Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə37/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   32   33   34   35   36   37   38   39   40

Böyük Azərbaycan yolçusu 
 
 
153 
iki gün sonra gəlib ya kiməsə səs toplayacaqlar, ya da kiməsə 
imza yığacaqlar”.  
         5.  ”Nehrəm” Xeyriyyə  Cəmiyyətinin sədri olduğum 
zaman mənə ən çox təsir edən olaylardan biri də, Naxçıvan MR 
Ali Məclisinin sədri hörmətli Vasif Talıbovun köməkçisi 
Ramiz müəllimin zəng edərək Vasif müəllimin adından xoş 
sözlər deməsi və fikirlərini bildirməsi idi.  
         6.  Qismət olsa xatirələrimi yazarkən Nehrəm Xeyriyyə 
Cəmiyyəti, burda yaxından iştirak edənlər və maddi dəstək 
verənlər, gördüyümüz işlər və qurduğumuz  əlaqələr haqqında 
geniş yazacağam.  
         7.  2009-cu  ildə Azərbaycan Turizm İnstitutnda müəllim 
kimi işə başladım və bu günə  qədər də burda işləyirəm. 
Azərbaycan Turizm İnstitutu Azərbaycanda yaranan bir fikri- 
“Azərbaycanda rüşvətsiz iş görmək mümkün deyil” fikrini alt-
üst elədi. Qəti  şəkildə deyə bilərəm ki, bu institutda bugünə 
qədər nəinki rüşvət yoxdur, hətta tapşırıq və digər neqativ 
hallar da burda keçmir. Bu işin əsas səbəbkarı institutun rektoru 
Cəfər Cəfərov və bu işdə əsas rolu oynayan Nəsir Nəsirli başda 
olmaqla bütün kollektivə  dərin təşəkkürümü bildirirəm 
(VALLAH bu təşəkkür özümə  də  qəribə  gəlir. Gör nə günə 
qalmışıq ki, öz vəzifəsini doğru-dürüst yerinə yetirən adam 
görəndə sevinirik. Amma bu vəziyyətdə  nəfsinin öhdəsindən 
gələn, bütün basqı  və  çətinliklərə baxmayaraq öz təmizliyini 
qoruyan və  qətiyyətlə axına qarşı üzən adamların  əməyini, 
haqqını qiymətləndirməmək də insafsızlıq olar). 
         8.  2011-ci  ildə ANS televiziyasında “Ən yeni tarix” 
verlişində iki dəfə  çıxışa dəvət olundum. Bu çıxışların 
ikincisində BAXCP-nin sədri, Millət vəkili Qüdrət bəy də dəvət 
olunmuşdu. Elə orda Qüdrət bəy mənə partiya rəhbərliyində 
təmsil olunmaq təklif etdi. Sonradan Qüdrət bəylə bu məsələni 
bir neçə dəfə müzakirə etdik. 2012-ci ilin mart ayında BAXCP 
Böyük Azərbaycan yolçusu 
 
 
154
sədrinin müşaviri, 2013-cü ilin yanvarında işə BAXCP-nin 
Təşkilat məsələləri üzrə katibi təyin olundum. 
       9.  2012-ci  ildə  qızım Lalə    Nəsimi rayonu 19 saylı 
məktəbini bitirərək BDU-ya qəbul oldu. Lalənin Ali məktəbə 
qəbul olunmasında  əməyi olan hər kəsə, o, cümlədən 19 saylı 
məktəbin direktoru Məmməd Qəmbərov başda olmaqla 
məktəbin bütün kollektivinə,  Şəmil Sadiq başda olmaqla 
“Hədəf” kurslarının bütün kollektivinə, 20 saylı məktəb-liseyin 
Azərbaycan dili və  ədəbiyyatı müəllimi Rüfət bəy Sultanova, 
Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimi Səbinə 
xanım Novruzovaya, Bakı Dövlət Universitetinin Magistrı 
Məltəm xanım Şamilovaya dərin təşəkkürümü bildirirəm. 
10. Oğlum Uğur 2012-ci ildə Bakı  şəhəri  Şövkət 
Ələkbərova adına 20 saylı musiqi məktəbinin kamança sinifini 
bitirdi. 2013-cü ildə isə Binəqədi rayonu 284 saylı məktəbinin 
9-cu sinfini bitirdi və    sənədlərini Azərbaycan Milli Kon-
servatoriyası  nəzdində Bakı Musiqi Kollecinə (köhnə adı A. 
Zeynallı) verdi və  qəbul oldu. Uğur bəyin də  uğur qazan-
masında əməyi olan Binəqədi rayonu 284 saylı məktəbin direk-
toru Təşkilat  Əliyev başda olmaqla məktəbin bütün kol-
lektivinə,  Ş.  Ələkbərova adına 20 saylı musiqi məktəbinin 
direktoru Sevda xanım Məmmədova və kamança müəllimi Sev-
da xanım Ələsgərovaya başda olmaqla məktəbin bütün kollek-
tivinə, Musiqi kollecinin kamança müəllimi Arzu xanım Səli-
movaya, tarix müəllimi t.e.n. Vaqif bəy Abışova, Azərbaycan 
dili müəllimi Qəzənfər bəy Oğuzbəyə  dərin təşəkkürümü bil-
dirirəm. 
 
 
                       


Böyük Azərbaycan yolçusu 
 
 
155 
DÜŞÜNCƏLƏRİM 
 
           1.  1988-ci  ildə başlayan Milli Azadlıq Hərəkatı-Xalq 
Hərəkatını  hərə bir yerə bağlamağa çalışır. Bilərəkdən və ya 
bilməyərəkdən bu qədər möhtəşəm bir Xalq Hərəkatını 
müxtəlif yerlərə bağlamaq çox böyük haqsızlıq, Böyük və 
Şərəfli Xalqımıza xəyanətdir. Bu işi edənlər  əsasən 
Azərbaycanın bağımsızlığını istəməyən, Azərbaycanı gücü 
çatdığı  qədər  əsarətdə saxlamağa çalışan, sərvətlərimizi 
sömürən, tariximizi və  mədəniyyətimizi öz adına çıxmağa 
çalışan beynəlxalq güclər və onların yerli əlaltılarıdır. Bu 
qüvvələrin məqsədi hər  şeyin, hər bir hadisənin görünən və 
görünməyən müxtəlif qüvvələr tərəfindən idarə olunduğu 
fikrini aşılamaqla xalqı ruhdan salmaq, öz gücünə inamını 
itirmək, xalqın heç bir işdə, heç bir məsələdə heç bir rol 
oynamadığı düşüncəsini yaratmaqla, xalqın öz tarixindən 
qopmasına və ənənələrindən uzaqlaşmasına nail olmaqdır. Mən 
qəti  əminəm ki, yer kürəsində Azərbaycan xalqı  qədər  Şərəfli 
və Mübariz xalq yoxdur. Azərbaycan xalqından başqa  bir əsrdə 
5 dəfə azadlıq mübarizəsinə qalxıb inqilab edən və 4-ü 
beynəlxalq güclərin birgə  səyi ilə susdurulan ikinci bir xalqın 
olduğu faktını kimsə göstərə bilməz. 5-ci Azadlıq mübarizəmizi 
də  ən müxtəlif  şəkillərdə  məhv etməyə çalışdılar. Amma bu 
dəfə Azərbaycanın iki böyük oğlunun  Əbülfəz Elçibəyin və 
Heydər Əliyevin ağıllı və çevik siyasi gedişləri nəticəsində bu 
cəhd boşa çıxdı.  
        2.  Mənim düşüncəmə görə Azərbaycanda siyasi partiya 
yoxdu, partiya olmaq yolunda olan güclü və ya zəif siyasi 
qruplaşmalar var. Bunun bir neçə səbəbi var: 
-  Partiya ideoloji əsasa dayanar  bizdə isə əhali ideyaların yox 
fərdlərin, yəni “lider”lərin ətrafına toplaşıb. 
- Siyasi qruplaşmalarda təkhakimiyyətlilik son həddindədir. 
Heç bir qruplaşmada “lider”i tənqid etmək və ya onun əleyhinə 
Böyük Azərbaycan yolçusu 
 
 
156
danışmaq olmaz. Həmin an o adam ağ qarğa vəziyyətinə düşər 
(baxın ki, mən arzuolunmaz adam elan edilər demirəm, çünki, 
bu vəziyyət ağ qarğa olmaqdan yaxşıdı). 
- Heç bir qruplaşmanın maliyyə  mənbələri dəqiq bilinmir. Bu 
isə çox vacib bir detaldır. Maliyyə mənbələri həmin qruplaşma-
ların kimə və nəyə xidmət etdiyini müəyyənləşdirən amildir. 
- Qruplaşmaların heç birində şəffaflıq yoxdur.  
- Heç bir qruplaşma sorğu keçirməyə yanaşmır. 
- Qruplaşmaların hamısında qərarlar çoxluğun istəyinə uyğun 
yox azlığın maraqlarına uyğun qəbul edilir. 
- Qruplaşmaların hamısı bir birindən demokratiya, söz azadlığı 
və  şəffaflıq tələb edir, amma  necə deyərlər  heç biri  “öz 
gözündə tiri görmür, başqasının gözündə tük axtarır”.  
          Bütün bunlar isə Azərbaycanda yeni siyasi qüvvələrin və 
liderlərin yetişməsinin qarşısını alır ki, bu da istər 
qruplaşmaların daxilində və istərsə də ölkədə siyasi dinamikliyi 
heçə endirərək proseslərin getməməsinə  və ya ləngiməsinə 
səbəb olur. Bu vəziyyət hakimiyyəti tam qane edirsə  bəs 
müxalifəti necə? Deyə bilərəm ki, müxalifət “lider”lərinin işinə 
daha çox yarayır. Çünki, 10 illərdi heç bir iş görə bilməyən, 
əlindən iş  gəlməyən, siyasi çevikliyi olmayan, hətta özünü 
inkişaf etdirib çağa uyğunlaşa bilməyən  “lider”lərin öz 
mövqelərini qoruması üçün bundan başqa çıxış yolu yoxdur. İlk 
hərəkətlilik birinci növbədə onları yerindən edəcək. 
Hakimiyyətdəki qüvvələr bütün parametrləri ilə onları  təmin 
edən “müxalifət”dəki opponentlərinin yerlərindən olmasının 
onların da vəziyyətini və rahatlığını pozacağını bildiyi üçün 
“müxalifət”  “lider”lərinin mövqeyinin sağlam qalmasından 
ötrü əlindən gələn hər şeyi edir.  
       3. Hakimiyyətin müxalifətə qarşı basqı və təcrid xətti həm 
hakimiyyətin özü, həm də dövlətçiliyimiz üçün çox zərərlidir. 
Hakimiyyəti idarə edən siyasilər bilməmiş deyil ki, böyük 
güclərin maraqları tam təmin olunmadığı və ya kəsişdiyi üçün 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə