Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə35/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   32   33   34   35   36   37   38   39   40

Böyük Azərbaycan yolçusu 
 
 
145 
nümayəndəsi, daha sonra Rəşid Həsənov oldu. Sonra sözü 
verdilər mənə. Mən təxminən 15 dəqiqə  çıxış etdim və 
çıxışımda təbrik sözlərindən sonra İranın siyasətini təhlil etdim. 
Zaldan mənim çıxışıma çox güclü həmrəylik bildirildi. Bu 
vəziyyət  İran rəsmilərini qorxutdu və onlar mən kürsüdən 
düşməmiş  tədbirin qurtardığını bildirdilər. Mən Kürsüdən 
düşəndə bir qrup adam məni çox sürətlə zaldan çıxarıb maşına 
apardı. Bunlar İranda Bütöv Azərbaycan davası aparan Milli 
qüvvələr idi. 
         24.  Bu  dəhi fəcr dövründə  İran tərəfi bizə,- mənə, Asifə 
və Arifə ayrıca proqram tutdular. Proqrama görə biz əvvəl 
Xoya gedəcək, sonra 3 gün Urmiyada qalacaq, daha sonra  da 3 
gün Təbrizdə olacağıq. Təbrizdən sonra bizi Quma və Məşhədə 
aparacaqlar. Mən proqramın Təbrizdən sonrakı hissəsinə  qəti 
etiraz etdim və  əgər bizim razı qalmağımızı istəyirsinizsə bizi 
Təbrizdən sonra Ərdəbilə aparın dedim. İran tərəfi  əvvəl razı 
olmasa da bizi daha çox saxlayıb həm öyrənmək, həm də 
bizdən istifadə yollarını tapmaq məqsədi ilə bizimlə daha çox 
birlikdə olmaq istədiyinə görə  mənim təklifimə razı oldu. 
Urmiyada bizi İrşad  İslam Cəmiyyətindən olduğu deyilən 
Hüseyn Səccadi adlı (biz ilk gün öyrəndik ki, İrşad 
cəmiyyətində Hüseyn Səccadi adlı adam yoxdur və bu İran 
Xüsusi Xidmət orqanı SAVAMA-nın (ETTELATIN) 
nümayəndəsidir) bir nəfər müşayət edirdi. 
        25. Əvvəlcədən razılaşdığımız kimi Asəf Quliyev də ayrı 
xətlə  Təbrizdə idi. Təbrizdə bizi Ərdəbilə aparmamaq üçün 
Ərdəbil yolunun bağlı olduğunu bəhanə etdilər. Mənim etiraz 
və  təkidlərimdən sonra axır ki, bizi Ərdəbilə apardılar. 
Ərdəbildə bizim Şeyx Səfi türbəsini ziyarətimizi  əngəlləmək 
üçün dedilər ki, həm bayramdır, həm də türbənin rəsmisi 
(direktoru) burda deyil. Bu zaman biz bir çayxanaya girdik və 
başladıq camaatla mehriban söhbətə. Heç15 dəqiqə keçmədi ki
direktoru tapıb gətirdilər və biz türbəni ziyarət etdik. Bu 
Böyük Azərbaycan yolçusu 
 
 
146
türbəni, xüsusi ilə  Şah  İsmayılın qəbrini ziyarət etmək mənim 
ən böyük arzularımdan biri idi. Şah  İsmayılın qəbrindən silib 
təmizləyərək götürdüyüm torpaq indidə qalır. 
        26.  Ərdəbildən qayıdandan sonra Güneydəki bizimlə 
maraqlanan bəzi insanlarla (mən onları tanımırdım, amma 
deyəsən onlar məni tanıyırdı)  əlaqə lazım idi. Hər addımımız 
nəzarətdə olduğundan bunu edə bilmirdik. Yenə razılaşmamıza 
görə  mən aradan çıxdım və  Təbriz bazarında həmin uşaqlar 
məni tapdı. Tanımadığım bir yerə apardılar. Çox ağıllı bir 
söhbət elədik. Həmin uşaqlardan ayrıldıqdan sonra birbaşa 
Culfa keçid məntəqəsinə gəldim ki, keçim Naxçıvana. Körpünü 
keçmək istəyəndə  Şərqi Azərbaycan Ostanı ETTELAT-nın 
rəhbərlərindən biri Hacı Əli Şeyxlu gəldi və məni bir neçə gün 
qonaq saxlamaq istədiyini bildirdi. Mən qətiyyətlə Naxçıvana 
getməli olduğumu bildirdim, amma Hacı da məni buraxmaq 
istəmirdi. Bu müzakirə təxminən 2 saatdan çox çəkdi. İşə bizim  
xüsusi idarə, gömrük rəhbərliyi və  sərhədçilər qarışdı. 
Təxminən 2 saatlıq müzakirədən sonra Hacı  Əli  Şexlu mənə 
çoxlu dəvətnamə verdi və yenidən  İrana gələcəyimə razılıq 
alandan sonra məni buraxdılar. 
      27.  1993-cü  il  martın 19-23 arası yenə böyük bir 
nümayəndə heyyəti ilə Türkiyənin Antaliya şəhərində Türk 
Dövlət və Topluluklarının Dostluq, Qardaşlıq və  İşbirliyi 
Qurultayına  getdik. Nümayəndə Heyyətinə Baş Nazir əvəzi Əli 
Məsimli rəhbərlik edirdi. Bunu qeyd edim ki, o zaman bizdəki 
millətçilik Türkiyədə yox idi. Türkiyədə millətçilik  əsasən 
islamçılıq və ya ümmətçilik kimi anlaşılırdı. Türkiyədə 
millətçiliyin formalaşmasında bizim-Azərbaycan türklərinin 
təsiri çox oldu.   
        28.  Bu  dövrdə dünyanın harasında yaşamasından asılı 
olmayaraq milli mövqedə olub Naxçıvana gələn hər bir adam 
demək olar ki, bizim kənddə  və    evdə olub. Hətta bəziləri ilə 
(Qaqauz Tudora Arnaut, Altay türklərindən Ejer Çolakov


Böyük Azərbaycan yolçusu 
 
 
147 
Almaniyada Münhendə yaşayan Gündüz Varol, yenə 
Almanıyada yaşayan Hamburq universitetinin müəllimi Nemət 
Rəhməti  və s.) kənddə görüşlər də keçirmişik. Adətən bu 
görüşlərin keçirilməsində əsas rolu Əli Şamil oynayırdı. 
 Elə buradaca bu dövrdə fəal olan dostlarımıza müraciət edərək 
bu dövrü gələcək nəsilləri daha dəqiq və ətraflı bilməsi üçün ya 
xatirələrini yazmağa ya da bizlərə yardımçı olmağa çağırıram. 
 
                           MƏHBƏS HƏYATIM 
 
           1.  Bilmirəm hakimiyyət özü belə istəyirdi və ya 
hakimiyyətdən xəbərsiz olaraq həmin adamların mənə  səmimi 
münasibəti idi, 1996-cı il başlayandan bir neçə dəfə mənə xəbər 
gəldi ki, məni həbs edəcəklər, başıma bir çarə qılım. Hətta  yol 
da göstərirdilər, ”çıx get Türkiyəyə, 1-2 il keçsin qayıdıb 
gələrsən”. Mən isə  hər dəfə heç yerə gedən deyiləm, nə vaxt 
istəyirlər tutsunlar” deyə cavab verirdim. 1996-cı il mayın 25-
də Nehrəm 2-saylı məktəbində son zəng və 28 May Respublika 
günü ilə bağlı tədbir hazırlamışdım. Çox maraqlı bir tədbir idi. 
Tədbirin gedişində Babək rayon polis şöbəsinin iki zabiti gəldi. 
Bu çağrılmamış qonaqların gəlişi bütün tədbir iştirakçılarında 
bir narahatlıq yaratdı. Çünki hamı bilirdi ki, bu gəlişin məqsədi 
mənəm və  hətta elə düşünülürdü ki, məni elə oradaca həbs 
edəcəklər. Buna görə  də müəllim, valideyin və    şagirdlərdən 
bəziləri bunlara açıq etiraz etmək istədi. Amma mən israrla 
xahiº etdim ki, əhəmiyyət verilməsin və tədbir davam etdirilsin. 
Biz tədbiri davam etdirdik, həmin zabitlər isə biraz da oturub 
sonra çıxıb getdilər. 
           2.  Həyətimizdə tikdiyim balaca bir binada satal 
(dükan,market) açmışdım. 1996-cı il iyun ayının 16-da 
axşamçağı saat 4 olardı,  oturmuşdum satalda. Birdən 6-7  
maşın dalbadal keçdi və bizim qapıda saxladı. Evdə heç kim 
yox idi. Qızım Lalə xəstə olduğundan yoldaşım qaynatamgildə 
Böyük Azərbaycan yolçusu 
 
 
148
idi, anam isə özü xəstə olsa da xəstə qonşunu soruşmağa 
getdiyindən qapını  həyətə mal-heyvan girməsin deyə iplə 
bağlamışdı (bunu deyim ki, məhəllədə kimsə  həyət qapısına 
qıfıl vurmazdı). Bu gələn dəstə qapını  bağlı görüb çıxılmaz 
vəziyyətdə qaldı. Artıq məsələ mənə aydın idi. Rayonun bütün 
rəhbərliyi, polis işçiləri, prokurorluq sistemi, MTN işçiləri 
hamımız birbirimizi tanıyırdıq deyə  mən gəldim və  nə lazım 
olduğunu soruşdum. Prokurorluğun müstəntiqi  Əli müəllim 
prokurorluğun axtarış sanksiyasını göstərərək axtarış 
edəcəklərini dedi. Beləliklə  kənd sovetinin sədri Səfəralı 
Hüseynəliyev (kənddə  Səfan deyilir), iki hal şahidi 
(tanımadığım adamlar idi, mən bunlara etiraz edərək iki 
qonşumu 70 yaşlı Əhmədalı Məmmədovu və onun bacısı oğlu 
45 yaşlı həkim Şəmil Əliyevi (Əsəd müəllimin oğlu) hal şahidi 
kimi dəvət etdim. Mən bunları  dəvət etməyə gedəndə axtarışa 
gələnlər qapıda və həyətdə idilər), müstəntiq, Babək rayon polis 
şöbəsi rəisinin müavini Babək rayonunun Yarımca kəndindən 
olan Arif  Abdullayev və unutduğum 2-3 nəfər evə gəldi. 
           3.  Evdə  hər  şeyi tökdülər ortaya. Və  ən nəhayət guya 
yorğan – döşəyin arasından Makarov tipli tapança tapdılar. 
”Mən  əl vurmayın  əl izləri götürüləcək” deyəndə  bu Arif 
deyilən adam (adam deməyə dilim gəlmir) tapançanı götürüb 
hamının gözü qarşısında balınca silərək “sən burda əl izi 
qoyarsan” deyə hırıldadı. 
          4.  Babək polis şöbəsində saxlanarkən parez keçirdim. 
Əvvəl əhəmiyyət vermədilər və həkim  çağırmadılar. Sonradan 
vəziyyətin ciddi olduğuna və ailə üzvlərimin etirazlarına görə 
həkim gəlməsinə razılıq verdilər. Qardaşım  Şiralının kürəkəni 
Rauf  Cəfərovu (stomotoloqdur) sağ olsun Əli həkimi 
(Ələsgərov) gətirdi.  
          5.  Naxçıvanda təcridxanada olanda Ləkətağdan ya 
Bəyəhməddən olan Ağa adında bir nəzarətçi var idi. Elə bil 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə