Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə29/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   25   26   27   28   29   30   31   32   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
121 
bizə daha çox maraqlı  gəlir, onların söhbətlərində adını 
çəkdikləri  əsərləri,  şeirləri və kitabları tapıb oxumaq üçün 
bəzən bir-birimizlə  rəqabət aparırdıq. Zaman ötdükcə biz də 
oxuduqlarımızın və  eşitdiklərimizin hesabına bu söhbətlərə 
qoşulur, bəzən isə  hətta bizdən böyüklərlə mübahisəyə  də 
girişirdik. Mənimçün bu proses 1980-ci ilə qədər davam etdi və 
Asif Kələntərli ikiyə bölünmüş Azərbaycanı birləşdirmək üçün 
çoxlu adamların fəaliyyət göstərdiyini və hətta gizli təşkilatlar 
olduğunu dedi. Həftədə 3-4 dəfə görüşdüyümüz üçün və bu 
söhbətlər hər gün daha da dərinləşdiyindən mən bir gün bizim 
məktəbdə də Qulu Vəliyev (indi Kanadada yaşayır) və Nizami 
Məmmədovla (sonralar hərbi məktəb qurtardı, əvvəl Naxçıvan 
Sərhəd dəstəsinin Komandiri, sonra isə Milli Təhlükəsizlik 
sistemində  işlədi) belə bir təşkilat qurduğumuzu dedim. Asif 
Kələntərli hər söhbətimizdə mənə ehtiyatlı olmağı, onunla olan 
söhbətləri heç kimə deməməyi, bu gizli təşkilatların bir sirr 
olduğunu, onun və dostlarının (yuxarıda bir qisminin adlarını 
çəkdim) mənə inandığını  və etibar etdiyini aşılaması onunçün 
məni hazırlamaq idisə mənimçün artıq özünəgüvən, etibarlı və 
inanılan bir adam olduğum qətiyyəti idi. Və 1980-ci ilin 
sonlarında Asif Kələntərli heç kimə deməmək şərti ilə mənə bir 
sirr açmaq istədiyini dedi. Mən söz verib and içəndən sonra 
Asif onların da belə bir təşkilatı olduğunu, istəsəm məni də 
qəbul edəcəklərini dedi. Mən heç bir tərəddüd etmədən və qəti 
şəkildə istədiyimi bildirdim. Beləliklə  mən də gizli təşkilatın 
üzvü oldum və bir neçə ay sonra isə tez-tez bizimlə görüşən, 
çay içən, söhbət edən bizdən yaşca böyük dostlarımızın 
hamısının da bu təşkilatın üzvü olduğunu öyrəndim. 
       Bundan sonra çoxlu sayda inqilabi ədəbiyyat, Azərbaycan 
dili, tarixi və mədəniyyəti ilə bağlı əsər oxumağa başladım ki, 
bu da mənim sonralar insanlarla münasibətimdə mühüm rol 
oynadı. 
Böyük Azərbaycan yolçusu 
 
 
122
       2.  Gizli  təşkilat dövründə Ordubad rayonunda Şəfa 
bulağında, Babək rayonunda Uzunoba gölündə, Xalxal və 
Şıxmahmud meşəsində,  Şərurda  və Naxçıvan  şəhərində, 
dostlarımızın evində    dəfələrlə gizli yığıncaqlarımız olub. Hər 
adi bir şeyi,-doğum gününü, toyu, il dönümünü və s. bəhanə 
edib yığıncaq keçirirdik. Bu yığıncaqlarda adlarını yuxarıda 
qeyd etdiklərimlə yanaşı  Şərurdan  İnqilab Orxan, Muxtar 
Rzayev, Mehman Qaraağac (Allah rəhmət eləsin), Hüseyn bəy 
(soyadını unutmuşam) və 2-3 nəfər adını unutduğum 
dostlarımız,  Şahbuzdan Fərzuq bəy, Babəkdən Fərəc Yusifov 
və Salman bəy (soy adını unutmuşam), Culfadan Bayram 
Muradov, Fətəli  İmanov,  Əhliman  Ərəfsəli (Allah rəhmət 
eləsin, soyadını unutmuşam) , Ordubaddan  iki Hüseyn adlı 
dostumuz,  Şəmil bəy (soyadlarını unutmuşam) və adlarını 
unutduğum dostlarımız daimi iştirak edirdilər.  
      3. Biz  türkçülüyün təbliği və bizə qarşı yeridilən assimliya-
siya siyasətinin zərərlərinin qarşısının alınması üçün 250-300 
oğlan, elə bir bu qədər də  qız adı yazmışdıq ki, yeni doğulan 
körpələrə bu adların verilməsinə çalışırdıq. Bu gün həmin 
dövrdə doğulanlardan milli adları daşıyanların sayı çoxdur. 
Mən də qardaşım Hüseynin həmin dövrdə doğulan qızına Turan 
adı qoymuşam. 
      4.  Səhv etməsəm 1986-cı ildə Asif Kələntərlini,  İbrahim 
İbrahimlini və Fərəc Yusifovu təşkilata pul qazanmaq məqsədi 
ilə Rusiyaya alma yığımına göndərdik. Düzdü onlar pul qazana 
bilmədilər, amma Naxçıvana qayıdan kimi DTK Asifi və 
İbrahimi bir-bir çağırdı  və sorğu sual elədi. Bundan sonra bir 
müddət fəaliyyətimizi yavaşlatdıq.   
     5. Bu dövrdə çoxlu yazı-pozularımız da vardı. Bunların bir 
qismi iki dəfə məndə məhv oldu. 
-Sənədlərin bir qismi məndə idi. Ələ keçməsin deyə o vaxt 
suvarmadığımıza görə  həyətimizdə torpağa basdırmışdım. Sel 
gəldi basdı və bütün sənədlər məhv oldu. 


Böyük Azərbaycan yolçusu 
 
 
123 
- DTK bizim uşaqlardan Asifi və  İbrahimi çağıranda hər an 
məni də çağıra və ya tuta bilərlər deyə məndə olan sənədləri ələ 
keçməməsi üçün yandırdım.  
     6.  Instituta  qəbul olandan sonra Bakıya getmək vaxtı 
çatanda Asif Kələntərli mənə Bakıda təşkilatın Bakı bürosunu 
yaratmağın vacib olduğunu dedi. 
     7. İnstitutda oxuduğum müddətdə; 
-  Təşkilata yeni üzvlər cəlb etmək məqsədi ilə bir neçə nəfər 
üzərində işləyirdim; 
- Təşkilatı genişləndirmək  məqsədi ilə iki dəfə  Gəncəyə bir 
dəfə də Xarkova getdim; 
- 1984-cü ildə  təşkilatın Bakı bürosunun rəhbərliyini Neymət 
Pənahlıya təhvil verdim  
-  II kursda-1982-ci ildə Söhrab Tahirin ədəbiyyat dərnəyinə 
üzv yazıldım. Burada əsasən yeni yazılan  şeirlər oxunur və 
müzakirə edilirdi. Mən bura şeir oxuyub müzakirə etməkdən 
çox gizli təşkilatın məqsədləri üçün gəlsəm də hər dəfə bir şeir 
oxuyurdum. İşlərim pis getmirdi. Mənim hər dəfə vətənsevərlik 
mövzusunda oxuduğum şeirə Söhrab Tahir çox xoş yanaşır, hər 
dəfə mənim haqqımda xoş sözlər deyirdi. Burda bir çox güneyli 
ilə tanış olmuşdum. Onlardan  xüsusi ilə yadımda  qalan Həmid 
Herisçi və Vəli adlı biri ilə daha çox yaxınlıq edir, tez-tez dər-
nəkdən sonra özümüz söhbətləşirdik. Bu vəziyyət 1984-cü ilə 
qədər davam elədi. 1984-cü ildə təşkilatda  Rusiyanın müxtəlif 
şəhərlərindən Azərbaycanda yaşayan  əslən türk olduğunu 
bildiyimiz vəzifəli  şəxslərə, elm, ədəbiyyat və incəsənət 
adamlarına çoxlu sayda (təxminən 5 - 10 min məktub nəzərdə 
tuturduq), amma eyni məzmunda məktublar göndərməyi 
planlaşdırırdıq. Bu məqsədlə  həm çoxlu pul lazım idi həm də 
ciddi  əlaqələr. Buna görə 1984-cü ildə  təşkilatın tapşırığı ilə 
Söhrab Tahirə bizim Güney Azərbaycanla işləmək istədiyimizi 
və bununla bağlı bizə iki tərəfli  
      - Güneylə əlaqə yaratmağımıza yardımçı olması, 
Böyük Azərbaycan yolçusu 
 
 
124
      - İmkan daxilində maddi kömək etməsini dedim. 
Söhrab Tahir   kömək etməyi bir yana, mənə çox sərt  şəkildə 
bir də buralara gəlib belə sözlər danışma, axırıncı  dəfə olsun 
sənin bura gəlməyin deyərək məni qovdu! 
Eyni məsələni Məmməd Araza da açdım. M.Araz Söhrab 
Tahirdən fərqli olaraq əvvəlcə bizə həmin müddət təzə çapdan 
çıxan və satışda tapılmayan “Dünya sənin, dünya mənim...” 
kitabından  müəyyən qədər (100-200 ədəd ) verməklə kömək 
edəcəyini dedi. Düzdü sonradan nədənsə bu olmadı, amma nə 
məni qovdu, nə də münasibətimizdə soyuqluq yaratdı. Əvvəlki 
kimi (bəlkə  əvvəlkindən də daha yaxın və  səmimi) 
dostluğumuz davam elədi. Hətta bundan sonra məni kiməsə 
təqdim edəndə bir çox xoş sözlərlə yanaşı “çox ağıllı, qeyrətli 
və  dəyərli oğlandı” deyə  təqdim edirdi. Bundan sonra 
oxuculardan və bir çox sayılıb seçilən adamdan ona gələn 
məktubları oxuyub cavab yazmaq üçün mənə verirdi. Əvvəllər 
yazdığım məktubları ona oxusam da sonralar buna da ehtiyac 
görmədi. 
Bakıda oxuduğum dövrdə      Mirəli Seyidov, Məmməd Araz
Yaşar Əliyev, Abbas Abdulla və b. ilə yaxın əlaqə yaratdım. 
         8. 1983-ci ildə Novruz bayramını birlikdə keçirmək üçün 
Asif Kələntərli məni axşam evlərinə dəvət etdi. Yemək zamanı 
çal-çağır səsi gəlirdi. Mən bunun nə olduğunu soruşduqda Asif  
digər bir gizli təşkilat qrupunun ( Aydın Qasımov, Oqtay 
Daşoğuz, Fəxrəddin  Şeyxələsgərsoy  (Allah rəhmət eləsin) və 
b. bu təşkilatda idilər)  bayram keçirdiyini dedi. Yeməkdən 
sonra  şəhərə  çıxdıq. Bayram çadırı Asifgilə yaxınlıqda  Şahab 
məhəlləsində qurulmuşdu. Gözəl saz çalınırdı. Asifə bəlkə biz 
də gedək dedim. Asif  DTK-nın ona xəbərdarlıq etdiyini 
bildirib getmədi. Mən getdim. Çadıra girib elə girişdəcə 
dayanıb heç kimin gözləmədiyi bir halda uca səslə bir təbrik 
sözü dedim: “Sağda oturan sağ bəylər, solda oturan sol bəylər, 
dibdə oturan xas bəylər, sözüm sizədi” deyib Atabəylərdən Şah 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə