Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə27/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   23   24   25   26   27   28   29   30   ...   40

























Böyük Azərbaycan yolçusu 
 
 
113 
AİLƏM 
 
Dünyaya gəlişimlə bağlı həqiqət və düşüncəm belədir: 
 
Doğuldum il üzünə, 
Düşdüm bayram izinə. 
Quyladı göbəyimi, 
Anam odun közünə 
Mən yurdumda bəy oldum! 
 
Anam həqiqətən məni plovu dəmə qoyandan sonra 
dünyaya gətirib.  
     1.  Hər gün səhər yuxudan duran kimi qaçıb girərdim 
dədəmin yanına və dədəm yorğanını mənim üstümə örtüb, məni 
qucaqlayıb yatardı. Bugün də elə elədim. Yuxudan duran kimi 
qaçıb girdim dədəmin yanına. Amma dədəm məni qucaqla-
madı. 
Dədəmin məni qucaqlaması hər zaman çox xoşuma gəlirdi 
deyə dədəmi bir neçə dəfə çağırdım ki, oyanıb məni qucaqlasın 
və üstümü örtüb yatsın. Amma dədəm oyanmırdı. Bacım Zəkirə 
yenicə doğduğu üçün anam bacımın yanında qalırdı. Evdə 
dədəm, iki bacım və  mən idim. Dədəm oyanamdığından və 
mən də bunun nə demək olduğunu bilmədiyimdən bacımı 
çağırıb dədəmi oyatmasını istədim. Bacım da dədəmi oyada 
bilməyəndə birdən “dədəm ölüb” dedi və  ağlamağa başladı. 
Ölümün nə olduğunu bilməsəm də bacımın ağlamasından pis 
bir şey olduğunu başa düşdüm və mən də ağlamağa başladım. 
O ağlamaqdır ki, hələ də yetim görəndə, bir sınıq qəlbli insanla 
rastlaşanda və ya bir insana qarşı haqsızlıq görəndə içim qan 
ağlayır. 
     2.  Dədəm çox dindar olub. Biri piyada olmaqla iki dəfə 
Kərbəlanı ziyarətə gedib. Quranı çox sərbəst oxuyurdu. Dədəm 
uzun müddət dəmiryolunda - Nehrəm və  Dərəşam stan-
Böyük Azərbaycan yolçusu 
 
 
114
sıyalarında işləyib. Dəmir yolunda işlədiyi üçün müharibəyə 
aparmayıblar. Nehrəm stansiyası bizdən təxminən 10 km-ə 
yaxın, Dərəşam isə ondan da uzaq bir məsafədədir. Hər gün bu 
yolu piyada gedib qayıdırmış. Yolun belə uzaqlığı  və  işin 
ağırlığı onu vaxtsız qocaltmışdı. Sonralar günəbaxan tumu 
satmaqla ailəni dolandırırdı. Dədəm həm də gilənar (bəzən ərik, 
bəzən də dağdağan çubuğundan düzəldirdilər) çubuğundan 
düzəldilmiş uzun müşdüklə əvvəllər eşmə (papiros kağızının və 
ya qəzet parçasının arasına tütün qoyub bükərək çəkilən papiros 
variantı), sonralar isə papiros çəkirdi. 
       3. Dədəm öləndən sonra anam mənə həm ata olub həm ana. 
Bacılarım mənə görə öz həyatlarını qurban verdilər. Bir də 
qardaşım Hüseynin haqqı çox olub üstümdə. Anam da, 
bacılarım da, qardaşım Hüseyn (Allah rəhmət eləsin) də 
çalışıblar mən yetimliyi hiss etməyim. Nə etsələr belə  hər 
addımda, hər yerdə, hər münasibətdə bu özünü göstərir. 
Yetimlik çox ağır bir yaşam halıdır. Bunu yaşamayan bilməz. 
Necə ki, bir bayatımızda deyilir: 
                  Əzizim neçə dağlar, 
                  Saymadım neçə dağlar. 
                  Yetim yanağı bilir, 
                  Göz yaşı necə dağlar. 
Mən isə düşünürəm : 
                  Bütün yetimliklər ötəndi, Dədə! 
                  Yetimlik hamıya yetəndi, Dədə! 
                  Ən köməksiz yetim Vətəndi, Dədə! 
                  Yetimlik dağıdan tufandı, Dədə! 
       4.  Dədəmdən sonra 1970-ci ildə bacım Məsmə haqqın 
rəhmətinə qovuşdu. Bacım Məsmə öləndə balaca qızı 
Məhəbbət 3 aylıq idi və anam onu kimsəyə verməyərək özü 
saxlayıb böyütdü. Bundan bir az sonra isə bacım Zeynəbin 
yoldaşı motosikl qəzasında öldü. Bütün bunlar həm bütövlükdə 
ailəmizə, həm də ayrılıqda anama çox ağır təsir etdi. Demək 


Böyük Azərbaycan yolçusu 
 
 
115 
olar ki, hər gün dərsdən gələndə anamı bayatı-ağı deyib ağlayan 
görürdüm. Anam dağ idi bir belə  dərdə dözürdü. Məndə 
bayatıya, ağıya sevgi də bu dönəmdə yarandı. 
       5.  Sonralar  hər axşam anamın ögey atası  Aşıq Nəmət 
(ALLAH ondan razı olsun. Anamı doğma övladlarından 
seçmirmiş.  Əsl adı  yəqin ki, Neymət imiş) bütün qohum-
əqrəbanı başına yığıb nağıl (nağıl və dastan ) danışardı, bir çox 
dini və  həyati məsələlərdən,  əhvalatlardan söhbət edərdi. O 
dövrdə radio-televiziya olmadığından bütün qohum əqraba, 
hətta yaxın qonşular belə babamgilə  yığışardılar. Bütövlükdə 
məndə ədəbiyyata və folklorumuza maraq anamın və babamın 
vasitəsi ilə o dövrdə yarandı. 
       6. Həm evdə, həm də ətrafda insanlar qəlbimə dəyməsinlər 
deyə çox vaxt məni etdiyim hərəkətə görə tənbeh etməz, mənə 
qadağa qoymazdılar.  Bu  da  mənim çox sərbəst və bir az da 
şıltaq bir uşaq kimi böyüməyimə  səbəb olub. Bununla yanaşı 
məni demək olar ki, heç bir fiziki işdə  işlətmirdilər ki, 
dərslərimi oxuyum. Bu isə mənim fiziki əməkdə bişməməyimə, 
bacarıqsız və tənbəl olmağıma səbəb olub. 
      7.  Bacılarım  Zəhra və Kubra mənə görə çox əziiyət 
çəkiblər və demək olar ki, həyatlarını  mənə qurban verdilər. 
Hər ikisi mənim oxumağım və korluq çəkməməyim üçün ən 
ağır zəhmət olan, qul əməyi deyilən pambıq, tütün və üzüm 
tarlalarında çalışırdılar. Mən orta məktəbdə oxuyanda mənim 
dərsdən qalmamağım və oxumağım üçün, Zəhra və Kubra  
institutda oxuyanda isə  mənə pul göndərmək üçün hər  əzaba 
dözüblər. Bu indi də    belədir, mənə görə  hər cür əzab-əziyyət 
çəkirlər. Mən institutda oxuyanda bacılarımla yanaşı qardaşım 
Hüseyn də həm öz ailəsini saxlayır, həm də mənə kömək edirdi. 
      8.  Məhəbbəti bacım qızı yox bacı bilirəm.Bəlkə  də digər 
bacılarımdan çox istəyirəm. Məhəbbətə  hər cür imkanı olan 
ataların övladına elədiyi toydan üstün toy elədim. Amma 
Böyük Azərbaycan yolçusu 
 
 
116
Məhəbbət gəlin gedəndə bilmirəm sevincdən idi ya ayrılıqdan 
idi məni bərk ağlamaq tutdu. Heç cür özümü ələ ala bilmədim.  
      9.  Anamı  hədsiz dərəcədə çox sevirdim. Həqiqətən elə 
bilirdim anamdan ayrı düşsəm ölərəm. Amma ölmədim. Anam 
da  deyəsən məni övladlarının içində hamıdan çox istəyirdi. 
Bəlkə də mənə belə gəlir. Ancaq rəhmətlik ölənə qədər heç bir 
qohum nədi, hətta heç bir övladının evində belə qalmırdı. Sözü 
də bu idi ki, ”yox ayrı yerdə qalammıram” və ya “Bünyamingil 
tək qalar”. Dayılarım bəzən zarafata salıb deyirdilər ki, ”niyə 
Bünyaminə süd verirsən?”. Mən həbsdə olanda anam bərk 
xəstələnir. Bizim ailə həkimimiz Əli Ələsgərovu  gecə saat 1-də 
çağırmalı olurlar. Əli həkim qışın o şaxtasında 3-4 km məsafəni 
piyada gəlir və  nə dava-dərman lazımsa edir (ALLAH ondan 
razı olsun, həm həkim kimi, həm də dost kimi.). Bu müddət 
anamın yanına gələn qohum-əqraba, qonum-qonşu anama 
təsəlli üçün deyirlər ki, narahat olma İNŞAALLAH tezliklə 
sağalarsan. Anam isə hamıya eyni cavabı verir ki,” narahat 
olmayın Bünyamin gələnə  qədər ölmüyəcəm”. Anam 1999-cu 
il avqustun 12 təxminən günorta saat 4-də rəhmətə getdi. Ana-
mın dünyasını dəyişməsi ilə birdən-birə ailəmdə və həyatımda 
bir boşluq yarandı. 36 yaşında olmağıma baxmayaraq özümü 
tamamı ilə kimsəsiz və yetim hiss elədim. Uzun zaman özümə 
gələ bilmədim. 
       10. Anam rəhmətə gedəndə çox adam telefonla və qəzetlər 
vasitəsi ilə başsağlığı verdi. Amma Əbülfəz Elçibəyin “Azad-
lıq” qəzetində verdiyi başsağlığı tamam fərqli idi. ”Əbülfəz 
Elçibəy Bünyamin Qəmbərliyə anasının vəfatı münasibəti ilə 
dərin hüzünlə başsağlığı verir. ALLAH rəhmət eləsin”  
      11.  1991-ci  ildə evləndim. Toya heç kimə  dəvətnamə 
vermədim. Çünki kimisə unudacağımdan və incidəcəyimdən 
qorxdum. Sadəcə bir neçə yerdə kim istəsə buyurub  gəlsin 
deyə ümümi şəkildə  dəvət etdim. Toyda 1000 nəfərə yaxın 
adam iştirak etdi. Təxminən 400-500 adamlıq çadır qurmuşduq. 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə