaliyyət planının işlənib hazırlanması (məqsəd və nəticələri 

müəyyən etməli; hansı mexanizmlərdən istifadə etməli; insan və maliyyə resursları; 

agentliklərarası əməkdaşlıq; monitorinq və qiymətləndirmə göstəriciləri)

•  fəaliyyət planını həyata keçirmək (həyata keçirmənin müntəzəm monitorinqi və lazım 

olarsa, planın yenilənməsi)

•  öyrənmə və davamlı təkmilləşmə daxil olmaqla monitorinq və qiymətləndirmə

İnklüziv qərar qəbulunda əsas elementlər - insanlar

 

Əlilliyi olan şəxslərin qərarvermədə iştirakı planlaşdırılmalı və təşkilati yanaşma 

olmalıdır

Müxtəlif komandalarda və ya müxtəlif şöbələrdə əlilliyi olan şəxslərin iştirakını (cəlb olunmasını) 

müxtəlif  tərzdə  reallaşdırmağın  mənası  yoxdur.  Bunun  təşkilat  səviyyəsində  planlaşdırılıb 

əlaqələndirilməsi lazımdır. Əks halda insanlar çoxlu vaxt və enerji itirmiş olacaqlar.



Əlilliyi olan şəxsləri cəlb etməyin bir sıra yolları olmalıdır

Əlilliyi olan şəxsləri qərar qəbuluna cəlb etmək üçün yalnız bir fəaliyyətin olması insanların 

sayını  və  təcrübələrin  diapozonunu  məhdudlaşdıracaq.  Faktiki  fəaliyyətlər  təşkilatdan  və 

müəyyən  məsələdən  asılı  olacaq.  Təşkilatlar  əlilliyi  olan  şəxslərin  «jüriləri»,  əlilliyi  olan 

sakinlərin paneli, hədəf qruplar, geniş miqyaslı konfranslar, təşkil olunmuş görüşlər, əlil və ya 

könüllü sektor təşkilatlarının iclaslarında iştirak, anketlər, rəy sorğusu, incəsənət fəaliyyətləri, 

əlillik üzrə rəsmi məşvərət qrupları, ictimai şəkildə təyin olunmuş panellər və s. kimi bir çox 

metodlardan istifadə ediblər.



Əlilliyi olan şəxsləri cəlb etmək - qutunun üzərində yazıldığı kimidir - əlilliyi olan 

şəxsləri cəlb etmək

Baxıcıları, valideynləri, professionalları və digər iştirakçıları cəlb etmək dəyərli olsa da, əgər 

bu, məhdud qabiliyyəti olanlar üçün dəstəkli qərarvermənin bir hissəsinə çevrilməzsə, bu 

insanlar əlilliyi olan şəxslərin əvəzinə, onların adından danışa bilməzlər.

 

Əsas axına salınma və iştirak yaddan çıxmamalıdır

Əlilliyi  olan  şəxsləri  əsas  qərarlara  cəlb  etmək  üçün  bəzi  spesifik  fəaliyyətlərin  olması  o 

demək  deyil  ki,  təşkilatın  aparıcı  məsləhətləşmə  mexanizmləri  əlilliyi  olan  şəxsləri  əhatə 

etməməlidir. Təşkilatın yürütdüyü əsas axına cəlb etmə xətti əlilliyi olan şəxsləri də əhatə 

etməlidir, ancaq spesifik iştirak fəaliyyətlərindən əldə olunmuş bilik bunu təkmilləşdirə bilər.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə