BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə37/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

92

istifadə edin. Bunda yumor və ya heyrət üçün imkanlar açıla bilər. 



Əlilliyi olan şəxslə danışarkən gündəlik danışıq dilindən istifadə etmək məsləhətdir. 

Yaraşıqlı olanlara və ya buna çox can atanlara avtomatik olaraq rol verməyin. 



Estetikadan çox başqa meyarlara üstünlük verin.

Bəzən əlillik rolların bölüşdürülməsi və istehsaldan qabaqkı mərhələlərdə kampaniyaya 



uğurla inteqrasiya olunur (məsələn, eşitmə aparatlı aktyor rol bölgüsündə iştirak 

edirsə).


Model yetişdirmə formasının əlçatımlı olmasını təmin edın. 



Film çəkilişi

Çəkiliş və ya səsyazma yerində aktyorun ehtiyaclarına uyğun lazımi ləvazimatlar 



olduğuna əminlik hasil edin (məsələn, rahat parkinq və ya ictimai nəqliyyata rahat 

əlçatımlılıq).

Çəkilişdən əvvəl aktyordan və ya modeldən hər hansı əlçatımlılıq tələblərinin olub-



olmadığını soruşun və bu ehtiyacların ödənməsini təmin edin. Məsələn, əgər onların 

ünsiyyət qurmaq üçün dil mütəxəssisinə ehtiyacı olacaqsa, qabaqcadan sifariş verin.

İş saatının çox uzun olmadığına əminlik hasil edin, lazımi qədər fasilə verin.



Hansı işlərin baş verə biləcəyini və ya məkanı daha əlçatımlı etmək üçün nəyin daha 

asan dəyişdirilə biləcəyini qiymətləndirmək məqsədilə çəkiliş yerinin, yaxud da 

studiyanın əlçatımlılığını təftiş edin.

Aktyorlara göndərilən bütün məlumatların onlara əlçatımlı formatda verildiyinə əminlik 



hasil edin.

Əlillik Məsələləri üzrə İdarədən kənar

Graeae Theatre website



Equity website

Channel 4 ‘4 Disabled Talent’ website



The Arts Council website

VisABLE People website



Mind the gap website

Showfolio website



Spotlight website



Rəqəmsal kommunikasiya

 

Hökumət vətəndaşlarla getdikcə daha çox rəqəmsal yolla əlaqə saxlayır. Məsələn, insanlar 

vergi gəlirlərinin özünüqiymətləndirməsini təqdim edə, onlayn məsləhətləşmələrə qatıla 

bilərlər. Rəqəmsal kommunikasiyanın əlilliyi olan şəxslərə əlçatımlı olmasına vaxt, imkan 

vermək o deməkdir ki, siz daha effektli ünsiyyət qurursunuz.

İnsanlarla rəqəmsal yolla ünsiyyət qurarkən sizin onlara ayrı-seçkilik qoymamaq 

öhdəliyiniz var. Rəqəmsal ünsiyyət vasitələri əlçatımlıdırsa, əlilliyi olan şəxslərin azadlığına, 

sərbəstliyinə təkan verə bilər. Yox, əgər bu vasitələr əlçatmaz şəkildə tərtib olunubsa, 

problem yarada bilər. Auditoriyanızdakı əlilliyi olan şəxslərə uyğun rəqəmsal formatlar əldə 

etmək üçün ehtiyatla düşünün. 




© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

93

Əlilliyi olan bəzi şəxslərin istifadə etdiyi mətni nitqə çevirən ekran səsləndiriciləri və ya 



əgər onlar görmürlərsə, klaviaturadan istifadə edə bilmirlərsə, səslə idarə olunan proqram 

təminatı kimi yardımçı texnologiya növlərindən baş çıxarmaq çox faydalıdır. 



Siz bunları edə bilərsiniz:

öz rəqəmsal məlumat vasitələrinizi əlilliyi olan şəxslərə əlçatımlı etmək;



yardımçı texnologiyanın müxtəlif növlərini axtarıb tapmaq.



Mənbələr

Assistive technology



Inclusive communications

The Equality Act and the Disability Discrimination Act




İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

94

Örnəklərin öyrənilməsi



Örnəklərin öyrənilməsi: Ukrayna – Əlilliyi olan Şəxslər üzrə Şura  

Əlilliyi olan Şəxslər üzrə Şura Ukrayna Nazirlər Kabineti ilə işləyir. Qurum əlilliyi olan şəxslərin 

qarşılaşdığı problemlərin təhlilini aparır və qərarları müəyyən edir. İclaslar problemlərin bəlli 

müddət  ərzində  həll  edilməsi  üçün  hökumət  qurumlarına  göstərişlər  verilən  protokolların 

imzalanması ilə nəticələnir. 

Şura  Sosial  Siyasət  Nazirliyi  və  əlilliyi  olan  şəxslərin  təşkilatları  tərəfindən  irəli  sürülmüş 

tövsiyələr  əsasında  1994-cü  ildə  Ukrayna  Nazirlər  Kabineti  nəzdində  bir  struktur  kimi 

yaradılıb. 

O, Ukrayna Nazirlər Kabinetinin xüsusi məşvərətçi məsləhətverici qurumudur. Bura hökumət 

qurumlarının və əlilliyi olan şəxslərin təşkilatlarının nümayəndələri daxildir. Sədri baş nazirin 

müavinidir, sədr müavini isə sosial siyasət naziridir. 

Şura hökumət qurumları və əlilliyi olan şəxslərin təşkilatları tərəfindən irəli sürülmüş təkliflər 

əsasında  illik  iş  planını  işləyib  hazırlayır.  Məqsəd  qərar  layihələrinin  hazırlanmasına  daha 

geniş insan qruplarının cəlb edilməsi olduğundan şura işçi qruplar və konfranslar, seminarlar, 

praktiki seminarlar, iclaslar və başqa tədbirlər təşkil edə bilər. 

2013-cü ilin noyabr ayında keçirilmiş axırıncı iclasında şura aşağıdakıları müzakirə etdi:

•  Əsasnamələrin və müvafiq dövlət qurumları tərəfindən tədbirlərin təkmilləşdirilməsi 

vasitəsilə əlilliyi olan şəxslər üçün maneələrdən azad mühitin yaradılması 

•  Aİ-nin İşçilərinin çoxunu əlilliyi olan şəxslər təşkil edən şirkətlərdən satınalmalara dair 

2004/18 N-li  Direktivinin 19-cu Maddəsinin müddəalarının Ukrayna qanunvericiliyinə 

salınması yolları.

Əlilliyi  olan  şəxslərin  təşkilatlarının  nümayəndələri  nümunələr  və  təkliflər  verməklə 

müzakirələrdə həmişəki kimi fəal iştirak edirdilər. Amma əlilliyi olan şəxslər üçün infrastruktur 

və  çıxış  imkanlarına  tarixən  etinasız  yanaşıldığına  görə  bu  qərarların  çoxu  qisa  müddət 

ərzində həll edilməyəcək. 

Hazırda Əlilliyi olan Şəxslər və Veteranlar üzrə Dövlət Xidməti bütün maraqlı tərəflərin verdiyi 

təklifləri təhlil edir və qanunvericiliyə düzəlişlərin edilməsi üzərində işləyir. Təəssüf ki, bu 

günə qədər bu məsələləri həll etmək üçün konkret nəticə əldə olunmayıb. 

Əlilliyi  olan  şəxslərin  təşkilatları  ilə  məsləhətləşmələrdən  sonra  Sosial  Siyasət  Nazirliyinin 

hazırladığı təkliflər Ukrayna Ali Radasında 2014-cü ilin aprel ayında parlament üzvü tərəfindən 

qeydiyyatdan keçirilmış qanun layihəsinə daxil edilib. Amma bu qanun layihəsi kifayət qədər 

səs qazana bilmədi – baxmayarq ki, bu, əsasən əllilliyə aid olmayan əsasnamələr səbəbindən 

baş verdi.  

Şura və digər təşkilatların işi irəliyə doğru hərəkət yollarını daha aydın planlaşdırmaq, bununla 

da hansı hökumət orqanlarının hansı problemlərlə məşğul olacağını və hansı mexanizmlərin 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə