Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə38/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   32   33   34   35   36   37   38   39   40

Böyük Azərbaycan yolçusu 
 
 
157 
Misirin, Liviyanın,Tunisin başına gətirdikləri “Ərəb baharı” 
oyununu bir gün “Qafqaz yazı” və ya “Türk oyanışı” adı altında 
bizim də başımıza gətirə bilərlər və  mən güman edirəm ki, 
mütləq buna cəhd olunacaq. Bu zaman ciddi müxalifət 
qüvvələri –partiyaları olmasa nə dövlətçiliyi qorumaq mümkün 
olacaq, nə  də hakim elitanın özlərinin və ailə üzvlərinin 
təhlükəsizliyinin qarantı olacaq. Çünki böyük güclər ciddi və 
güclü müxalifət qüvvələrinin olmamasından istifadə edərək 
kiçik maraqlar və qisas dalınca qaçan, siyasi cəhətdən 
yetişməmiş avantürist, anarxist və radikal qüvvələri 
gücləndirəcək ki, bu da dövlətçiliyimiz və millətimiz üçün heç 
arzuolunmaz haldır. Bütün bunların baş verməməsi üçün 
hakimiyyət  yubanmadan ciddi və güclü müxalifət qüvvələrinin 
formalaşmasına çalışmalı  və bütün sahələrdə kosmetik deyil, 
əksinə ciddi islahatlar aparmalıdır.    
       4. Mən düşünürəm ki, 2013-cü ilin yanvar-fevral aylarında 
təşkil olunan gənclərin mitinqləri Azərbaycanın maraqlarından 
çox mövcud vəziyyəti ( status-kvonu) qorumağa çalışan 
üçbucağın maraqlarına uyğun idi. Bu üçbucağın tərəflərindən 
birincisi beynəlxalq güclərdir ki, bu qüvvələr Azərbaycanda 
çox sağlam və güclü bir yeni nəslin-gəncliyin yetişdiyini və 
bunun gələcəkdə onlar üçün yaradacağı  sıxıntıları görüb 
qiymətləndirdiyindən bu sıxıntı yaradacaq qüvvənin inkişafına 
razı ola bilməzdi. Bunun qarşısını almaq üçün mitinqlər  ən 
yaxşı variant  idi. Separatçılardan yana dünyanı silkələyən bu 
güclər bu mitinqlərdə tutulan və cəzalanan gənclər üçün üzəngi 
parıldatmaqdan başqa bir iş görmədi. 
        Üçbucağın ikinci tərəfi illərdi həm beynəlxalq güclərin, 
həm də hakimiyyətdəki qüvvələrin  əlində alətə çevrilən 
müxalifət qüvvələridir (rəhbərləridir) ki, bu yetişməkdə olan 
sağlam nəslin işə bu aləti sındırıb dağıdaraq yeni strukturlar 
qurmaqdan  başqa çıxış yolunun olmadığını gördüyü üçün bu 
Böyük Azərbaycan yolçusu 
 
 
158
gücün formalaşmasına imkan verməyəcək hər oyuna hazır idi 
və bu prosesdə də öz rolunu ustalıqla oynadı. 
        Üçbucağın üçüncü tərəfi isə hakimiyyətdəki qüvvələrdir 
ki, yetişməkdə olan bu sağlam nəslin qəlbində közərən bu 
qorun alova çevrilərək onları necə  məhv edəcəyini gördüyü 
üçün bu qoru alova çevrilməmiş söndürməyin yollarını 
axtardığı bir vaxtda bu fürsət göydəndüşmə oldu. 
       Beləliklə üç qüvvə danışıqlı  və ya danışıqsız birləşərək 
millətimiz və dövlətimiz üçün ikinci nəfəs olacaq sağlam 
gəncliyin yetişməsinin və formalaşmasının qarşısını aldı. 
       5. Azərbaycanda müxalifət ona görə belə zəifdir ki, özünün 
daxilində etmədiklərini və edə bilmədiklərini hakimiyyətdən 
tələb edir. 
       6. Bu gün cəmiyətə belə bir fikir aşılanır ki, Azərbaycanda 
Xalq Hərəkatı olmasaydı da həm SSRİ dağılacaqdı, həm də 
başqa respublikalar kimi Azərbaycan da müstəqil olacaqdı. Bu 
fikrin aşılanmasının  əsas səbəbi Xalq Hərəkatının rolunu heçə 
endirməkdən çox xalqın öz gücünə  və birliyinə olan inamını 
heçə endirməkdir. Mən qəti  əminliklə deyirəm ki, SSRİ-ni 
dağıdan da, digər respublikaların müstəqilliyinə səbəb olan da  
Azərbaycandakı Xalq hərəkatı idi. Əgər Azərbaycanda Xalq 
hərəkatı olmasaydı  ən yaxşı halda Baltik respublikaları 
müstəqillik əldə edər, digərləri isə olduğu kimi qalardı. Amma 
Azərbaycandakı Xalq Hərəkatı SSRİ adlı böyük bir bombanı 
partladan fitil oldu. 
         SSRİ tarixində ilk dəfə olaraq 1989-cu ilin sonunda 
Naxçıvanda SSRİ-İran sərhəddinin sökülməsi, arxasınca 1990-
cı il yanvarın 19-da Naxçıvanın  SSRİ-nin tərkibindən çıxıb 
özünü müstəqil elan etməsi və  ən nəhayət 1990-cı il yanvarın 
20-də Bakıda törədilən qırğın SSRİ-ni dağıdan  əsas proseslər 
idi. Bu qırğından  sonra  xalqımızın qorxaraq geri çəkilməməsi, 
əksinə daha da sıx birləşərək qətiyyətlə müstəqillik və azadlıq 


Böyük Azərbaycan yolçusu 
 
 
159 
mübarizəsinə qalxması SSRİ-ni çökdürən  əsas amillərdən biri 
oldu.   
       7.  Nə vaxta kimi Azərbaycan dövləti ona qarşı  hər cür 
təxribat, sabotaj  və  şantajla məşğul olan qonşularla 
münasibətdə müdafiə mövqeyində qalacaqsa hücumların sayı 
və  dərəcəsi də bir o qədər artacaq. Məsəl var pazı-pazınan 
çıxararlar. 
        8.  Azərbaycanda təhsilin məhv olmasının  əsas səbəbi 
rayon icra hakimiyyəti başçılarının  təhsil sahəsini  əsas gəlir 
mənbəyi kimi görmələridir. Bu kənd rayonlarında daha ağır 
vəziyyət yaratdı. Kənd rayonlarında heç bir istehsal sahəsi və 
ciddi tikinti olmadığından təhsil (mədəniyyət və səhiyyə də bu 
vəziyyətdədir) sahəsindən gəlir mənbəyi kimi daha çox istifadə 
olunur. Bu isə  həm rayon rəhbərliyinin, həm də  təhsilə 
rəhbərlik edənlərin təhsildən başqa pul qazandıra biləcək hər 
şeylə maraqlanmasına səbəb oldu. 
      Təhsilimizin bu vəziyyətə düşməsinin ikinci əsas səbəbi 
odur ki, heç bir imkanlı adamın, xüsusi ilə hakimiyyətdə 
yüksək mövqe tutanların heç birinin övladı  nə ümumtəhsil 
məktəbində, nə  də Azərbaycanın Ali təhsil müəssisəsində 
oxumur. Belə vəziyyətdə ölkədə təhsilin vəziyyəti bu adamların 
nəyinə lazımdır. Hələ  əksinə bu adamlara sərf edir ki, ölkədə 
savadsızlıq hökm sürsün ki, sabah mütəxəssis tapılmasın və 
yenə hakimiyyət qalsın bunların öz ixtiyarına (burda Heydər 
əliyevin 70-ci illərdə hüquq və  bəzi ixtisaslarda vəzifəlilərin 
uşaqlarına qarşı qoyulan qadağa yadıma düşdü.Bəlkə 
hakimiyyət bunu fikirləşə və xüsusi formullar tətbiq edə?!) . 
        9.  Xalqımıza daxili və xarici olmasından asılı olmayaraq 
bütün maraqlı qüvvələr tərəfdən ağlamaq, daim hüzünlü və 
gözü yaşlı olmaq aşılanır. Çünki, ağlayan adamın enerjisi 
ağlamaqla tükənir, başını qaldırıb  ətrafına baxmaq, olub-
bitənləri görmək, dərk etmək, düşünmək imkanı olmur. 
Düşünmək imkanı olmayan insanın isə düşdüyü vəziyyətdən 
Böyük Azərbaycan yolçusu 
 
 
160
çıxış yolu tapmaq şansı yoxdur. Biz başımızı qaldırıb 
baxmayaq,  ətrafımızda olub-bitənləri görməyək, düşdüyümüz 
vəziyyətdən çıxış yolu tapmaq üçün fikirləşməyək deyə bizi 
daim ağlamağa yönəldirlər. Ağla, 20 Yanvara  ağla, Xocalıya 
ağla,  Şuşaya, Kəlbəcərə, Ağdama, Laçına, Zəngilana, 
Qubadlıya ağla. Bunlar  qurtaranda isə 31 Marta, dalıycan 
Səttarxana, Məmmədəmin  Rəsulzadəyə, Xiyabaniyə, 
Pişəvəriyə, Əbülfəz Elçibəyə, Heydər Əliyevə ağla. Boş vaxtın 
qalanda isə bütün dünyaya,- ərəbə, farsa, afrikalıya, 
amerikalıya, müsəlmana, yetimə, şikəstə, xəstəyə daha nəbilim 
nələrə, kimlərə ağla. Təki ağla. Nəyə və kimə olur olsun ağla. 
Çünki bütün qüvvələr sənin hər zaman və dayanmadan 
ağlamağını istəyir. Çünki “ağladıqca kişi qeyrətsiz olur! "  və 
xalqımızın da ağlamağı onun var dövlətini çapan, talayan,  
hüquqlarını tapdalayan, torpaqlarını  işğal edən, mənəviyyatını 
korlayan  daxili və xarici olmasından asılı olmayaraq  bütün 
maraqlı qüvvələrin dərdinə-oduna  yarayır. Bir tək xalqımızın 
dərdinə əlac deyil! 
      10. VƏTƏN  haqqında düşüncəm həbsxanada yazdığım bu 
şeirdə daha aydın görünür. 
 
Elçibəyə məktub 
                   Məhbus yoldaşlarım adından 
                   ulusa səsləniş 
Hərə bir cür yozsa belə, 
Məni əzsə-üzsə belə 
İncimirəm, sizsə belə, 
Duyun, məhbəs də Vətəndi! 
 
Çəkincə vətən həsrətin, 
Xoş günündənsə qürbətin. 
Xarabası məmləkətin, 
Sayın, məhbəs də Vətəndi! 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə