Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə31/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
129 
       8.  Elə bu dövrdə  əslən naxçıvanlı olan aspirantlar Muxtar 
Kazımoğlu (indi f.e.d., Azərbaycan Folklor İnstitutunun 
direktoru),  Məmmədəli Qıpcaq (indi türkoloq, f.e.d., BDU-nun 
Türkologiya kafedrasının müəllimi), Kamran Əliyev (indi 
f.e.d., prof.)  və Vəli Nəbiyev (ALLAH rəhmət eləsin f.e.d.) və 
b. ilə tanışlığım mənim tələbəliyimdə xüsusi rol oynadı. Çünki 
dərsdən çıxıb ya məşqə, ya M.F.Axundov adına kitabxanaya, 
ya da bu dostlarımla birlikdə çay içməyə gedirdim ki, bu da 
mənim həm vaxtdan səmərəli istifadə etməyimə, həm də onlar-
dan tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz  və elmimizlə 
bağlı öyrənməyimə  səbəb olurdu. Demək olar ki, həftənin 4-5 
gününü mən bu dostlarımla birlikdə keçirirdim.Vaxtı çatdırmaq 
üçün hər zaman işlərimi qaçaqaçla, tələm-tələsik görürdüm. 
Bunu deyə bilərəm ki, mən hər zaman, elə indi də vaxt 
çatışmazlığındayam və buna baxmayaraq hər zaman verdiyim 
sözə, dediyim işə vaxtında əməl etməyə çalışmışam. 
        9.  I  kursu  qurtarana  yaxın Məmməd Arazla (ALLAH 
rəhmət eləsin) tanış oldum. Məmməd Araz şeirlərimə baxıb 
mənə bir–neçə gün sonra gəlməyimi dedi. Bu dəfə görüşəndə 
yanındakı adama mənim haqqımda çox xoş sözlər dedi. 
Sonradan öyrəndim ki, bu adam çox vətənpərvər, millətçi bir 
adam olan hüquqşünas Yaşar  Əliyevdir. Sonralar həm 
Məmməd Arazla, həm də Yaşar Əliyevlə çox səmimi və yaxın 
münasibətimiz yarandı. Həm Məmməd Arazın, həm də Yaşar 
Əliyevin mənim formalaşmağımda böyük rolu oldu. 
       10.  I  kursu  qurtarandan  sonra  tələbə inşaat dəstəsində 
Rusiyanın Arxangelsk vilayəti Novodivinsk şəhərinə  işləməyə 
getdik. Burda olan tələbələrin içində  ən az maaş alan mən 
oldum. Çünki bir neçə gün işləmişdik ki, yerə dirək çalarkən 
baltadan düzgün istifadə edə bilməməyimin hesabına baltanın 
ucu başıma dəydi və dərin bir yara açdı. 
      11. Yuxarı kurslarda artıq işlərim daha yaxşı getdi. Yaxınlıq 
elədiyim dostlarımla tez-tez  muzeylərə (Azərbaycan tarixi 
Böyük Azərbaycan yolçusu 
 
 
130
muzeyinə, Ü. Hacıbəylinin və Bülbülün ev muzeylərinə demək 
olar ki, hər ay gedirdim), tamaşalara, yubiley tədbirlərinə  və 
görüşlərə gedirdim. Hüseyn Cavidin 100 illiyi ilə bağlı Dram 
teatrda keçirilən tədbir, Hüseyn Cavidin “İblis”, Anarın “Qəm 
pəncərəsi” tamaşaları, böyük bəstəkarlar Q. Qarayevin və F. 
Əmirovun dəfn mərasimləri bu dövrün yaddaşımda dərin iz 
buraxan olaylarıdır. 
       12. Tələbəlik dövründə Xarkov şəhərində oxuyan nehrəmli 
Hüseyn Bağırov (indi şairdi, gözəl  şeirləri var) və  əvvəllər 
Asifgilin Naxçıvan İnstitutunda tələbə yoldaşı olan və Samara 
(Kuybışev)  şəhərində hüquqda oxuyan Aydın Kərimovla 
dostluğum və  məktublaşmağım da maraqlı idi. İndi də  həmin 
məktublardan qalır.  
       13.  Novruz  bayramlarında bütün dostlarıma kitab hədiyyə 
edirdim. Məqsədim həm Novruz bayramına daha çox diqqəti 
cəlb etmək, həm də milli mövqedən yazılan kitabları təbliğ edib 
oxunmasına çalışmaq idi. 
       14.  Hər il tələbələrdən qan (200-400 qram arası) alır və 
onları 3 gün dərsdən azad edirdilər. Mən də  hər il Novruz 
bayramını  və doğum günümü kənddə, ailəmlə birlikdə 
keçirmək üçün bayram ərəfəsi qan verib kəndə gedirdim və 
əlavə  də 3-4 günlük xəstəlik bülleteni alıb bütün bayramı 
Nehrəmdə olurdum. Başqa yerlərdən fərqli olaraq Nehrəmdə 
Novruz bayramı çox gözəl və maraqlı keçirilirdi (çox hayıf ki, 
son 5-6 ildir keçirilmir). 
       15.  1984-cü  ildə Arif Rəhimoğlu f.e.n. alimlik dərəcəsi 
müdafiə etdi. Bununla bağlı banket verdi. Təxminən 200 adam 
iştirak edirdi. Asif Kələntərli də həmin müddət Bakıya gəlmişdi 
və  mənim qonağım idi (qeyd etdim ki, mən tələbə olduğum 
müddət bizim uşaqlardan kim Bakıya gəlirdisə mənim qonağım 
olurdu. Bəzən iki çarpayı olan evdə 7 nəfər yatmışıq). 
Qonaqları qarşılamaqla məşğul olduğum üçün məclisə gec 
gəldim. Yalnız  Əbülfəz bəyin qarşısında oturmağa boş yer 


Böyük Azərbaycan yolçusu 
 
 
131 
vardı. Oturduq. Məclisin gedişində Əbülfəz bəy söz  deyərkən 
gəncləri günahlandırdı. Mən etiraz etdim. Amma oturanların 
demək olar ki, hamısı  mənə qarşı  sərt reaksiya verdi. Əbülfəz 
bəy oturanlara etiraz edərək onları sakitləşdirdi. Birazdan söz 
demək növbəsi mənə çatdı. Mən  Əbülfəz bəyə etirazımı 
əsaslandırdım və  Əbülfəz bəy mənimlə tam razılaşaraq üzünü 
oturanlara tutub “bəy düz deyir, niyə imkan vermirsiz sözünü 
desin? Belə eləməklə biz nə iş görə bilərik? Gərək imkan verək 
gənclər öz sözlərini desinlər, cəsarətli olsunlar. Yoxsa onlar 
qorxaq və  çəkingən böyüyər. Həm də bu bəy düz deyir axı.” 
dedi. Bu sözlər məni daha da cəsarətləndirdi. Bunu deyim ki, 
Əbülfəz bəy hər zaman gənclərə qarşı hücumların əleyhinə olub 
və hər zaman da gənclərin inkişaf etməsi üçün şərait yaradıb. 
        16.  Banket  təxminən 1-in yarısı qurtardı.  Əbülfəz bəy 
məni söhbəti davam etdirmək üçün əvvəl sahildə  gəzməyə 
dəvət etdi. Qonağım olduğunu bildirsəm də, qonağımın 
kimliyini (yəni məsələlərə mövqeyi baxımından kimliyini) 
biləndən sonra qonağımla birlikdə sahilə getdik. Sahildə bir az 
gəzib söhbət edəndən sonra Əbülfəz bəy bizi evinə dəvət etdi. 
Bəy gecə saat 2-də bizi apardı evə... Qismət olsa xatirələrimi 
yazsam  ən maraqlı olaylardan biri olan bu olayı da geniş 
qələmə alacam. 
        17.  İnstitutu qurtarana yaxın rektor iki dəfə  məni çağırıb 
institutda saxlamaq istədiyini bildirdi. Mən isə anam qoca 
olduğundan Bakıda qalmaq istəmədiyimi dedim. Sonradan 
bildim ki, rektora bu məsələni Yaşar müəllim deyibmiş.  
        18.  Maraqlı  işlərdən biri də bu idi ki, münasibətdə 
olduğum insanlar mənim sosial vəziyyətimə, yaşıma və ya 
gələcəkdəki inkişaf imkanlarıma deyil mənim kimliyimə görə 
mənimlə münasibət qururdular. Məsələn həmin dövrdə Yaşar 
Əliyev hər cür imkanı olmasına  və ya mənə hər hansı formada 
ehtiyacı olmadığına baxmayaraq mənim bir dəfə deməyimlə 
Kuybışevdə (Samarada ) ali məktəbi yenicə qurtarıb Bakıya 
Böyük Azərbaycan yolçusu 
 
 
132
qayıdan və  iş tapa bilməyən Aydın Kərimovu “Abşeron” 
mehmanxanasına hüquqşünas kimi işə düzəltdi.  
 
MÜƏLLİMLİK FƏALİYYƏTİM 
 
       1.  1985-ci  ildə  İnstitutu bitirib gəldim kəndə  və Nehrəm 
kənd 8-illik məktəbində  işə düzəldim.  İlk gündən  şagirdlərdə 
milli  şüurun oyanması  və milli təfəkkürün formalaşması üçün 
asta-usta söhbətlərə başladım.  İşlədiyim bir neçə ay idi ki, 
məktəbin ən böyük sinif otağında (çünki məktəbin zalı yox idi) 
bədii tədbir keçirdim. Sonralar bu tədbirlərin sayı da artdı, 
forması  və  məzmunu da dəyişdi. Bəzən  şagirdlərə danışdığım 
tarixi faktların və hadisələrin üstündə tarix müəllimləri ilə, 
bəzən dilimiz və  ədəbiyyatımızla bağlı danışdıqlarıma görə 
ədəbiyyat müəllimləri ilə mübahisələrimiz düşürdü. Kimisi 
məni savadsızlıqda günahlandırır, kimisi düzgün yol 
tutmamaqda qınayır, kimisi də mənim uşaqlarla iş üsulumu və 
mövqeyimi qətiyyətlə müdafiə edərək mənə  dəstək verirdi. 
Amma  ən  əsası da o idi ki, məni günahlandıranlar da, 
qınayanlar da bir müddət sonra mənimlə razılaşırdı. 
Kimliyindən və  mənə qarşı necəliyindən asılı olmayaraq 
çalışırdım hamıya qarşı sayqılı və ədalətli olum. 
       2.  1987-ci  ildə  məktəb yeni binaya köçürüldü  və orta 
məktəb oldu. Elə  təxminən bu dövrdə  mən komsomol 
sıralarından imtina elədim və müəllimlərlə birlikdə  Həmkarlar 
Təşkilatı qarşısında bir çox tələblər qoyduq. 
      3.  Bu  dövrdə  şagirdlər arasında apardığım iş öz bəhrəsini 
verirdi. Artıq  şagirdlərdə milli ruh oyanmış, onlarda 
Azərbaycan tarixinə maraq artmış, hətta bəziləri artıq sovet 
təbliğatına qarşı çıxmağa başlamışdı. Demək olar ki, siniflərin 
çoxunun divar qəzeti formal  olmaqdan çıxmış  şagirdlərin 
düşüncə  və  səviyyəsini göstərən və inkişaf etdirən bir 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə