Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə28/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
117 
Toy başlayanda çadırda yalnız nehrəmlilər idi. Yer 
olmadığından qohum-əqraba və qonum-qonşu gözləyirdi ki, bu 
qonaqlar durandan sonra onlar oturar. Təxminən toyun 
başlamasından yarım saat keçmişdi ki, Ordubaddan, Sərurdan 
və Naxçıvandan 8 avtobus və bir neçə minik maşını cəbhəçilər 
gəldi. Hamı narahat oldu ki, bir belə qonağı necə və hara yer-
ləşdirəcəyik. Heç kimin gözləmədiyi halda bütün nehrəmlilər 
durub yerini verdi gələn qonaqlara (bax nehrəmlilərin gözəlliyi 
də, özəlliyi də budur. Nəsiminin bir beyti yadıma düşdü: “Heç 
kimsə  Nəsimi sözünü fəhm edə bilməz, Bu quş dilidi, bunu 
Süleyman bilir ancaq!”. Həqiqətən də nehrəmlilərin o gözəl 
keyfiyyətlərini-saflığını, mərdliyini, qonaqpərvərliyini başa 
düşmək və düzgün qiymətləndirmək çox az adama qismət olan 
keyfiyyətdir). Qonaqlar yeyib-içib, çalıb-oynayıb gedəndən 
sonra nehrəmlilər təzədən oturdu  və toyu davam etdirdilər. 
        12.  Yoldaşım Nailə xanım fizika-riyaziyyat müəllimidir. 
Nailəni bir gəlin kimi  anam da, bacı və qardaşlarım da həddən 
çox bəlkə də məndən çox istəyirdilər (ona görə istəyirdilər ki, 
indi onların çoxu dünyasını dəyişib. Dəyişməyənlər isə indi də 
istəyir). Nailə  mən olanda da, olmayanda da anama öz anası 
kimi baxıb. Anam hər zaman Nailədən razılıq edirdi. Mən 
həbsdə olanda mənim müəllim yoldaşlarım belə qərara gəlirlər 
ki, mənim dərslərimi desinlər, amma pulunu alıb versinlər 
bizim evə. Yoldaşım bu təklifi qəbul etmir. Məsələ  mənə 
çatanda məhbəsdən məktub yazıb səbəbini soruşdum. Mənə 
qısa bir cavab yazdı : “Sənin qürurun mənimçün hər  şeydən 
üstündü. Mən razı olmaram ki, sən qayıdandan sonra onlar sənə 
minnət vursunlar!” 
       13.  Məhəlləmizi və qonşularımızı çox sevirəm. Çünki, 
məhəlləmizdə pis hadisələr demək olar ki, olmazdı. Mən tələbə 
olanda bizim evdə telefon olmadığı üçün hər zaman Cəfər 
əmigilə  və Qulu müəllimgilə (hər ikisi Tarquliyevdir) zəng 
edərdim. Bir də qonşularımızla hər zaman çox mehriban 
Böyük Azərbaycan yolçusu 
 
 
118
olmuşuq. Yusif əminin (Allah rəhmət eləsin) arvadı  Səkinə 
xala, Əli əminin (Allah rəhmət eləsin) arvadı Papıl xala, Cəfər 
əminin arvadı Fatma xala (Allah rəhmət eləsin), Həsənalı 
əminin (Allah rəhmət eləsin, məhəllədə hamı  Həsi baba 
deyərdi) arvadı Sara xala anama övlad kimi idilər. Zeynal 
əminin arvadı Həlmə xala (Allah hər ikisinə rəhmət eləsin) isə 
anamın yoldaşı-söhbətdaşı idi. Hərdən ürəyim qonşularımızı 
çox istəyir.  
       14.  2010-cu  il  iyunun  9-da  gündüz  saat  12-də qardaşım 
Hüseyn, düz 1 il 1 saat sonra isə ( 2011-ci il iyunun 9-da) 
qardaşım Nəzəralı  rəhmətə getdi. Qardaşlarımın bir il ara ilə 
eyni gündə ölməsi bacılarımı və qardaşım Nəzəralının qızlarını 
bərk narahat etmişdi. Elə yas dövrü məni bir qurban kəsməyə 
məcbur elədilər. Düşünürdülər ki, növbəti il mənə  nəsə olar. 
Düzü mən özüm də növbəti il növbənin mənim olacağı 
düşüncəsində idim. Elə buna görə  də Bakıya qayıdanda hamı 
ilə bir-bir görüşüb halallıq aldım. 
 
                       
PARTA ARXASINDA 
 
       1.  Məktəb illərim çox maraqlı  və  ağır olub. İnsanlarda 
tərəfbazlıq, saxtakarlıq və ikiüzlülük gördüyüm hallar çox olub. 
Kasıb olduğumuz üçün hələ I sinifə gedəndə guya yaxşı 
müəllimlər məni öz sinfinə götürmədi. Buna görə  də 
məhəlləmizin uşaqları ilə eyni sinifdə oxumamışam. Mənə 
qarşı münasibət heç də  hər zaman yaxşı olmayıb. Bir çox 
müəllim mənim hansısa uğuruma istehza ilə yanaşıb, mənim 
uğur qazanmağıma nəinki inanmayıblar, hətta açıq şəkildə çox 
acı  və iyrəndirici formada rişxənd ediblər. Amma məni hər 
zaman dəstəkləyən, ruhlandıran müəllimlərim də olub. İbtidai 
sinif müəllimim Bayram müəllim, sonralar riyaziyyat 
müəllimləri Mehriban xanım, Sona xanım, Bağır müəllim 


Böyük Azərbaycan yolçusu 
 
 
119 
Məmmədov,  ədəbiyyat müəllimi  Almaz  xanım, Heydər 
müəllim  İsmayılov, rəsmxət müəllimi Rövşən müəllim, ingilis 
dili müəllimi Nazim müəllim  Ələkbərov, coğrafiya müəllimi 
(bəlkə  də o zaman müəllim deyildi) Arif müəllim, fizika 
müəllimi Rəşad müəllim və s. 
         2. Bütün uşaqlar kimi futbola marağım  çox idi. IV sinifdə 
oxuyanda çox qısa müddətdə sambo və cüdo ilə məşğul oldum. 
Sambo məşqləri axşamlar olurdu ki, mənim üçün də axşamlar 
məşqə getmək çətin idi. Samboya getsəm də futbolu daha çox 
sevirdim. Amma məni futbola qəbul etmədilər və  mən VI 
sinifdə oxuyanda Naxçıvan  şəhərindən gələn Məhəmməd 
müəllimin (soyadı  səhf etməsəm Zeynalov idi) açdığı  sərbəst 
güləş bölməsinə getməyə başladım. Güləşə getdiyim müddətdə 
çıxdığım Naxçıvan MSSR səviyyəli bütün yarışlarda I yeri  
tutmuşam. Hətta bəzən məni özümdən çəkisi daha ağır olan 
insanlarla güləşdirirdilər. Bir  dəfə isə Bakı şəhərində keçirilən 
Azərbaycan birinciliyində  III - IV yeri bölüşdürmüşəm. 
        3.  Orta  məktəbdə oxuyarkən  şeir yazmağa və Mirzə 
Cəlilin Molla Nəsrəddinini yamsılamağa (parodiya eləməyə) 
başladım. Buna görə məktəbdə keçirilən bir çox tədbirlərdə öz  
“yaradıcılığımla” çıxış edirdim. Bir çox ədəbiyyat müəllimi və 
şair mənə yol göstərmək, istiqamət vermək, məni ruhlandırmaq 
əvəzinə mənə gülür, məni ələ salır, yazdıqlarımı lağa qoyurdu. 
Amma mən bütün bunlara baxmayaraq hər gün yeni şeirlər  
yazırdım. 
        4. Səhv etməsəm ya 1977-ci ilin payızında, ya da 1978-ci 
ilin əvvəllərində məktəbimizə təzə gələn fizika müəllimi Rəşad 
müəllim mənim şeir yazdığımı bilib məni Naxçıvan şəhərindəki 
V.  İ. Lenin adına Pioner və  məktəblilər sarayında fəaliyyət 
göstərən  ədəbiyyat dərnəyinə göndərdi. Dərnəyin rəhbəri Asif  
Kələntərli (ALLAH rəhmət eləsin) adında cavan bir oğlan idi. 
Asif müəllim məktəbimizdəki ədəbiyyat müəllimlərindən fərqli 
olaraq mənim  şeirlərimə gülmədi,  əksinə  həm isti, həm də 
Böyük Azərbaycan yolçusu 
 
 
120
ruhlandırıcı münasibət göstərdi. Beləliklə  mən orta məktəbi 
bitirənə kimi həmin dərnəyin üzvü oldum. 
       5.  Bu  dərnək sadəcə  mənim bədii yaradıcılığımı deyil 
bütövlükdə  həyatımı  dəyişdi. Burda mən təkcə poeziyanın 
incəliklərini öyrənmədim, eyni zamanda çox yaxşı dostlar 
qazandım. Bunlarla yanaşı bu dərnək həm də  mənim xarakter 
və xasiyyətimin, fikir və düşüncələrimin formalaşmasında da 
mühüm rol oynadı. 
        6. 1979-cu ildə ilk dəfə Naxçıvan televiziyasına çıxdım və 
bir  şeirimi oxudum. Sonralar  radioda və  qəzetlərdə müxtəlif 
çıxışlarım oldu. 
       7.  Sinifimizdə  səhv etməsəm 43 şagird vardı. Çoxluğu 
qızlar təşkil edirdi. İndi sinif yoldaşlarımdan Baba Həmzəyev, 
İsmayıl  Əlirzayev, Məhərrəm Bayramov, Yavər Rüstəmov, 
Ədalət Sadiqov, Qüdrət Bağırov, Əmir Bağırov, Malik Əliyev, 
Tağı  Ələkbərov, Sadıq  İsmayılov, Arif Həsənov  və Akif 
Əliyevlə imkan düşdükcə görüşür və ya yığışaraq gəzintiyə 
gedirik. 
 8. Bu dövrdə iki dəfə  əməliyyat olunmuşam.  Əməliyyatları 
cərrah Sabir Novruzov  Adil həkimlə (Məmmədov) birlikdə 
edib. Allah hər ikisindən də razı olsun. 
 
GİZLİ TƏŞKİLATLA BAĞLI 
 
       1.  Bu  dərnəyə  gələn Fazil Mustafa, Cəhri kəndindən 
Ələddin, Heydər Oğuz və adlarını unutduğum bir çox məktəbli 
ilə dostlaşdıq. Amma ən əsası isə bizdən yaşca çox böyük olan 
Arif Rəhimoğlunun,  Əsgər Qəliloğlunun, Məmməd  İsmayılo-
vun, Qılman  Əhmədovun,  İlyas Axundovun, Kazım Tey-
murlunun, Asəf Quliyevin və    b.  bizə marağı, bizimlə dostluq 
etməsi idi. Bizdən yaşca böyük olan bu adamların təkcə 
ədəbiyyatdan deyil, çox vaxt Azərbaycan tarixindən, Təbrizdən
Araz çayının Azərbaycanı bölməsindən və s. olan söhbətləri 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə